Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heba
Heba (q.yun. Ἥβη q.yun. Ἥβη Ἥβη və Hebe) — in Yunan mifologiyası gənclik ilahəsi, Zevs və Heranın qızı. Heba Olimpdə tanrıların ruhanisi olaraq xidmət etmiş, daha sonra isə Hanimed onu əvəz etmişdir . Herakl ölümsüzlüyü əldə etdikdən sonra Hera ilə barışıq əlaməti olaraq ona ərə verilir. . Hera Heraklə övladlığa götürür və Hebanı ona ərə verir . Heba və Heraklın evliliyinin sübutu olan təsvir Mycenae yaxınlığındakı Gereionda yerləşirdi . Alexiaz və Aniket övladları idi. . Sərv gənc ilahənin müqəddəs ağacı hesab olunurdu. Heba məbədinə daxil olan qul azadlıq əldə edirdi. .
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Kuşk
Kuşk — İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,264 nəfər və 3,083 ailədən ibarət idi.
Dmitri Kusov
Dmitri Kusov (oset. Хъуысаты Димитр; 10 (22) sentyabr 1889, Vladiqafqaz – 9 fevral 1964) — Osetin, Sovet şairi və dramaturqu. Əsərlərini osetin və rus dillərində yazmışdır. == Bioqrafiyası == 10 sentyabr 1889-cu ildə Vladiqafqazda anadan olmuşdur. 1889-cu ildə ailəsi iş axtarmaq üçün İrkutska köçür. Uşaqlığı və gəncliyi bu şəhərdə keçirməli olur. 1906-cı ildə atasının ölümündən sonra anası ilə birlikdə Vladiqafqaza qayıdır. 1908-ci ildə Vladiqafqaz şəhər məktəbini bitirir 1915–1917-ci illərdə orduda xidmət etmişdir. Ordudan təıxris edildikdən sonra Tiflisə köçür. Daha sonra Moskvaya gəlir, burada kinofabrikdə etnoqraf-məsləhətçi və rejissor köməkçisi olaraq çalışır.
Kusko krallığı
Kusko krallığı (keçya dilində: Qusqu, ispan dilində: Cusco (Cuzco)) — 1197-14380 - And dağlarında mövcud olmuş, çox da böyük olmayan dövlət, XII əsrə yaxın inklər tərəfindən əsası qoyulmuş şəhər dövlət. Zaman keçdikcə müharibələr və ya dinc assimilyasiya vasitəsilə krallıq öz ərazisini genişləndirərək inklərin imperiyasına çevrilmişdir. == Tarixi == Kusko ərazisində inklər XII əsrə yaxın tayfa kimi görünmüşlər. Manko Kapakanın rəhbərliyi ilə onlar tezliklə Kusko şəhər-dövlətinin əsasını qoymuşlar. 1438-ci ildə İnk imperiyasının doqquzuncu hökmdarı Paçakutinin (1438-1471) rəhbərliyi ilə fəal işğalçılıq siyasətinə başlamışlar. Tezliklə Paçakuti Andın bütün ərazisini işğal etməyə müvəffəq oldu. Paçakuti Kusko krallığını imperiyaya çevirdi, o, federal idarəetmə sistemi yaratdı, bu idarəetmə sistemi mərkəzi hökumətdə inklərlə birlikdə dörd əyalətin yerli güçlü liderlərinin də təmsil olunmasına imkan yaradırdı. Mülahizələrə görə Maçu-Pikçu şəhərinin əsası da Paçakuti tərəfindən qoyulmuşdur. == Hökmdarları == Tarixi mənbələrə əsasən Kusko krallığının hökmdarları aşağıdakılar olmuşdur: Manko Kapak - (1200-1230) Sinçi Roka - (1230-1260) Loke Yupanki - (1260-1290) Mayta Kapak - 1290-1320 Kapak Yupanki - 1320-1350 Inka Roka - 1350-1380 Yauar Uakak - 1380-1410 Virakoça İnka - 1410-1438 Kusko krallığının ilk hökmdarlarının adları məlum deyil, sonralar Kapak səhra komandiri, Sinçi lider mənasında işlənilmişdi. Sülalənin əsasının 1200-cü ildən başlandığı ehtimal olunur.
Kusov Torpağı
Kusov Torpağı — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Arxipelaqın cənubunda yerləşir. Adadan cənubda yalnız kiçik adsız adalar vardır. Vayqaç adasından Kara darvazası boğazı ilə ayrılır. Adadan bir qədər aralıda Prokofev və Persey bankələri yerləşir. 59 metrə malik olan ən hündür zirvə adanın cənub-şərqində yerləşir. İkinci zirvə isə 52 metrdir. Adanın mərkəzində yerləşir.
Kusov adası
Kusov adası — Şantar adaları qrupuna daxil olan ada. Böyük Şantar adasından 14 km şərqdə yerləşir. Adanın uzunluğu 4,5 km, eni isə 2,5 km arasında dəyişir. Ada 1829-cu ildə rus hidroqrafı Prokopiy Tarasoviç tərəfindən kəşf edilmişdir. Ada elə onun tərəfindən Rus-Amerikan şirkətinin direktoru Nikolay İvanoviç Kusovun şərəfinə adlandırılmışdır. 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları" yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Qitələrarası Kubok (futbol)
Qitələrarası Kubok — Avropa və Cənubi Amerikanın ən güclü klublarının iştirak etdiyi yarış. == Tarixi == 1960-cı ildə – Avropa Çempionları Kuboku turniri artıq ən populyar turnir olanda UEFA-nın baş katibi Avropanın və Cənubi Amerika (futbolda ən böyük inkişafı olan qitələr) nın ən güclü klubları arasında matç keçirmək ideyasını təklif edir. Məhz onun KONMEBOL-a (Cənubi Amerika Futbol Federasiyasına) məktubundan sonra Libertadores Kubokunun birinci turnirini də təşkil edirlər. Birinci turnirdə Montevideonun məşhur "Penyarol" klubu qalib gəlir. Həmin 1960-cı ildə daha iki matç keçirilir: Madridin məşhur "Real" klubu ilə "Penyarol" klubu arasında. İki görüşün nəticəsinə görə uruqvaylılara üstün gələn "Real" (5:1 öz meydanında və 0:0 rəqib meydanında) klublar arasında dünyanın birinci qeyri-rəsmi çempionu olur. Maraqlıdır ki, turnirin birinci qolunu elə birinci dəqiqədə Ferents Puşkaş (Macarıstan) vurmuşdur. Avropalıların birinci qələbəsində sonra amerikalılar cəsarətlə işə girişdilər və artıq bir neçə qələbədən sonra xeyli irəli çıxdılar. Ola bilsin ki, məhz buna görə 70-ci illərin sonuna yaxın Avropa klubları bu turnirə marağı itirdilər. Onda yaponlar, daha doğrusu, məşhur "Toyota" avtomobil konserninin nümayəndələri işə qarışdılar.
Artemisia herba-alba
Artemisia herba-alba (lat. Artemisia herba-alba) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı — 1960-2004-cü illərdə CONMEBOL və UEFA tərəfindən təşkil edilən və UEFA Çempionlar Liqası çempionu ilə Libertadores Kuboku çempionunun qarşılaşdığı Qitələrarası Kubokda çempion olan futbol komandalarının baş məşqçilərinin siyahısı. Qitələrarası kubok qazanan ilk komanda "Real Madrid", ilk baş məşqçi isə Miqel Munos olub. İlk 18 oyun cüt oyunlu sistemlə keçirilib. 1980-ci ildə baş məşqçisi Xuan Martin Muxika olan "Nasyonal" komandası, "Nottingem Forest" komandasını ilk tək oyunlu sistemlə keçirilən çempionatda məğlub edərək yeni sistemdəki ilk çempion oldu. Sonuncusu 2003-cü ildə keçirilən kubokun isə son çempionu olan "Porto" komandasının baş məşqçisi Viktor Fernandez idi. Argentinalı Karlos Byanki 1994-cü ildə "Veles Sarsfild" komandasının, 2000 və 2003-cü illərdə "Boka Xuniors" komandasının baş məşqçisi ikən kuboku başı üzərinə qaldırdı və turnirdə 3 çempionluq qazanan ilk və tək baş məşqçi oldu. Dörd baş məşqçi bu kuboku bir dəfədən artıq qazanmaq uğuru əldə etsə də, dördü də bu uğuru eyni komanda ilə iki il ardıcıl çempion olmaqla əldə etmişdi. "Santos" komandasının baş məşqçisi ikən 1962 və 1963-cü illərdə kuboku qazanan Luis Peres (ləqəbi — Lula) turnir tarixində həm iki dəfə çempion olan, həm də ardıcıl iki dəfə çempion olan ilk baş məşqçi olmuşdu. Elenio Errera "İnter Milan" komandasının baş məşqçisi ikən 1964 və 1965-ci illərdə komandasına çempionluq qazandırdı. Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan" komandası ilə kuboku qazandı.
Bleda
Bleda (yun. Βλήδας, lat. Bleda, oğurca Bildə — Bilgə; bilinmir – 444 və ya 445) — 434-444-cü illərdə hakimiyyətdə olmuş hun başçısı, İdil xanın (Atilla) qardaşı və hakimiyyət şəriki.
Helena
Helena — ABŞ-nin Montana ştatının paytaxtı.
Hiloba
Hiloba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Hil kənd inzibati-ərazi vahidi tərkibindəki Hiloba kəndi Quxuroba kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim Hil (kənd adı) və oba komponentlərindən düzəlib, "Hil kəndinin obası, qışlağı" deməkdir. Kənd keçmişdə Hil kəndinə məxsus qışlaq yeri olmuşdur. Kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır.
Hələb
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osman. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.
Hələbi
Hələbi — təxəllüs. Yaşayış məntəqələri Hələbi (Sulduz) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.
Plebs
Plebeylər (plebeii, plebs — sadə xalq) — Qədim Romada azad əhalinin zümrələrindən biri. E.ə. III əsrin əvvəlinədək icma torpağından istifadə hüququna malik deyildilər, xüsusi mülkiyyətçi kimi onların kiçik torpaq sahələri vardı. Əkinçiliklə yanaşı sənətkarlıq və ticarətlə də məşğul olurdular. Patrisilərə qarşı mübarizə (e.ə. V əsrin əvvəli-e.ə. III əsrin əvvəli) nəticəsində plebeylər patrisilərlə eyni dərəcədə vətəndaşlıq və siyasi hüquqlara nail oldular; Roma xalqının tərkibinə daxil edildilər, patrisilərlə birgə nobilitet yaratdılar. Plebeylər termini e.ə. 3–2 əsrlərdə tam hüquqlu, lakin əsilzadə olmayan vətəndaşlara aid edilirdi.
Üləma
Üləma (ərəb. علماء‎) — islamda dini biliklərin, o cümlədən islam doktrinasının və hüququnun qoruyucuları, ötürücüləri və tərcüməçiləri. Tarixi ənənəyə görə, üləmalar dini müəssisələrdə, yəni mədrəsələrdə təhsil alırlar. Quran və sünnə ənənvi islam hüququnun müqəddəs qaynaqlarıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Guy Burak. The second formation of Islamic Law. The Hanafi School in the Early Modern Ottoman Empire. Cambridge, UK: Cambridge University Press. 2015. ISBN 978-1-107-09027-9.
Alexa
Alexa Internet — San-Fransiskoda yerləşən veb-trafik təhlili şirkəti. Amazonun törəmə şirkəti idi. Alexa 1996-cı ildə müstəqil şirkət kimi yaradılıb və 1999-cu ildə Amazon tərəfindən 250 milyon dollara satın alınıb. Alexa 30 milyondan çox veb-saytda veb-trafik məlumatları, qlobal reytinqlər və digər məlumatları təqdim edirdi. Alexa, brauzer uzantılarından istifadə edən milyonlarla İnternet istifadəçisi, eləcə də Alexa skripti quraşdırmağı seçmiş saytlar əsasında veb-sayt trafikini təxmin edir. 2020-ci ilə kimi onun veb-saytını hər ay 400 milyondan çox insan ziyarət edib. 2021-ci ilin dekabrında Amazon, Alexa İnternet törəmə şirkətini bağlayacağını açıqladı. Daha sonra xidmət 1 may 2022-ci ildə dayandırıldı. == Tarixi == === 1996–1999 === Alexa Internet 1996-cı ilin aprelində Brewster Kahle və Bruce Gilliat tərəfindən təsis edilib. Şirkətin adı Ptolemey Misirindəki İsgəndəriyyə kitabxanasına hörmət əlaməti olaraq seçilmişdir və bu, qədim dünyanın ən böyük bilik anbarı ilə internetin oxşar bilik anbarına çevrilmə potensialı arasında paralellik yaradır.
Elena
Elena — ad. Elena George — rumın müğənni. Elena Cionat — Rumıniyalı pedaqoq, jurnalist Elena Levçenko — Belarus Respublikasının peşəkar basketbolçusu Elena Koşka — ABŞ pornoaktrisa və erotik modeli.
Akuşo
Akuşo Tiflis quberniyasının Tioneti qəzasında kənd adı. Qars əyalətinin Batum dairəsində Akusa kənd, Azərbaycanda Cavad qəzasında Akuşa çay (Kürün sağ qolu), Dağıstanda Akuşa çay və kənd adları ilə mənşəcə eynidir. == Mənbə == B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Gürcüstanda türkmənşəli toponimlərin izahlı lüğəti. Bakı: Nurlan, 2008.
Busot
Busot (isp. Busot) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 33,84 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 3257 nəfərə çatmışdır.
Kasik
Kasike — Latın Amerikası ölkələrində Hindu əhalisinin başında duran ağsaqqal. Kolumböncəsi Bahama, Antil adaları yerli qəbilələrinin başçılarının qəbul etdikləri titul. İspanların bölgəyə gəlməsi ilə bütün Amerika yerlilərinin başçılarına bu ad deyilməyə başlandı. Titulun qadın forması "kasika"dır. Müasir dövrdə, Latın Amerikası və İberiya ölkələrində siyasətdə gücdən istifadə edənlərə "kasikeçi" deyirlər.
Keson
Keson (kor. 개성시) — Şimali Koreyada şəhər. Keson şəhəri KXDR-nin əsas yüngül sənaye mərkəzi hesab olunur. 1910-cu ildən 1945-ci ilə qədər Yaponiya İmperiyasının işğalı altında qalmış şəhər Keson Sənaye Bölgəsinin yaxınlığında yerləşir. == Qardaş şəhərlər == Katmandu, Nepal Belsı, Moldova Kusko, Peru == Həmçinin bax == Şimali Koreya Şimali Koreya coğrafiyası == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Kaesong haqqında səyahət məlumatları var. North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine, (North Korea Google Earth) смотрите больше об Кэсоне, его экономике, культуре и промышленной инфраструктуре на Google Earth.
Keşik
Keşik (monq. хишигтэн; — «hökmdarın yaxın və sadiq qulları») — Çingiz xan tərəfindən yaradılmış Böyük Monqol imperiyasında xanın şəxsi qvardiyası. == Tarixi == Böyük Monqol imperiyasında ayrıca cangüdənlər dəstəsi- keşik yaradıldı. Keşik iki hissədən ibarət idi. Kebtaul- axşam qoruyucuları və turxaud-gündüz qoruyucuları. Keşik monqol qvardiyasını təşkil edirdi. Temuçinin yaratdığı bu idarəetmə aparatı köhnə qəbilə institutlarından fərqlənirdi. Bu aparat xanın iradəsi ilə yaradılmışdı, onun nökərləri, sadə xalqın- aratların üzərində ağalığını təmin edirdi. Bu dövlət qurumuna bənzəyən aparat xanın maraqlarını müdafiə edirdi. Qvardiyaçı-keşikçilər nizam-intizamın pozulmasına görə çox ağır cəzaya məhkum edilirdilər.
Kulob
Kulab (tac. Кӯлоб) — Tacikistanın Xatlon bölgəsində yerləçən şəhər. Yaxsu çayının vadisində (Pənc hövzəsi), Düşənbə şəhərindən 175 km cənub-şərqdə, Xəzratişox silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Əhalisinə görə respublikada dördüncü şəhərdir: əhalisi 1 yanvar 2015-ci il tarixinə 101.200 nəfər idi; 1 yanvar 2019-cu il tarixinə 105.500 nəfərdir. == Tarixi == Kulab, Xuttalyanın yeni paytaxtı olaraq XVI əsrdə ortaya çıxdı və Abdullah adına görə kiçik bir şəhər idi, lakin üç qapısı olan möhkəm qala vardı: Çarsu (şimal tərəfdə), İmam (qərbdə) və Darb əl-Xaivan (cənub tərəfdə). Şərq tərəfində şəhər dağlarla qorunurdu. 1504-1505-ci illərdə şəhər Özbək xanədanının qurucusu - Şeybani xan tərəfindən tutuldu və Şeybanilər dövlətinin bir hissəsi idi. Şeybani xanın ölümündən sonra, 1510-cu ildə tarixdə Xan Mirzə kimi tanınan Teymurlu Sultan Veys Mirzənin nəsilləri burada hakimiyyəti ələ keçirdi. 1584-cü ilə qədər Süleyman Şahın nəvəsi Şahrux Mirzə burada hökm sürdü və həmin ildə şəhər Şeybanidlərin Özbəklər sülaləsinin nümayəndəsi — II Abdullah Xan tərəfindən yenidən ələ keçirildi və birbaşa dövlətin mərkəzinə tabe edildi — Buxara. Nadir Məhəmməd Xanın (1642-1645) dövründə Kulab, Özbək Əştərxanilər sülaləsinin hakimiyyəti altındakı ikinci siyasi mərkəz olan Bəlxə təyin edildi.
Kulot
Kulot (fr. cul sözündən götürülmüşdür = sağrı deməkdir) XIIV-XVIII əsrlərdə fransız zadəgan və əsilzadələrinə məxsus geyim - dizlikli şalvar və ya bric. Kulot geyim dizdən bir qədər aşağıya qədər olan dar bir tuman ya şalvar olub, məxmər, ipək (zadəgan və aristokratlar üçün) və ya adi kətan və yun parçadan (sənətkarlar üçün) eləcə də dəridən (süvarilər, əsgərlər üçün) tikilir.
Kurov
Kurov (pol. Kurów) — Polşanın cənub-qərbində kənd. Lyubel voyevodalığının Kurov qminasının mərkəzidir və 2005-ci il siyahıyaalmasına görə əhalisi 2811 nəfərdir. Kurov 1442-1870-ci illərdə şəhər statusuna malik olub. == Tarixi == Buradakı ilk yaşayış məskəni XII əsrə aid edilir. XVI əsrdə Kurov Kalvinizm hərəkatının mərkəzi olsa da, 1660-cı ilə qədər əhalinin böyük hissəsi Arianlığa keçib. 1939-cu ildə İkinci dünya müharibəsinin ilk günlərində Kurov Lüftvaffenin şiddətli bombardmanına məruz qalmış və müharibə dövründə burada almanların iki toplama düşərgəsi yerləşmişdir. == Məşhur şəxslər == Voyçex Yaruzelski — Polşa dövlət və hərbi xadimi, kommunist rejimi dövründə Polşanın siyasi və hərbi rəhbərlərindən biri, ordu generalı (1923-cü ildə Kurovda doğulmuşdur).