Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kafu
Marcos Evangelista de Morais (port. Marcos Evangelista de Moraes ; 7 iyun 1970, San Paulo) — Braziliyalı keçmiş professional futbolçu. Uzun müddət Braziliya milli futbol komandasının oyunçusu olub. Braziliya millisi ilə ikiqat dünya çempionu olub (1994, 2002). 2002 və 2006-cı illərdə dünya çempionatında milli komandanın kapitanı olub. Dünya Kubokunda ardıcıl üç final oyununda oynayan ilk və indiyə qədər bunu bacaran yeganə futbolçu (1994, 1998, 2002). İkiqat "Libertadores Kuboku"nun və San-Paulu ilə Qitələrarası Kubokun qalibi, Braziliya çempionu. ikiqat İtaliya çempionu, Milanla "UEFA Çempionlar Liqası"nın qalibi. 1994-cü ilin Cənubi Amerikanın ən yaxşı futbolçusu. Braziliyanın ən yaxşı oyunçularından biri kimi FIFA 100 siyahısına daxil edilmişdir.
Kalu
Kalu (Bostanabad)
Kaoru
Kaoru — Yapon adı.
Kaqu
Kaqu (lat. Rhynochetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin kaqular fəsiləsinə aid heyvan cinsi.
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Kargu
Kargu — Türkiyə istehsalı pilotsuz uçuş aparatı. Hazırlayan və istehsalçı - Türk Müdafiə Şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ). == Ümumi məlumat == Kargu hekikopter tipli kamikaze dronudur. 2017-ci ildən bəri Türk ordusunun arsenalına daxildir. 2019-cu ildən STM, təkmilləşdirilmiş Kargu-2 dronlarının istehsalına başlamışdır. 2020-ci ilin əvvəlində Türkiyə hökuməti bu tip 356 PUA alınması üçün müqavilə imzalamışdır. Kargu-2-nin çəkisi 15 kq ağırlığındadır. Eyni zamanda, Kargu-2 havada 30 dəqiqəyə qədər qalma qabiliyyətinə malikdir. İdarəetmə operator tərəfindən yerdən həyata keçirilir. Bu səbəbdən dron hərəkətdə olan obyektlər də daxil olmaqla istənilən hədəfə tərəf yönəldilə bilər.
Karl
Karl — kişi adı. Karl Qulbrandsen — Norveçli kişi velosipedçi. Karl Marks — alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi. Karl Llevellin — Amerika mülki hüquq mütəxəssisi. Karl Lundquist — İsveçli kişi velosipedçi. Karl Manneim — Macarıstan filosofu və siyasətçisi. Karl Olsen — Norveçli kişi velosipedçi. Karl Rayner — ABŞ aktyoru. Karl Rulye — Bioloq, tibb elmləri doktoru, Moskva Universitetinin professoru. Karl Veyerştrass — Məşhur alman riyaziyyatçısı Karl Vilhelm Şeyele — isveç kimyaçısı.
Karp
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır. == Yayılması == Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir.
Kars
Qars (türk. Kars) — Türkiyənin şərqində yer alan şəhər. Qars ilinin inzibati mərkəzidir. Türkiyənin ən yüksəkdə yerləşən il mərkəzlərindən olan Qars kəndləri ilə birlikdə ümumi əhali sayı 100 mini keçən şəhərlərdəndir (şəhər mərkəzi: 102.001, ümumi 129.458). Mərkəz ilçəyə bağlı üç məhəllə və 70 kənd vardır. Müxtəlif etnosların birlikdə yaşadığı şəhərdır. Qars Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il üçün Türkiyə Turizm Strategiyası 2023 və Turizm Strategiyası Hərəkət Planı əsasında nəzərdə tutulan 15 il mərkəzindən biridir. Bu layihə ilə hədəflənən il mərkəzlərini " mədəniyyət turizmi inkişaf etdiriləcək brend şəhərlər" elan edib inkişaflarını təmin etməkdir. == Tarixi hadisələr == 18 noyabr 1877-ci ildə Erməni könüllü silahlı dəstələri və yerli ermənilərin fəal iştirakı ilə general Hovhannes Lazaryanın qoşunları gecə yarısı gizli yollarla xəlvətcə Qarsa daxil oldular.
Kart
Kart — oyun vasitəsi Kartların olduqca qədim və dramatik tarixi vardır. Bir çox tədqiqatçıların fikirlərinə görə ilk kartlar Fransada əyləncə məqsədilə Dəli sayılan VI Karlın dövründə yaranmışdır. Əlbəttə bütün bunlar sadəcə əfsanə də ola bilər. Hələ qədim Misirdə rəqəmlənmiş qələmlərlə bu tipli oyunlara həvəs var idi. Hindistanda fil sümüklərindən hazırlanan əşyalarla oynayırdılar. Çində isə artıq müasir tipli kartlara rast gəlmək mümkün idi və bu da XII əsr nümunəsi sayılırdı. Sənədlərə əsaslansaq ilk dəfə kartın meydana gəlməsi 1379-cu ilə aid edilir. Çünki həmin dövrə aid olduğu güman edilən və italyan şəhərlərindən birində tapılan yazı bunu bir daha təsdiq etdi. Həmin yazıda qeyd edilmişdi; "Kartda oyunlar təşkil olunur, bura müxtəlif dünya ölkələrindən sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad) gətirilir və onları naib adlandırırlar. Bu növdə olan oyunlar hərbi məna ifadə edirdi, çünki bildiyiniz kimi "naib" sözü ərəb sözüdür və mənaca "kapitan", "rəis" kimi tərcümə edilir.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Alber Kamü
Alber Kamü (fr. Albert Camus; 7 noyabr 1913[…], Dreön, Fransa Əlcəzairi[d], Fransa – 4 yanvar 1960[…], Villeblevin[d], Yonna, Fransa) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, Çöküş və Üsyan daxildir. Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı.
Böyük Karl
Böyük Karl (lat. Carolus Magnus; ən tezi 2 aprel 742 və ən geci 2 aprel 748, Frank dövləti – 28 yanvar 814[…], Aaxen, Frank dövləti[…]) — frank kralı (768–800), imperator (800–814), Karolinqlər sülaləsinin banisi. Gödək Pipinin ölümündən sonra (768) Frank dövlətinin bir hissəsini idarə edirdi. Lanqobardlar, sakslar, ərəblər, qərb slavyanları və başqaları ilə apardığı müharibələr nəticəsində böyük imperiya yaratmışdı. Böyük Karl imperiyada hakimiyyətinin mərkəzləşməsinə çalışır, Katolik Kilsəsini kral hakimiyyətinin dayağı hesab edirdi. Böyük Karlın müxtəlif tayfa və xalqları birləşdirməklə yaratdığı imperiya onun ölümündən sonra parçalandı. Böyük Karlın dövründə mədəniyyət sahəsində yüksəliş müşahidə edilirdi. == Hakimiyyətə gəlməsi == Frank dövlətinin ən qüdrətli çağı Gödək Pipinin oğlu Böyük Karlın hakimiyyəti dövrünə (768–814) düşür. Ucaboy və qüvvətli olduğuna görə müasirləri ona Böyük ləqəbi vermişdilər. Onun qaynar, tükənməz enerjisi, dövlət idarəçiliyinin bütün incəliklərinə, inzibati, təsərrüfat, hərbi, diplomatik işlərə, maarif işlərinə və digər işlərə nüfuz etmək qabiliyyəti müasirlərini heyrətə salırdı.
Caru (Həftkel)
Caru (fars. جارو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 18 ailədə 53 nəfəri kişilər və 44 nəfəri qadınlar olmaqla cəmi 97 nəfərdir.
Cohor Baru
Cohor Baru, Yeni Cohor (Johor Bahru, Johor Baharu) — Malayziyada şəhər. Cohor ştatının (sultanlığının) inzibati mərkəzi. == Əhalisi == Əhalisi 876,0 min (2007; şəhərətrafı ilə 1,8 milyondan çox) nəfərdir. == Coğrafiyası == Malakka yarımadasının cənubunda, Malayziyanı Sinqapurdan ayıran Cohor boğazının şimal sahilində yerləşir. Əhalisi 5,5 milyon olan Sinqapur–Cohor-Baru transsərhəd şəhər aqlomerasiyasına daxildir. İri nəqliyyat qovşağı. Sinqapur ilə damba vasitəsilə birləşir (1924; uzunluğu 1056 m, 6 zolaqlı avtostrada, dəmiryol əlaqəsi). Müasir avtomobil magistralları qovşağı. Dəniz portu (kauçuk, palma yağı, meyvə, boksit və s. ixracı); Malayziyanın ən iri Tancunq-Pelepas konteyner portu (Cohor Barudan qərbdə; 2005-ci ildə yük dövriyyəsi təqribən 4,5 milyon İFE konteyner).
Cəsur Karl
Cəsur Karl (fr. Charles le Téméraire; 10 noyabr 1433, Dijon – 5 yanvar 1477, Nansi— Burqundiya hersoqu (1467-ci ildən), Valua sülaləsinin yan qolunun nümayəndəsi. == Həyatı == Xeyirxah Filipp və Portuqaliyalı İzabellanın (1397–1471) oğlu. Flandriyada tərbiyə almışdır. Gentdə baş vermiş üsyanın (1452–53) yatırılmasında iştirak etmişdir. Burqundiya hersoqluğunun geniş, lakin pərakəndə yerləşən torpaqlarını birəşdirib müstəqil krallıq yaratmağa çalışırdı. Fransa fyeflərinin Paris parlamentinin tabeliyindən çıxarılması məqsədilə məhkəmə sistemində islahat keçirmişdir. 1473-cü ildə (Tionvil ordonansı) Mehelendə özünün şimal mülkləri üçün vahid ali məhkəmə orqanı (parlament) və maliyyə idarəsini (hesablama palatası) yaratmışdır. Peşəkar ordunun (1471 və 1473-cü illərin ordonansları) təşkili onun adı ilə bağlıdır. Fransadakı mülklərinin müstəqilliyini əldə etmək məqsədi ilə öz süzereni kral XI Lüdoviklə siyasi rəqabət aparmış, onun mərkəzləşdirmə siyasətinə qarşı çıxmışdır.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Edvard Karr
Edvard Holit Karr (28 iyun 1892, London – 3 noyabr 1982, Kembric) — Britaniya siyasət alimi, tarixçisi və jurnalisti Təhsilini Kembricdə başa vurmuş Edvard Karr 1916-cı ildə Britaniya Xarici İşlər Nazirliyinə qoşulmuş, 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmiş, daha sonra Riqada Britaniya səfirliyində işləmışdir. Riqada olarkən Karr Rusiya ilə maraqlanmağa başlamış və daha sonralar Rusiya haqqında bir çox fundamental əsərlər yazmışdır. 1936-cı ildə diplomatik xidməti tərk edən Karr Aberistvitdə Uels Universitetində Beynəlxalq siyasət üzrə Vudro Vilson professoru işləmiş, 1939-cu ildə özünün məşhur İyirmi İlin Böhranı əsərini çap etdirmişdir. 1941-1946-cı illərdə Tayms qəzetində redaktor köməkçisi işləmiş, sonra Oksfordda, daha sonra isə Kembricdə dərs demişdir. Karr İyirmi İlin Böhranı əsəri ilə beynəlxalq münasibətlər elmində siyasi realizmin əsaslarını qoyanlardan biri olmuş və bu əsərində iki dünya müharibəsi arasındakı dövr üçün hakim olan beynəlxalq münasibətlər nəzəriyyəsini ciddi tənqid etmişdir. Karrın idealistləri və idealizmi tənqidi zamanı üçün elə böyük əks-səda doğurmuşdu ki, idealistlər mənfi təəsssürat yaratmaqdan yaxa qurtarmaq üçün öz adlarını liberalizm və liberalist anlayışlarına dəyişmək qərarına gəlmişdilər Başlıca əsərləri Dostoyevski: yeni bioqrafiya (1931) Romantik sürgünlər: XIX əsr portret qalereyası (1933) Karl Marks: fanatizmin tədqiqi (1934) Mixail Bakunin (1937) İyirmi ilin böhranı, 1919-1939: beynəlxalq münasibətlərə giriş (1939) Sülhün şərtləri (1942) Millətçilik və sonrası (1945) Sovet Rusiyasının tarixi (10 cilddə:1950-1978) Yeni cəmiyyət (1951) Tarix nədir?
Fridrix Karl
Fridrix Karl Lüdviq Konstantin von Hesse (alm. Friedrich Karl Ludwig Konstantin Prinz und Landgraf von Hessen-Kassel‎) — Finlandiyanın son kralı, Hesse landqrafı. == Həyatı == 1868-ci ildə Hesse landqrafı II Fridrix Vilhelmin və Prussiya şahzadəsi Anna Hohenzollernin 3-cü oğlu olaraq dünyaya gəlmişdi. Atası 1875-ci ildə Danimarkadan Almaniyaya köçmüşdü. 1884-cü ildə atası vəfat etdikdən sonra, ailənin başına böyük qardaşı III Fridrix Vilhelm keçmişdi. == Finlandiya taxtı == 9 oktyabr 1918-ci ildə Finlandiya parlamenti tərəfindən Finlandiya və Kareliya kralı taxtına seçilmiş və Fredrik Kaarle adı ilə kral elan olunmuşdu. Lakin Birinci Dünya Müharibəsində II Vilhelmin taxtdan əl çəkməsindən sonra 14 dekabr 1918-ci ildə taxtdan əl çəkmişdir. == Sonrakı həyatı == 16 mart 1925-ci ildə Hesse sülaləsinin ailə başçısı olmuşdur.
III Karl
III Karl (İspaniya kralı)
II Karl
II Karl (İspaniya kralı)
IX Karl
IX Karl (fr. Charles IX de France; 27 iyun 1550, Sen-Jermen-an-Le[d] – 30 may 1574, Vensen) — Fransa kralı. 1559–1560-cı illərdə hakimiyyətdə olmuşdur.
I Karl
I Karl (Avstriya imperatoru) — Avstriya-Macarıstan İmperiyasının son imperatoru. I Karl (İngiltərə kralı) — İngiltərə, Şotlandiya və İrlandiya kralı.