Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Di'Kuar
Di'Kuar (ing. D'Qar) — "Ulduz müharibələri" kainatında uydurma planet. Di'Kuar qalaktikanın ucqar nöqtələrində yerləşir, nisbətən Nabuya yaxındır. Bu, əsas kosmik marşrutlardan uzaqda yerləşən və geniş halqa ilə əhatə olunmuş, az tanınan bir planetdir. Yamyaşıl, cəngəlliklərlə örtülü səthində sayıqlı canlılar yoxdur, lakin burada müxtəlif növ quşlar və həşəratlar, eləcə də bitkilər yaşayır. Meşəlikdən əlavə, Di'Kuarın səthində düzənliklər və dağlar da var. Mürəkkəb ekosistemə və təhlükəli yırtıcılara ev sahibliyi etməsinə baxmayaraq, planet rahat mülayim iqlimə malikdir. Di'Kuar planeti ilk dəfə "Empire" jurnalında, 26 noyabr 2015-ci ildə nümayiş olunmuşdur. Bundan sonra, planet "Gücün oyanması" (2015) filmində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == D'Qar — Vukipediya saytında.
Ksar
Ksar və ya qsar, cəmdə ksour və ya qsour — ərəb dilindəki qaṣar (قَصَر) (bu sözün özünün latın dilindəki castrum (qala) sözündən törəndiyi düşünülür) sözündən götürülüb, Şimali Afrikada "istehkam tipli yaşayış məskəni və ya kənd" mənasında işlədilən termindir. Bu termin ümumilikdə bərbərlərin istehkam tipli kəndlərinə aid edilir. == Mənşəyi və mənası == Məğrib ərəbcəsində qsar sözünün qarşılığı standard ərəb dilindəki "qala" və ya "saray" mənasını verən qaṣar (قَصَر ) sözünə uyğun gəlir və bu söz müsəlman dünyasının başqa yerlərində də rast gəlinir. Şimali Afrikada Bərbər dilli populyasiyalar tərəfindən ksar termini üçün istifadə olunan orijinal söz ağrem (təkdə) və ya iğerman-dır (cəmdə). Məğrib-də bu termin "istehkam edilmiş kənd" və ya "qala" kimi daha ümumi bir məna daşıyır. == Memarlıq == Məğribdəki ksar ümumilikdə məscid, hamam, soba və dükan kimi kollektiv binalar və digər quruluşlara sahib olan evlərdən ibarətdir. Ksar əsasən Şimali Afrikadakı vahələrdə yaşayan əhali arasında geniş yayılmışdır. Müdafiəni asanlaşdırmaq üçün ksarlar bəzən dağlıq ərazidə yerləşir. Yaşayış evlərinin hamısı əsasən tək bir davamlı divar daxilində yerləşir. Bütün tikililərin tikinti materialı adətən çiy kərpic və ya kəsilmiş daş və çiy kərpicdən ibarətdir.
Kunar
Kunar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Kuçar
Kuçar (fars. کوچار‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 384 nəfər yaşayır (124 ailə).
Küfr
Küfr (ərəb. الكفر‎) — Qurani-Kərim və hədislərdə çox geniş yer verilmiş terminlərdən biri də küfr kəlməsidir. Bu termin Allahı (c.c.) və Rəsulu Muhəmməd sallallahu əleyhi və səlləmin gətirdiyi şəriətinə inanmamaq və ya şəriətdə hər hansı bir şeyi inkar etməkdir. İslam alimlərinin imanın mahiyyəti haqqında irəli sürdükləri fərqli görüşlərindən dolayı küfrün də mahiyyəti haqqında da fərqli görüşlər ortaya qoyublar. Küfür lüğətdə örtmək, gizləmək, nankorluq etmək kimi mənaları ifadə edir. == Termin mənası == Hz. Peyğəmbəri Allahdan gətirdiyi şeylərdə yalanlayıb, təvatur yolu ilə bizə gəlib çatan dinin əsaslarından birini və ya bir neçəsini inkar etmək deməkdir. Qurani-Kərimdə k-f-r kökündən yaranan küfür kəlməsi qırx bir dəfə amma bu kökdən olan feil və ismlər bir çox ayələrdə istifadə olunmuşdur. Həmçinin Quranda “ cəhd (bilərək inkar etmək), işraq (şərik qoşmaq) və təkzib (yalançı qəbul etmək)” kəlmələridə küfr mənasında istifadə olunmuşdur. Bunlardan əlavə “Tuğyan (həddi aşmaq), zülm (haqsızlıq etmək), ism ( günah işləmək) və fisq (haq yoldan ayrılmaq) kəlmələrinə də küfr və inanmayanları bildirmək üçün yer verilmişdir.
Şüar
Şüar — irqi, siyasi, kommersiya, dini və digər kontekstdə ideya və ya məqsədin təkrar ifadəsi kimi istifadə edilən, ictimaiyyətin üzvlərini və ya müəyyən edilmiş hədəf qrupunu inandırmağa yönəlmiş yaddaqalan motto və ya ifadədir. Oksford lüğəti şüarı "reklamda istifadə olunan qısa və cəlbedici və ya yaddaqalan ifadə" kimi təyin edir. Şüar adətən yaddaqalan, çox yığcam və tamaşaçıları cəlb edən xüsusiyyətlərə malikdir. == Etimologiya == Sloqan sözü Şotland keltcəsi və irlandca sluagh-ghairm ("sluagh" ordu, "gairm" ev sahibi, "gairm" ağlamaq) kəlimələrinin ingilisləşdirilməsindən olan slogorn sözündən əmələ gəlmişdir. Şüarlar yazılı və vizualdan tutmuş tərənnüm və vulqara qədər dəyişir.
Kon-Kur-sür-Luar (rayon)
Kon-Kur-sür-Luar (fr. Cosne-Cours-sur-Loire) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Kon-Kur-sür-Luar. Rayon əhalisi 2006-cı ildə 45 407 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 32 nəf / km². Rayon sahəsi — 1403 km².
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Akşay Kumar
Akşay Kumar (ing. Akshay Kumar, hindcə:अक्षय कुमार; 9 sentyabr 1967, Yeni Dehli) — tanınmış hind aktyorudur. Əsl adı Raciv Hari-Om Bxatiyadır. Banqkokda idman üzrə müəllimlik etdiyinə görə bəzən onu "Hindistanın Brüs Li"si adlandırırlar. == Həyatı == Akşay Kumar 9 sentyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının ən böyük şəhəri Amritsarda anadan olmuşdur. Əvvəlcə "Don Bosco School" adlı məktbədə təhsil almış, sonra "Guru Nanak Khalsa College (King's Circle)" adlı kollecdə davam etdirmişdir. Burada Akşay idmanla maraqlanmağa başlayır. Akşay Taekvondo üzrə qara kəmər qazandıqdan Tailandın paytaxtı Banqkok şəhərində Muay Tay üzrə müəllimlik, həmçinin, aşpazlıq və ofisiantlıq etməyə başlayır.. Mumbaya geri döndükdən sonra idman müəllimi olaraq çalışmağa başlayır. Bir neçə müddət müəllim kimi çalışdıqdan sonra tələbələrindən biri onu filmdə iştirak etməyə dəvət edir.
Bret Klar
Bret Klar (27 oktyabr 1972) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bret Klar Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Karen Klar
Karen Klar (9 aprel 1972) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Karen Klar Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Karen Klar Olimpiadanın gümüş medalına sahib olub.
Luar-Atlantik
Luar-Atlantik—Fransanın qərbində departament, Pei-de-la-Luar regionunun departamentlərindən biri.Departament 1790-cı ildə yaradılmışdı İnzibati mərkəz — Nant. Əhali — 1 817 685 nəfərdir. == Coğrafiya == Ərazisi 6815 кm². Erdr, Şezin, Sevr, Luara çayları Departament vasitəsilə axırlar. Departamentə 4 dairə , 59 kanton və 221 kommuna daxildir. == Tarixi == Atlantik Luara —Böyük fransa inqilabı zamanı 1790-ci ilin martında yaradılan ilk 83 departamentdən biridir,keçmiş Bretan əyalətin ərazisində yarandı.
Ot-Luar
Yuxarı Luara (fr. Haute-Loire, oks. Naut Léger, Naut Leir) — Fransa cənubunda yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 43. İnzibati mərkəzi — Le-Püi-an-Vele. Əhali — 231 877 nəfər (departamentlər arasında 86-ci yer, 2010-ci ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 4977 km². Departamentin ərazisində Luara çayı axır. Departamente 3 rayon, 35 kanton və 260 kommun daxildir. == Tarixi == Yuxarı Luara — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir.
Palendra Kumar
Pino-nuar
Pino-nuar (ing. Pinot noir) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Fransada yetişdirilir. Bu üzümdən hazırlanan şəraba qara albalı və moruq da əlavə edilə bilər.
Puent-Nuar
Puent-Nuar (fr. Pointe-Niore; hərfi tərcüməsi: "Qara nöqtə") — Afrikada, Konqo Respublikasında eyniadlı əyalətdə yerləşən şəhər. Konqo Respublikasının Brazzavildən sonra ən böyük ikinci şəhəridir. Atlantik okeanının sahilində yerləşir. Əhalinin sayına görə də şəhər ölkə üzrə ikincidir. 2010-cu ilin siyahıalmasına görə şəhərdə 829.134 nəfər yaşayır. Şəhərdə bir liman, bir hava limanı və 550 km uzaqlıqda olan Brazzavillə əlaqə saxlamağa yardımçı olan dəmiryolu var. == Tarixi == Fransa müstəmləkəsi dövründə qurulan şəhər fransız qüvvələri üçün salınmışdır. Bu torpaqlara ilk dəfə 1484-cü ildə gələn portuqallar sahildən görünən qara qayalıqlar səbəbi buranı "Qara nöqtə" adlandırmış, daha sonra fransızların gəlişindən sonra uyğun adla — Puent-Nuar ("Qara nöqtə") əvəz olunmuşdur. 1924–1934-ci illərdə Brazzavillə dəmir yolu xətti inşa edilmiş, 1939-cu ildə isə liman istifadəyə verilmişdir.
Racendra Kumar
Racendra Kumar Tuli (20 iyul 1929, Sialkot, Britaniya Hindistanı – 12 iyul 1999 və ya 29 iyul 1999, Mumbay) — hind kino aktyoru. Bollivudun kino ulduzu. Padma Şri mükafatı laureatı (1969). == Həyatı == Racendra Kumar 20 iyul 1929-cu ildə Pəncabda anadan olub. Kino fəaliyyətinə 1949-cu ildə başlayıb və 80-dən artıq filmə çəkilib. Toz içində çiçək, Sanqam və s. kimi filmlərdə baş rola çəkilib. Racendra Kumar 1999-cu ildə Mumbay şəhərində vəfat etmişdir. == Filmoqrafiya == === 1990-cı illər === Andaz (1995) TV series Vansh (1995) TV series Phool (1993) …. Dharamraaj Insaaf Ka Khoon (1991) ….
Sanciv Kumar
Sanciv Kumar (qüc. સંજીવ કુમાર), əsl adı Haribhay Carivala (qüc. હરિભાઈ જરીવાલા; d.9 iyul, 1938 Surat, Qucarat – ö.6 noyabr, 1985, Bombey, Maharaştra, Hindistan) — hind aktyoru. == Həyatı == Sanciv Kumar 9 iyul 1938-ci ildə Qucarat ştatının Surat şəhərində anadan olmuşdu. Sanciv Kumar 6 noyabr 1985-ci ildə Maharaştra ştatının Bombey şəhərində vəfat edib.
Sen-Juar
Sen-Juar (fr. Saint-Geoirs) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Etyenn-de-Sen-Juar kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38387. Kommunanın 1999-cu il üçün əhalisi 410 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Sen-Vuar
Sen-Vuar (fr. Saint-Voir) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03263. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 197 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 126 yaşında (15-64 yaş arasında) 91 nəfər iqtisadi cəhətdən fəal, 35 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə 65.6%). Fəal olan 91 nəfərdən 81 nəfər (43 kişi və 38 qadın), 10 nəfər işsiz (5 kişi və 5 qadın) idi. Aktiv olmayan 35 nəfər arasında şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tyerri Nuar
Tyerri Nuar (fr. Thierry Noir) – Berlində yaşayan fransız küçə sənətçisi . O, Berlin divarında rəsmlər çəkən ilk küçə rəssamı hesab olunur. 5 il ərzində Berlin divarının 5 km-ə yaxın hissəsini rəsmlərlə bəzəmişdir. == Bioqrafiyası == 1958-ci ildə Fransanın Lion şəhərində anadan olmuş və həyatının ilk illərini də burada keçirmişdir. Burada həyatda heçnəyə nail olmayacağını anlayıb gözlənilmədən 1982-ci ildə Qərbi Berlinə köçmüşdür. Başlıca səbəb kimi musiqilərinin fanatı olduğu Devid Boui və İqqi Pop kimi sənətkarların həmin dövrdə orada yaşaması göstərilir. Maddi imkanı olmadığından Berlin divarı yaxınlığındakı Mariannenplatzda yerləşən və 1978-ci ildə qeyri-leqal olaraq gənclər mərkəzi kimi fəaliyyət göstərən baxımsız xəstəxanada məskunlaşmışdır. Qaldığı bina onun kimi maddi imkanı olmayan bir çox rəssamın sığınacağına çevrilmişdi. Tyerri ömrünün 20 ilini burada yaşamışdır.
Knar Aykakan
Knar Aykakan (Erməni lirası) — ilk erməni musiqi jurnalı. Ayda iki dəfə dərc olunurdu. Osmanlının paytaxtı Konstantinopolda nəşr edilmişdir. 1857–1858-ci illərdə "Knar Arevelyan" adı ilə nəşr olunurdu, 1861–1864-cü illərdə "Knar Aykakan" olmuşdur. "Erməni lirası" musiqi təşkilatının rəsmi orqanı idi. Təşəbbüskar və redaktor Qabriel Yeranyan (T. Çuxadjyan və N. Taşçıyan ilə birlikdə) . Hər buraxılışda Avropa və yeni erməni musiqi notalarında dərslər dərc olunurdu (dirijor G. Çerçiyan). Milli-vətənpərvərlik mahnıları da çap olunmuşdur.
Bala Kür
Bala Kür (kanal) — Neftçala rayonu ərazisində Kür çayından Xəzər dənizinə çəkilən kanal. Akkuşa — Kür çayının Salyan və Neftçala rayonları ərazisindəki, həm də "Bala Kür" adlanan qolu.
Dəli Kür
Dəli Kür — Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrin sonlarında baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir. Əsər tamamlanaraq çap olunduqdan düz 2 il sonra, yəni 1969-cu ildə isə həmin əsərin motivləri əsasında Dəli Kür adlı film çəkilmişdir. == Haqqında == Əsərdə Azərbaycan xalqının milli oyanış dövrünün ziddiyyətli hadisələri təsvir edilir və bu əsər milli-tarixi roman janrının nümunələrindən biri sayılır. Bununla belə, həmin əsərdə ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı 1957-ci ildə ilk romanı olan Ayrılan yollar adlı əsərinin nəşr olunmasının ardınca 10 il ərzində yorulmadan bu əsəri yazmağa başlamış və onu 1967-ci ildə müvəffəqiyyət ilə tamamlamağa nail ola bilmişdir. == Qısa məzmunu == Əsərdəki hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətt ilə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir.
Kar-Nikobar
Kar-Nikobar adası (ing. Car Nicobar) — Nikobar adaları arxipelaqının şimalında hissəsində yerləşən ada. Arxipelaqa daxil olan digər adalar kimi Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. == Coğrafiyası == Kiçik Andaman və Nankauri adaları ilə eyni məsafədə yerləşir. Teressa adasından isə 92 km şimaldadır. andaman adalarından Doqquzuncu dərəcə boğazı ilə ayrılır. Ada 15,4 km uzunluğa, 12 km enə malikdir. Sahəsi — 126,9 km². Ərazisi kokos ağacları ilə örtülüdür.