Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kabul
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kabul dovşandodağı
Kabul dovşandodağı (lat. Lagochilus cabulicus) - dovşandodaq cinsinə aid bitki növü.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Kabel
Kanal səviyyəsinin protokolları kabelin uyğun tipləri ilə əlaqələndirilirlər. Bu protokollar həm də kabel seqmentinin maksimal uzunluğunu müəyyən edirlər. Sizin kompüter şəbəkəniz üçün daha çox uyğun gələn protokolu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, hansı müvafiq kabel tipi istifadə edilməlidir və o, sizin şəbəkə qurduğunuz yer üçün nə qədər uyğun gəlir. Bundan başqa, bu tip kabelin və onunla əlaqəli komponentlərin – şəbəkə platalarının, konnektorların dəyərini, həmçinin bütün bu komponentlərin quraşdırılması üzrə işlərin tələb olunan həcmini nəzərə almaq lazımdır. Həmçinin müəyyən etmək lazımdır ki, verilən tipli hansı sort kabel sizin seçdiyiniz yer üçün daha çox uyğun gəlir. Kabelin sortu kateqoriya, ekranlamanın mövcud olması və naqilin qalınlığı kimi parametrlərdən asılıdır. Kompüter şəbəkəsində istifadə etmək üçün kabelin sortunu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, divarların bütün üzlük panelləri, kommutasiya panelləri və konnektorlar daha etibarlı şəbəkə mühitini təmin etmək üçün verilmiş kabel sortu ilə eyni kateqoriyaya malik olmalıdırlar. Üç əsas kabel tipi vardır: koaksial kabel, burulmuş cüt əsaslı kabel və optik lifli kabel. Koaksial kabel və burulmuş cüt əsaslı kabel elektrik siqnallarını keçirirlər və onların tərkibundə mis naqil olur. Optik lifli kabel işıq siqnallarını keçirir və şüşə və plastmas lifdən ibarətdir.
Kabil
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kabus
Kabus — ənənəvi təmsillərdə özünü real həyatda görünən və ya başqa bir şəklində (həm görünməz və qeyri-maddi həmçinin də real müşahidələr nəticəsində özünü bildirən) təqdim edən ruh və ya vəfat etmiş şəxsin ruhu. Vəfat etmış insanın ruhu ilə əlqə yaratmaq cəhdlərinə spiritik seans, və ya daha dəqiq nekromantiya deyilir. Kabuslara inanc insanlar arasında geniş yayılmışdır, və bir çox xalqların mədəniyyətlərində öz yerini tutur. Həmçinin, bir çox dinlərdə ölü insanlaırn ruhlarının sakit olması üçün xüsusi mərasimlər və dəfn ənənələri keçirilir. Kabusları əsasən insanlara aid etsələr də, heyvanlar, gamilət, təyyarələr, və hətta ordu və şəhərlərin kabusları haqqında inanc və əfsanələr var. Müasir elm qeyri-təbii hadisələri tanımır, və ənənəvi kabusların mövcudluğunu inkar edir. Xüsusi hallarda spesifik hadisələri, bir və ya digər təbii səbəblərdən yaranmaq ilə izah edillər: hallüsinasiyalar, illüziyalar, mirajlar, fotoplyonka deffekti və buna bənzər qüsurlar, mistifikasiyalar və əfsanələrə inancla. Kabuslar mədəniyyətdə özünə məxsus yer tutu. Məsələn, Oskar Uayldın “Kentervil kabusu” hekayəsi var, “Kabus ovçuları” filmi və s.
Zabul
Zabul vilayəti (puşt. زابل, dəri زابل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 17.343 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminlərə əsasən əhalisi 275.1 min nəfər, inzibati mərkəzi Qalat şəhəridir . Əhalisi əsasən puştunlardan ibarətdir. Vilayətdə yaşayan ən iri puştun tayfaları – puştunların Qılzay yarımqrupuna aid Toxi və Hotaki tayfası, Dürrani yarımqrupuna aid Nurzayi və Pəncabi tayfaları.
Arg (Kabil)
Arg (puşt. ارگ — kiçik şəhər) — Kabildəki Prezident Sarayı. == Tarixi == Arg'ın təməli taxta çıxdıqdan sonra 1880-ci ildə Əmir Əbdürrəhman Xan tərəfindən qoyuldu. Ətrafında su dolu bir xəndək olan bir qala kimi dizayn edilmişdir. Əbdürrəhman xan onu Arg-e-Shahi (Kralın Citadel) adlandırdı və digər tikililər arasında ailəsi, ordu kazarmaları və milli xəzinə üçün bir yaşayış binasına daxil edildi. Əvvəllər Bala Hissarı İkinci Anglo-Əfqan müharibəsi (1878–80) əsnasında İngilis Hind qoşunları tərəfindən məhv edilməyincə əmirliklərin qalası və ya qərargahı olaraq vəzifə yerinə yetirirdi. Arg, Əfqanıstanın bütün padşahları və prezidentləri üçün kral və prezident sarayı olaraq xidmət etmişdir. Ancaq Hafizullah Amin də Tacbeg Sarayından ailəsi üçün iqamətgah olaraq istifadə etdi. Fərqli hökmdarların nəzdində dəyişikliklərə və canlanmaya məruz qalmışdır. 1978-ci il Saur inqilabı zamanı Məhəmməd Daud Xan və ailəsi Arg içərisində Əfqanıstan Xalq Demokratik Partiyasının (PDPA) üzvləri tərəfindən öldürüldü.
Babül şəhristanı
Babol şəhristanı - İranın Mazandaran ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Babol şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 464,538 nəfər və 125,187 ailədən ibarət idi.
Fiberoptik kabel
Fiber optik kabel - kimi tanınan optik lif kabeli elektrik kabelinə bənzər bir qurğudur, ancaq işığın keçirilməsi üçün istifadə olunan bir və ya bir neçə optik lifdən ibarətdir. Optik fiber elementləri tipik olaraq xüsusi plastik təbəqələrlə örtülmüş və kabelin yerləşdiriləcəyi mühit üçün uyğun bir qoruyucu boru içindədir. Müxtəlif tipli kabellər müxtəlif məsafələr üçün istifadə olunur, məsələn, uzun məsafəli telekommunikasiya və ya binanın müxtəlif hissələri arasında yüksək sürətli məlumat bağlantısı təmin etmək üçün. == Dizayn == Optik fiber iki arasındakı qırılma indeksindəki fərq səbəbiylə ümumi daxili əks üçün seçilən bir əsas və bir örtük qatından ibarətdir. Praktik liflərdəki örtük adətən bir qat akrilat polimeri və ya polimidlə örtülür. Bu örtük lifi zədələnmədən qoruyur, lakin optik dalğa toxuması xüsusiyyətlərinə kömək etmir. Fərdi örtüklü liflər (ya da lentlər və ya bantlar halında formalaşan liflər) kabel gövdəsini yaratmaq üçün ətrafında ekstrüde edilmiş sərt bir qatran tampon qatına və ya əsas boruya malikdirlər. Kabelin formalaşdırılması üçün tətbiqi asılı olaraq bir neçə qat qoruyucu örtük əlavə edilir. Sert liflər bəzən liflər arasındakı yüngül söndürən ("qaranlıq") şüşə qoyur, bir lifdən başqa bir sızma sızan işığı qarşısını almaq üçün. Bu elyaflar arasında çapraz müzakirəni azaldır və ya lif paketinin görüntüləmə proqramlarında işıq yaradır == İmkanlar və bazar == 2012-ci ilin sentyabr ayında NTT Yaponiya 50 km məsafədə 1 saniyədə 1 ədəd (1015bit / s) köçürmə qabiliyyətli bir fiber kabel nümayiş etdirmişdir Müasir fiber kabellər bir kabeldəki min fiberə qədər, terabaytlarda potensial bant genişliyi ilə saniyədə ola bilər.
Gəlugah (Babül)
Gəlugah — İranın Mazandaran ostanının Babül şəhristanının Şərqi Bəndpey bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,512 nəfər və 644 ailədən ibarət idi.
Jan Kabut
Jan Kabu (fr. Jean Cabut) — fransız karikaturist və jurnalist. "Charlie Hebdo" jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Kabel modemi
Kabel modemi adi telefon modemindən verilənləri daha sürətlə ötürməsinə görə fərqlənir (500 Kbit/san-dən 10 Mbit/san-dək), ancaq gerçək ötürülmə sürəti həmin kabeldə paralel işləyən istifadəçilərin sayından asılı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kabil aeroportu
Hamid Kərzai adına Beynəlxalq Hava Limanı (puşt. د حامدکرزی نړيوال هوائي ډګر, dəri میدان هوائی بین المللی حامدکرزی) — Əfqanıstanın Kabil şəhərində yerləşən beynəlxalq aeroport. Kabilin mərkəzindən 5 km uzaqlıqda yerləşir. 2014-cü ildə hava limanına Əfqanıstana 2001-2014-cü illərdə rəhbərlik etmiş Hamid Kərzainin adı verildi. == Haqqında == 1960-cı ilin əvvəllərində inşa edilmişdir. SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi dövrdə (1979-1989-cu illər) hava limanı Qızıl Ordu tərəfindən tam nəzarətə alınmışdı. SSRİ-nin Əfqanıstandan çəkilməsindən sonra aeroport SSRİ-ni dəstəkləyən qüvvələrin nəzarətində qaldı. 2001-ci ildən sonra hava limanı ABŞ Ordusu, NATO və NATO-nun tabeliyində olan BTDQ-nin nəzarəti altına düşdü. 2002-ci ildən sonra BMT hava limanına tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və bundan sonra hava limanından mülkü uçuşlara icazə verildi. 2021-ci ildə Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra mülki uçuşlar ləğv edildi.
Kabil muzeyi
Kabil muzeyi və ya Əfqan Milli Muzeyi — Əfqanıstanın paytaxtı Kabilin mərkəzindən 9 km cənub-qərbdə yer alan milli arxeologiya muzeyi. İki mərtəbəli bir bina. == Tarixi == Muzey, Əfqan əmiri Emanullah Xanın hakimiyyəti dövründə 1922-ci ildə qurulub. Ölkənin digər şəhərlərindən müxtəlif kolleksiyalar bu binaya gətirilibdir. Dəyişik min illərə aid 100.000-dən çox əsərin sərgilənməsi sayəsində Orta Asiyanın ən əhəmiyyətli muzeylərindən biri hesab olunur. 1973-cü ildə Danimarkalı memarlar tərəfindən muzey üçün yeni bir bina inşa etmə planlaşdırılsa da siyasi problemlər üzündən bina tikilmədi. 1979-cu ildə Sovet işğalı və sonra da davam edən müharibə Kabilin böyük hissəsini xarabaya çevirdi, muzeyə ağır ziyan verdi. Əfqan döyüşçüləri şəhərin idarəsini ələ keçirmək üçün döyüşərkən, döyüşçülər milli muzeyə basqın edib ən qiymətli əsərləri oğurladılar. 1994-cü ildə bina bombalandı və bu bombalama nəticəsində ən üst qatına və damına böyük ziyan dəydi. 2001-ci ildə fanatik Talibançılar sənət əsərlərini bütpərəstlik olduğunu hesab edərək dağıtdılar.
Kabil vilayəti
Kabil vilayəti (puşt. کابل, translit. Kabəl, fars. کابل‎, translit. Kabol) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 4.462 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 3.568.500 nəfər, inzibati mərkəzi Kabil şəhəridir. == Mənbələrdə Kabil vilayəti == === Təsviri === Orta əsrlərdə vilayətin tərifini verən Babur şah Baburnamə əsərində vilayətlə bağlı belə yazır: === Əhalisi və dili === Babur şah Baburnamə əsərində vilayətin əhalisi və istifadə edilən dillər barədə belə yazır: == Əhalisinin etnik tərkibi == Etnik tərkibini əsasən həzaralar, farsivanlar (Əfqanıstan tacikləri), puştunlar, kuçilər, qızılbaşlar (azərbaycanlılar), tatarlar, hindlilər və sinkxlər təşkil edir. == Rayonları == Vilayət inzibati cəhətdən 15 rayona bölünür. Rayonlar : İstalif Fərze Kələkan Şəkərdərə (2002-ci ildə əhalisi 63 min nəfər): əksəriyyəti taciklər. Güldərə Qarabağ rayonu (2002-ci ildə əhalisi 15 min nəfər): 60%-i qızılbaşlar (şərqi farsca-daricə danışan qızılbaşlar), 40%-i puştunlar.
Kabus-ada
Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar. == Bəzi kabus adalar haqqında == == Həmçinin bax == İtmiş şəhərlər == Ədəbiyyat == Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984.
Kabus ada

Kabus ağacqurbağası
Kabus ağacqurbağası (lat. Triprion) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi.
Kabus gəmilər
Kabus gəmilər — XV əsrdən etibarən, dəniz səyahətləri zamanı görüldüyü iddia edilən gəmilərə verilən ümumi ad. Orta əsr salnamələrində, kabus gəmi ilə rastlaşmaq bir gəmi kapitanı üçün ən böyük uğursuzluq hesab olunurdu. Müxtəlif vaxtlarda, kabus gəmilərin mövcudluğu haqqında fikirlər səsləndirilmişdir. Əfsanələrə görə ən məşhur kabus gəmi Uçan Hollandiyalı hesab olunur. Gəmi haqqında rəvayətlər, XV-XVI əsrlərdə meydana gəlmişdir və onun müxtəlif variantları var. Bir neçə rəvayətlərə görə, gəminin kapitanı söz vermişdir ki, o, məhşər kimi vaxt lazım olarsa Ümid burnunu dolanıb keçəcək. Başqa rəvayətdə isə kapitanın Van der Straatenin günahlarına görə gəminin lənətləndiyi söylənilir. Kabus gəmilər haqqında olan rəvayətlər və əfsanələr əsasən, fantastik məzmun daşıyırdı. Gəmilərin uça bilməsi və ya suyun altına girib, yenidən suyun üzünə görünməsi kimi söyləntilər, insanların bütün bunları yalnız əfsanə kimi qəbul etməsinə səbəb olmuşdur. Ancaq 1872-ci ilin 4 dekabr tarixində, saat 13:00-da Dei Gartia gəmisinin, sonralar kabus gəmi adlandırılaçaq Meri Kalest gəmisi ilə qarşılaşması, kabus gəmilərin həqiqətən mövcud olması ehtimalını uzun müddət gündəmdə saxlamışdır.
Kabus ordu
Kabus ordusu (ing. The Ghost Army və ya rəsmi adı ing. 23rd Headquarters Special Troops, qısaca ing. 23rd Special Troops) — İkinci dünya müharibəsi zamanı Alman Ordusunu aktiv olaraq yanıltmaq üçün istifadə olunmuş ABŞ Ordusunun gizli hərbi birliyidir. Kabus ordusu 1100 nəfərdən ibarət olub və 1944-1945-ci illərdə 20-yə yaxın çaşdırıcı qurma döyüşlər hazırlayıblar.Kabus ordusu ilə bağlı məlumatlar 1996-cı ilə qədər gizli saxlanılıb. Sonradan bununla bağlı bir neçə sənədli film çəkilib.
Kabus ordusu

Kabus şəhər
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. == Şəhərlərin boşalma səbəbləri == Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Kabus şəhəri

Koaksial kabel
Koaksial və ya qısaca "koaks" kabel, (ing. Coaxial cable) əsasən səs və video siqnallarının göndərilməsində istifadə olunan kabel növü. == Təsviri == Koaksial kabel mərkəzdə ötürən sim, kabelin çölündə bir plastik təbəqə, onun üstündə tor şəklində qoruma teli, ən çölündə yumşaq rezin çöl örtük olan bir kabel növüdür. Koaksial kabel elektromaqnit qarışıqlığı olan mühitdə aşağı gücdə siqnalları ötürmək üçün hazırlanmış bir kabeldir. Bütün şəbəkələrdə informasiya radio siqnallarına çevrilir və dalğavarı sinusoid formasında digərlərinə ötürülür. Əgər əsas mərkəzdəki simin üstü açıq olarsa o zaman informasiya göndəriləndə getdiyi yol boyunca itkiyə məruz qala bilər. Şəkildə sim üzərində plastik örtük olduğunu və onun da üzərində tor şəkilli qoruyucu ilə örtüldüyünü göstərmişdim. Plastik örtük informasiya dalğalarının sabit şəkildə ötürülməsini təmin edir. Yuxarıdakı qoruyucu rolunu oynayan tor sim maqnetik məkanlarda ötürmə dalğalarına mane ola biləcək maqnetik dalğalardan qorumaq üçündür. Koaksial kabel çox geniş istifadə olunmaqdadır.