Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Kuznetsov
Aleksandr Kuznetsov (2 dekabr 1959, Petrovka[d], Primorsk diyarı – 6 iyun 2019, Moskva) — Rusiya aktyoru. == Həyatı == Aleksandr Kuznetsov 2 dekabr 1959-cu ildə RSFSR-in Perm oblastının Petrovka kəndində anadan olub. == Fəaliyyəti == Aleksandr Kuznetsov 70-dən çox filmdə rol alıb. Tamaşaçıların yaddaşında daha çox "Ciddi rejimli komediya", "Planetlər paradı" ilə yadda qalıb. O, son dəfə "Falçı" teleserialında rol almışdır.
Kuznetsov kəpənəkçiçəyi
Kuznetsov kəpənəkçiçəyi (lat. Aconitum kusnezoffii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Kuznetsov quşarmudu
Kuznetsov quşarmudu (lat. Sorbus kusnetzovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya (Dağıstan), Gürcüstan, Ermənistan, Balkan ölkələri, Livan, İran və Türkiyədə təbii arealları vardır. == Azərbaycanda yayılması == Azərbaycanda Quba, Şəki rayonlarında (Köynük kəndi) yuxarı dağ meşə qurşağında qayalıq yerlərdə təsadüf edilir. == Statusu == Azərbaycanın nadir bitki növlərindən biridir. VU B1 ab (ii,iii) + 2 ab (iii). == Bitdiyi yer == Yuxarı və orta dağ qurşaqlarında fıstıq meşələrində, seyrək meşələrin kənarlarında cənub yamaclarda təsadüf edilir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 4–5 m-ə çatan alçaqboylu koldur. Yarpağı sadə, enli, tərs ellipsvarı olub, qaidə hissəsi azacıq pazvarıdır.
Kuznetsov söyüdü
Kuznetsov söyüdü (lat. Salix kuznetzowii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Qafqazın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 6–7 m olan koldur. Yaşlı budaqları çılpaq, cavan zoğları ağ, sıx, tərs yumurtavarıdır. Dişicik çiçəkləri silindr-varı və nisbətən uzundur. Qonur rəngli çılpaq budaqları olan hündür koldur. Cavan budaqları ağ, keçə tüklüdür. Qabığı soyulmuş oduncağı hamardır, düyünləri yoxdur.
Nikolay Kuznetsov
Nikolay Gerasimoviç Kuznetsov (11 (24) iyul 1904 – 6 dekabr 1974, Moskva) — SSRİ hərbi dəniz zabiti, Sovet İttifaqı Donanma Admiralı (3 mart 1955), 1939–1947 və 1951–1955 illərdə SSRİ HDD-nin rəhbəri olub (Hərbi Dəniz Donanması Xalq Komissarı (1939–1946), Hərbi Dəniz Naziri (1951–1953) və Baş Komandan). Sovet İttifaqı Qəhrəmanı (1945). ÜİK(b)P MK üzvü 1939–1956, 2-ci və 4-cü çağırış SSRİ Ali Sovetinın deputatı. 4 dəfə Lenin ordeni laureatı.
Stepan Kuznetsov
Stepan Leonidoviç Kuznetsov 2 (14) yanvar 1879, Kişinyov, Bessarabiya quberniyası[d] – 18 aprel 1932, Moskva1879, Kişinyov, Bessarabiya quberniyası - 18 aprel 1932, Moskva) - rus və sovet teatr aktyoru, Kiyevdəki Solovtsov teatrının, Moskva İncəsənət teatrının və Malı teatrının artisti, Respublikanın xalq artisti (1929). Stepan Leonidoviç Kuznetsov keçmiş təhkimli kəndli ailəsində anadan olub – teatrların bufetində aşpaz işləyib. Daha sonra atası Odessada teatr sahibi oldu, lakin iki mövsümdən sonra müflis oldu. Stepan Kuznetsovun ailəsinin maddi durumu aşağı üçün təhsilini paroxial məktəbdə məhdudlaşdırıb, gənc yaşlarından kitab mağazalarında çalışıb. 1901-ci ildə Oreldə Kuznetsov ilk dəfə peşəkar səhnəyə çıxdı, lakin 1902-1906-cı illərdə hərbi xidmətdə olduğuna görə Mançuriyada Rus-Yapon müharibəsində iştirak etmişdir. Sonra yenidən səhnəyə qayıdıb və 1907-1908-ci illər də Kiyevin Solovtsov teatrında çıxış edib. Stepan Kuznetsov 1908-ci ildə Moskvaya köçdü və Moskva İncəsənət teatrının truppasına daxil oldu. 1910-cu ilə qədər teatrda fəaliyyət göstərmişdir. Stepan Kuznetsovun yaradıcılığının ən parlaq dövrü Solovtsov teatrındakı işlərlə bağlı idi (1912-1919, fasilələrlə). 1923-1925-ci illər də Moskva da MGSPS adına teatrda çalışmışdır.
Yuri Kuznetsov
Yuri Konstantinoviç Kuznetsov (2 avqust 1931, Bakı, Azərbaycan SSR, SSRİ — 4 mart 2016) — sovet futbolçusu, futbol məşqçisi, SSRİ-nin əməkdar idman ustası (1962). Futbolçu karyerasında hücumçu mövqeyində çıxış etmişdir. 2 avqust 1931-ci ildə məşhur bakılı futbolçu, 1930-40-cı illərdə "Temp" və "Dinamo" komandalarının məşqçisi olmuş Konstantin Petroviç Kuznetsovun ailəsində anadan olub. Futbol oynamağa Bakı çempionatında çıxış edən "Trudovıye Rezervı" klubunun gənclər komandasında oynamaq ilə başlayıb. Daha sonra Kirovabadda Bədən Tərbiyəsi Texnikumunda oxuyub və həmin zamanlarda yerli "Dinamo" klubunda oynayıb. 1952—1955-ci illərdə "Neftyannik" Bakının "B" komandasında çıxış edib. 1955-ci ildə SSRİ millisinin ikinci komandasında oynayıb. Yuri 1955-ci ilin əvvəlində "Torpedo" Moskva klubunda oynamaq üçün dəvət alıb, lakin imtina edib və Bakıya qayıdıb. Həmin ilin avqust ayında isə "Dinamo" Moskva klubuna transfer olub. Çoxsaylı zədələr səbəbindən 4-5 mövsüm ərzində yalnız 22 matç oynayıb və 13 qol vura bilib.
Mixail Kuznetsov
Mixail Kuznetsov (24 avqust 1979, Karaqanda) — Qazaxıstanı təmsil edən triatlonçu. Mixail Kuznetsov Qazaxıstanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 47-ci pillədə başa vurdu.
Konstantin Kuznetsov
Konstantin Petroviç Kuznetsov (rus. Константин Петрович Кузнецов) — peşəkar sovet futbolçusu, baş məşqçi. == Karyerası == Konstantin Kuznetsov Azərbaycan futbolunun ilk ulduzlarından biri hesab olunur. O, 1938–1941-ci illərdə, həmçinin 1959-cu ildə "Neftyanik" klubunu çalışdırıb. Kuznetsov məşqçi fəaliyyətindən əvvəl 1926-cı ildə "Proqress Bakı" komandasında forma geyinirdi. Məhz aparıcı futbolçu olduğundan onu Zaqafqaziya milli komandasına da çağırırdılar. Daha sonra fəaliyyətini məşqçi kimi davam etdirir. O, 1937-ci ildə "Lokomotiv Bakı", 1940-cı ildə Cənub İnşaatçısı FK klublarının baş məşqçisi olub. Konstantin Kuznetsov İkinci Dünya müharibəsindən öncə "Neftyanik"in (indiki "Neftçi PFK") baş məşqçisi vəzifəsində çalışıb. "Neftyanik" onun rəhbərliyi altında həm Bakı, həm də ölkə çempionatında yüksək yerlər tutub.
Oleq Yureviç Kuznesov
Oleq Yuryeviç Kuznetsov (d. 22 aprel 1971, Tula, Tula vilayəti, RSFSR) — tarixçi–medievist, tərcüməçi, qafqazşünas, pedaqoq, publisist və ixtiraçı. 1992-ci ildə Orlov Dövlət Universitetinin(ru) tarix fakultəsini, 2004-cü ildə isə Moskva Dövlət Hüquq Akademiyasının(ru) hüquqşünaslıq fakultəsinin fərqlənmə ilə bitirmişdir. 1996-cı ildə Kursk Dövlət Universitetində "vətən tarixi" sahəsi üzrə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olmuşdur. 1992-1996-cı illər arasında müxtəlif təhsil müəssələrində, təbiəti mühafizə mərkəzində, Tula şəhərinin abidələrin restavrasiyası və istifadəsi administrasiyasında fəaliyyət göstərmişdir. 1997-2000-ci illərdə "Kulikova döyüşü muzeyində" aparıcı elmi əməkdaş və elmi katib vəzifəsində çalışmışdır. Hal-hazırda İdarəetmə inistutunda elmi işlər üzrə prorektor vəzifəsində çalışır. Eləcə də Moskva və Tulanın ali təhsil ocaqlarında elmi-araşdırıcı fəaliyyət ilə məşğuldur 160-dan çox elmi işin, o cümlədən 8 monoqrafiyanın, ali məktəb üçün 3 dərs vəsaitinin müəllimi olan Oleq Kuznesovun bir çox yazıları və monoqrafiyası ingilis, alman, fransız, türk və azərbaycan dillərinə tərcümə olunub. Oleq Kuznesov həm də, tarix və Rusiyanın, Qafqazın, Şərqi Avropanın orta əsurlər dövrünün tarixi coğrafiyası üzrə mütəxəssisdir. Bundan başqa hüquq müdafiəsi sahəsində geniş fəaliyyət dairəsinə malikdir.
Admiral Kuzneçov boğazı
Admiral Kuzneçov boğazı Komandor boğazı kimidə tanınır. Sakit okeanında yerləşir, Berinqa adası ilə Mednıy adasını ayırır. Berinq dənizi ilə Sakit okeanı birləşdirir. Komondor adaları hövzəsində ən iri boğazdır. Uzunluğu 30 km, minimum eni isə 50 km təşkil edir. Ən dərin yeri 142 m-dir. Boğazın sahilləri girintili-çıxıntılıdır, sahillərində Sulkovsk, Kotenok, Krasnıy, Neproxodimiy, Sivuciy, Monatı, Elina, Perqrebnıy və başqa burunları vardır. Boğaz ərazisinə çoxlu sayda çaylar axır: Pereqrebnaya, Mayatniknaya və Ozernaya. Qərbində Pereqrebnıy, Kazarma və Ozernaya, şərqində isə Reçnaya, Bobrovaya buxtaları vardır. Adlanmasına gəldikdə isə bu ad 2004-cü ildə Sovet admiralı Nikolay Qerasimoviç Kuzneçovun şərəfinə verilmişdir.
Oleq Yuryeviç Kuznetsov
Oleq Yuryeviç Kuznetsov (d. 22 aprel 1971, Tula, Tula vilayəti, RSFSR) — tarixçi–medievist, tərcüməçi, qafqazşünas, pedaqoq, publisist və ixtiraçı. 1992-ci ildə Orlov Dövlət Universitetinin(ru) tarix fakultəsini, 2004-cü ildə isə Moskva Dövlət Hüquq Akademiyasının(ru) hüquqşünaslıq fakultəsinin fərqlənmə ilə bitirmişdir. 1996-cı ildə Kursk Dövlət Universitetində "vətən tarixi" sahəsi üzrə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olmuşdur. 1992-1996-cı illər arasında müxtəlif təhsil müəssələrində, təbiəti mühafizə mərkəzində, Tula şəhərinin abidələrin restavrasiyası və istifadəsi administrasiyasında fəaliyyət göstərmişdir. 1997-2000-ci illərdə "Kulikova döyüşü muzeyində" aparıcı elmi əməkdaş və elmi katib vəzifəsində çalışmışdır. Hal-hazırda İdarəetmə inistutunda elmi işlər üzrə prorektor vəzifəsində çalışır. Eləcə də Moskva və Tulanın ali təhsil ocaqlarında elmi-araşdırıcı fəaliyyət ilə məşğuldur 160-dan çox elmi işin, o cümlədən 8 monoqrafiyanın, ali məktəb üçün 3 dərs vəsaitinin müəllimi olan Oleq Kuznesovun bir çox yazıları və monoqrafiyası ingilis, alman, fransız, türk və azərbaycan dillərinə tərcümə olunub. Oleq Kuznesov həm də, tarix və Rusiyanın, Qafqazın, Şərqi Avropanın orta əsurlər dövrünün tarixi coğrafiyası üzrə mütəxəssisdir. Bundan başqa hüquq müdafiəsi sahəsində geniş fəaliyyət dairəsinə malikdir.
Kuznesovka (Arxangel)
Kuznesovka (başq. Кузнецовка, rus. Кузнецовка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Qızıl Ezem kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 18 km, kənd sovetliyindən (Qızıl Ezem): 5 km. ən yaxın dəmiryol stansiyasından (Rriural stansiyası): 21 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (100%) üstünlük təşkil edir.
Typhlodromus kuznetsovi
Typhlodromus kuznetsovi (lat. Typhlodromus kuznetsovi) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus kuznetsovi Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Anatoli Kuleşov
Anatoli Niloviç Kuleşov (belar. Анатоль Куляшоȳ; təvvəlüdü 1959-cu il, Əli Bayramlı, Azərbaycan SSR) — Belarusun dövlət və ictimai xadimi, milis general-leytenantı. 2009-cu il iyunun 2-dən 2012-ci il mayın 11-dək Belarusun daxili işlər naziri olmuşdur. == Həyatı == 1977-1979-cu illərdə Silahlı Qüvvələrdə xidmət etmişdir. Milis idarəsində 1980-ci ildən Minskdə binaların, obyektlərin, Dövlət Bankı müəssisələrin mühafizəsi alayının milisioneri kimi xidmətə başlamışdır. 1986-cı ildə SSRİ DİN-in Minsk ali məktəbini, 1992-ci ildə SSRİ DİN Akademiyasını (indiki Belarus Respublikası DİN-in Akademiyası). Hüquq-mühafizə fəaliyyətinin təşkili, hüquqşünaslıq ixtisası üzrə təhsil.alıb. SSRİ DİN-in Minsk ali məktəbini bitirdikdən sonra Minskin Lenin rayonunun yetkinlik yaşına çatmayanların işləri üzrə müvəkkili işlədi. 1992-ci ilin noyabrından kriminal milis şöbəsinə rəhbərlik edib. 1995-ci ilin mart ayında Minsk şəhəri Daxili İşlər İdarəsinin cinayət axtarışı idarəsinin rəis müavini təyin edilib.
Saymon Kuznes
Saymon Smit Kuznets (ing. Simon Smith Kuznets; emiqrasiyaya qədər Şimen (Semyon) Abramoviç Kuznets) (30 aprel 1901[…], Pinsk, Minsk quberniyası[d] – 8 iyul 1985, Kembric, Massaçusets) — ABŞ iqtisadçısı, statistik, demoqraf və iqtisadiyyat tarixçisi. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı 1971-ci il. İqtisadiyyatın emprik elm kimi formalaşması və iqtisadi tarixin kəmiyyətinin inkişafı Kuznetsin adı ilə bağlıdır. Atasından 15 il sonra 1922-ci ildə ABŞ-yə köçdü. Atası soyadını dəyişmişdi, amma gənc Kuznets bunu etmədi. Kolumbiya Universitetində təhsil alaraq 1926-cı ildə doktorluq disertasiyasını tamamladı. 1927-ci ildə Beynəlxalq İqtisadi Tədqiqatlar Bürosunda büronun qurucusu Uesli Mitçellə birlikdə işlədi. Həmin dövrdə ABŞ-nin milli gəliri ilə bağlı ilk araşdırmaları və iqtisadi zaman sıraları mövzusunda geniş tədqiqatlar apardı. İqtisadi artımla da bağlı geniş araşdırmalar apararaq tədqiqatını tamamladı.