Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Surikat
Surikat — Herpestidae fəsiləsinə aid olan heyvan cinsi. Cənubi Afrikada (Kalaxari səhrası ərazisində: Anqola, Namibiya, Botsvana, CAR-ın şimal-qərbində) geniş yayılmışdır. Əvvəllər Madaqaskarda da rast gəlinib. == Yayılması == Manqustlar fəsiləsinə aid olan surikatlar əsasən ağacların bitmədiyi daha açıq və boş torpaqlarda yaşayırlar. Onları savannalarda və açıq düzənliklərdə tapmaq olar. == Təsviri == Surikatlar kiçik manqustlara aid olduğundan onların çəkisi 700-750 qramdır. Surikatın başı ilə birlikdə bədəninin uzunluğu 25-35 sm, quyruğunun uzunluğu isə 17,5-25 sm olur. Surikatların diş formulu belədir: I 3 3 C 1 1 P 3 3 M 2 2 , {\displaystyle I{3 \over 3}C{1 \over 1}P{3 \over 3}M{2 \over 2}\,\,,} (burada I {\displaystyle I} - kəsici dişlər, C {\displaystyle C} - köpək dişləri, P {\displaystyle P} - kökaltı dişləri M {\displaystyle M} - azı dişləri) onların sayı 36-dır. Tüklərinin rəngi adətən narıncı-qəhvəyi rəngdə olur. Bütün surikatlarda xarakterik olaraq qara zolaq vardır.
Aleksandr Kulikov
Aleksandr İvanoviç Kulikov (rus. Александр Иванович Куликов; 1938, Kazan – 24 iyul 1988) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ümumi şöbəsinin müdiri (1986–1988), Azərbaycan KP MK partiya-təşkilat şöbəsi müdirinin birinci müavini, MK-nın birinci katibinin köməkçisi (1983–1986), Azərbaycan KP Şaumyan Rayon Komitəsinin birinci katibi (1980–1983), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı. == Həyatı == Aleksandr İvanoviç Kulikov 1938-ci ildə Tatarıstan MSSR-in Kazan şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1956-cı ildə Bakı şəhərində Paris kommunası adına gəmi təmiri zavodunda çilingər şagirdi kimi başlamışdır. Novoçerkassk Politexnik İnstitutunu bitirdikdən sonra Sumqayıt şəhərində işə göndərilmiş və burada "Azərneftkimyaquraşdırma" trestinin quraşdırma idarəsində işləmiş, ustalıqdan baş mühəndis vəzifəsinədək yüksəlmişdir. 1973-cü ilin iyun ayında o, Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin katibi seçilmişdir.1975-ci ildə Aleksandr Kulikov Azərbaycan KP MK aparatında kimya və neft sənayesi şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1980-ci ildən 1983-cü ilədək o, Azərbaycan KP Şaumyan Rayon Komitəsinin birinci katibi olmuş, 1983-cü ilin əvvəlində Azərbaycan KP MK aparatına qayıtmışdır. Burada o, partiya-təşkilat şöbəsi müdirinin birinci müavini, Mərkəzi Komitənin birinci katibinin köməkçisi və 1986-cı ilin noyabr ayından Azərbaycan KP MK ümumi şöbəsinin müdiri vəzifələrində işləmişdir.Aleksandr Kulikov 1969-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyasının XXX və XXXI qurultaylarında MK üzvlüyünə namizəd olmuşdur. "Qırmızı əmək bayrağı" və "Xalqlar dostluğu" ordenləri ilə təltif edilmişdir.Aleksandr Kulikov 1988-ci il iyulun 25-də 50 yaşında dənizdə boğularaq vəfat etmişdir.
Andrey Kulikov
Andrey Kulikov (ukr. Андрі́й Ві́кторович Кулико́в; 27 sentyabr 1957, Kiyev) — Sovet və Ukrayna jurnalisti, redaktor, televiziya və radio aparıcısı, aktyor, media eksperti və media məşqçisi. == Təhsil == Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini beynəlxalq münasibətlər ixtisası üzrə bitirmişdir; ingilis dilinin referent-tərcüməçisi. == Jurnalist fəaliyyəti == 1979–1992-ci ildə Ukrayna SSR-nin xaricdə ingilisdilli təbliğat qəzeti olan "News from Ukraine" (Kiyev) qəzetinin müxbir şöbə müdiri, baş redaktorun müavini olur. 1992–1995-ci ildə ВВС Ukrayna bölümünün prodüseri, baş prodüseri işləyir. 1996-cı ildə İnternyus MMC telekanalının xəbərlərinin baş redaktoru, baş redaktor müavini olur. 1997–1998 — Aleksandr Tkaçenkonun dəvəti ilə gəldiyi Studio 1 + 1 kanalının televiziya xəbərlər xidmətinin idarəedici redaktoru, direktor müavini işləyir. 1998–1999-cu illərdə "Novıy Kanal"ın baş redaktoru, həmçinin canlı yayımların, xüsusən də Studio layihəsinin aparıcısı kimi fəaliyyət göstərir. 2000 — Gecə dramaturgiyası proqramının (STB) müəllif-aparıcısı olur. 2000–2007-ci illərdə BBC Ukrayna Xidmətinin radio prodüseri (London) olur.
Petro Kulikov
Petro Kulikov (ukr. Куліков Петро Мусійович; d. 4 mart 1952, Talı, Ukrayna SSR, SSRİ) — iqtisad elmləri namizədi, professor, Ukraynanın əməkdar təhsil işçisi. Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru (26 sentyabr 2012-ci ildən); Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin birinci müavini (30 may 2011-ci ildən). == Həyatı == 4 mart 1952-ci ildə o vaxt Ukrayna SSR-yə aid olan Talı kəndində anadan olmuşdur. == Təhsili == 1969-1971-ci illərdə Severodonetskdəki 53 nömrəli texniki-peşə məktəbində oxumuşdur. 1974-cü ildə Kiyev Mühəndis-inşaat İnstitutuna qəbul olmuş və 1979-cu ildə bu ali məktəbi bitirmişdir. == Əmək fəaliyyəti == 1971-1972-ci illərdə Severodonetsk Kimya Kombinatında çalışmış, 1972-1974-cü illərdə isə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.1997-ci ildən Ukraynanın Təhsil və Elm Nazirliyində işləməyə başlamışdır. 14 yanvar 2009-cu ildən 30 may 2011-ci ilə qədər Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin müavini vəzifəsində işləmişdir. 30 may 2011-ci ildən isə həmin nazirlikdə birinci müavin vəzifəsində çalışır.
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. == Alınması == Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ == Quruluşu == Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O == Fiziki xassələri == Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. == Kimyəvi xassələri == Silikat turşusunun duzlarına silikatlar deyilir.
Viktor Kulikov
Viktor Kulikov (rus. Виктор Георгиевич Куликов; 5 iyul 1921[…], Verxnaya Lyubovşa[d], Orlov quberniyası[d] – 27 may 2013, Moskva) — SSRİ-nin hərbi xadimi, Sovet İttifaqı Marşalı, Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Viktor Kulikov Böyük Vətən Müharibəsi iştirakçısı olub. O, 1971-ci ildən 1977-ci ilədək SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – SSRİ müdafiə nazirinin birinci müavini, 1977-ci ildən 1989-cu ilədək isə — SSRİ müdafiə nazirinin birinci müavini və Varşava Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin Birləşmiş Qüvvələrinin baş komandanı vəzifələrini tutub. Viktor Kulikov 2013-cü il mayın 28-də Rusiyanın paytaxtı Moskvada uzun sürən xəstəlikdən sonra 91 yaşında vəfat edib.
Külik (Maku)
Külik (fars. كليك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (23 ailə).