Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ceyd
Ceyd (Mortal Kombat) — "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Ceyd (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Kənd
Kənd — bir çox ölkələrdə şəhər və qəsəbədən daha kiçik yaşayış məntəqəsidir. Kənd dar mənada tarixən formalaşmış daimi kiçik yaşayış məskənidir. Azərbaycan dilindəki "kənd" sözü Şərqi İran dillərindəki "kant" (xəndək və ya arxla əhatələnmiş məskən, yer) sözündəndir. "Kant" sözü qədimdən türkdilli xalqlara keçmiş və şəhər mənasında işlənmişdir. Geniş mənada kənd dedikdə təkçə kiçik yaşayış məskəni deyil, həmçinin şəhərə qarşı qoyulan sosial-iqtisadi kateqoriya kimi onun ictimai-iqtisadi, mədəni məişət və təbii-coğrafi xüsusiyyətləri və həyat şəraiti başa düşülür. Cəmiyyətin tarixi inkişafı prosesində kənd həyatının bütün tərəfləri və sosial-iqtisadi kateqoriya kimi kəndin özü, onun əsas siniflərinin, ilk növbədə kəndlilərin və onların ayrı ayrı təbəqələrinin formalaşması, həmçinin şəhərlə qarşılıqlı münasibətlər guclü dəyişikliklərə uğramışdır. Kəndin sosial-iqtisadi xüsusiyyəti sakinlərin torpaqla bilavasitə əlaqəsi, ərazinin təbii sərvətlərindən istifadə ilə müəyyən olunur. Kəndin səpələnməsi, çox da böyük olmaması, əhalinin əsas məşğuliyyətinə görə təbii mühitə uyğunlaşması, işlərin mö mövsümiliyi və s. də bundan irəli gəlir. Şəhərə nisbətən peşələrin azlığı, əmək bölgüsünün, habelə kommunal və mədəni xidmətin daha aşağı səviyyəsi bununla əlaqədardır.
Qeyd
Qeyd – diqqəti çəkən , vacib bir məsələ barəsində yazı forması. Əsas əlamətləri — lakoniklik, əsas momentlərin diqqətə verilməsi. Yazı analiz deyil, niyə ? sualına cavab vermir. Qeyd qeyd aparan şəxs üçün əhəmiyyət daşımalıdır.
Reyd
Reyd (film, 1985) — təbiəti mühafizə problemləri barədə film. Reyd (termin) — dənizçilik termini.
Keyt
Keyt — ad. Keyt Qunter — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Vitali — ABŞ döyüş ustası və aktyorudur. Keyt Bekinseyl — ingilis kinoaktrisası. Keyt Qlasko — ABŞ aktyoru və yanğınsöndürəni. Keyt Hadson — ABŞ aktrisası. Keyt Ueyn Keyt Nelson — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Keyt Kuk – Amerika aktyoru, kaskadyor və döyüş sənətləri ustası Keyt Apton — amerikalı model və aktrisa. Keyt Bristol — ABŞ aktrisası.
Zeyd
Zeyd — ad. Zeyd ibn Əli — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Zeyd ibn Harisə — Məhəmməd peyğəmbərin səhabələrindən biri və onun oğulluğu. Zeyd ibn Sabit — həzrəti Məhəmməd peyğəmbərin səhabəsi, katibi. Zeyd əl-Xeyr — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Zeyd ibn Ərkam — Məhəmməd peyğəmbərin səhabəsi. Zeyd kəndi — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Cütçü (kənd)
Cütcü (əvvəlki adı: Maçkalaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd. Keçmışdə kəndin ərazisi binə yeri və xırmanlıq olmuşdur. XIX əsrdə ermənilər burada məskunlaşdırıldıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilən binə Maçkalaşen (erm. "cutcu, əkinçi kəndi") adlandırıldı. 1992-ci ildən kəndin adı Cutcu kimi rəsmiləşdirilmişdir. Oykonim peşə adı ilə bağlı olub, "torpağı becərən, sürən" deməkdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Maçkalaşen kəndi Cütçü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cütçü kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Devid Keyc
Devid De Qruttola (9 iyun 1969, Müluz), David Cage təxəllüsü ilə tanınan Fransız videooyun dizayneri, yazıçı və musiqiçi. O, Quantic Dream oyun şirkətinin yaradıcısıdır. Keyc, Heavy Rain, Beyond: Two Souls , Detroit: Become Human oyunlarının həm ssenarisini yazmış, həm də rejissorluğunu etmişdir. Fransanın Müluz şəhərində doğulan Keyc videooyun istehsalçısı olan Quantic Dream şirkətinin rəhbəridir. Keyc şirkətin qurucusu, ortaq baş icraçı direktoru, direktoru, baş oyun dizayneri, ssenari müəllifi olaraq şirkətdə və oyunların tərtibatında çox mühüm rol oynayır. Peşəkar musiqiçi olaraq o, 1993-cü ildə 'Totem Interactive' adlı musiqi şirkətini yaratmışdır. O, frilanser musiqiçi olaraq bir çox televiziya kanalında, kino və videooyun proyektlərində musiqilər bəstələmişdir.
Dərbənd (kənd)
Dərbənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim fars dilində «keçid, boğaz, sədd, sərhəd bölgələri, dağlar arasından çətinliklə keçilən yer» mənasında işlənən dər və bənd sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karmrakar qoyulmuşdur.
Dərk (kənd)
Dərk — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Yerfi bələdiyyəsinin tərkibindədir. Dərk kəndi qədim tarixə malikdir. Kənddəki yaşlı nəsilin söylədiyinə görə buralar əvvəllər yaylaq yeri olub. Yollar çəkildikdən sonra, əhali çoxalıb və kənd salınıb. Dərk oyk., sadə. Quba r-nunun Yerfi i.ə.v.-də kənd. Baba çayının sahilində, Yan silsiləsindədir. Çox vaxt Dərgavar variantında qeydə alınır. Oykonim dərk (bənd, körpü) və var/vər (qarşı tərəf) komponentlərindən düzəlib, "körpünün, bəndin qarşı tərəfi" mənasındadır.
Dəvəçi (kənd)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Florida Keys
Florida Keys, ABŞ-nin Florida əyalətində yerləşən bir qrup arxipelaqdır. Təxminən 1700 adadan ibarətdir. Floridanın 24 kilometr cənubundadır. Ən ucunda yerləşən Key West, Kubadan 140 kilometr məsafədədir. Florida Keys 23,5 ilə 25,5 enlik arasında yerləşir. Bu xüsusiyyətlərinə görə adalarda subtropik iqlim mövcuddur. Adaları "Overseas Highway" ("Xarici magistral") adlanan bir yol birləşdirir. Adaların əhalisi 2000-ci il siyahıyaalınmasında 79.535 olaraq müəyyən olunmuşdur. Bir kvadrat kilometrə 223,66 nəfər düşür. Əhalinin 32% -i Key Westdə yaşayır.
Gizel (kənd)
Gizel (Oset. Джызæл) kəndi Şimali Osetiyanın Priqorodnı rayonunda yerləşir. Eyni adlı kəndin inzibati mərkəzidir. Kənddə Respublika sanatoriya internat məktəbi var və eyni adlı hərbi aerodrom fəaliyyət göstərir. Kənd Vladiqafqazdan 8 km qərbdə, Gizeldon (qərbdə) və Qara (şərqdə) çayları arasında yerləşir. Kəndin şimal-qərb kənarında Koban və Karmadon dərələrinə gedən yol başlayır. Kənd 1867-ci ildə qurulmuşdur, digər mənbələrə görə kənd 1858-ci ildə qurulmuşdur. Kəndin yerləşdiyi yerdə 1858-ci ilə qədər Taqaurski soyadları olan aullar Mamsurov, Kanukov, Kunduxov və Dzantiev var idi. 1825-1830-cu illərdə taqaur aldarları olan bir neçə ailə dağlardan çayətrafına doğru hərəkət etdi və Gizeldon çayı boyunca hər ailə ayrı-ayrılıqda özləri üçün müvəqqəti binalar tikdi. Taqaur aldarlarının bu yerlərə köçürülməsindən iki-üç il sonra, hökumətin əmri ilə digər dərələrdən olan digər osetinlər köçməyə başladılar və bir neçə il ərzində beş kənd qurdular və onlara həmin aldarların adları verildi.
Göyərçin (kənd)
Göyərçin kəndi — Qаrаqоyunlu elinin kəndlərindən biri. Göyərçin kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı. Göyərçin kəndi Qаrаqоyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 16 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənddir. Azərbaycanlı əhalisi 1897-ci ildə 257, 1926-cı ildə 271, 1931-ci ildə 205, 1939-cu ildə 237 nəfər olub. 1950-ci ildə yaxınlıqdakı Salah kəndi ilə birləşdirilmişdir, əhalisi də oraya köçürülmüşdür. Kəndin məşhur tayfaları aşağıdakılardır: Göyalılar, Məmmədalılar, Dəmirli, Abdullalı.
Harri Keyn
Harri Keyn (ing. Harry Kane; 28 iyul 1993) — İngiltərə futbolçusu. Almaniyanın "Bayern Münhen" klubunun və İngiltərə milli futbol komandasının hücumçusu. Keyn, "Tottenhem Hotspur"un heyətində 2011-ci il avqustun 25-də, Avropa Liqasının ikinci təsnifat mərhələsində Yunanıstanın "Harts" klubuna qarşı oynanılan görüşdə debüt edib. O,"Tottenhem Hotspur"un əsas heyət oyunçusu olanadək icarə əsasında Birinci Liqada çıxış edən "Leyton Orient"də, Çempionşipdə çıxış edən "Milluoll" və "Norviç Siti"də, və Premyer Liqada mübarizə aparan "Norviç Siti"də oynayıb. Keyn, İngiltərənin yeniyetmələrdən və gənclərdən ibarət komandalarının hamısında çıxış etmişdir. Əsas milli komandada debütü 24 mart 2015-ci ildə baş tutmuşdur. Harri Keyn "Tottenhem Hotspur" akademiyasının yetirməsidir, lakin o, ilk illər əsas komandanın heyətinə düşməkdə çətinlik çəkib. Bu səbəbdən klub onu 2011-ci il yanvarın 7-də İngiltərə Birinci Futbol liqasında çıxış edən "Leyton Orient" komandasına icarəyə verib. O, bu klubun heyətində yanvarın 15-də "Rotsdeyl" klubuna qarşı oynanılmış görüşdə sonradan meydana çıxaraq debüt etmişdir.
Horadiz (kənd)
Horadiz — Azərbaycan Respublikasının Füzuli rayonunda kənd. Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır. Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. 1993-cü il sentyabrın 3-də kənd Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin işğalına məruz qalmışdır. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. Horadiz kəndi Füzuli rayonunun dörd kəndi ilə birlikdə azad olunmuşdur. "Qoradüz" adının danışıqda təhrifidir. Türk dillərində kora, qora, qura, monqolca xürz "yarım oturaq həyat tərzi keçirən maldarların qışlaq yerində müvəqqəti evləri və təsərrüfat "gecələr malqara salqmaş üçün hasırlanmış yer" və düz (düzən yer) sözlərindən ibarətdir. Cənubi Qafqazın türk toponimiyasında kora (qora) sözü sonralar "kara" və "qara" formalarında bir sıra dərə, təpə və düzən adlarında əksini tapmışdır. XVII əsrdə Naxçıvanda Kürədiz.
Keyn adası
Keyn adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Dairəvi formaya malikdir. Diamerti 6 km-dir. Ziçi adaları qrupuna daxildir. Qrili adasından 2 km şimal-şərqdə yerləşir. Ondan Ştrenek boğazı ilə ayrılır. Bütünlüklə buzdan azaddır. Ada qütb araşdırmaçısı İlayş Kent Keynin şərəfinə adlandırılmışdır.
Keyp-Breton
Keyp-Breton (ing. Cape Breton Island, fr. Île du Cap-Breton) — Şimal-şərqdən Yeni Şotlandiya yarımadasından Kanso boğazı, Uels Şahzadəsi (ada)sından isə Müqəddəs Lavrentiya körfəzi ilə ayrılır. Mikmaki dilində Unama’kik — "Duman Torpağı". Ada inzibati cəhətdən Yeni Şotlandiya vilayəti ərazisinə daxildir. Adanın sahəsi 10 311 km² təşkil edir (Adaların dünyada sahəsinə görə sıralsması]]nda 75-ci, Kanadada isə 18-ci yeri tutur. Adada laqun məşəlli Bra-d'or gölü vardır. Onun sadəsi 932–1099 km² arasında dəyişiir. Ən hündür zirvəsi Vayt-Hill dağıdır (532 m). Dağ zirvəsi sıldırımlıdır.
Keyp-Fir
Keyp-Fir (ing. Cape Fear) ― Şimali Karolina sahillərində Keyp-Fir çayının mənsəbini Atlantik okeanından ayıran dil. Çayın hövzəsi boyunca Uilminqton şəhəri yerləşir. Şimali Karolina ştatı əhalisinin dörddə biri burada yaşayır. Keyp-Fir özünün qumlu çimərlikləri ilə seçilir. Bold-Hed-Aylend kəndində yaşayış məntəqələri vardır ki, onlarda dilin qurtaracağına yaxın yerləşir. Burada avtomobillərin hərəkəti qadağandır. Dil ərazisində Cey Li Tomsonun «Qorxu burnu (1962)» və Martin Skorsezenin «Qorxu burnu (1962)» filmləri çəkilmişdir. Dilin dayazlıqları hər zaman dənizçilərdə qorxu yaradırdı. Buranı Kiçik Atlantida qəbrstanlığı adlandırırlar.
Keyp-Reys
Keyp-Reys burnu (ing. Cape Race) — Kanadanın Nyufaundlend adası, Avalon yarımadasının cənub-şərq qutaracağında yerləşən burun. Belə hesab edilir ki, portuqal sözü olan Raso kəlməsindən törəmişdir (səhra). Burun haqqında ilk yazılı məlumat XVI əsrə aiddir. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. Qatı duman, sahilin qayalıqlardan ibarət olması və burunun dəniz yollarına yaxın olması səbəbindən burada tez-tez gəmi qəzaları baş verir. Bunlar arasında ən məşhuru təkərlikli SS Arctic paraxodunun qəzası olmuşdur (1854). Burunun özü küləklərin ilin böyük qismi vurduğu bir platodur. Maksimal hündürlüyü 30 m olan bir qayalıqdan ibarətdir. İlin 158 günü burada duman müşahidə edilir.
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, xosa. iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.
Keyp-York
Keyp-York (ing. Cape York Peninsula) — Avstraliyanın Kvinslend ştatı ərazisində yerləşən, şərqdən Mərcan dənizi, qərbdən Karpentariya körfəzi, şimaldan isə Torres boğazı ilə əhatələnir. Bu dünyanın mənimsənilməmiş yarımadasıdır. Onun insan sivilizasiyası tərəfindən toxunulmayan rütubətli meşələrəri və savannaları böyük dərin ekoloji əhəmiyyət daşıyır. Hazırda rütubətli tropik meşələrin UNESCO Ümumdünya irsi siyahısına namizədliyi göstərilir. Keyk-York yarımadası 137 000 km² sahəyə malikdir. Yarımadanın şərq hissəsi dağlıqdır, qərbi isə düzən relyefə malikdir. Yarımada ərazisində ümumilikdə 18 min insan yaşayır ki, onlarında ~60 % yerli avstraliya aborigenlərindən ibarətdir. Yarımadanın şimal qutaracağında York burnu yerləşir. Buradan Yeni Qvineya sahillərinə qədər məsafə 160 km təşkil edir.
Keys üsulu
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study) Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir. Hadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir. Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər. Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər. Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər. Tədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir.
Keyt Apton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Keyt Bekinseyl
Ketrin Romany Bekinseyl və ya sadəcə Keyt Bekinseyl (ing. Kate Beckinsale) — ingilis kinoaktrisası. İngilis aktrisası Keyt Bekinseyl 26 iyul 1973-cü ildə Londonda, teatr və televiziya aktrisası Cudi Lo və məşhur televiziya aktyoru Riçard Bekinseylin ailəsində doğulub. Atası 1979-cu ildə, 31 yaşında vəfat edib. Keytin böyük bacısı Samanta da aktrisadır. London məktəblərinin birində təhsil alan Keyt gənc yazarlar arasında birinci yer tutsa da, məktəbi bitirdikdən sonra valideynlərinin yolunu davam etdirərək aktyorluq karyerasına başlayır. Aktrisa uzun müddət aktyor Maykl Şinomla görüşür və bu münasibətdən 1999-cı il yanvarın 31-də qızı Lili Mo Şin dünyaya gəlir. 2003-cü ildə Şinlə ayrılandan bir neçə ay sonra Bekinseyl rejissor Len Uayzmanla nişanlanır və cütlük 2004-cü il mayın 9-da Los-Ancelesdə evlənir. O, ilk rolunu "Tək küləyə qarşı" (1991) televiziya filmində oynayır. Bundan sonra Keyt Oksford Universitetinin yeni kollecində fransız və rus ədəbiyyatını öyrənsə də, elmi dərəcə ala bilmir.