KARDEŞ
KARELİ
OBASTAN VİKİ
Kare (Afon)
Kare (yun. Καρυές) — Afonda yerləşən yaşayış məntəqəsi.
Kareda Kaunas FK
Kareda - Litvanın futbol klubu.
Karel-Fin Sovet Sosialist Respublikası
Karel-Fin Sovet Sosialist Respublikası (fin Karjalais-suomalainen sosialistinen neuvostotasavalta) — 31 mart 1940 - 16 iyul 1956-cı illər arası SSRİ tərkibində yaranma tarixinə görə on altıncı (yaranma tarixinə görə on ikinci) müttəfiq sovet sosialist respublikası. 1956-cı ildə Kareliya MSSR kimi RSFSR tərkibinə daxil oldu.
Karel Domin
Karel Domin (çex. Karel Domin;4 may 1882[…] – 10 iyun 1953 və ya 16 may 1953, Praqa) — Çex boyaniki və siyasətçisi. == Botanik adlandırılma üzrə elmi işləri == Cheilanthes parryi Domin Dryandra sessilis (Knight) Domin, Vĕstn. Král. Ceské Společn. Nauk, Tř. Mat. Přír. 2: 19 (1923) (=Banksia sessilis (Knight) A.R.Mast & K.R.Thiele Oryza australiensis Domin Pityrogramma dealbata (C.Presl) Domin Rozpr. Ceské Akad.
Karel Eytinq
Karel Eytinq (11 fevral 1998-ci ildə Amsterdamda anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. == Klub karyerası == === Yonq Ayaks === Eytinq Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Berqsma öz peşəkar karyerasında debütünü 12 avqust 2016-cı ildə etmişdir. O, Almere Siti klubu ilə qarşılaşmada bütün 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə Almere Sitiyə 4–1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 2 Aprel 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Karel Fabrisius
Karel Pietersz. Fabrisius (Hollandiya: Carel Fabritius; ən geci 27 fevral 1622 – 12 oktyabr 1654[…], Delft, Hollandiya qraflığı) — hollandiyalı rəssam. Rembrandtın şagirdi olmaqla bərabər Amsterdamdakı studiyasında çalışıb. Delft məktəbinin üzvü olan Fabrisius öz bədii üslubunu inkişaf etdirdi və perspektiv və işıqlandırma ilə sınaqdan keçirdi. Əsərləri arasında Delft mənzərəsi (1652), Qızılfinç (1654) və Sentry (1654) də var. == Həyatı == Karel Pietersz. Fabrisius 1622-ci ilin fevral ayında Hollandiya Respublikasındakı on yaşlı Bemster polderində yerləşən Midenbeemster kəndində anadan olmuş və həmin ilin 27 fevralında vəftiz edilmişdir. O, bir rəssam və məktəb müəllimi Peter Karelsz-in oğlu idi.Onun iki kiçik qardaşları Barent və Johannes vardı, onlar da rəssam oldu. Əvvəlcə dülgər kimi çalışdı. 1640-cı illərin əvvəllərində qardaşı Barent ilə birlikdə Amsterdamdakı Rembrandt studiyasında oxudu.
Karel Hinek Maxa
Karel Hinek Maxa (16 noyabr 1810[…], Praqa, Bohemiya tacı torpaqları[d][…] – 6 noyabr 1836) — çex yazıçısı. == Həyatı == == Yaradıcılığı == Çex ədəbiyyatında Şərq mövzusu daha çox romantizmdə intişar tapmışdır. Məlumdur ki, romantizm həm çex, həm də Şərq xalqları ədəbiyyatında XIX əsrdə yaranmış və təbii ki, hər bir ədəbiyyatda özünəməxsus şəkildə təzahür etmişdir. K. H. Maxanın istər həyatına, istərsə də yaradıcılığına böyük ingilis şairi Corc Qordon Noel Bayronun təsiri olduqca güclüdür. Belə ki, K. H. Maxa məhz onun təsiri nəticəsində inqilabi romantizmin nümayəndəsi olmuş və həyatını xalqının azadlıq mübarizəsinə həsr etmişdir. Bu səbəbdən onların yaradıcılığında oxşar məqamlara tez-tez rast gəlinir. Hətta onların taleyi də oxşar olmuşdur, belə ki, C. Bayron 36, K. H. Maxa isə cəmi 26 il ömür sürmüşlər.
Karel Pik
Karel Pik (esperanto: ''Karolo Piĉ''; 6 dekabr 1920, Litomişl[d] – 15 avqust 1995, Litomişl[d]) — Çexiya esperantisti. Esperanto Akademiyasının üzvü, esperanto dilində qısa hekayələr, esse, şeir və roman yazan şair və yazıçı. Karel Peak esperanto dilində yazan məşhur və nüfuzlu əsərlər müəllifi idi. O, esperanto dilinə çoxlu neologizmlər gətirdi və işlətdi, hansıların ki bir çoxu müzakirələrə səbəb olmuşdular. Neologizmlərdən başqa, esperanto dilinin eksperimental istifadəsi ilə də tanınırdı. Bəzi esperantistlərin sözlərinə görə, Pik təcrübələrində o qədər irəliləmişdir ki, esperanto əvəzinə özünün icad etdiyi başqa dili istifadə edirdi. Onun ən məşhur əsəri, dilçilik təcrübələrini özündə cəmləşdirən "La Litomiŝla tombejo" (Litomişl qəbiristanlığı) (1981) adlı yarı avtobioqrafik romanıdır. Elə özü də, doğma şəhəri Litomişlda yerləşən həmin qəbiristanlığda dəfn olunmuşdur. Məzar daşının üzərində çex dilində "Esperantský spisovatel" ("esperanto yazıçısı") sözləri yazılmışdır. Esperanto dilində yazan Şotlandiya yazıçısı, şair və tərcüməçi Uilyam Old Pikin romanını esperanto dilinin klassik əsərləri siyahısına daxil etmişdir.
Karel Poborski
Karel Poborski (çex. Karel Poborský; d. 30.3.1972) — çex futbolçu.
Karel Vasak
Karel Vasak (çex. Karel Vašák; d. 26 iyun 1929, Çexoslovakiya – ö. 1 may 2015, Strasburq, Fransa) — çex-fransız professor, beynəlxalq hüquq üzrə mütəxəssis. == Həyatı == Vasak Çexoslovakiyada anadan olmuş, daha sonra hüquq oxumaq üçün Fransaya köçmüşdür. 1948-ci ilin fevralında Praqada kommunistlərin çevrilişindən sonra orada qalmağa qərar vermişdir. O, Fransa vətəndaşlığını əldə etmiş və Avropa Şurasında müxtəlif vəzifələrdə çalışmışdır. 1969-cu ildə Vasak Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunun ilk baş katibi vəzifəsinə təyin edilmiş, 1980-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. O, İnsan hüquqları və sülh Şöbəsinin müdiri, sonra YUNESKO-nun və Ümumdünya Turizm Təşkilatının hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. Professor 1979-cu ildə Fransız İnqilabının ideallarından ilhamlanaraq məşhur "insan hüquqlarının üç nəsli" konsepsiyasını irəli sürmüşdür.
Karel bərzəxi
Karel bərzəxi — Fin körfəzi və Ladoqa gölü arasında yerləşir. Bərzəxin cənub sərhəddi Neva çayı, şimal sərhəddi isə Vıborq şəhəri ərazidindən keçir — Lelinqrad vilsyəti ilə Kareliya Respublikası arasında. Şimal en dairəsi 61°21’ və 59°46’, şərq enliyi 27°42’ və 31°08’. Bərzəxin şimaldan cənuba uzunluğu 150—180 km, şərqdən qərbə eni isə 55—110 km təşkil edir. Bərzəxin ən hündür nöqtəsi Kivisyorya dağıdır. Hündürlüyü 203,7 m təşkil edir. XX əsr məlumatlarına görə— 206 m, Finlandiya topoqraflarına görə — 205 m Böyük Sovet Ensiklopediyasında verilən məlumata əsasən — 201 m), Novojılova qəsəbəsi yaxınlığında yerləşir. İnzibati cəhətdən Sankt-Peterburq şəhərinin Kurortnı, Primorski, Vıborqski, Kalinski, Krasnoqvardeyski və Nevski, Lelinqrad vilayətinin Priozerski, Vıborqski və Lenoblastın Bsevolojski rayonları ərazisində yerləşir.
Karel dili
Karel dili (karjalan kieli) — Baltikyanı-fin dilləri qrupuna daxil olan karellərin dili. Bu dildə təqribən 33 min nəfər (2010-cu il ümumrusiya əhalinin siyahıya alınmasının nəticəsinə görə), o cümlədən Rusiyada — 25,6 min nəfər, Kareliya Respublikasında — 15 min nəfərdir. Karel dilində zəngin şifahi-poetik ənənə vardır. Bu dildə fin linqvisti Elias Lyonnpot (1802–1884) tərəfindən toplanaraq tərtib edilmiş "Kalevala" dastanı vardır. == Ədəbiyyat == Зайков П. М., Ругоева Л. И. Карельско-русский словарь (северно-карельские диалекты) Около 9 000 слов / Петрозаводск: Периодика, 1999. — 224 с.
Karel Çapek
Karel Çapek (9 yanvar 1890[…], Male-Svatonyovise[d][…] – 25 dekabr 1938[…], Vinoqradı[d]) — çex yazıçısı. == Həyatı == 1915-ci ildə Praqa universitetinin fəlsəfə fakültəsini bitirmiş, kitabxanaçı, ev müəllimi işləmiş, jurnalistlik etmişdir. İlk hekayələrini qardaşı Yozef Çaperlə birlikdə yazmışdır. R.U.R (Rossumun Universal Robotları), "Makropulos üsulu" (1922), sosial-fantastik pyeslərində , "Mütləq fabriki" (1922), "Krakatit" (1924) romanlarında, "İtaliyadan məktublar" (1923), "İngiltərədən məktublar" (1924), yol oçerklərində, yumoristik hekayələrində burjua cəmiyyəti tənqid olunur. "Hordubal" (1933), "Meteor" və "Adi həyat" (hər ikisi 1934) trilogiyası kiçik adamların acınacaqlı taleyindən bəhs edir. "Salamandralarla müharibə" (1936) fantastik romanında, "Ağ xəstəlik" (1937), "Ana" (1938) pyeslərində militarizm, faşizm və irqçilik nəzəriyyəsi satira atəşinə tutulur. Yaradıcılığı müasir sosial fantastikanın inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Karel İrakoze
Kareli bələdiyyəsi
Kareli bələdiyyəsi (gürc. ქარელის მუნიციპალიტეტი karelis municipʼalitʼetʼi) — Gürcüstanın Daxili Kartli diyarında bələdiyyə.
Karelin tritonu
Əvvəllər Karelin tritonu daraqlı tritonun yarımnövü kimi qeyd edilirdi. Aparılan karioloji və biokimyəvi tədqiqatlar nəticəsində o sərbəst növ kimi göstərilmişdir. Hal-hazırda Karelin tritonu iki yarımnövü ayrılır: Triturus karelinii karelinii Strauch, 1970 — nominativ yarımnöv, Triturus karelinii arntzeni Litvinchuk, Borkin, Dzukic, и Kalezic, 1999. == Xarici görünüşü == Adi tritondan bədən ölçüsünün iriliyinə görə fərqlənir. Uzunluğu 180 mm-ə çatır. Dərisi iri ziyillərə malikdir. Üst tərəfdən qara və ya şabalıdı rəngdədir, qarın hissəsi narıncı rəngdə olub, iri xallıdır. Erkəyin bel darağı çoxalma dövründə dişli olub, quyruğun əsasında kəsilir; quyruğun yan tərəfində mavi-ağ zolaq uzanır. Dişilər həmişə daraqsızdır. Quyruğu yanlardan basıq, ucu sapşəkilli uzunsovdur.
Karelin tıs-tısı
Karelin tıs-tısı (lat. Acantholimon karelinii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, Anadolunun şimal-şərqi, İranda yayılmışdır. Naxçıvan MR ərazisindən toplanan nümunələrə əsasən təsvir olunmuşdur. == Botaniki təsviri == 8-20 sm hündürlüyündə, 30-35 sm diametrində, seyrək yastığı olan kolcuqdur. Xarici çiçəkaltlığı daxili çiçəkaltlığından bir qədər qısadır. Daxili çiçəkaltlıqları kasacığın yarısının uzunluğundan bir qədər artıqdır. Kasacıq büküyünün pərdələri iti və ya azacıq iti sonluqludur. Onların mərkəzi boyunca paylanmış damarcıqları kasacığın büküyünün kənarına çatır və ya ondan uzundur. Çiçək saplaqları süpürgəvari-sünbülcüklü və yarpaqlardan xeyli hündürdür.
Karelinia
Karelinia (lat. Karelinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Karelinia caspia (Pall.) Less. Sinonim Serratula caspia Pall.
Karelinia caspia
Karelinia (lat. Karelinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Karelinia caspia (Pall.) Less. Sinonim Serratula caspia Pall.
Kareliya
Kareliya Respublikası (rus. Республика Карелия, kar. Karjalan tazavalla, fin Karjalan tasavaldu, veps Karjalan Tazovaldkund) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Respublikanın ərazisi 172.4 min kvadrat kilometrdir. == Əhali == == Rayonlar == == İqtisadiyyat == Respublika ərazisinin 85%-i meşələrlərdən ibarət olduğu üçün taxta-şalban ixracatı əhəmiyyətli bir yer tutur.
Kareliya Muxtar Sovet Sosialist Respublikası
Kareliya Muxtar Sovet Sosialist Respublikası, SSRİnin tərkibində mövcud olmuş muxtar respublika. Paytaxtı Petrozavodsk şəhəri olmuşdur. Xələfi Kareliya Respublikasıdır.
Kareliya Respublikası
Kareliya Respublikası (rus. Республика Карелия, kar. Karjalan tazavalla, fin Karjalan tasavaldu, veps Karjalan Tazovaldkund) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Respublikanın ərazisi 172.4 min kvadrat kilometrdir. == Əhali == == Rayonlar == == İqtisadiyyat == Respublika ərazisinin 85%-i meşələrlərdən ibarət olduğu üçün taxta-şalban ixracatı əhəmiyyətli bir yer tutur.
Karen
Karen — soyad, ərəb kişi adı, hansı ki, Ermənistandə geniş yayılıb. Karen Şeperd — ABŞ döyüş ustası, film və televiziya aktrisası. Karen Gillan — Şotlandiyalı aktrisa və köhnə maneken. Karen Cromie Digər Karen, həmçinin Karin, Karin-Pəxləvidlər, Karen-Pəxləvi — qədim İran sülaləsi, İranın yeddi böyük evindən biri. Karen — bir sıra terpenlərin orqanik birləşməsi, skipidarın komponenti. Karen — Birmada ştat (milli dairə).
Karen Armstronq
Karen Armstronq (14 noyabr 1944[…], Vusterşir[d]) — dinə dair kitabları ilə tanınan İrlandiya katolik əsilli İngilis müəllifi və şərhçisidir. O, 14 noyabr 1944-cü ildə Worcestershire ştatının Wildmoor şəhərində anadan olub. Armstronq 2008-ci ilin fevralında 100.000 ABŞ dolları dəyərində TED Mükafatını alıb. == Kitabları == Dar Qapıdan (Through the Narrow Gate.) 1982. Dünyanın Başlanması (Beginning the World) 1983. İlk Xristian: Müqəddəs Paulun Xristianlığa Təsiri (The First Christian: Saint Paul's Impact on Christianity) 1983. Od dilləri: Dini və Poetik Təcrübə Antologiyası (Tongues of Fire: An Anthology of Religious and Poetic Experience) 1985. Müqəddəs Müharibə: Səlib yürüşləri və onların bugünkü dünyaya təsiri. (Holy War: The Crusades and their Impact on Today's World.) 1988. Məhəmməd: Peyğəmbərin tərcümeyi-halı (Muhammad: A Biography of the Prophet.) 1991.
Karen Blinksen
Karen Blinksen (ing. Baronessa Karen Kristenze von Bliksen-Fineke; 17 aprel 1885[…] – 7 sentyabr 1962[…]) — danimarka və ingilis dilində əsərlər yazan danimarkalı müəllif və yazıçı. İngilis dilli ölkələrdə İsak Dinesen, alman dilli ölkələrdə Taniya Bliksen, Oskeola və Pierre Andrezel təxəllüsləri ilə məşhurdur. Karen Keniyada yaşayarkən yazdığı Afrika xaricində əsəri vəBabetta bayramı hekayəsi ilə məşhurlaşıb. Bu iki əsər əsasında çəkilən filmlər Oskar mükafatına layiq görülüb. O, həmçinin Danimarkada hekayələr toplusu olan Yeddi Qotik Nağıl əsəri ilə tanınır. Blinksenin bir neçə dəfə Ədəbiyyat üzrə Nobel mükafatına namizədliyi də irəli sürülüb. == Həyatı == === Erkən həyatı === Karen Dinesen, Kopenhagenin şimalında, Runqstedlund malikanəsində dünyaya gəldi. Atası Vilhelm Dinesen (1845–1895), Yutlandiya torpaq mülkiyyətçilərinin ailəsindən olan bir yazıçı və ordu zabiti idi; həyat yoldaşı İnqeborq Vestenholz (1856–1939) varlı bir Unitar burjua tacir ailəsindən idi. Karen Dinesen, üç bacı və iki qardaşdan ibarət bir ailədə ikinci uşaq idi.
Karen Cromie
Karen Cromie (24 sentyabr 1979 – 28 yanvar 2011) — İrlandiyalı Paralimpiyaçı, İngilis avarçəkmə və basketbol idmançısıdır. Pekin 2008 Olimpiadasında Paralimpiya Divizionunda yarışdı və beşinci oldu. 2005–2006-cı illər arasında Cromie GB Əlil arabalı Basketbol Milli Komandasının tərkibində basketbol oynamış və gümüş medal qazanmışdır. 2009-cu ildə İrlandiya Paralimpiya Basketbol komandasına seçilmiş və 2011-ci ildə 31 yaşında intihar edərək ömrünü başa vurmuşdur.