Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kunduz
Künduz vilayəti (fars. ولایت کندز‎‎‎, puşt. کندوز ولايت) — Əfqanıstan İslam Respublikasının vilayətlərindən biri. Vilayətin sahəsi 8.040 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 900.3 min nəfər, inzibati mərkəzi Künduz şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən ibarətdir. Vilayət inzibati cəhətdən Əliabad, Ərçi, Çahardərə, İmam Sahib, Xanabad, Künduz və Qalayi Zal rayonlarına ayrılır.
Quduz
Quduzluq (lat. hydrophobia, lyssa — sudanqorxma) — ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası. Vaxtında müalicə olunmazsa insan üçün ölümcül təhlükəlidir. Virus adətən it və ya yarasa kimi yoluxmuş heyvanın dişləməsi və ya cızması ilə yayılır. Simptomlar həftələr, hətta aylar sonra özünü göstərə bilər. Hələ qədim dövrlərdən itlərdə bu xəstəlik məlum olmuşdur. Eramızdan əvvəl IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İnsanlarda xəstəliyin ilkin əlaməti olan sudan qorxma halını ilk dəfə eramızdan əvvəl I əsrdə K. Sels müəyyən etmişdir. Quduzluq müfəssəl elmi surətdə Lui Paster tərəfindən öyrənilmişdir. O, törədicinin virus olduğunu və onunmərkəzi sinir sistemində lokallaşmasını göstərmiş, heyvanlar üzərində apardığı tədqiqatlar nəticəsində quduzluq virusunu almağa müvəffəq olmuşdur.
Kudur-Laqamar
Kedorlaomer (q.yəh. כדרלעמר‎ , Kedor-Laomer; q.yun. Хοδολλογομόρ, Xodolloqomor) və ya Kudur-Laqamar (q.yəh. נדדלעמד‎, Kudur-Laomar) — Əhdi-ətiqdə personaj, Elam hökmdarı, patriarx İbrahimin müasiri. Yaradılış kitabının məzmununda təcəssüm edir. O, indiki Ölü dənizin yerində olan beş şəhərin (Sodom, Qomorra, Adma, Sevoim və Bela ) üsyankar padşahlarını cəzalandırmaq üçün Orta Şərqin digər üç padşahı ilə ittifaqda Fələstinə qarşı yürüşə başlamışdır. Kedorlaomerin adı sırf elamcadır və tanrı Laqamarın adı ilə əlaqələndirilir.
Kudüs TV
Kudüs TV — Türkiyədə fəaliyyət göstərən televiziya kanalı. == Haqqında == Kanal 2008-ci ildə Nurəddin Şirin tərəfindən qurulub və internet üzərindən yayımlanmağa başlayıb. Kudüs TV 13 avqust 2013-cü ildə peyk üzərindən də yayımlanmağa başlayıb. 1 noyabr 2016-cı ildə Türkiyə Radio və Televiziya Ali Qurumu tərəfindən kanalın yayımı dayandırılıb, binası möhürlənib və avadanlıqları müsadirə edilib. Kanal isə mətbuat açıqlaması verərək buna etiraz edib. TV 31 dekabr 2016-cı ildə yenidən fəaliyyətə başlayıb. Kanalın "kudustv.com" adlı rəsmi saytının domeni 2021-ci ilin iyulunda ABŞ Hökuməti tərəfindən 18 U.S.C. §§ 981, 982 və 50 U.S.C. 1701-1705 Sənaye və Təhlükəsizlik Bürosu, İxracın Mühafizəsi İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən hüquq-mühafizə tədbirləri çərçivəsində bloklanıb.
Künduz (şəhər)
Künduz — Əfqanıstanın Künduz vilayətinin inzibati mərkəzi. Həmçinin Əfqanıstanın ən böyük 6-cı şəhəridir. Keçmiş əfqan mücahid, baş nazir və böyük narkobaron Gülbəddin Hikmətyar burada anadan olub. Qədim şəhərdir. E.ə. 329-cu ildə Baktriya dövlətinin mühüm şəhərlərindən biri olub.
Künduz vilayəti
Künduz vilayəti (fars. ولایت کندز‎‎‎, puşt. کندوز ولايت) — Əfqanıstan İslam Respublikasının vilayətlərindən biri. Vilayətin sahəsi 8.040 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 900.3 min nəfər, inzibati mərkəzi Künduz şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən ibarətdir. Vilayət inzibati cəhətdən Əliabad, Ərçi, Çahardərə, İmam Sahib, Xanabad, Künduz və Qalayi Zal rayonlarına ayrılır.
Künduz xanlığı
Künduz xanlığı və ya Künduz əmirliyi (özb. قلندر حانلیگی, Qunduz xonligi, Қундуз хонлиги) — XVIII-əsrin sonu XIX əsrin ortalarına qədər Cənubi Türkistanda mövcud olan özbək dövləti. Xanlıq əsasən hazırkı, Əfqanıstan dövlətinin ərazisini əhatə edirdi. Paytaxtı Künduz şəhəri olmuşdur. Amudəryanın sağ sahilində olan bəzi ərazilər və şəhərlər də (Qulab, Kubadyan) xanlığa daxil idilər. 1820-ci illərdə əmir Məhəmməd Murad-Bey hakimiyyət illəri xanlığın çiçəkləndiyi dövr sayılır. == Tarixi == Orta əsrlərdə Cənubi Türkistanın ən iri şəhərlərindən olan Künduz uzun müddət müstəqillik uğrunda mübarizə aparmışdır. Bir neçə uğursuz cəhddən sonra nəhayyət künduzlular müstəqil dövlət kimi Künduz xanlığını yaratmağı bacarırlar. Belə ki, XVIII əsrdə Künduz ərazisi bütün Cənubi Türkistanla birlikdə Dürranilər imperiyasının tərkibinə daxil idi. Timur şahın oğullarının arasında davam edən daxili müharibələr, bölgəyə sahib olmağa çalışan müxtəlif özbək tayfa başçılarının müstəqillik əldə etməsinə şərait yaradırdı.
Künduz əmirliyi
Künduz xanlığı və ya Künduz əmirliyi (özb. قلندر حانلیگی, Qunduz xonligi, Қундуз хонлиги) — XVIII-əsrin sonu XIX əsrin ortalarına qədər Cənubi Türkistanda mövcud olan özbək dövləti. Xanlıq əsasən hazırkı, Əfqanıstan dövlətinin ərazisini əhatə edirdi. Paytaxtı Künduz şəhəri olmuşdur. Amudəryanın sağ sahilində olan bəzi ərazilər və şəhərlər də (Qulab, Kubadyan) xanlığa daxil idilər. 1820-ci illərdə əmir Məhəmməd Murad-Bey hakimiyyət illəri xanlığın çiçəkləndiyi dövr sayılır. == Tarixi == Orta əsrlərdə Cənubi Türkistanın ən iri şəhərlərindən olan Künduz uzun müddət müstəqillik uğrunda mübarizə aparmışdır. Bir neçə uğursuz cəhddən sonra nəhayyət künduzlular müstəqil dövlət kimi Künduz xanlığını yaratmağı bacarırlar. Belə ki, XVIII əsrdə Künduz ərazisi bütün Cənubi Türkistanla birlikdə Dürranilər imperiyasının tərkibinə daxil idi. Timur şahın oğullarının arasında davam edən daxili müharibələr, bölgəyə sahib olmağa çalışan müxtəlif özbək tayfa başçılarının müstəqillik əldə etməsinə şərait yaradırdı.
Nüdüz qalası
Nüdiz qalası — Astara rayonunun Toradi kəndi ərazisində yerləşir.
Böyük kudu
Böyük kudu (lat. Tragelaphus strepsiceros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü.
Kiçik kudu
Kiçik kudu (lat. Tragelaphus imberbis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü. == Yayılması == Afrikanın hər yerində rast gəlinən böyük kududan fərqli olaraq, kiçik kudu çox da böyük olmayan ərazilərdə, — Tanzaniya, Keniya, Efiopiya və Somalinin bir hissəsində yaşayır. 1967-ci ildə gözlənilmədən kiçik kuduya Ərəbistan yarımadasında, daha doğrusu Yəməndə rast gəlindi.
Fuyuz
Fuyuz (fr. Fouillouse, oks. Folhosa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Tallar kantonuna daxildir. INSEE kodu — 05057. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 188 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 110 yaşında (15–64 yaş arasında) 91 nəfər iqtisadi cəhətdən fəal, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 82,7%, 1999-cu ildə 70,2%). Fəal olan 91 nəfərdən 83 nəfəri (53 kişi və 30 qadın), 8 nəfər işsiz (2 kişi və 6 qadın) idi.
Gündüz
Gündüz — ad. Gündüz Abdullayev Gündüz Abdullayev (kapitan) Gündüz Abdullayev (şəhid) Gündüz Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Gündüz Səfərli — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Gündüz Abbasov — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Gündüz Səmədov — Gündüz Cəlilov — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Kobuz
Kobuz(qaz. қобыз)—ya da kyl-kobyz - qədim qazax simli alətidir. At saçlarından hazırlanmış iki ipdən ibarətdir. Rezonans edən boşluq ümumiyyətlə keçi dərisi ilə örtülmüşdür. Ənənəvi olaraq kobizlər müqəddəs alətlər idi, şamanlara və bakseylərə (ənənəvi ruhani tibb) məxsus idi. Rəvayətlərə görə, kobyz və onun musiqisi pis ruhları, xəstəlikləri və ölümü aradan qaldıra bilər. == Haqqında == Kobyz ikiqat çömçə şəklindədir, qısa, arqasız şəkildə əyilmiş boyun, iri düz bir baş və stendi təsdiqləmək üçün yuxarıda bir qolu olan və altındakı bir buraxılış ilə içi boş, qabarcıqlı bükülmüş cüt yarımkürədən ibarətdir. Kobıza qoyulan iki ip at atından bükülmüşdür. Alətin ümumi uzunluğu 60-73 sm-dir.Ronzonatorun ikiqat fincanı, günəşin doğması və qürubunun əks olunduğu, iki simli - kainatın yuxarı və altındakı kobizin yaradıcıları - köçərilərin Tengrian dünyagörüşünü əks etdirir. == Tarixi == 1930-cu illərdə Sovet Qazaxıstan Respublikasında ilk xalq çalğı alətləri orkestrləri qurulanda yeni bir növ kobyz meydana gəldi.
Kukur
Kukur — müxtəlif tərkibli və davamiyyətli süxurların növbələşməsi ilə səciyyələnən yüksək sahillərin yuyulması nəticəsində bərk süxurların sahil dayazlığında sütun, çılpaq qaya və s. Formada qalan abraziya qalıqlarına deyilir.
Kurud
Kurud — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Kurud Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ku­rud kəndi rayon mərkəzindən 40 km şimal-qərbdə Şotalı çayının yuxarı axarında, dəniz səviyyəsindən 2.200 m hündürlükdə, Kirs dağının ətəyin­də, bir tərəfdən Sisyan, digər tərəfdən Goruş rayonları ilə həmsərhəd əra­zidə yerləşir. 1918-ci il qaçqınlığı dövründə Kurud kəndi bilavasitə keçid məntəqə­sinə çevrilmişdir. Ermənilərin azərbaycanlı kəndlərində törətdikləri qır­ğınlar Kuruddan da yan keçməmişdir. Kənd 1988ci ildə erməni daşnakları tərəfindən tamam dağıdılmış, əhalisinin əksəriyyəti həlak olmuşdur. Əhalinin bir hissəsi dağlardan aşaraq Naxçıvan ərazisinə qaçqın düşmüşdür. 1922-ci ildə kəndin əhalisinin bir qismi yenidən öz yurdlarına dönmüş­dü. Qonşu Çiriş və Kirs kəndləri ilə birlikdə yenidən özləri üçün güzəran yaratmışdı. Heyvandarlıq və əkinçilik əhalinin güzəranını yaxşılaşdırma­ğa xeyli kömək etmişdi.
Kuruş
Kuruş - (öncədən quruş) bir çox ölkələrdə fərqli zamanlarda istifadə edilen pul vahidi. Osmanlı vaxtında Kuruş, Türkiyədə ilk dəfə 1687 (hicri 1099)-ci ildə sultan II Süleyman'ın dönəmində istifadə edilmişdir.
Köküz
Köküz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Süleymanbəy nahiyyəsində kənd.
Külür
Külür— İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,380 nəfər və 675 ailədən ibarət idi.
Külüs
Külüs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Bəzi mənbələrə görə kəndin adı Sakların bir qolu Kol tayfası və Oğuzların(Uz) ərazidə məskulaşması ilə yaranmışdır. IV əsrdə Kəngərli tayfasının Səleykə qolu , sonralar isə Salahlı , Qaramanlı və başqa tayfalar məskunlaşmışdır. Bəzi tədqiqatçılar isə oykonimin kühül (mağara) sözündən düzəldiyini ehtimal edirlər. Altay dillərində, o cümlədən 419 monqol dilində kuluz "qamış" mənasında işlənir. Güman etmək olar ki, kəndin ərazisi qamışlıq olduğu üçün belə adlandırılmışdır, lakin Zəngəzur mahalında Qarakilsə rayonunda Uz kəndi, Şəki kəndi və s., Babək rayonunda Kültəpə, Qərbi Azərbaycan ostanında(İran) Kulus (Kolus) kəndlərinin olması Sak-Kol və Oğuz — Uz tayfa ittifaqlarının mövcudiyyətini və kənd adlarında qorunmasını sübut edir. == Tarix == Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Kəndin tarixi orta tunc dövründən başlayır. Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası (tamamilə dağılıb) kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III–II minilliyə aid tunc xəncər, ox ucu, qablar və haqqıqdan (əqiqdən) muncuqlar, bəzək əşyaları tapılıb.
Külüç
Külüç (az.-əski. کۆلۆچ‎, fars. کلوچ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 386 nəfər yaşayır (120 ailə).
Kündür
Kündür — İranın Rəzəvi Xorasan ostanının Xəlilabad şəhristanının Şeştaraz bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,700 nəfər və 1,610 ailədən ibarət idi.
Kütüm
Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır. == Yayılması == Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılmışdır. Ətindən təzə, hisə verilmiş və duzlanaraq qurudulmuş halda istifadə olunur. Kütümün Xəzər dənizi Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9–24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır.
Qunduz
Qunduzlar — əsasən çay və göl sahillərində məskunlaşırlar. Ancaq əvvəlcə suyun axmaması üçün onu müəyyən yerdən kəsib gölcüklər yaradırlar. Bunu ona görə edirlər ki, su çoxalanda yuvalarını sel aparmasın. Gölcük tikmək üçün onlar iti dişləri ilə gəmirib ağacı yıxır, gölcüyün yan tərəflərini palçıqla suvayır, boş yerləri daşla doldururlar. Ağacın budaqlarından və yarpaqlarından isə kəsilmiş hissəsinin arxa ətrafında evciklərini tikirlər. Yuvalarına ancaq suyun altından yol qoyurlar. Qunduzlar Şimali Amerikada, Avropanın Asiyanın bəzi yerlərində yaşayırlar. Qunduzların bədəninin uzunluğu 1 metrə çatır. Çəkiləri 30–32 kq arasında dəyişir. Qunduzlar bitkilərlə qidalanırlar.
Kürdü
Kürdü (geyim)