Yuri Konstantinoviç Kuznetsov (2 avqust 1931, Bakı, Azərbaycan SSR, SSRİ — 4 mart 2016) — sovet futbolçusu, futbol məşqçisi, SSRİ-nin əməkdar idman ustası (1962). Futbolçu karyerasında hücumçu mövqeyində çıxış etmişdir.
Yuri Kuznetsov | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Yuri Konstantinoviç Kuznetsov | ||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Ötürmə kralı | ||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 2 avqust 1931 | ||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 4 mart 2016[1] (84 yaşında) | ||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 172 sm [2] | ||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
|
2 avqust 1931-ci ildə məşhur bakılı futbolçu, 1930-40-cı illərdə "Temp" və "Dinamo" komandalarının məşqçisi olmuş Konstantin Petroviç Kuznetsovun ailəsində anadan olub. Futbol oynamağa Bakı çempionatında çıxış edən "Trudovıye Rezervı" klubunun gənclər komandasında oynamaq ilə başlayıb. Daha sonra Kirovabadda Bədən Tərbiyəsi Texnikumunda oxuyub və həmin zamanlarda yerli "Dinamo" klubunda oynayıb. 1952—1955-ci illərdə "Neftyannik" Bakının "B" komandasında çıxış edib. 1955-ci ildə SSRİ millisinin ikinci komandasında oynayıb. Yuri 1955-ci ilin əvvəlində "Torpedo" Moskva klubunda oynamaq üçün dəvət alıb, lakin imtina edib və Bakıya qayıdıb. Həmin ilin avqust ayında isə "Dinamo" Moskva klubuna transfer olub. Çoxsaylı zədələr səbəbindən 4-5 mövsüm ərzində yalnız 22 matç oynayıb və 13 qol vura bilib. Kuznetsov 1955, 1957 və 1959-cu illərdə SSRİ çempionu olub. 1959-cu ildə cəmi 6 oyun keçirib və 5 qol vurmasına baxmayaraq çempionatın ən yaxşı mərkəz hücumçusu seçilib. 1960-cı ildə Bakıya qayıdıb və karyerasının sonuna qədər — 6 mövsüm burda çıxış edib.
SSRİ-də mövsümün 33 ən yaxşı futbolçusu siyahısında 2 dəfə yer alıb: 1955 — 3-cü yer, 1959 — 1-ci yer.
1955-ci ilin fevralında Kuznetsov SSRİ milli futbol komandasına düşməsi ilə Azərbaycan futbolu tarixində ilkə imza atıb. 1955-ci ilin fevralında Hindistan yığması ilə 2 yoldaşlıq görüşünə çağırılan Kuznetsov I liqadan milliyə çağırılan ilk oyunçu kimi adını SSRİ futbol tarixinə də yazdırıb. Həmin vaxt "Neftçi" aşağı divizionda oynayırdı. 1955-ci ilin avqust-sentyabr aylarında SSRİ yığmasının heyətində 3 rəsmi oyunda meydana çıxan Kuznetsov 3 qol vurub. Kuznetsov həm millidə, həm də "Neftçi"də həmyerlisi Ələkbər Məmmədovla gözəl tandem təşkil edib.
Kuznetsov məşqçilik karyerasında "Dinamo" (1966-69, 1977-78), Polşanın "Qvardiya" (1970-71) və "Neftçi" (1988) klubunun baş məşqçisi olub. O, həmçinin "Dinamo" FK İdman Mərkəzində məşqçi və müavin vəzifələrində çalışıb.
4 mart 2016-cı ildə vəfat etmişdir[3].