Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kafu
Marcos Evangelista de Morais (port. Marcos Evangelista de Moraes ; 7 iyun 1970, San Paulo) — Braziliyalı keçmiş professional futbolçu. Uzun müddət Braziliya milli futbol komandasının oyunçusu olub. Braziliya millisi ilə ikiqat dünya çempionu olub (1994, 2002). 2002 və 2006-cı illərdə dünya çempionatında milli komandanın kapitanı olub. Dünya Kubokunda ardıcıl üç final oyununda oynayan ilk və indiyə qədər bunu bacaran yeganə futbolçu (1994, 1998, 2002). İkiqat "Libertadores Kuboku"nun və San-Paulu ilə Qitələrarası Kubokun qalibi, Braziliya çempionu. ikiqat İtaliya çempionu, Milanla "UEFA Çempionlar Liqası"nın qalibi. 1994-cü ilin Cənubi Amerikanın ən yaxşı futbolçusu. Braziliyanın ən yaxşı oyunçularından biri kimi FIFA 100 siyahısına daxil edilmişdir.
Kalu
Kalu (Bostanabad)
Kaoru
Kaoru — Yapon adı.
Kaqu
Kaqu (lat. Rhynochetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin kaqular fəsiləsinə aid heyvan cinsi.
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Kargu
Kargu — Türkiyə istehsalı pilotsuz uçuş aparatı. Hazırlayan və istehsalçı - Türk Müdafiə Şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ). == Ümumi məlumat == Kargu hekikopter tipli kamikaze dronudur. 2017-ci ildən bəri Türk ordusunun arsenalına daxildir. 2019-cu ildən STM, təkmilləşdirilmiş Kargu-2 dronlarının istehsalına başlamışdır. 2020-ci ilin əvvəlində Türkiyə hökuməti bu tip 356 PUA alınması üçün müqavilə imzalamışdır. Kargu-2-nin çəkisi 15 kq ağırlığındadır. Eyni zamanda, Kargu-2 havada 30 dəqiqəyə qədər qalma qabiliyyətinə malikdir. İdarəetmə operator tərəfindən yerdən həyata keçirilir. Bu səbəbdən dron hərəkətdə olan obyektlər də daxil olmaqla istənilən hədəfə tərəf yönəldilə bilər.
Karl
Karl — kişi adı. Karl Qulbrandsen — Norveçli kişi velosipedçi. Karl Marks — alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi. Karl Llevellin — Amerika mülki hüquq mütəxəssisi. Karl Lundquist — İsveçli kişi velosipedçi. Karl Manneim — Macarıstan filosofu və siyasətçisi. Karl Olsen — Norveçli kişi velosipedçi. Karl Rayner — ABŞ aktyoru. Karl Rulye — Bioloq, tibb elmləri doktoru, Moskva Universitetinin professoru. Karl Veyerştrass — Məşhur alman riyaziyyatçısı Karl Vilhelm Şeyele — isveç kimyaçısı.
Karp
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır. == Yayılması == Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir.
Kars
Qars (türk. Kars) — Türkiyənin şərqində yer alan şəhər. Qars ilinin inzibati mərkəzidir. Türkiyənin ən yüksəkdə yerləşən il mərkəzlərindən olan Qars kəndləri ilə birlikdə ümumi əhali sayı 100 mini keçən şəhərlərdəndir (şəhər mərkəzi: 102.001, ümumi 129.458). Mərkəz ilçəyə bağlı üç məhəllə və 70 kənd vardır. Müxtəlif etnosların birlikdə yaşadığı şəhərdır. Qars Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il üçün Türkiyə Turizm Strategiyası 2023 və Turizm Strategiyası Hərəkət Planı əsasında nəzərdə tutulan 15 il mərkəzindən biridir. Bu layihə ilə hədəflənən il mərkəzlərini " mədəniyyət turizmi inkişaf etdiriləcək brend şəhərlər" elan edib inkişaflarını təmin etməkdir. == Tarixi hadisələr == 18 noyabr 1877-ci ildə Erməni könüllü silahlı dəstələri və yerli ermənilərin fəal iştirakı ilə general Hovhannes Lazaryanın qoşunları gecə yarısı gizli yollarla xəlvətcə Qarsa daxil oldular.
Kart
Kart — oyun vasitəsi Kartların olduqca qədim və dramatik tarixi vardır. Bir çox tədqiqatçıların fikirlərinə görə ilk kartlar Fransada əyləncə məqsədilə Dəli sayılan VI Karlın dövründə yaranmışdır. Əlbəttə bütün bunlar sadəcə əfsanə də ola bilər. Hələ qədim Misirdə rəqəmlənmiş qələmlərlə bu tipli oyunlara həvəs var idi. Hindistanda fil sümüklərindən hazırlanan əşyalarla oynayırdılar. Çində isə artıq müasir tipli kartlara rast gəlmək mümkün idi və bu da XII əsr nümunəsi sayılırdı. Sənədlərə əsaslansaq ilk dəfə kartın meydana gəlməsi 1379-cu ilə aid edilir. Çünki həmin dövrə aid olduğu güman edilən və italyan şəhərlərindən birində tapılan yazı bunu bir daha təsdiq etdi. Həmin yazıda qeyd edilmişdi; "Kartda oyunlar təşkil olunur, bura müxtəlif dünya ölkələrindən sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad) gətirilir və onları naib adlandırırlar. Bu növdə olan oyunlar hərbi məna ifadə edirdi, çünki bildiyiniz kimi "naib" sözü ərəb sözüdür və mənaca "kapitan", "rəis" kimi tərcümə edilir.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Edvard Karr
Edvard Holit Karr (28 iyun 1892, London – 3 noyabr 1982, Kembric) — Britaniya siyasət alimi, tarixçisi və jurnalisti Təhsilini Kembricdə başa vurmuş Edvard Karr 1916-cı ildə Britaniya Xarici İşlər Nazirliyinə qoşulmuş, 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmiş, daha sonra Riqada Britaniya səfirliyində işləmışdir. Riqada olarkən Karr Rusiya ilə maraqlanmağa başlamış və daha sonralar Rusiya haqqında bir çox fundamental əsərlər yazmışdır. 1936-cı ildə diplomatik xidməti tərk edən Karr Aberistvitdə Uels Universitetində Beynəlxalq siyasət üzrə Vudro Vilson professoru işləmiş, 1939-cu ildə özünün məşhur İyirmi İlin Böhranı əsərini çap etdirmişdir. 1941-1946-cı illərdə Tayms qəzetində redaktor köməkçisi işləmiş, sonra Oksfordda, daha sonra isə Kembricdə dərs demişdir. Karr İyirmi İlin Böhranı əsəri ilə beynəlxalq münasibətlər elmində siyasi realizmin əsaslarını qoyanlardan biri olmuş və bu əsərində iki dünya müharibəsi arasındakı dövr üçün hakim olan beynəlxalq münasibətlər nəzəriyyəsini ciddi tənqid etmişdir. Karrın idealistləri və idealizmi tənqidi zamanı üçün elə böyük əks-səda doğurmuşdu ki, idealistlər mənfi təəsssürat yaratmaqdan yaxa qurtarmaq üçün öz adlarını liberalizm və liberalist anlayışlarına dəyişmək qərarına gəlmişdilər Başlıca əsərləri Dostoyevski: yeni bioqrafiya (1931) Romantik sürgünlər: XIX əsr portret qalereyası (1933) Karl Marks: fanatizmin tədqiqi (1934) Mixail Bakunin (1937) İyirmi ilin böhranı, 1919-1939: beynəlxalq münasibətlərə giriş (1939) Sülhün şərtləri (1942) Millətçilik və sonrası (1945) Sovet Rusiyasının tarixi (10 cilddə:1950-1978) Yeni cəmiyyət (1951) Tarix nədir?
Fridrix Karl
Fridrix Karl Lüdviq Konstantin von Hesse (alm. Friedrich Karl Ludwig Konstantin Prinz und Landgraf von Hessen-Kassel‎) — Finlandiyanın son kralı, Hesse landqrafı. == Həyatı == 1868-ci ildə Hesse landqrafı II Fridrix Vilhelmin və Prussiya şahzadəsi Anna Hohenzollernin 3-cü oğlu olaraq dünyaya gəlmişdi. Atası 1875-ci ildə Danimarkadan Almaniyaya köçmüşdü. 1884-cü ildə atası vəfat etdikdən sonra, ailənin başına böyük qardaşı III Fridrix Vilhelm keçmişdi. == Finlandiya taxtı == 9 oktyabr 1918-ci ildə Finlandiya parlamenti tərəfindən Finlandiya və Kareliya kralı taxtına seçilmiş və Fredrik Kaarle adı ilə kral elan olunmuşdu. Lakin Birinci Dünya Müharibəsində II Vilhelmin taxtdan əl çəkməsindən sonra 14 dekabr 1918-ci ildə taxtdan əl çəkmişdir. == Sonrakı həyatı == 16 mart 1925-ci ildə Hesse sülaləsinin ailə başçısı olmuşdur.
III Karl
III Karl (İspaniya kralı)
II Karl
II Karl (İspaniya kralı)
IX Karl
IX Karl (fr. Charles IX de France; 27 iyun 1550, Sen-Jermen-an-Le[d] – 30 may 1574, Vensen) — Fransa kralı. 1559–1560-cı illərdə hakimiyyətdə olmuşdur.
I Karl
I Karl (Avstriya imperatoru) — Avstriya-Macarıstan İmperiyasının son imperatoru. I Karl (İngiltərə kralı) — İngiltərə, Şotlandiya və İrlandiya kralı.
Jan Kabu
Jan Kabu (fr. Jean Cabut; 13 yanvar 1938[…], Şalon-an-Şampan, Marna (departament), Fransa – 7 yanvar 2015[…], XI arondisman, Fransa) — fransız karikaturist və jurnalist. "Charlie Hebdo" jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Kalu (Bostanabad)
Kalu (fars. كلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (14 ailə).
Kalu (Vərziqan)
Kalu (fars. كلو‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (24 ailə).
Kazu Naoki
Kazu Naoki (d. 23 mart 1918) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kürü diplomatiyası
Kürü diplomatiyası (ing. Caviar diplomacy) — Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nağd pul kimi hədiyyələr təqdim olunması nəticəsində yaranan diplomatiya. == Tarixi == Termin ilk dəfə "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == Caviar Diplomacy.
Kürü küküsü
«Кара-коюнлу» (ковёр)