1. Bir-birinin ardınca sıra ilə hərəkət edən yüklü heyvan (əsasən dəvə) dəstəsi (qatarı); qafilə. İt hürər, karvan keçər. ( Ata. sözü ).
Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə…
Bizim karvanımız beş çarvadar atından ibarət idi.
□ Karvan bağlamaq – sıraya düzülmək, dəstə düzəltmək.
Yenicə işə qoşulmuş bal arıları çiçək üçün yaxındakı meşəyə karvan bağlamışdılar.
Karvan çapmaq (vurmaq, soymaq, dağıtmaq, kəsmək) köhn. – yoldan gəlib keçən yüklü karvanları soymaq, soyğunçuluq etmək.
Kəsdim yollar, vurdum karvan; Çəkib soydum çox bazirgan. “ ”.
[Heydər bəy:] Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu.
[Məmmədağa:] Ömər nəhayətdə ağıllı və kamallı oğlandır, amma bunun ilə belə atasının xoşuna gəlmir, zira ki, adam öldürməyir, quldurluq etməyir, karvan kəsmir.
Karvan çəkmək – karvanı idarə etmək, karvana başçılıq etmək.
Darğa lələş … bu çətin yoldan şəhərə karvan çəkərdi.
Karvan yolu köhn. – keçmişdə karvanların işlədiyi yol.
Sinəsi gül rəngli tala doludur; Bu çöllər ən qədim karvan yoludur.
2. məc. Toplu halında bir-birinin ardınca, sıra ilə hərəkət edən şeylər haqqında. Təyyarə karvanı. Maşın karvanı. Gəmi karvanı.
– Dolanır göyləri bulud karvanı; Bürüyür düzləri Kürün dumanı.
Fəza yollarında baş alıb gedən ulduzlar karvanı ağır-ağır yüksəlir, getdikcə böyük bir boşluqda qərq olaraq, tamamilə gözdən itirdi.
3. məc. klas. Gəlib keçən şey haqqında (“bu dünyadan köçmə” mənasında).
Bahar yetməkdədir, Qövsi, gözün aç, qönçə tək uyma; Yetişər köçməyə növbət sənə həm, karivandır bu.