Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kulakun
Kulakun (fars. كولاكون‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər. yaşayır (15 ailə).
Kutakan
Canəhməd (?-3 iyul 1969), Günəşli (3 iyul 1969 – 19 aprel 1991), Kutakan (19 aprel 1991-indi) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Canəhməd İrəvan quberniyasının Novobayazid qəzasında kənd olub. Canəhməd kəndi XVI əsrin (1510–1515) əvvəllərində yaranmışdır. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilə qədər üç dəfə dəyişdirilmişdir. Kəndin ilk adı 1780–1785-ci illərə qədər Sultanəli qışlağı olmuşdur. Kəndin ikinci adı 1969-cu ilin 3 iyuluna qədər Canəhməd olmuşdur. Kəndin üçüncü adı 1988-ci ilin dekabrına qədər Günəşli olub. Kəndin indiki ərazisi qışlaq olmuşdur. Azərbaycanın müxtəlif rayonlarından həmin qışlağa gələrlərmiş. Həmin adamlardan biri də çox varlı və dövlət sahibi olan Sultanəli kişi olmuşdur.
Kutan
Kutan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Kutan-i Süfla (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Anatol Kuragin
Anatol Vasiliç Kuragin – Lev Tolstoyun “Hərb və Sülh” romanının, eyni zamanda roman əsasında çəkilmiş filmlərin və operanın qəhrəmanıdır. its various cinematic adaptations, and an operatic adaptation as well. Hərbçi olan Anatol, Elen Kuraginin qardaşıdır. Bacısının da köməyi ilə Anatol evli olmasına baxmayaraq, Nataşa Rostovanı yoldan çıxarır. Hətta Nataşa ona qoşulub qaçmaq da istəyir. Sonradan Anatol Napoleon müharibələri zamanı ayağını itirir. == İnkişaf == Romanın inkişaf etdirilməsi zamanı Tolstoy obrazın adının “Pyotr” olmasını və roman ərzində “tam bir təkamül yolu keçməsini” nəzərdə tutmuşdu. Anatole Shosttak served as the real life inspiration for the fictional Anatole Kuragin. == Təqdimat == Ester Polianovski Salaman yazır ki, “Tolstoy bütün digər obrazlarından fərqli olaraq, Anatolun xasiyyəti haqqında bizə yalnız bir məlumat verir: o, nadir halda nəsə edirdi.” == Filmlərdə == 1956-cı ildə çəkilmiş ABŞ filmində Anatol obrazı Vittorio Gassman, 1966-1967-ci illərdə çəkilmiş SSRİ filmində Vasili Lanovoy, 2007-ci ildə çəkilmiş mini serialda isə Almaniya aktyoru Ken Duken tərəfindən canlandırılmışdır.
Elen Kuragin
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Kutalan (Urmiya)
Kutalan (fars. كوتالان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 242 nəfər yaşayır (53 ailə).
Typhlodromus kutabus
Typhlodromus kutabus (lat. Typhlodromus kutabus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus kutabus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ketayun Riahi
Kətayun Riyahi (fars. کتایون ریاحی‎ Katâyun Riyâhi; 31 dekabr 1961, Tehran) — İran aktrisası. "Həzrəti Yusif" serialında isə Züleyxa rolları ilə tanınmışdır.
Kətayun Riyahi
Kətayun Riyahi (fars. کتایون ریاحی‎ Katâyun Riyâhi; 31 dekabr 1961, Tehran) — İran aktrisası. "Həzrəti Yusif" serialında isə Züleyxa rolları ilə tanınmışdır.
Kuzgun (serial)
Kuzgun — 13 fevral 2019-cu ildən etibarən Star TV-də yayımlanmağa başlayan Türkiyə istehsalı teleserial. Serial 16 oktyabr 2019-cu ildə sona çatmışdır.
Tutqun ayıca
Qara ayıca (lat. Axiopoena maura) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır. Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir.
Atagün Yalçınkaya
Atagün Yalçınkaya (14 dekabr 1986, Altındağ ilçəsi, Ankara ili) — türk boksçu və bədən tərbiyəsi müəllimi. == Həvəskar karyerası == Yalçınkaya çox gənc yaşlarında boksa başlamış və Türkiyədə kollec və kadet kateqoriyalarında altı titul qazanmışdır. O, 2003-cü ildə Macarıstanda keçirilən Balaton turnirində birinci , Pakistanın Green Hill kubokunda üçüncü yer və İtaliyada tələbə boks üzrə Avropa çempionatında birinci yeri tumuşdur. 2004-cü ildə Alfonso Pinto və dünya çempionu Sergey Kazakovu məğlub edərək Türkiyəyə gümüş medal qazandırmışdır. O, Türkiyə tarixinin ən gənc medalçısıdır. Jolly Katongole (Uqanda) 22–7 hesabı ilə məğlub olub. Ceyhun Abiyevi (Azərbaycan) 23–20 hesabı ilə məğlub edib. Alfonso Pintonu (İtaliya) 33–24 hesabı ilə məğlub edib. Sergey Kazakovu (Rusiya) 26–20 hesabı ilə məğlub edib. Yan Bartelemí Varelaya (Kuba) 16–21 hesabı ilə məğlub olub.
Kuqun-Arıta
Kuqun-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Kyorsyase-Tyebyoleqe şərqində isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şimslında Kasyan-Arıta, cənubunda isə Kyorsyase-Kumaqa adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Kutan (Sərdəşt)
Kutan (fars. ‎كوتان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Kutun mühasirəsi
Qut-ül Amarə mühasirəsi (Birinci Qut döyüşü) — I Dünya Müharibəsinin Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşüdür. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu Bağdadın 160 km cənubunda Küt qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfər təşkil etmişdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə aparılmışdır. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Recai Kutan
Recai Kutan (türk. Mehmet Recai Kutan; 5 aprel 1930 – 7 oktyabr 2024, Ankara) — türkiyəli siyasətçi == Həyatı == 5 aprel 1930-cu ildə dünyaya gəlib. 1952–1969-cu illərdə Türkiyə Respublikası Dövlət Su İşləri Baş İdarəsində çalışıb. 1977-ci il seçkilərində Milli Qurtuluş Partiyasından Malatya millət vəkili, 1977-ci il koalisiya hökumətində tikinti və məskunlaşma naziri vəzifələrində çalışıb. 12 sentyabr çevrilişindən sonra 9,5 ay həbsdə keçirib. 1983-cü ildən sonra qurulan Rifah Partiyasının sədr müavini oldu və Rifah Partiyasının Malatya millət vəkili olaraq parlamentə girdi. O, 1996–1997-ci illərdə 54-cü hökumətdə enerji və təbii ehtiyatlar naziri vəzifəsində çalışıb. Rifah Partiyası bağlandıqdan sonra yeni yaradılmış Fəzilət Partiyasının sədri seçilib. 1999-cu ildə keçirilən ümumi seçkilər nəticəsində parlamentə daxil olub. 1954-cü ildə Mebrure Xanımla evləndi və İsmayıl, Əbdüləziz Murat və Əhməd adlı üç övladı oldu.
Kuzgun (teleserial, 2019)
Kuzgun — 13 fevral 2019-cu ildən etibarən Star TV-də yayımlanmağa başlayan Türkiyə istehsalı teleserial. Serial 16 oktyabr 2019-cu ildə sona çatmışdır.
Putqun (Putqni) məbədi
Putqni yaxud Putqun məbədi (erm. Պտղնավանք yaxud erm. Պտղնի Վանք) — Qırxbulaq mahalında, Ellər (12 oktyabr 1961-ci ildən — Abovyan) rayonunun Putqun/Putqni kəndində VI əsrin sonları — VII əsrin əvvəllərinə aid qədim türk məbədi. Eni 13,7 m, uzunluğu 29,9 m olan dördkünclü bu bazilika bölgədə qədim türk mədəniyyətinin parlaq nümunələrindəndir. Lakin təəssüf ki, VI–VII əsrlərdə Cənubi Qafqazda, о cümlədən Qərbi Azərbaycanda izi-tozu belə olmayan haylar bu gün başqa abidələrimiz kimi, bu abidəmizi də özlərinə çıxmaqda davam edirlər. Halbuki abidənin adı da onun türklərə — Qun//Hun budununa (boyuna) məxsusluğunu aydın göstərir. Putqni kəndinə ermənilərin ilk gəlişi XVIII əsrə təsadüf edir. Ə. Ələkbərli. Qərbi Azərbaycan, II cild, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları, В., 2002, səh.631–632.
Kutan-i Süfla (Bicar)
Kutan-i Süfla (fars. كوتان سفلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
63-ün tutqun payızı (film, 2003)
63-ün tutqun payızı qısametrajlı sənədli televiziya filmi rejissor Orman Çingizoğlu tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. == Məzmun == Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. 1963-cü il noyabrın 7-də Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayiş zamanı Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstədən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya sarı getmiş, mədəniyyət evinin fasadından Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı. Xruşşov dövrünün son iri kütləvi qarşıdurması kimi dəyərləndirilən Sumqayıt hadisələri kütləvi psixologiyada baş verən incə transformasiyaları anlamaqda əyani nümunədir.