Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Du Fu
Du Fu(Çincə:杜甫, 712[…], Quni[d] – 770[…], Tanzhou[d]) — Tan dönəminin Çin şairi.
Ku Li
Ku Li (20 noyabr 1987) — Ukraynanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ku Li Ukraynanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub. Daha sonra Ku Li Ukraynanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Ku diapazonu
Ku diapazonu (tələffüzü ˌkeɪˈjuː — key-yu) — peyk televiziyasında istifadə olunan santimetr dalğa uzunluqlarının tezlik diapazonu. IEEE tərəfindən müəyyən edildiyi kimi, bu diapazon elektromaqnit spektrinin 12 ilə 18 GHz arasında (dalğa uzunluğu 2,5 ilə 1,67 sm arasında) uzanır. Peyk rabitəsində bu diapazon həm də X diapazonunun bir hissəsini əhatə edir: bu halda Ku diapazonu 10,7 ilə 18 GHz arasındadır. Adı daxilindəki ifadədən gəlir alm. Kurz-unten‎ — sözün əsl mənasında "qısa-aşağı", K-diapazondan aşağı olan diapazonu ifadə edir (alm. Kurz‎ — "qısa"). == Peyk televiziyası == Peyk televiziyası üçün iki əsas diapazon istifadə olunur: Ku diapazonu (10,7–12,75 GHz) və C-band (3,5–4,2 GHz). Avropa peykləri əsasən Ku diapazonunda yayımlanır. Rusiya və Asiya peykləri adətən hər iki tezlik diapazonunda yayımlanır. Ku diapazonun C-diapazonundan praktik üstünlüyü var.
Meqqi Kü
Marqaret Deniz Kuiqli (ing. Margaret Denise Quigley; 22 may 1979, Honolulu) — əsasən Meqqi Kü (ing. Maggie Q) ləqəbi ilə tanınan ABŞ aktrisası və fotomodeli.
Ku-kluks-klan
Ku Kluks Klan — 1865-ci ildə quldarlığın ləğvinin elan edilməsindən sonra Cənub ştatların plantasiya sahibləri tərəfindən zəncilərin vətəndaşlıq hüququ uğrunda mübarizələrinə qarşı ABŞ-də yaradılmış irqçi terrorçu təşkilatdır. === Yaranması === 1865-ci ilin milad gecəsində altı cavan, şuluq zabit – Makkord, Lester, Kennedi, Krou, Couns, Rid ABŞ-nin Tennesi ştatındakı balaca Pülasko şəhərinin məhkəmə binasında yığışıb, bir az məzələnmək üçün özlərinə gizli bir təşkilat yaratmaq qərarına gəldilər. (Yeri gəlmişkən, Amerikada hələ Böyük İslahat dövrünə qədər də belə gizli təşkilatlar vardı. Həmin təşkilatlardan heç biri inkişaf edə bilmədiyi üçün gizli təşkilatlara maraq yeni bir şey deyildi). O vaxt bu altı zabitin heç bir konkret məqsədi yox idi. Onlar, sadəcə, Amerikada Vətəndaş Müharibəsində iştirak etdiklərinə görə, müharibədən sonra vətəndaş hüquqlarından məhrum olmuşdular. Eləcə, bikarlıq idi. Təşkilata nəsə sirli bir don geyindirmək və "köhnə gizli təşkilat ənənələri"nə sadiq qalmaq məqsədilə, zabitlər onu "Qızıl Çevrə Qardaşlığı" adlandırdılar. Amma o vaxtlar fəaliyyət göstərən "Qızıl Çevrə Cəngavərləri" təşkilatının adına oxşadığından, tezcə də vaz keçdilər. Adda nəsə bir "çevrə" sözünün olması istəyi güclü idi.
Ku-klus-klan
Ku Kluks Klan — 1865-ci ildə quldarlığın ləğvinin elan edilməsindən sonra Cənub ştatların plantasiya sahibləri tərəfindən zəncilərin vətəndaşlıq hüququ uğrunda mübarizələrinə qarşı ABŞ-də yaradılmış irqçi terrorçu təşkilatdır. === Yaranması === 1865-ci ilin milad gecəsində altı cavan, şuluq zabit – Makkord, Lester, Kennedi, Krou, Couns, Rid ABŞ-nin Tennesi ştatındakı balaca Pülasko şəhərinin məhkəmə binasında yığışıb, bir az məzələnmək üçün özlərinə gizli bir təşkilat yaratmaq qərarına gəldilər. (Yeri gəlmişkən, Amerikada hələ Böyük İslahat dövrünə qədər də belə gizli təşkilatlar vardı. Həmin təşkilatlardan heç biri inkişaf edə bilmədiyi üçün gizli təşkilatlara maraq yeni bir şey deyildi). O vaxt bu altı zabitin heç bir konkret məqsədi yox idi. Onlar, sadəcə, Amerikada Vətəndaş Müharibəsində iştirak etdiklərinə görə, müharibədən sonra vətəndaş hüquqlarından məhrum olmuşdular. Eləcə, bikarlıq idi. Təşkilata nəsə sirli bir don geyindirmək və "köhnə gizli təşkilat ənənələri"nə sadiq qalmaq məqsədilə, zabitlər onu "Qızıl Çevrə Qardaşlığı" adlandırdılar. Amma o vaxtlar fəaliyyət göstərən "Qızıl Çevrə Cəngavərləri" təşkilatının adına oxşadığından, tezcə də vaz keçdilər. Adda nəsə bir "çevrə" sözünün olması istəyi güclü idi.
Ku Bon-Çan
Ku Bon-Çan (31 yanvar 1993, Köncu[d], Könsan-Pukto[d]) — Cənubi Koreyalı oxatan. Ku Bon-Çan iki dəfə Dünya Çempionatında qızıl medal qazanıb. Ku Bon-Çan həmçinin 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında fərdi və komanda yarışlarında qızıl medal qazanıb. == Karyerası == Ku Bon-Çan birinci ciddi uğurunu 2015-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində qazandı. O, həm komanda, həm də qarışıq komanda yarışlarında birinci yeri tutaraq qızıl medal qazandı. 2016-cı il isə Ku Bon-Çan üçün daha uğurlu oldu. O, XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, finalda Fransa idmançısı üzərində qələbə qazanaraq qızıl medal qazandı. Ku Bon-Çan növbəti qızıl medalını isə komanda yarışlarında qazandı. Ku Bon-Çan komanda yoldaşları Li Sın Yun və Kim Voo-Jin ilə birgə birinci yeri tutaraq Olimpiya çempionu oldu.
Ku Kluks Klan
Ku Kluks Klan — 1865-ci ildə quldarlığın ləğvinin elan edilməsindən sonra Cənub ştatların plantasiya sahibləri tərəfindən zəncilərin vətəndaşlıq hüququ uğrunda mübarizələrinə qarşı ABŞ-də yaradılmış irqçi terrorçu təşkilatdır. === Yaranması === 1865-ci ilin milad gecəsində altı cavan, şuluq zabit – Makkord, Lester, Kennedi, Krou, Couns, Rid ABŞ-nin Tennesi ştatındakı balaca Pülasko şəhərinin məhkəmə binasında yığışıb, bir az məzələnmək üçün özlərinə gizli bir təşkilat yaratmaq qərarına gəldilər. (Yeri gəlmişkən, Amerikada hələ Böyük İslahat dövrünə qədər də belə gizli təşkilatlar vardı. Həmin təşkilatlardan heç biri inkişaf edə bilmədiyi üçün gizli təşkilatlara maraq yeni bir şey deyildi). O vaxt bu altı zabitin heç bir konkret məqsədi yox idi. Onlar, sadəcə, Amerikada Vətəndaş Müharibəsində iştirak etdiklərinə görə, müharibədən sonra vətəndaş hüquqlarından məhrum olmuşdular. Eləcə, bikarlıq idi. Təşkilata nəsə sirli bir don geyindirmək və "köhnə gizli təşkilat ənənələri"nə sadiq qalmaq məqsədilə, zabitlər onu "Qızıl Çevrə Qardaşlığı" adlandırdılar. Amma o vaxtlar fəaliyyət göstərən "Qızıl Çevrə Cəngavərləri" təşkilatının adına oxşadığından, tezcə də vaz keçdilər. Adda nəsə bir "çevrə" sözünün olması istəyi güclü idi.
A Bao A Ku
A Bao A Ku — Mevar bölgəsinin folklorunda uydurma fövqəltəbii varlıq. Nirvanaya mənəvi yüksəlişi simvolizə edir. == Təsviri == Ənənəyə görə, A Bao A Ku Çittorqarhdakı Qələbə qülləsinin spiral pilləkənində yaşayır. Bu varlıq adətən qüllənin aşağı pilləsində yatır, lakin insan ruhunun varlığına reaksiya verərək qüllənin girişində oyanır. Bundan sonra onun içində enerji parlamağa və bədəni hərəkət etməyə başlayır. A Bao A Kunun şüuru yalnız bir insan spiral pilləkəni qalxanda oyanır. Bu varlıq zəvvarların ən çox ayaq basdığı pilləkənlərin kənarlarında addımlayaraq onu izləyir. İnsan pilləkənləri qalxdıqca A Bao A Kunun forması, rəngi və parlaq işığı daha çox görünür. Buna baxmayaraq, onun zahiri yalnız yuxarı pillədə təzahür edir, çünki ona yalnız nirvana vəziyyətində olan və əməllərində pak olan insan çata bilər. Əks halda, A Bao A Kunun bədəni natamam qalır, mavi rəngi solur.
.au
.au — Avstraliyanın internet kodu. == Tarixi == Domen adı əvvəlcə Con Postel tərəfindən təsis edilmişdir. O, 1986-cı ildə Melburn Universitetinin IANA operatoru Kevin Robert Elz üçün açıldı. Təxminən beş illik bir müddətdən sonra, 1990-cı ildə, .au Domain Administrasiyası internet sektorunda özünü tənzimləyən bir qurum olaraq açıldı. 2001-ci ildə ICANN-dan təsdiq alır və 1 iyul 2002-ci ildə domen qeydiyyatı üçün yeni rəqabət rejimi başlayır.
.cu
.cu — Kubanın internet kodu.
EKU
EKU (ing. European Currency Unit (₠ or ECU)) — Avropa ölkәlәri tәrәfindәn yaradılmış kollektiv Avropa valyuta (hesab) vahidi. EKU, real valyutanın bir çox xüsusiyyətlərinə sahib idi: tam hüquqlu bir ölçü standartı idi; AVS ilə əlaqəli hər şeyin, habelə iqtisadi və maliyyə fəaliyyətlərinin və İcmada mühasibat uçotunun vahidi idi; ehtiyat dəyəri varlığı idi; valyuta ehtiyatlarının təhlükəsizliyinə qarşı çıxarılan və faiz ödəmə obyekti olan; AVS üzvü ölkələrin mərkəzi bankları arasındakı əməliyyatlarda hesablaşma vasitəsi idi. == Haqqında == 10 Avropa ölkәsi EKU-nu öz valyutaları әsasında dәyәrlәndirir, onlar EKU-nu tәmin etmәk üçün 2800 t qızıl (sadәcә qeydlәrdә) vә Amerika dollarını depozitә qoymuşlar. Tәdricәn vahid statusu ilә yanaşı, EKU beynәlxalq hesablaşmaların tәnzimlәnmә alәti olan real pul vәsaitlәri statusunu da qazanır. Qızılın dünya pulu kimi müxtәlif surroqatlarla әvәz olunmasına gәtirәn dünya valyuta sistemi böhranından sonra kollektiv valyuta vahidlәri yayılmağa başlamışdır. Belә valyuta vahidlәrinin daxil edilmәsinin vacibliyi, milli valyuta kursunun (hesablaşma pulu kimi) müqayisәsi mәqsәdilә onlardan istifadә olunması ilә müәyyәn edilir. Kolletiv valyutalar kağız әsginazlar vә ya metal sikkәlәr formasında buraxılmaması, sadәcә hesablarda (book money) pul şәklindә qeyd edilmәsi ilә milli valyutalardan fәrqlәnirlәr. Belә pulların mәzәnnәsini qeyri-mәhdud kreditorlara malik tәsisçi ölkәlәr müәyyәn edirlәr. 1970-ci illәrin sonlarından ölkәlәrin kollektiv valyutaları sayәsindә beynәlxalq hesablara xidmәt etmәk mümkün olan dünya puluna çevirmәyә çalışdıqları daha dәqiq tendensiyalar yaranmağa başlamışdır.
K2
Çoqori, (və ya K2, Dapsanq, Qoduin-Osten) urdu کے ٹو,hind. के२) (8611 m — hündürlüyünə görə dünyada Everestdən sonra ikinci ən hündür dağ zirvəsi. Türk dünyasını ən hündür dağ zirvəsi. Himalaydan şimal-qərbdə daha dəqiq Kəşmir (Pakistan nəzarətində olan şimal ərazilər) və Çinin (Sintzyan) sərhədində Baltoro dağ silsiləsində yerləşmişdir. Qaraqorum dağ sistemimə aid edilir. == Tarixi == Çoqori dağı 1856-cı ildə avropa ekspedisiya qrupu tərəfindən aşkar edilmişdi. Dağ Qaraqorumun ikinci zirvəsi kimi "K2" olaraq göstərilmişdi. Zirvələr, K1, K3, K4 və K5 şəklində göstərilmişdir. Zaman keçdikcə adı dəyişdirilmiş və hal-hazırda bu zirvələrin adı müvafiq olaraq Maşerbrum, Broud-pik, Qaşerbrum II və Qaşerbrum I adlanır. O zaman K2 zirvəsinin adı avropalılara məlum deyildi.
Ka
Ka (Misir mifologiyası) — Qədim Misir mifologiyasına görə insanın həyat qüvvəsi. Ka (kana) — yapon dilində kanalardan biri.
Km
Kilometr (qısaca km) — geniş yayılmış uzunluq ölçü vahidi.
Km²
Kvadrat kilometr (qısaca km²) — sahə ölçü vahidi.
Kq
Kiloqram (şərti işarəsi: azərb. kq‎, beyn. kg) — kütlə vahidi. Beynəlxalq vahidlər sistemində yeddi əsas vahiddən biri. 1 kiloqram 1000 qrama bərabərdir. Kiloqramın qüvvədə olan tərifi 1901-ci ildə Ölçü və çəki üzrə III Baş konfransda qəbul edilmişdir və aşağıdakı kimidir.: Kiloqram, beynəlxalq kiloqram prototipinə bərabər olan kütlə vahididir. Kiloqramın beynəlxalq prototipi (etalon) Beynəlxalq çəki və ölçü bürosunda (Paris ətrafındakı Sevrdə) saxlanılır və diametri ilə hündürlüyü 39,17 mm olan platin-iridium xəlitəsindən (90% platin, 10% iridium) ibarət silindrdir.
Kub
Kub — Tərifi:Ölçüləri bərabər olan düzbucaqlı paralelepipedə Kub deyilir. Üzlərin sayı 6, forması kvadrat, tillərin sayı 12, təpə nöqtələrin sayı 8, bir nöqtədən çıxan tillərin sayı 3, dioqnallarının sayı 4 dür .
Küf
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Mu
Mu qitəsi və ya Pasifida — Məhv olmuş sivilizasiya; Sakit okeanda sulara qərq olmuş hipotetik qitə. Müxtəlif xalqların mifologiyasında tez-tez Sakit okeanın yerində ada və ya torpaq olması ilə bağlı rəvayətlərə rast gəlmək mümkündür. Amma bununla əlaqədar olan məlumatlar bir-birindən fərqlənir. Okkult və paraelmi ədəbiyyatlarda Mu qitəsinin mövcudluğu ilə bağlı müxtəlif xalqların miflərinə və müəlliflərin fantaziyalarına əsaslanan çox sayda bir-birindən fərqli versiyalar var (Atlantik okeanındakı Atlantida, Hind okeanındakı Lemuriya, Şimal Buzlu okeanındakıdakı Arktida kimi). "Mu" termini ilk dəfə mayya əlyazmasının səhv interpretasiyası kimi abbat Şarl-Etyen Brassyor de Burbur tərəfindən işlədilmişdir. Onun fikrincə bu, Qərbdəki - Atlantik okeanındakı torpağı bildirmək üçün istifadə olunan addır. Okkult yazıçılar Oqyust Le-Plonjon və Ceyms Çyorvard da abbatın bu terminindən geniş istifadə etmişlər. Onların əsərlərində Mu Sakit okeandakı bütün dünya mədəniyyətlərinin beşiyi olan nəhəng materikin adıdır. Bu terminə tez-tez mistiklərin və pataelmi nəzəriyyə tərəfdarlarının da əsərlərində rast gəlmək olar. Məhv olmuş Mu imperiyasının var olduğunu təsdiqləyən mənbələr az deyil.
Qu
Qu (lat. Cygnus) – ördəklər fəsiləsinə aid quş cinsi. Qu quşular ya tamam ağ, ya boz, yaxud da qara rəngdə olur. Erkək və dişiləri xarici görüşünə görə ayırd etmək o qədər də asan deyil. Qu quşu qazlardan daha uzun boynunun olması, eləcə də daha böyük bədənə malik olması ilə fərqlənir. Qara qu quşu (Cygnus atratus) Qaraboyun qu quşu (Cygnus melanocoryphus) Fısıldayan qu quşu (Cygnus olor) Cygnus buccinator Amerika qu quşu (Cygnus columbianus) Kiçik qu quşu (Cygnus bewickii) Harayçı qu quşu (Cygnus cygnus) Louchart, Antoine; Mourer-Chauviré, Cécile; Guleç, Erksin; Howell, Francis Clark & White, Tim D. (1998): L'avifaune de Dursunlu, Turquie, Pléistocène inférieur: climat, environnement et biogéographie. C. R. Acad. Sci. Paris IIA 327(5): 341–346.
AU
Azərbaycan Universiteti və ya qısaca AU — Azərbaycanda fəaliyyət göstərən ilk özəl universitet. == Tarixi == Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən qoyulmuşdur. İlk özəl universitet – Azərbaycan Universiteti 1991-ci ildə fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov tərəfindən təsis olunmuşdur. Azərbaycan Universiteti Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli qərarları ilə dövlət qeydiyyatına alınmış, 01 saylı Dövlət reyestrinə qəbul edilmiş və ona sertifikat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 1995-ci il tarixli 72 saylı qərarı ilə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının rəyinə əsasən, tərkibində orta ixtisas kolleci və ingilis dilli gimnaziya olmaqla, qeyri-dövlət Azərbaycan Universiteti Dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Komissiyasının qərarına əsasən 24 fevral 2009-cu il tarixli 213 saylı əmri ilə ali təhsil müəssisəsi kimi təkrar akkreditə olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirinin 10.07.2009-cu il tarixli 929 saylı əmri ilə fəaliyyətinə verilmiş xüsusi razılığın müddəti daha 5 il uzadılmışdır. 2016-cı il fevralın 24-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "Azərbaycan Universiteti" Məhdud Məsuliyyətli Cəmiyyətinə Ali təhsil fəaliyyətini müddətsiz davam etdirməyə icazə vermişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən Nazirliyin 20 iyul 2018-ci il tarixli, F-520 nömrəli əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 (beş) il müddətinə təkrar akkreditə olunmuşdur. == Tədrisin təşkili == Universitet 2006-cı ildən başlayaraq Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərir.