Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tuvalu
Tuvalu — Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, Fici və Samoa adaları yerləşir. Tuvalu dünyada Vatikan, Monako və Naurudan sonra dünyanın ən kiçik ölkəsidir. Ölkənin cəmi 25,9 kv km ərazisi vardır. Vatikandan sonra isə ən az əhalisi olan ikinci müstəqil dövlətdir. Eyni zamanda Tuvalu BMT-nin üzvüləri arasında ən az əhaliyə malikdir. 1978-ci ilin 1 yanvar tarixində Böyük Britaniyadan öz müstəqilliyi qazandıqdan sonra Tuvalu əsasən turizm sahəsini inkişaf etdirməyə başlamışdır. Qlobal istiləşmə son illər ölkənin su altında qalma ehtimalını artırmışdır. Paytaxt Funafuti dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə yerləşməsi vəziyyəti daha da gərginləşdirmişdir.
Osman Kuvatov
Osman Mühəmmədəli oğlu - Başqırd milli hərəkatının xadimi. Osman Mühəmmədəli oğlu 1897-ci ildə Orenburq quberniyasının Orsk rayonunun Ziyançurino kəndində anadan olub. 1917-ci ilin iyulunda Orenburqda başqırd qurultayında iştirak etdi. Başqırd mərkəzi icraiyyə komitəsinin üzvü seçilmişdir. 1919-cu ilin 20 iyunundan — Başqırd hərbi-inqilabçı komitəsinin torpaq bölməsinin Kollegiyasının üzvü olub. Almaniyada emiqrasiyada olub. Sonra Bakı tibbi institutunda dərs deyib. 1956-cı ildə, Azərbaycan SSR, Bakı şəhərində vəfat edib. Atası: Kuvatov, Mühəmmədqalim Əbdülqani oğlu — maarifçi. Qardaşı: Kuvatov, Qumer Qalim oğlu — Başqırd milli hərəkatının aktiv iştirakçısı, BMSSR (1919 — 1928), ictimai və dövlət xadimi, cərrah.
Qumer Kuvatov
Qumer Kuvatov (başq. Ҡыуатов Ғүмәр Мөхәммәтғалим улы; 29 iyun 1893, Ziançurinski rayonu – 6 aprel 1946, Moskva) — başqırd milli hərəkatının fəal iştirakçısı, Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Səhiyyə Komissarı (1919–1928), ictimai və dövlət xadimi, cərrah. Kuvatov Qumer 1893-cü il yanvarın 10-da Orenburq quberniyasının Orsk qəzasının Userqan volostunun Kuvatovo-Bikberdino kəndində (indiki Başqırdıstanın Ziançurinski rayonunun Utyaqulovo kəndi) anadan olmuşdur. Kuvatovlar başqırd zadəgan nəslindəndir. Osman Kuvatovun qardaşı, Muhametqalim Kuvatovun oğludur. 1912-ci ildə Kuvatov Orenburq gimnaziyasını bitirib, 1917-ci ildə isə Kazan Universitetinin tibb fakültəsində cərrahiyyə ixtisası üzrə təhsil almışdır. Fevral inqilabından sonra Qumer Kuvatov Başqırd milli hərəkatının fəal iştirakçısına çevrilir, III Ümumbaşqırd Qurultayının işində iştirak edir, bu müddət ərzində Başqurdistanın rəhbər orqanlarına daxil edilir və 2012-ci ilin dekabrında respublikasının rəhbər orqanlarına, Kiçik Qurultayına seçilir. Onun qardaşı Osman Kuvatov Başqırd hökumətinin üzvü olur. Sonra Kuvatov cərrah və hərbi hospitalın müdiri işləyir. O, 11 saylı siyahı üzrə (federalçı başqırdlar) Ufa seçki dairəsindən Müəssislər Məclisinin deputatı seçilib.
Kuvazu Hinraku
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
Takayuki Kuvata
Takayuki Kuvata (d. 26 iyun 1941) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 2 qol vurub.
Tuvalu bayrağı
Tuvalu bayrağı — Tuvalunun Dövlət bayrağı
Kutlu Arslan
== Kutlu Arslan == Gürcüstanın qədim dövlət xadimi, 1184-cü ildə Gürcüstanda ilk Qanunverici Məclisin (Parlamentin) banisi və ilk Başçısı, Çariça Tamarın maliyyə naziri (meçurçuxucesi).
Kutlu Savaş
Kutlu Savaş (1942, Manisa) - Radio Televiziya Üst Qurumunun sabiq başçısı. == Həyatı == 1942-ci ildə Manisada doğulmuşdur. 1967-ci ildə Ankara İctimai Xidmətlər Akademiyasından məzun olmuşdur. 1998 və 2000-ci illər arasında Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsində çalışmışdır. Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsinə gətirilmiş olan beşinci adamdır. Daha öncə Baş Nazirlik Təftiş Təşkilatına başçılıq (1986-1992/1997-1998) etmişdir. Susurluq qəzası və Milli Kəşfiyyat Təşkilatı hesabatlarını hazırlamışdır. Əvvəlində Türkiyə Kömür İşlətmələri Ümumi Müdirliyi İdarə Heyəti üzvlüyü, İş və İctimai Təhlükəsizlik Nazirliyi katibi (1984-1986), Dövlət Planlama Təşkilatı katib köməkçiliyi vəzifələrində təyin olunmuşdur. 1987-1991 illəri arasında Nazirlər Kabineti kontingentindən Ali Təhsil Şurası üzvlüyü etmişdir.
Qızılqala-i Kuranlu (Çaroymaq)
Qızılqala-i Kuranlu (fars. قزل قلعه كورانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (33 ailə).
Tuvalu 2012 Yay Olimpiya Oyunlarında
Tuvalu — 2012-cı ildə Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında. 27 iyul və 12 avqust tarixləri arasında Böyük Britaniyanın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında Tuvalu yığması, üç yüngül atlet ilə təmsil olundu. Onlardan ikisi, 100 metr məsafəyə qaçış yarışlarında çıxış etmiş Tavevele Noa, qapanış mərasimində Tuvalu yığmasının bayraqdarı olan Asenate Manoa və ağırlıqqaldıran Tuau Lapua Lapua idi. Qəbul edilən standartlara cavab vermədikləri üçün, hər üç atlet turnir kartı yerlərində iştirak etmişdir. Lapua açılış mərasimində Tuvalu yığmasının bayraqdarı idi. Tuvalu yığmasının qapanış mərasimindəki bayraqdarı isə, Asenate Manoa idi. Noa və Manoa qadınlar üzrə 100 metrlik qaçışda yeni bir milli rekord yaratdıqlarına baxmayaraq, turnirin ilkin mərhələlərindən keçə bilməmiş, Lapua isə kişilər üzrə yarımyüngül çəkidə (62 kiloqram) ağırlıqqaldırma yarışında 12-ci yeri tutdu. 2008 Pekin Olimpiadasında debüt edən Tuvalu üçün London Olimpiadası, sayca qatıldıqı ikinci Olimpiya Oyunları oldu. Tuvalunun Olimpia Oyunlarına göndərdiyi ən çox atlet sayı 3-dür. Əvvəlki yarışda olduğu kimi bu Olimpiya Oyunlarında da, heç bir Tuvalu idmançısı, Olimpiya medalına sahib ola bilmədi.
Tuvalu 2016 Yay Olimpiya Oyunlarında
Tuvalu — 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. 5-21 avqust tarixləri arasında Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Tuvalu yığması, bir yüngül atlet ilə təmsil olundu. Tuvalu yığmasının bayraqdarı olan Etimoni Timuani, 100 metr məsafəyə qaçış yarışlarında çıxış etdi və təsnifat mərhələsindəcə mübarizəni dayandırdı. 2008 Pekin Olimpiadasında debüt edən Tuvalu üçün Rio-de-Janeyro Olimpiadası, sayca qatıldıqı üçüncü Olimpiya Oyunları oldu. Bundan əvvəl, Pekində və Londonda baş tutan yarışlarda üç idmançı ilə təmsil olunan Tuvalu, bu səfər yalnızca bir idmançı ilə təmsil olundu. Digər yarışlarda olduğu kimi bu Olimpiya Oyunlarında da, heç bir Tuvalu idmançısı, Olimpiya medalına sahib ola bilmədi. Tuvalunu təmsil edən yeganə idmançı olan 24 yaşlı sprinter Etimoni Timuani, Rio-de-Janeyro Olimpiadasının təntənəli açılış mərasimində Tuvalu bayrağını apardı. Etimoni Timuaniyə Olimpiya Oyunlarına qatılmaq hüququnu, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) wild-cardı icazə verdi. Q = Növbəti mərhələyə vəsiqə qazandı DNF = Kənarlaşdırıldı DNS = Yarışmadı XXXI Yay Paralimpiya Oyunlarında yüngül atletika idman növü üzrə yarışlar 12-21 avqust tarixləri arasında Joao Avelanj adına Olimpiya Stadionunda baş tutdu. Tuvalunu bu idman növü üzrə, Etimoni Timuani təmsil etdi.