Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kavah Putih
Kavah Putih (Bəyaz Krater) Bandunq şəhərinin təxminən 50 km cənubundakı vulkanik kraterdə yerləşən heyranedici bir krater göl və turistik yer. Kavah Putih Arxivləşdirilib 2018-02-18 at the Wayback Machine gölü Andesitik stratovolkano tipli ( "mürəkkəb" vulkan) Patuha dağını bəzəyən iki kraterdən biridir. Patuha dağı Yavadakı çox sayda vulkanlardan biridir. Kavah Putih krater gölü özü 1600-cü ildən etibarən əhəmiyyətli fəaliyyət göstərməməsi ilə nisbətən sabit bir vulkan sistemini təmsil edir. Ərazi 1987-ci ildə bir turizm yeri olaraq açılmış və çox sayda ziyarətçini cəlb etmişdir.Göl dəniz səviyyəsindən 2 min 430 metr yüksəkdir, belə ki, yerli iqlim çox vaxt olduqca soyuq olur (temperatur 10 dərəcə selsi ətrafında olur). Burda şimalda Yava düzənliyi və paytaxt Cakartada olan nəmlikdən daha sürətli dəyişiklik olur.Kavah Putih kükürdün konsentrasiyasına və istiliyin və ya oksidləşmə vəziyyətinə əsaslanaraq göyümtov yaşıl və ya qəhvəyi rəngə dəyişən böyük ölçüdə yüksək turşulu gölə çevrilə bilir. Göl ətrafını əhatə edən qaya və qayalar asidik göl suları ilə qarşılıqlı əlaqəsi sayəsində də ağ rənglərə çevrilmişdir (isti mineral yağışla birlikdə) == Tarixi == İlk dəfə qərb dünyasında Bandunqun şimalı yaxınlığında yerləşən Lembanqda 1856-cı ildə ölən alman botaniki Dr. Franz Vilhelm Cunqhuhn tərəfindən 1837-ci ildə sənədləşdirilən bu ərazi onun tərəfindən bir çox tədqiqatlar aparılmışdır.O zamanlar ərazinin tarixi ilə bağlı müxtəlif yerli hekayələr var idi. Quşların bölgəyə yaxın uçmaq istəmədikləri bu bölgədə kəndlilər göl ətrafındakı meşəni ürkütücü və bir qədər sirli olaraq qiymətləndirmək istəmişlər. Bu hekayələri Dr.
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Kapral
Kapral (alm. kарrаl‎, <fr. сароrаl < it. caporale - "komandir") — komanda rəisi; bəzi ölkələrin silahlı qüvvələrində kiçik zabit heyətində hərbi rütbə və ən aşağı unter-ofiser (serjant) rütbəsi.
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Karvan
Karvan — tarixən quru nəqliyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yüklərə görə ağır və ya yüngül karvan adları verilərdi. Ağır karvandakı dəvələr 300–350, yüngül karvanda isə 170 kq yük daşıyardılar. İndiki vaxtda bir çox motorlu quru, dəniz və ya hava vasitəsindən meydana gələn nəqliyyat qruplarına donanma və.s kimi adlar verilir == Tarixi == Ağır karvanlardan ən böyükləri ildə bir dəfə Şam və Misirdən Hicaza gedən həcc karvanlarıydı. Ayrı-ayrı gedən bu karvanlardan Şamdan hərəkət edənlər mal və əşya xaricində 60–70.000, Misirdən gedənlər isə 40–50.000 adamı tapardı. Karvanların gedişləri qış və yaza görə dəyişik olardı.Qışda gündüz gedərlər gecə istirahət edərdilər. Yayda istinin təsirindən günəş doğulduqdan iki saat sonra gedişi kəsər istirahətə çəkilirlər, gecə gedərdilər. Şamdan çıxan karvan normal olaraq altmış bir gündə Məkkəyə çatır, həcc mövsümü keçincə mal alaraq sərnişinlərlə birlikdə qayıdardılar. Gediş və dönüş zamanı karvanlar təmiz, düzənlik yerlərdə, su kənarlarında, karvansaraylar olduğu mövqelərdə dayanardılar.
Katral
Katral (isp. Catral) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 20,01 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 8926 nəfərə çatmışdır.
Kavdar
Kavdar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kavdar oyk, sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Tədqiqatçıların ehtimalına görə, kəndin adı qədim türkdilli qovlar tayfasının adını əks etdirir. Peçeneq tayfalarından biri olan qovların adına Tovuz, Sabirabad, İsmayıllı, Samux və b. r-nların toponimiyasında da rast gəlmək mümkündür. Kavdar qovlar etnoniminin yerli tələffüz formasıdır.
Kavkas
Kavkas (ing. Caucas) — Qafqaz salnamələrinə görə Qafqaz və ya Kavkasos (gürcü: კავკასოსი Kavḳasosi) adlanır. Bunların Çeçenlərin və İnquşların atası olduğu iddia edildi. Onun hekayəsi XI əsrdə Leonti Mroveli tərəfindən şifahi ənənədən götürülmüş orta əsr gürcü salnamələri "Kartlis tsxovreba" toplusunda izah edilmişdir. Əfsanəyə görə, o, Tarqamosun oğlu idi və buna görə də Xaosun qardaşı Movakos, Lekos (Lezgin xalqlarının əcdadı adlanır), Geros, Kartlos (gürcü xalqının əcdadı kimi tanınır) və Egros onların mənbəyini aldı. Qafqazın oğlu Durdzuk Çeçenlərin və İnquşların atası sayılır. == Şəcərəsi == == Nəvələri == Nax xalqları|Nax (Vaynaxlar) XI əsrin gürcü salnaməçisi Leonti Mroveli fikrinə görə, "Qafqaz" sözü Qafqazdakı Nax xalqlarının əcdadının adından gəlir.
Lavrak
Lavrak (lat. Dicentrarchus labrax) — xanıkimilər dəstəsindən balıq növü.
Qavram
Anlayış — predmet və hadisələrin ümumi, mühüm əlamətlərini əks etdirən fikirdir, təfəkkür formasıdır. O, real gerçəkliyin dərkində əsas rol oynayır. Obyektiv gerçəkliyin özündə anlayış yoxdur, bunlar insan şüurunda meydana gəlir və gerçəklikliyin predmetlərini, hadisə, proseslərini əvəz edir, insan təbii ünsiyyət dilinin və formallaşmış dillərin köməkliyi ilə əldə olunmuş bilikləri sistemləşdirir, nəsildən-nəslə keçirir, inkişaf etdirir. Məntiq tarixində anlayışlara münasibətdə iki cür ifratçılığa yol verilmişdir. Bir çox məntiqçilər anlayışları gerçəklikdən təcrid edərək ona qarşı qoyurdular, gerçəkliklə anlayışların üzvi əlaqəsini izah edə bilmirdilər. Digər qrup alimlər isə anlayışlarla gerçəkliyi eyniləşdirirdilər, anlayışlarların dərin keyfiyyət fərqini, onun spesifikliyini anlamırdılar. == Anlayışların meydana gəlməsi == Bu proses insan təfəkkürünün təşəkkül tapmasının və inkişafının obyektiv qanunauyğunluğudur. Təfəkkürümüzdə anlayışların meydana gəlməsi və mövcudluğunun obyektiv əsasını bizi əhatə edən gerçəkliyin predmetli xarakter kəsb etməsidir, başqa cür desək, gerçəklikdə keyfiyyət müəyyənliyinə malik olan ayrı-ayrı predmet və hadisələrin olmasıdır. Məsələn, bitki, canlı, Yer, Günəş, planetlər, kosmik səma, çaylar, dağlar və i. a.
Karan
Karan (Sayınqala)
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Amilkar Kabral
Amilkar Kabral (12 sentyabr 1924[…], Bafata, Portuqaliya Qvineyası[d] – 20 yanvar 1973[…], Konakri) — Qvineya-Bisau xalqının milli qəhrəmanı, PAİQK partiyasının baş katibi. 1973-cü ildə müstəmləkəçilər tərəfindən öldürülmüşdür. Qvineya-Bisau Dövlət Şurasının sədri olmuş Luis Kabralın böyük qardaşıdır. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 16-17.
Cəfər Kavian
Cəfər Məhəmmədəli oğlu Kavian (Kaviani, Məmmədzadə) (1895, Təbriz – 1975, Bakı) — Cənubi Azərbaycan Milli Hökumətinin müdafiə naziri, general-mayor == Həyatı == Cəfər Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərmişdir. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Gavian kimi tanınmışdı. Onun atası Təbriz yaxınlığındakı Sağalan (Səhlan) kəndindən idi. Səttarxan hərəkatı başlananda Sağalanlı Məhəmmədəli kişi böyük qardaşı İsrafillə mücahidlərin sırasına qoşuldu. O, oxumaq, yazmaq öyrəndi. Səttarxanın tanınmış mücahidlərindən biri və gizli inqilabi hərəkatın məşvərətçisi oldu. Səttarxan 1910-cu il aprelin on beşində Tehranda böyük təntənə ilə qarşılananda mücahidlərlə birgə çəkdirdiyi şəkildə – ön cərgədə Sağalanlı Məhəmmədəli kişi də vardı. Səttarxanın azadlıq hərəkatı İran hakimləri tərəfindən yatırıldıqda, Sağalanlı Məhəmmədəli də həbsə atıldı. Həbsdən azad olandan bir az sonra çəkdiyi işgəncələrdən vəfat etdi.
HESA Karrar
İranın HESA şirkəti tərəfindən 2010-cu ildən istehsal olunana “Karrar” PUA-ları 1970-ci illərdə ABŞ-də istehsal olunan “Beechcraft Streaker” hədəf tipli pilotsuz vasitənin törəməsidir. Onun üzərinə, əlavə olaraq Cənubi Afrika istehsalı elementlərin və silah asqılarının yerləşdirildiyi ehtimal edilir. Bu PUA-lar Mahmud Əhmədinejadın prezidentliyi dövründə inkişaf etdirildi. Pilotsuz uçuş aparatı hava hədəfini təqlid edərək hava hücumundan müdafiə qruplarına təlim vermək üçün istifadə olunur. Onlar müntəzəm olaraq İranın hava hücumundan müdafiə təlimlərində diqqəti cəlb edir. Onların İranın köhnə ABŞ istehsalı “Beechcraft Streaker” (DMK-107) pilotsuz hədəflərini əvəz etdiyi bildirilir. Ənənəvi olaraq parlaq narıncı rəngli “Karrar” hədəf dronlarının kiçik üçkünc qanadlarının aşağısında, silindrik və küt burun hissəli füzelyaj yerləşir. Mühərrikin hava qəbuledicisi arxa tərəfdə yerləşir. Mərkəzi asqıda Mk 82 bombası yerləşdirilə bilər. “Karrar” buraxılmaq üçün raketlə təchiz edilən sistemdən, enmək üçün isə paraşütdən istifadə edir.
Kalran (Salmas)
Kalran (fars. كلران‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 202 nəfər yaşayır (30 ailə).
Kamran Quliyev
Kamran Məmmədqulu oğlu Quliyev (9 sentyabr 1958, Zeynəddin, Naxçıvan rayonu) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının xalq artisti (1999). == Həyatı == 1981-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub 1986-cı ildə institutu bitirib. K.Quliyev 1979-cu ildən Naxçıvan teatrında aktyor işləyir. 1997-ci ildən teatrın baş rejissorunu əvəz edib. 2004-cü il fevraldan 2013- cü ikin iyun ayına qədər teatrın direktoru və baş rejissoru vəzifəsində çalışıb. Teatrda işlədiyi müddətdə H. Cavidin "Şeyx Sənan"ında Keşiş, "Uçurum"unda Uluğ bəy, "Ana"sında Səlim, "Topal Teymur"unda Əmir Teymur, A. N. Ostrovskinin "Günahsız müqəssirlər"də Neznamov, A. Dudayevin "Astana"da Nikolay, H. Arzulunun "Əlincə qalası"nda Əmir Altun, "İtilənən Xəncərlər"ində Qubuşov, C. Məmmədquluzadənin "Kamança" pyesində Qəhrəman Yüzbaşı, "Anamın kitabı"nda Mirzə Məmmədəli, O. Kamalın "Yad qızı"nda Məzhər bəy, A. Turan Oflazoğlunun "Dəli İbrahim"ində Silahdar Yusif, N. Nərimanovun "Nadir şah"ında Nadir şah, N. Həsənzadənin "Atabəylər"ində Qızıl Arslan, "Pompeyin Qafqaza yürüşü"ndə Pompey, İ. Əfəndiyevin "Hökmdar və qızı"nda, İbrahim xan və s. rollar oynamışdır. Rejissor kimi Anarın "Sizi deyib gəlmişəm"(1992-ci il), Həmid Arzulunun "İtilənən xəncərlər"(1996), "Ərsizlər və arsızlar"(1999), "Mərhəmət məhəbbət deyil"(2003), Rauf İçərişəhərlinin "Arzum çin oldu"(1997), "Kələkbaz qızlar"(1999), Ramiq Muxtarın "Şəhərli kürəkən"(1998), Ü. Hacıbəyovun "Arşın Mal Alan"(1999), Həsən Elsevərin "Qorxulu oyun"(2000), H. Cavidin "Topal Teymur"(2000), "İblis"(2003),(2007), Elçinin "Mənim ərim dəlidir"(2001), "Mənim Sevimli dəlim"(2002), İ. Əfəndiyevin "Şeyx Xiyabani"(2001) Adil Babayevin "Yarımçıq şəkil"(2001), N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü"(M. Fərzəlibəyli ilə birlikdə 2002), İ. Məlikzadə "Gəl qohum olaq"(2002), M. F. Axundovun "Lənkəran xanın vəziri"(2004), Hidayətin "Bu dünyanın adamları"(2004), C. Məmmədquluzadə "Dəli Yığıncağı"(2005), Elman Həbib "Sahilsiz çaylar"(2005), Mir Cəlal "Dirilən adam"(2006) əsərlərinə və digər tamaşalara quruluş vermişdir. 1987-ci ildə Azərbaycan SSR əməkdar artistİ, 1999-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 25 sentyabr 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.
Kamran Quluzadə
Kamran Pərviz oğlu Quluzadə (14 avqust 1998, Ağsu rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Quluzadə 1998-ci il avqustun 14-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 2015–2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Kamran Quluzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Kamran Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Quluzadə oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Quluzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Quluzadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Kamran Rzazadə
Rzazadə Kamran Qədimalı oğlu (20 oktyabr 1951, Novoivanovka, Gədəbəy rayonu) — Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (2005–2012-ci illər). == Həyatı == 20 oktyabr 1951-ci ildə Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olmuşdur. 1959-cu ildə Novoivanovka kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1969-cu ildə adı çəkilən məktəbi bitirmişdir. 1970-ci ildə Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmış, 1972-ci ildə doğulduğu Novoivanovka kəndinə qayıtmış və orada Puşkin adına sovxozda əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə Şimali Osetiyada Orconikidze (hazırda Vladiqafqaz) şəhərində Qorsk Kənd Təsərrüfatı İnstitutunun Aqronomiya fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin institutu bitirərək, Alim-Aqronom ixtisasına yiyələnmişdir. 1988-ci ildə Bakı Ali partiya məktəbini politoloq ixtisası üzrə,2001-ci ildə isə Ali Diplomatiya Kollecinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirmişdir. 1978-ci ildə Puşkin adına sovxozda baş iqtisadçı, komsomolçu gənclər briqadasının briqadiri vəzifəsində işləmişdir. 1978-ci ildə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinə Təşkilat işləri şöbəsinin təlimatçısı vəzifəsinə təyin olunmuşdur. 2 dəfə Sovet KP Ümümittifaq yişincağında Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur.1979-cu ilin aprel ayında Gədəbəy rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir. 1981-ci ilin aprel ayında Gədəbəy rayon Xalq Nəzarəti Komitəsinin sədri seçilmişdir.
Kamran Rəcəbli
Kamran Rəcəbli — aktyor. == Həyatı == 1966-1976-cı illərdə Bakıda 1 nömrəli məktəbdə təhsil almışdır. ABŞ-də yaşayır. Uşaq rollarının ən mahir ifaçlarından biridir. Ailəlidir. İki övladı var. 2010-cu ildə Azərbaycanda olmuşdur. == Filmoqrafiya == Torpaq. Dəniz. Od.
Kamran Rəhimov
Kamran Nəbi oğlu Rəhimov (4 iyul 1928, Qarabağlar, Naxçıvan MSSR – 27 iyul 2007, Bakı) — Azərbaycan Respublikasının xalq maarifi naziri, Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor. == Həyatı == Rəhimov Kamran Nəbi oğlu 1928-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. Qeyri-adi qabiliyyəti, elmə, biliyə marağı sayəsində Naxçıvan ikiillik Müəllimlər İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsinə qəbul edilib. 1945-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra universitetin yeni tarix kafedrasında baş müəllim kimi saxlanılıb. 1954-cü ildə Kamran Rəhimov Partiya Tarixi İnstitutunun aspiranturasına qəbul olunub, Azərbaycan KP MK-nın nəzəri-siyasi jurnalı olan "Azərbaycan kommunisti"nə şöbə müdiri vəzifəsinə göndərilib. 1959–1962-ci illərdə baş redaktorun müavini, 1962-ci ildən 1975-ci ilə qədər baş redaktor vəzifəsində çalışıb. Jurnalda işləyə-işləyə elmi və müəllimlik fəaliyyətini davam etdirib, universitetdə saathesabı mühazirələr oxuyub. 1958-ci ildə namizədlik, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin böyük elmi şurasında, 1967-ci ildə isə SSRİ Ali Attestasiya Komissiyasının plenumunda doktorluq dissertasiyası müdafiə edib. Kamran Rəhimov bir sıra monoqrafiya, dərslik, çoxsaylı elmi-nəzəri və publisistik məqalələrin müəllifidir.
Kamran Seyfullazadə
Kamran Cəlal oğlu Seyfullazadə (14 yanvar 1999, Astara – 4 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seyfullazadə Kamran Cəlal oğlu 14 yanvar 1999-cu ildə Astara şəhərində anadan olmuşdur. Orta təhsilini Astara şəhər F.Əliyarov adına 6 saylı orta məktəbdə almışdır. == Hərbi xidməti == N saylı hərbi hissədə hərbi xidmətini başa vurmuşdur. Kamran İyul hadisələri zamanı hərbi komisarlığa gedərək könüllü cəbhəyə döyüşə getmək üçün yazılı ərizəsi ilə müraciət etmişdir. Əks-hücum əməliyyatları başlayan ilk günlərdə Kamran könüllü cəbhəyə yollanır. Füzuli, Hadrut, Cəbrayıl istiqamətində döyüşlərdə iştirak etmiş, dəfələrlə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxarmışdır. Döyüş yoldaşları Kamranın onlarla erməni başını kəsdiyindən danışıb. Sonda isə Şuşaya ilk daxil olan Xüsusi Təyinatlı Dəstənin könüllüsü olaraq Kamran 4 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 5 noyabr 2020-ci ildə doğulduğu Astara şəhərində dəfn olunmuşdur.
Kamran Səmədov
Kamran Ceyhun oğlu Səmədov (28 fevral 1997; Liman, Lənkəran rayonu, Azərbaycan – 31 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Kamran Səmədov 1997-ci il fevralın 28-də Lənkəran rayonunun Liman şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kamran Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak etmişdir.Kamran Səmədov oktyabrın 31-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Səmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == • (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == 1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (azərb.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020 2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)).
Kamran Tağıyev
Kamran Fikrət oğlu Tağıyev (27 sentyabr 2001, Maştağa, Azərbaycan — 31 oktyabr 2020;, Talış, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Tağıyev 27 mart 2001-ci ildə Bakıda, Maştağa qəsəbəsində dünyaya gəlib. 2008-ci il tarixində Maştağa qəsəbədsi C.Nurməmmədov adına 108 saylı orta məktəbin 1-ci sinfinə daxil olub və 2017-ci il tarixində həmin məktəbin 9-cu sinfini bitirib. 2019-cu il tarixdə Vətənə xidmət üçün ordu sıralarına çağırılır. O, Goranboy rayonunun Ağca kəndində hərbi xidmətdə olur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kamran Tağıyev Suqovuşan və Talış döyüşlərində savaşıb. 31 oktyabr 2020-ci ildə Tərtər rayonu, Talış kəndi istiqamətində hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. Sabunçu rayonu Maştağa qəsəbəsində şəhidlər xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Tağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kamran Vəlizadə
Kamran Əkpər oğlu Vəlizadə (14 sentyabr 1996; Balıqçılar, Lənkəran rayonu, Azərbaycan — 23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Vəlizadə 14 sentyabr 1996-cı ildə Lənkəran rayonunun Balıqçılar qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin energetika fakültəsini bitirmişdir. Azərenerji ASC-də imtahandan keçmiş və 2020-ci ildə Bakı İstilik Elektrik Mərkəzində işləmişdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kamran Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kamran Vəlizadə 23 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Vəlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Vəlizadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.