Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaktus
Kaktuskimilər (lat. Cactaceae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Təbii yayılması == Təbiətdə 3 mindən çox kaktus növü var. Əksəriyyəti 500 il yaşayır və iri ölçülərə malik olurlar( hündürlüyə 10 m və eni bir neçə metr) Hazırda təbiətdə olan kaktus növlərinin 2/3 hissəsinə Cənubi Amerikada rast gəlinir. Quraqlıq iqlimin əlverişsiz mühitinə dözmək üçün bunlarda min illər ərzində bir sıra uyğunlaşmalar əmələ gəlmişdir. Onların yarpaqları tikana çevrilmiş və üzəri mum maddəsi ilə örtülmüşdür. Kaktuslar quraqlığadavamlı, həm də işıqsevən bitkilərdir. Gün ərzində onlara 3-4 saat gün işığı düşməlidir. Lakin qızmar günəş kaktusun cavan zoğlarını yandırır, onlar üzərində sarı ləkələr əmələ gəlir. Daha da təhlükəli olan yaz günəşidir.
Kostus
Kostus (lat. Costus) - kostuskimilər fəsiləsinə aid bitki cinsi.
Kunduz
Künduz vilayəti (fars. ولایت کندز‎‎‎, puşt. کندوز ولايت) — Əfqanıstan İslam Respublikasının vilayətlərindən biri. Vilayətin sahəsi 8.040 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 900.3 min nəfər, inzibati mərkəzi Künduz şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən ibarətdir. Vilayət inzibati cəhətdən Əliabad, Ərçi, Çahardərə, İmam Sahib, Xanabad, Künduz və Qalayi Zal rayonlarına ayrılır.
Kunqur
Kunqur — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Kuntze
Otto Kuntze (alm. Karl Ernst Otto Kuntze‎; 23 iyun 1843, Leypçiq — 1907, San-Remo) — alman botaniki və səyyahı. == Elmi işləri == Taschen-Flora von Leipzig. — Leipzig, 1867. Rubus-Reform deutscher Brombeeren. — 1867. Cinchona. — Haessel, 1878. (alm.) Um die Erde. — Leipzig, 1881.
Küncüt
Küncüt (lat. Sesamum) — pedaliacae fəsiləsinə aid bitki cinsi. == Növləri == Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sortları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar ancaq yüksək keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becərirlər. Yuxarı zonalara (dəniz səviyyəsindən 1700-1800 metrə qədər) doğru getdikcə küncütün qara toxumlu sortları üstünlük təşkil edir. === Azərbaycanın dərman bitkiləri === == Əhəmiyyəti == Küncüt bitkisi tərkibindəki yağın miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16,2-18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub, öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir.
Kündür
Kündür — İranın Rəzəvi Xorasan ostanının Xəlilabad şəhristanının Şeştaraz bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,700 nəfər və 1,610 ailədən ibarət idi.
Küngüt
Baş Küngüt — Şəki rayonunda kənd. Aşağı Küngüt — Şəki rayonunda kənd.
Kürtün
Kürtün Gümüşxanə ilinin bir ilçesidir. Mərkəz ilçe əhalisi 3000-dən. Əhalisi köyleriyle birlikdə 12.500 adamdır. 1991-ci ildə ilçe olmuşdur. Xalqının əhəmiyyətli bir hissəsini Türkmen, Çepniler meydana gətirər.
Tüntül
Tüntül — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonimin türk dillərindəki "ocaq, tüstü, ev" mənalı tüntü sözündən olması güman edilir. == Tarixi == === Tarixi abidələri === Kənddə İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə qəhrəman əsgər heykəli ucaldılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Dəmiraparançayın sahilində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 10 km. aralıda yerləşir. Şimal tərəfdən Nohurqışlaq, cənub tərəfdən Yengicə kəndləri ilə əhatələnmişdir. Şərqindən Vəndamçay, qərbindən isə Dəmiraparançay axır. Kənddə mülayim iqlim hakimdir. Yaşı 300-ü keçmiş çinar ağacı ilə yanaşı adları Azərbaycanın "Qırmızı Kitabı"na düşmüş bir çox ağac və bitki növləri vardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2618 nəfər əhali yaşayır.
Kültür
Mədəniyyət — insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər. "Mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture" — "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu sözün ilkin mənası — torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və "mədəniyyət" sözü daha geniş bir məna daşımağa başladı: maarifçilik, savad, tərbiyə. Mədəniyyət sözü, həmçinin, ərəbcə "Mədinə" sözündədir və mənası "şəhərsalma" anlamına gəlir. Məşhur rus dilşünası Vladimir Dal özünün "İzahatlı lüğət"ində yazır: "Mədəniyyət — işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır". Mədəniyyət fenomenini təhlil edən F.Hegel ona "insan tərəfindən yaradılmış ikinci təbiə" adını vermişdir. Mədəniyyət — təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır. Mədəniyyət — hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.
Kontum
Kontum (vyet. Kon Tum) — Vyetnamın mərkəzi dağlıq hissəsində vilayət tabeliyində olan şəhər, Kontum vilayətinin inzibati mərkəzi. == Əhalisi == Şəhərin əhalisi 143,467 nəfərdir. Onlardan 41,990 nəfəri etnik azlıqlardır ki, bu da təxminən əhalinin 29,26%-ni təşkil edir.
Dunus
Dunus — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qantiadi kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şərqdə, Çapal çayının sol sahilində, Başkeçid yaylasında yerləşir. == Tarixi == Borçalı bölgəsində "Dunus" yaşayış məntəqəsi adına ilk dəfə 1536-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Kənddə 1870-ci ildə 8 ailədə 54 nəfər, 1926-cı ildə 26 ailədə 195 nəfər azərbaycanlı yaşayırdı. 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 454 nəfər (223 nəfəri kişilər, 231 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 612 nəfər əhali yaşayır. == Təhsil == Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 84 şagird təhsil almaqdadır.
Eunus
Yevn (yun. - Eunus) (? - e.ə.132, Enna) - Siciliya adasında birinci qul müharibəsinin rəhbəri (e.ə. 138-e.ə. 132). == Həyatı == Mənşəcə suriyalı idi. Üsyançılar onu Antiox adı ilə çar elan etmişdilər. E.ə. 132-ci ildə Roma konsulu Rupili tərəfindən əsir alınmış və həbsxanada işgəncə ilə öldürülmüşdü.
Konus
Konus — həndəsi elementdir. Konus düzbucaqlı üçbucağın katetlərindən birinin ətrafında 360°Fırlanması ilə alınan fəza fiqurudur. Konusun tili yoxdur, təpəsi və üzü 1 ədəddir. Kəsik Konus. Konusu kəsən və oturacağına paralel olan müstəvi ilə konusun oturacağı arasında qalan hissə kəsik konus adlanır. Həcmi: V = 1 3 π r 2 h {\displaystyle V={\frac {1}{3}}\pi r^{2}h} Yan səthin sahəsi: S y a n = π r ⋅ l {\displaystyle S_{yan}=\pi r\cdot l} Tam səthin sahəsi: S t a m = π r ⋅ ( r + l ) {\displaystyle S_{tam}=\pi r\cdot (r+l)} Konusun diaqonal kəsiyi bərabəryanlı üçbucaqdır. Burada V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi r-konusun oturacağının radiusu h-konusun hündürlüyü l-konusun doğuranıdır.
Kunqu
Kunqu (Çin: 崑曲; pinyin: Kūnqǔ; Wade-Giles: k'un-ch'ü) Kunju, Kun operası və ya Kunqu Operası adı ilə də tanınır. Çin operasının günümüzə qədər gələn ən qədim formasıdır. Kunshan melodiyasından götürülmüşdür. XVI-XVIII əsrlərdə Çin teatrında üstünlük təşkil etmişdir. Təxminən 600 illik tarixi olan Kunqu yüzlərlə operanın “müəllimi” və ya “anası” sayılır; Buraya Pekin operası da daxildir. Kunqu, 2001-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi İrsinin Şah əsərlərindən biri elan edilmişdir.
Külüs
Külüs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Bəzi mənbələrə görə kəndin adı Sakların bir qolu Kol tayfası və Oğuzların(Uz) ərazidə məskulaşması ilə yaranmışdır. IV əsrdə Kəngərli tayfasının Səleykə qolu , sonralar isə Salahlı , Qaramanlı və başqa tayfalar məskunlaşmışdır. Bəzi tədqiqatçılar isə oykonimin kühül (mağara) sözündən düzəldiyini ehtimal edirlər. Altay dillərində, o cümlədən 419 monqol dilində kuluz "qamış" mənasında işlənir. Güman etmək olar ki, kəndin ərazisi qamışlıq olduğu üçün belə adlandırılmışdır, lakin Zəngəzur mahalında Qarakilsə rayonunda Uz kəndi, Şəki kəndi və s., Babək rayonunda Kültəpə, Qərbi Azərbaycan ostanında(İran) Kulus (Kolus) kəndlərinin olması Sak-Kol və Oğuz — Uz tayfa ittifaqlarının mövcudiyyətini və kənd adlarında qorunmasını sübut edir. == Tarix == Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Kəndin tarixi orta tunc dövründən başlayır. Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası (tamamilə dağılıb) kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III–II minilliyə aid tunc xəncər, ox ucu, qablar və haqqıqdan (əqiqdən) muncuqlar, bəzək əşyaları tapılıb.
Phaseolus lunatus var. lunatus
Phaseolus lunatus (lat. Phaseolus lunatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lobya cinsinə aid bitki növü. == Sinonimləri == Dolichos tonkinensis Bui-Quang-Chieu Phaseolus bipunctatus Jacq. Phaseolus ilocanus Blanco Phaseolus inamoenus L. Phaseolus limensis Macfad. Phaseolus lunatus var. lunatus Phaseolus lunatus var. macrocarpus (Moench) Benth. Phaseolus macrocarpus Moench Phaseolus portoricensis Spreng. Phaseolus puberulus Kunth Phaseolus rosei Piper Phaseolus saccharatus Macfad. Phaseolus tunkinensis Lour.
Akantus (ornament)
Akantus (yun: Ἄκανθος) qədim yunan memarlığında sütun başlarını bəzəmək üçün istifadə olunan bitki fiqurudur. Azəricə adı “ayı pəncəsi” olan akantus, sıx, qalın, silindrik və dik çiçəkli, tikanlı, hündür, ot bitkilərindəndir. Çiçəkləri gözə çarpan olduğundan bəzək bitkisi kimi yetişdirilir. Akantus, ilk əsrlərdən bəri Roma və Bizans başda olmaqla müxtəlif dairələrin sənətinə daxil olan bir bitkidir. Sütun başlıqlarının ayrılmaz hissəsidir. Xüsusilə Aralıq dənizi mühitinin sənətində, müxtəlif materiallarla yarpaq, qıvırcıq və ya rozet formasında olan bir çox tikilidə rast gəlinir. Son antik dövr sənəti və barokko sənətində də tez-tez istifadə edilmişdir. Korinf və kompozit sütun başlıqlarında akantus yarpaqlı bəzək motivinin inkişafını müşahidə etmək mümkündür. Vitruvius bu kapitel janrının meydana gəlməsinin hekayəsindən belə bəhs etmişdir: “Korinfli azad bir qız evlilik yaşında bir xəstəlikdən ölür. Qızın süd anasy, qızın ölümündən sonra həmin qıza həyatda zövq verən bəzi kiçik əşyaları yığaraq, səbətə qoyub qızın qəbrinə aparır; məzarın üstünə qoyduğu səbətin içindəki əşyaların daha uzun müddət ərzində qalması üçün səbətin üstünə bir kafel qoyur.
Alparslan Kuytul
Alparslan Kuytul (20 Avqust 1965; Adana, Türkiyə) 1980-ci illərdə başlayan fəaliyyəti nəticəsində 1994-cü ildə Furkan Təhsil və Xidmət Vəqfini qurdu.Bu gün artıq Furkan Vəqfinin Türkiyə daxilinə 35-dən çox şəhərdə ve bir neçə xarici ölkədə çox sayda şöbələri fəaliyyət göstərir.. == Həyatı == Alparslan Kuytul 1965-ci ildə Adananın Qaradaş qəsəbəsində dünyaya gəlib.1991-ci ildə Çukurova Universiteti,Memarlıq-Mühəndislik fakültəsi,İnşaat Mühəndisliyi bölümündən məzun olub. == Furkan Nəsli Jurnalından Məqalələri == Beklenen Nesil: Öncü Nesil (Sayı 1) Öncü Neslin Vasıfları-1 (Sayı 2) Öncü Neslin Vasıfları-2 (Sayı 4) Öncü Neslin Görevleri-1 (Sayı 5) Öncü Neslin Görevleri-2 (Sayı 6) Öncü Neslin Görevleri-3 (Sayı 7) İnsanın Vahye İhtiyacı (Sayı 8) Kur’ân’ın Kelâmullah Olduğunun Delilleri-1 (Sayı 9) Kur’ân’ın Kelâmullah Olduğunun Delilleri-2 (Sayı 10) Kur’ân’ın Kelâmullah Olduğunun Delilleri-3 (Sayı 11) Kur’ân’ın Kelâmullah Olduğunun Delilleri-4 (Sayı 12) Kur’ân’ın Kelâmullah Olduğunun Delilleri-5 (Sayı 15) Ümmet, Mes’uliyet ve Arakan Müslümanları (Sayı 16) Ümmetimizin Çöküşü Ve Çöküşün Sebepleri-1 (Sayı 17) Ümmetimizin Çöküşü Ve Çöküşün Sebepleri-2 (Sayı 18) Ümmetimizin Çöküşü Ve Çöküşün Sebepleri-3 (Sayı 19) Ümmetimizin Çöküşü Ve Çöküşün Sebepleri-4 (Sayı 20) Ümmetimizin Çöküşü Ve Çöküşün Sebepleri-5 (Sayı 21) Ümmetimizin Çöküşü Ve Çöküşün Sebepleri-6 (Sayı 22) Ümmetimizin Çöküşü Ve Çöküşün Sebepleri-7 (Sayı 23) Ümmetimizin Çöküşü Ve Çöküşün Sebepleri-8 (Sayı 24) Allah’ın Yardımı Ve Feth-u Karib (Sayı 25) Ümmetimizin Çöküşü Ve Çöküşün Sebepleri–9 (Sayı 26) Ümmetimizin Çöküşü Ve Çöküşün Sebepleri–10 (Sayı 27) Ümmetimizin Çöküşü Ve Çöküşün Sebepleri–11 (Sayı 28) Ortadoğu Gerçeği ve Ümmetimizin Doğum Sancısı-1 (Sayı 29) Ortadoğu Gerçeği ve Ümmetimizin Doğum Sancısı-2 (Sayı 30) Ortadoğu Gerçeği ve Ümmetimizin Doğum Sancısı-3 (Sayı 31) Ortadoğu Gerçeği ve Ümmetimizin Doğum Sancısı-4 (Sayı 32) Ortadoğu Gerçeği ve Ümmetimizin Doğum Sancısı-5 (Sayı 33) Ortadoğu Gerçeği ve Ümmetimizin Doğum Sancısı-6 (Sayı 34) Ortadoğu Gerçeği ve Ümmetimizin Doğum Sancısı-7 (Sayı 35) Ortadoğu Gerçeği ve Ümmetimizin Doğum Sancısı-8 (Sayı 36) “İslam Devleti İçin Çalışmaya Gerek Yok” MU?
Amblyseius mountus
Antidesma bunius
Salamandra ağacı (lat. Antidesma bunius) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin antidesma cinsinə aid bitki növü.
Aşağı Küngüt
Aşağı Küngüt — Azərbaycan Respublikasının Şəki rayonunda kənd. == Toponimikası == Kəndin əsasını XIX əsrin əvvəllərində Baş Küngüt kəndindən çıxmış ailələr qoymuşdular. Toponimin birinci komponenti olan "Aşağı" sözü kəndin coğrafi mövqeyini, yəni kəndin coğrafi baxımdan aşağı tərəfdə yerləşdiyini əks etdirən bir sözdür. Toponimin ikinci komponenti olan "Küngüt" isə XIII əsrdə monqolların tərkibində gəlmiş, olxonut tayfa birliyinin boylarından biri olan kungiyat/xingid tayfasının adıyla bağlıdır. Kəndin adının ümumi mənası da "aşağı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın qolu olan Küngüt çayının sahilində, Qanıx-Həftəran vadisində, rayon mərkəzindən 25 km cənub-şərqdə, Şəki-Oğuz şose yolundan 5 km aralı yerləşir. == Əhalisi == Kəndin əhalisi 1358 nəfər təşkil edir ki, onun da 641 nəfəri kişi, 717 nəfəri isə qadındır.
Aşağı Tunqus
Aşağı Tunqus — Sibirdə yerləşən çay Rusiyanın İrkutsk vilayəti və Krasnoyarsk diyarı ərazisindən axaraq Yenisey çayına tökülür. Çay Orta Sibir yaylasından və Putorana platosunun cənubundan axaraq Yeniseyin sağından çaya tökülür. Çay Tura qəsəbəsinə qədər gəmiçilik üçün yararlıdır. == Qısa məlumat == Yeniseyin sağ qolunu təşkil edən Aşağı Tunqus Turuxansk şəhəri yaxınlığında çaya tökülür. Buzlanması oktyabrdan maya qədər davam edir. Çay yuxarı axarda may-iyun, aşağı axarlarda may-iyul aylarında gursululuq müşahidə edilir. Yuxarı axarlarda çay yayladan, aşağı axarlarda isə düzənliklərdən axır === Yuxarı axar === Yuxarı axarlarda çay 580 km məsafədə enli dərədən axır. Dərə əsasən gilli-qumlu suxurlardan təşkil olunmuşdur. Bu hissədə Aşağı Tunqus çayı Lena çayının ysxınlığından axır. Kirensk şəhəri yaxınlığında məsafə hətta 15–20 km-ə qədər azalır.
Baş Küngüt
Baş Küngüt — Azərbaycan Respublikasının Şəki rayonunda kənd.. == Toponimikası == Toponimin "Baş" hissəsi kəndin üst, hündür, yuxarı yerdə (yəni "başda") yerləşməsini əks etdirən sözdür. Toponimin ikinci komponenti olan "Küngüt" isə, XIII əsrdə monqol işğallarında iştirak etmiş kungiyat tayfasının adını əks etdirir. Kəndin adının ümumi mənası da "yuxarı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir. == Tarixi == Kənddəki bəzi məhəllə adları:: Həjjərlər, Süvərlər, Papaqçılar, Dəmirçilər,Muradlılar,Bəkirlər və s. === Tarixi abidələri === Ərazisində orta əsrlərə aid Küngüt qalası, alban məbədi, Həzrət Əli qalası və bir sıra tarixi abidələr yerləşir. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 27 km şimal-şərqdə, Əyriçayın qolu olan Küngütçayın sahilində, dağlıq ərazidə yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları, cənubdan Bideyiz, şərqdən Baş Kəldək, cənub-şərqdən isə Oraban kəndləri ilə əhatə olunmuşdur. Küngütçay kəndin şərqindən axır. Əsasən yayın sonu və payızın əvvəlində çayda daşqınlar olur.