Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuliç
Kuliç Pasxa çörəyinin rus adıdır. == Tarixi == Şərq slavyanlarında bayram çörəyi hündür olub, üzəri bəzədilirdi.Silindrik formada olması onun kilsə ilə əlaqəsi ilə bağlıdır. == Təsviri == Bu mayalı xəmirdən hazırlanan çörək müxtəlif formalarda olub, yalnız həmişə hündür olmalıdır. Katoliklər mayalı kuliçlərdən başqa şəkərli kuliçlərdə hazırlayırdılar ki, bunu da "babı" adlandırırdılar.Üzəri bəzən kişmişlə, qlazurla və ya şəkər tozu ilə bəzədilir. Dadlandırıcılardan vanil, hind qozundan istifadə edilir. Rusiyanın müxtəlif əyalətlərində kuliçin forması fərqli olur.
Adem Kılıççı
Adem Kılıççı (18 aprel 1986, Ağrı) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür. == Həyatı == Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Əslən Azərbaycan Türklərinin alt qrupu hesab olunan Qarapapaq tayfasına mənsubdur. Ailəsi Ağrıya Qafqaz köçləri ilə birgə köçmüşdür. Bu barədə o Fənərbaxça TV-yə verdiyi müsahibəsində bildirib. Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib. == Survivor Macərası == Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub.
Adəm Kılıççı

Koiso Kuniaki
Koiso Kuniaki (yap.小磯 國昭, 1 aprel 1880, Uçunomiya, Yaponiya—3 noyabr 1950, Tokio, Yaponiya) — Yaponiya siyasi xadimi. == Həyatı == Hərbi akademiyanı bitirdikdən sonra Yaponiya ordusunda xidmət edib, rus-yapon müharibəsinin iştirakçısı. 1932-ci ildə Kvantun ordusunun qərargah rəisi seçilir, sonralar 1934-cü ildə Koreyadakı yapon ordusunun baş komandanı seçilir. 1939 Yaponiya hakimiyyətində. 1939-1940 Yaponiyanın xarici işlər nazirliyində işləyib. 1942-1944 Koreya general-gubernatoru. 1944-də Yaponiyanın baş naziri seçilib, 1945-də vəzifəsindən azad edilib. Kapitulasiyadan sonra hərbi təxsirkar seçilib, muhakimə edilib və ömürlük həbs edilib.
Amblyseius kulini
Amblyseius kulini (lat. Amblyseius kulini) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius kulini Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Paolo Pulici
Paolo Pulici (it. Paolo Pulici; 27 aprel 1950) — Keçmiş italiyalı futbolçu. Mövqeyi hücumçu olub. Karyersını bitirdikdən sonra məşqçi kimi çalışıb. 1966-cı ildə Paolo "Lenyaano" klubunda debut edərək burada bir mövsüm keçirir. Bu komandada meydana çıxdığı yeganə oyununda "Torino" klubunun diqqətini cəlb edir. Futbolçu 1967-ci ildə "Torino" klubuna dəvət edilir. Növbəti 15 mövsümü "Torino"da keçirərək klubun hücum xəttinin əsas oyunçusu çevrilir. Futbolçu "Torino"nun heyətində İtaliya çempionatda ortalama oyun başına 0.4 qol vurmaqla komandanın əsas bombardirlərdən biri olub. "Torino"da oynayarkən İtaliya Çempionluğu və İtaliya Kubokunu qazanıb.
Vitali Kliçko
Vitali Kliçko (19 iyul 1971[…], Belovodsk[d]) — Ağır çəkidə WBC, WB0, WBA versiyaları (nüfuzlu kateqoriya) üzrə üç dəfə dünya çempionu, Ukrayna parlamentinin deputatı. Vitali Kliçko 19 iyul 1971-ci ildə Qırğızıstanın Belovodsk vilayətində anadan olub. Vitali Kliçkonun 1996-cı ildə Pereyaslav-Khmelnitski İnstitutu pedaqoji fakültəsinin məzunu olub. Kiyev Universitetində isə 2000-ci ildə doktorant dərəcəsi alıb. İdmançı karyerasına ilk dəfə 13 yaşında başlayıb. O, idmana ilk addımlarını kikboksinqlə atıb. 6 qat dünya çempionu olan Vitali Kliçko, həmin uğurları iki dəfə həvəskar və 4 dəfə də peşəkar şəkildə təkrarlayıb. Daha sonra özünü boksda sınayan Kliçko çox keçmədən 3 dəfə Ukrayna çempionu olur. Daha sonra ilk dəfə keçirilən "Dünya Ordu Oyunları" turnirində çempion kürsüsünə sahib çıxır. Ardından dünya boks çempionatının gümüş medalı ilə kifayətlənməli oldu.
Kalvin Kulic
Con Kalvin Kulic (ing. John Calvin Coolidge, Jr.; 4 iyul 1872, Plimut, Vermont, ABŞ — 5 yanvar 1933, Northempton, Massaçusets, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 30-cu prezidenti (1923–1929) və 29-cu vitse-prezidenti (1921–1923).
Kulic effekti
Kulic effekti — Biologiya və psixologiyada bu terminin ifadə etdiyi fenomen ondan ibarətdir ki, erkək fərdlər cütləşməyə hazır olan yeni-yeni dişi fərdlərlə rastlaşdıqda onların cinsi aktivliyi davamlı olaraq yüksək səviyyədə qalır. Bu fenomen sınaq olunan bütün heyvanlarla bağlı özünü doğruldub. == İzahı == Yeni dişi fərdlə rastlaşma erkək fərdin beynində dopamin neyromediatorunun ifrazında artıma, bununla da limbik sistemin yenidən və yenidən fəallaşmasına səbəb olur. Bundan sonra erkəklər yalnız yeni dişi ilə deyil, əvvəlki dişilərlə də cütləşmə potensialını yüksək səviyyədə saxlayırlar. Laster və Qorzalka bu fenomenin dişilərdə necə təzahür olunduğunu yoxlamaq üçün eksperimentlər aparmış, onun dişilərə də aid olduğunu (lakin erkəklər qədər deyil) aşkar etmişlər. == Terminin tarixi == "Kulic effekti" adlanması Amerikada populyar olan lətifə ilə bağlıdır. Lətifənin məzmunu: 1920-ci illərdə ABŞ prezidenti olmuş Kalvin Kulic həyat yoldaşı ilə birlikdə quş fermasını ziyarət edərkən xanım Kulic fermerdən soruşur: - Necə olur ki, az sayda xoruz bu qədər toyuğun mayalı yumurta verməsini təmin edə bilir? Fermer: - Xoruzlar hər biri öz funksiyasını gün ərzində yüz dəfələrlə yerinə yetirir, ona görə. Bu cavabı eşidən xanım Kulic zarafatla deyir: - Siz bunu cənab Kulicə daha ətraflı izah etsəniz, pis olmaz. Bu atmacanı eşidən prezident fermerdən soruşur: - Xoruzlar hər dəfə eyni toyuğu mayalandırır?
Külic (Piranşəhr)
Külic (fars. كوليج‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 684 nəfər yaşayır (113 ailə).
Külik (Maku)
Külik (fars. كليك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (23 ailə).
Qreys Kulic
Qreys Kulic (ing. Grace Coolidge; 3 yanvar 1879[…], Börlinqton[d], Vermont – 8 iyul 1957[…]) — ABŞ-nin Prezidenti Kalvin Kulicin həyat yoldaşıdır.
Qriqori Kulik
Qriqori Kulik İvanoviç (28 oktyabr (9 noyabr) 1890 – 24 avqust 1950, Moskva) — Sovet İttifaqı Marşalı (1940), Sovet İttifaqı Qəhrəmanı (1940). 1917-ci ildən Sov. İKP üzvü. Sovet Ordusunda 1918-ci ildən xidmət etmişdir. M. V. Frunze adına Hərbi Akademiyanı bitirmişdir (1932). Birinci Dünya müharibəsinin iştirakçısı olmuş, vətəndaş müharibəsində ağqvardiyaçılara qarşı vuruşmuşdur. Fəhlə-Kəndli Qızıl Ordusu Artilleriya İdarəsinin rəisi (1926-1930; 1937-1939), SSRİ Xalq Müdafiə Komissarının müavini və Baş Artilleriya İdarəsinin rəisi (1939-ci ildən) olmuşdur. Böyük Vətən müharibəsində ordu komandanı (1941,1943) və s. hərbi vəzifələrdə müharibədən sonra Privolje hərbi qoşunlarının müavini olmuşdur. 1946-cı ildən istefaya çıxmışdı.
Qriqori Kulik İvanoviç