Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ceyd
Ceyd (Mortal Kombat) — "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Ceyd (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Kənd
Kənd — bir çox ölkələrdə şəhər və qəsəbədən daha kiçik yaşayış məntəqəsidir. == Ümumi məlumat == Kənd dar mənada tarixən formalaşmış daimi kiçik yaşayış məskənidir. Azərbaycan dilindəki "kənd" sözü Şərqi İran dillərindəki "kant" (xəndək və ya arxla əhatələnmiş məskən, yer) sözündəndir. "Kant" sözü qədimdən türkdilli xalqlara keçmiş və şəhər mənasında işlənmişdir. Geniş mənada kənd dedikdə təkçə kiçik yaşayış məskəni deyil, həmçinin şəhərə qarşı qoyulan sosial-iqtisadi kateqoriya kimi onun ictimai-iqtisadi, mədəni məişət və təbii-coğrafi xüsusiyyətləri və həyat şəraiti başa düşülür. Cəmiyyətin tarixi inkişafı prosesində kənd həyatının bütün tərəfləri və sosial-iqtisadi kateqoriya kimi kəndin özü, onun əsas siniflərinin, ilk növbədə kəndlilərin və onların ayrı ayrı təbəqələrinin formalaşması, həmçinin şəhərlə qarşılıqlı münasibətlər guclü dəyişikliklərə uğramışdır. Kəndin sosial-iqtisadi xüsusiyyəti sakinlərin torpaqla bilavasitə əlaqəsi, ərazinin təbii sərvətlərindən istifadə ilə müəyyən olunur. Kəndin səpələnməsi, çox da böyük olmaması, əhalinin əsas məşğuliyyətinə görə təbii mühitə uyğunlaşması, işlərin mö mövsümiliyi və s. də bundan irəli gəlir. Şəhərə nisbətən peşələrin azlığı, əmək bölgüsünün, habelə kommunal və mədəni xidmətin daha aşağı səviyyəsi bununla əlaqədardır.
Qeyd
Qeyd – diqqəti çəkən , vacib bir məsələ barəsində yazı forması. Əsas əlamətləri — lakoniklik, əsas momentlərin diqqətə verilməsi. Yazı analiz deyil, niyə ? sualına cavab vermir. Qeyd qeyd aparan şəxs üçün əhəmiyyət daşımalıdır.
Reyd
Reyd (film, 1985) — təbiəti mühafizə problemləri barədə film. Reyd (termin) — dənizçilik termini.
Keyt
Keyt — ad. Keyt Qunter — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Vitali — ABŞ döyüş ustası və aktyorudur. Keyt Bekinseyl — ingilis kinoaktrisası. Keyt Qlasko — ABŞ aktyoru və yanğınsöndürəni. Keyt Hadson — ABŞ aktrisası. Keyt Ueyn Keyt Nelson — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Keyt Kuk – Amerika aktyoru, kaskadyor və döyüş sənətləri ustası Keyt Apton — amerikalı model və aktrisa. Keyt Bristol — ABŞ aktrisası.
Zeyd
Zeyd — ad. Zeyd ibn Əli — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Zeyd ibn Harisə — Məhəmməd peyğəmbərin səhabələrindən biri və onun oğulluğu. Zeyd ibn Sabit — həzrəti Məhəmməd peyğəmbərin səhabəsi, katibi. Zeyd əl-Xeyr — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Zeyd ibn Ərkam — Məhəmməd peyğəmbərin səhabəsi. Zeyd kəndi — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Keya
Keya (Keos, Tsia, yun. Κέα ή Τζια) — Yunanıstanda, Egey dənizinin cənubunda ada. Afinaya ən yaxın olan Kiklad arxipelaqının adasıdır. Varlı afinalılar Keya adasını Attikaya yaxınlığına görə sevirdilər. Bu, Sunion burunundan cəmi 20 kilometr məsafədədir. Adaya Lavriondan bərələr və Pireydən sürətli qayıqlar xidmət göstərir. İnzibati mərkəzi İulidadır. 2011-ci il siyahıyaalınmasına əsasən 2,455 nəfərlik əhaliyə sahib idi.
Dəvəçi (kənd)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Florida Keys
Florida Keys, ABŞ-nin Florida əyalətində yerləşən bir qrup arxipelaqdır. Təxminən 1700 adadan ibarətdir. Floridanın 24 kilometr cənubundadır. Ən ucunda yerləşən Key West, Kubadan 140 kilometr məsafədədir. Florida Keys 23,5 ilə 25,5 enlik arasında yerləşir. Bu xüsusiyyətlərinə görə adalarda subtropik iqlim mövcuddur. Adaları "Overseas Highway" ("Xarici magistral") adlanan bir yol birləşdirir. == Əhalisi == Adaların əhalisi 2000-ci il siyahıyaalınmasında 79.535 olaraq müəyyən olunmuşdur. Bir kvadrat kilometrə 223,66 nəfər düşür. Əhalinin 32% -i Key Westdə yaşayır.
Gizel (kənd)
Gizel (Oset. Джызæл) kəndi Şimali Osetiyanın Priqorodnı rayonunda yerləşir. Eyni adlı kəndin inzibati mərkəzidir. Kənddə Respublika sanatoriya internat məktəbi var və eyni adlı hərbi aerodrom fəaliyyət göstərir. == Coğrafiya == Kənd Vladiqafqazdan 8 km qərbdə, Gizeldon (qərbdə) və Qara (şərqdə) çayları arasında yerləşir. Kəndin şimal-qərb kənarında Koban və Karmadon dərələrinə gedən yol başlayır. == Tarix == Kənd 1867-ci ildə qurulmuşdur, digər mənbələrə görə kənd 1858-ci ildə qurulmuşdur. Kəndin yerləşdiyi yerdə 1858-ci ilə qədər Taqaurski soyadları olan aullar Mamsurov, Kanukov, Kunduxov və Dzantiev var idi. 1825-1830-cu illərdə taqaur aldarları olan bir neçə ailə dağlardan çayətrafına doğru hərəkət etdi və Gizeldon çayı boyunca hər ailə ayrı-ayrılıqda özləri üçün müvəqqəti binalar tikdi. Taqaur aldarlarının bu yerlərə köçürülməsindən iki-üç il sonra, hökumətin əmri ilə digər dərələrdən olan digər osetinlər köçməyə başladılar və bir neçə il ərzində beş kənd qurdular və onlara həmin aldarların adları verildi.
Keyn adası
Keyn adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Dairəvi formaya malikdir. Diamerti 6 km-dir. Ziçi adaları qrupuna daxildir. Qrili adasından 2 km şimal-şərqdə yerləşir. Ondan Ştrenek boğazı ilə ayrılır. Bütünlüklə buzdan azaddır. Ada qütb araşdırmaçısı İlayş Kent Keynin şərəfinə adlandırılmışdır.
Keyp-Breton
Keyp-Breton (ing. Cape Breton Island, fr. Île du Cap-Breton) — Şimal-şərqdən Yeni Şotlandiya yarımadasından Kanso boğazı, Uels Şahzadəsi (ada)sından isə Müqəddəs Lavrentiya körfəzi ilə ayrılır. Mikmaki dilində Unama’kik — "Duman Torpağı". Ada inzibati cəhətdən Yeni Şotlandiya vilayəti ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 10 311 km² təşkil edir (Adaların dünyada sahəsinə görə sıralsması]]nda 75-ci, Kanadada isə 18-ci yeri tutur. Adada laqun məşəlli Bra-d'or gölü vardır. Onun sadəsi 932–1099 km² arasında dəyişiir. Ən hündür zirvəsi Vayt-Hill dağıdır (532 m). Dağ zirvəsi sıldırımlıdır.
Keyp-Fir
Keyp-Fir (ing. Cape Fear) ― Şimali Karolina sahillərində Keyp-Fir çayının mənsəbini Atlantik okeanından ayıran dil. Çayın hövzəsi boyunca Uilminqton şəhəri yerləşir. Şimali Karolina ştatı əhalisinin dörddə biri burada yaşayır. Keyp-Fir özünün qumlu çimərlikləri ilə seçilir. Bold-Hed-Aylend kəndində yaşayış məntəqələri vardır ki, onlarda dilin qurtaracağına yaxın yerləşir. Burada avtomobillərin hərəkəti qadağandır. Dil ərazisində Cey Li Tomsonun «Qorxu burnu (1962)» və Martin Skorsezenin «Qorxu burnu (1962)» filmləri çəkilmişdir. Dilin dayazlıqları hər zaman dənizçilərdə qorxu yaradırdı. Buranı Kiçik Atlantida qəbrstanlığı adlandırırlar.
Keyp-Reys
Keyp-Reys burnu (ing. Cape Race) — Kanadanın Nyufaundlend adası, Avalon yarımadasının cənub-şərq qutaracağında yerləşən burun. Belə hesab edilir ki, portuqal sözü olan Raso kəlməsindən törəmişdir (səhra). Burun haqqında ilk yazılı məlumat XVI əsrə aiddir. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. == Coğrafiya == Qatı duman, sahilin qayalıqlardan ibarət olması və burunun dəniz yollarına yaxın olması səbəbindən burada tez-tez gəmi qəzaları baş verir. Bunlar arasında ən məşhuru təkərlikli SS Arctic paraxodunun qəzası olmuşdur (1854). Burunun özü küləklərin ilin böyük qismi vurduğu bir platodur. Maksimal hündürlüyü 30 m olan bir qayalıqdan ibarətdir. İlin 158 günü burada duman müşahidə edilir.
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, xosa. iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.
Keyp-York
Keyp-York (ing. Cape York Peninsula) — Avstraliyanın Kvinslend ştatı ərazisində yerləşən, şərqdən Mərcan dənizi, qərbdən Karpentariya körfəzi, şimaldan isə Torres boğazı ilə əhatələnir. Bu dünyanın mənimsənilməmiş yarımadasıdır. Onun insan sivilizasiyası tərəfindən toxunulmayan rütubətli meşələrəri və savannaları böyük dərin ekoloji əhəmiyyət daşıyır. Hazırda rütubətli tropik meşələrin UNESCO Ümumdünya irsi siyahısına namizədliyi göstərilir. Keyk-York yarımadası 137 000 km² sahəyə malikdir. Yarımadanın şərq hissəsi dağlıqdır, qərbi isə düzən relyefə malikdir. Yarımada ərazisində ümumilikdə 18 min insan yaşayır ki, onlarında ~60 % yerli avstraliya aborigenlərindən ibarətdir. Yarımadanın şimal qutaracağında York burnu yerləşir. Buradan Yeni Qvineya sahillərinə qədər məsafə 160 km təşkil edir.
Keys üsulu
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study) == Hadisənin öyrənilməsi == Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir. === Hadisənin öyrənilməsi metodu === Hadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir. Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər. Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər. Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər. === Hadisə öyrənilməsi metodunun tipləri === Tədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir.
Keyt Apton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. == Həyatı == Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. == Karyerası == 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Keyt Bekinseyl
Ketrin Romany Bekinseyl və ya sadəcə Keyt Bekinseyl (ing. Kate Beckinsale) — ingilis kinoaktrisası. == Həyatı == İngilis aktrisası Keyt Bekinseyl 26 iyul 1973-cü ildə Londonda, teatr və televiziya aktrisası Cudi Lo və məşhur televiziya aktyoru Riçard Bekinseylin ailəsində doğulub. Atası 1979-cu ildə, 31 yaşında vəfat edib. Keytin böyük bacısı Samanta da aktrisadır. London məktəblərinin birində təhsil alan Keyt gənc yazarlar arasında birinci yer tutsa da, məktəbi bitirdikdən sonra valideynlərinin yolunu davam etdirərək aktyorluq karyerasına başlayır. Aktrisa uzun müddət aktyor Maykl Şinomla görüşür və bu münasibətdən 1999-cı il yanvarın 31-də qızı Lili Mo Şin dünyaya gəlir. 2003-cü ildə Şinlə ayrılandan bir neçə ay sonra Bekinseyl rejissor Len Uayzmanla nişanlanır və cütlük 2004-cü il mayın 9-da Los-Ancelesdə evlənir. == Yaradıcılığı == O, ilk rolunu "Tək küləyə qarşı" (1991) televiziya filmində oynayır. Bundan sonra Keyt Oksford Universitetinin yeni kollecində fransız və rus ədəbiyyatını öyrənsə də, elmi dərəcə ala bilmir.
Keyt Blanşet
Katerin Eliz "Keyt" Blanşett (ing. Catherine Élise «Cate» Blanchett) — Avstraliya aktrisa. İki dəfə Oskar, üç dəfə BAFTA və üç dəfə Qızıl qlobus mükafatı qazanmışdır. == Həyatı və karyerası == Keyt Blanşett 1969-cu ilin mayın 14-də Avstraliyanın Melburn şəhərində anadan olub. Atası Robert Blanşett əslən Texasdan olub, dənizçi zabiti idi. Keytin 10 yaşı olanda atası ürək xəstəliyindən vəfat edir və üç uşağın — Keyt, böyük qardaşı Bob və kiçik bacısı Jenevyevanın yükü ananın çiyinlərinə düşür. Keyt Melburn şəhərində yerləşən Qadın Metodika Kollecində təhsil alıb, sonra isə Melburn Universitetində təhsilini davam etdirib. O, tezliklə təhsilini yarımçıq qoyur və İngiltərəyə səyahət edir. Vizasının vaxtı bitdikdə Keyt Misirə yollanır və burada mehmanxana qonaqlarından biri ona Misir filmində bir səhnəyə çəkilməyi təklif edir. Keyt pula ehtiyacı olduğu üçün təklifi qəbul edir.
Keyt Blanşett
Katerin Eliz "Keyt" Blanşett (ing. Catherine Élise «Cate» Blanchett) — Avstraliya aktrisa. İki dəfə Oskar, üç dəfə BAFTA və üç dəfə Qızıl qlobus mükafatı qazanmışdır. == Həyatı və karyerası == Keyt Blanşett 1969-cu ilin mayın 14-də Avstraliyanın Melburn şəhərində anadan olub. Atası Robert Blanşett əslən Texasdan olub, dənizçi zabiti idi. Keytin 10 yaşı olanda atası ürək xəstəliyindən vəfat edir və üç uşağın — Keyt, böyük qardaşı Bob və kiçik bacısı Jenevyevanın yükü ananın çiyinlərinə düşür. Keyt Melburn şəhərində yerləşən Qadın Metodika Kollecində təhsil alıb, sonra isə Melburn Universitetində təhsilini davam etdirib. O, tezliklə təhsilini yarımçıq qoyur və İngiltərəyə səyahət edir. Vizasının vaxtı bitdikdə Keyt Misirə yollanır və burada mehmanxana qonaqlarından biri ona Misir filmində bir səhnəyə çəkilməyi təklif edir. Keyt pula ehtiyacı olduğu üçün təklifi qəbul edir.
Keyt Bristol
Keyt Bristol (ing. Kate Bristol, 1 may 1990, Dallas) — ABŞ aktrisası.
Keyt Caret
Keyt Caret (ing. Keith Jarrett,) 22 may, 1945, Allentaun doğumlu — Amerikalı musiqiçi caz, pianoçu və bəstəkar. == Haqqında == Allentaunda (Filadedfiya ştatı) musiqiçilərin böyük ailəsində dünyaya gəlmiş Carret fortepianoda çalmağı öyrənməyə başlayanda onun cəmi üç yaşı vardı. Carretin yeddi yaşı tamam olanda isə o artıq solo konsertlər verirdi. Sonradan zərb alətlərində, soprano-saksofonda və vibrofonda da çalmağı öyrənmişdi. Dərsdən kənar vaxtlarda o, peşəkar ifaçı kimi, müntəzəm olaraq çoxsaylı konsertlərdə çıxış edirdi. 1962-ci ildə Bostona köçüb gedən Carret orada bir il Berkli Kollecində oxuyandan sonra öz triosunu yaratdı və Bostonda peşəkar ifaçılıqla məşğul olmağa başladı. 1965-ci ildə o, Nyu-Yorka köçüb getdi. Carret burada xeyli çalışandan sonra, nəhayət, onun ifaçılıq məharəti Art Bleykinin diqqətini cəlb etdi. Elə həmin ilin dekabr ayında o, Art Blakey's Jazz Messengers qrupuna daxil olub bir neçə ay orada çalışdı, 1966-cı ilin yazında isə Çarlz Lloydun yaratdığı kvartetə qoşuldu.
Keyt Hadson
Keyt Hadson (19 aprel 1979[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == 1979-cu ilin aprel ayının 19-da, sənətçi ailəsində anadan olan Keyt Hadson, artıq 3 yaşındaykən "Vanity Fair" adlı jurnalın üz qabığına çəkilib. Anası aktrisa Qoldi Houn, atası isə müğənni Bill Hadson olan qızcığazın, gələcəkdə incəsənət yolunu seçməsi artıq məlum məsələ idi. Valideynləri, Keyt 2 yaşındaykən boşanıblar. Ona görə də, Keyti anasının dostu olan Kurt Rassel tərbiyə edərək böyüdüb. İllər sonra, müsahibələrin birində "Öz atam mənə sanki yad olub, mən Kurt Rasseli ata yerinə qoyuram" deyirdi. Uşaqlıqdan rəqsə böyük marağı olan Keyt, elə o zamanlardan ətrafdakıların diqqətini özünə yönəltməyə başladı. Anası onun aktrisa olmasına etiraz edirdi. Buna görə də, məktəbdə təhsilini başa vurduqdan sonra o, Nyu-Yorkda yerləşən universitetlərin birinə daxil olur, lakin buradakı təhsilini yarımçıq buraxır, çünki onun istəyi böyük ekran idi. 1998-ci ildə aktrisanın debütu reallaşdı, amma "Üzücü kədər" və "Rekoşet çayı" adlı filmlər ona məşhurluq gətirə bilmədi.
Keyt Hooper
Keyt Hooper (d. 26 fevral 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Keyt Hooper, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.