Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Takehiro Kasay
Kambay
Kambay (ing. Kambay, Cambay) — Hindistanda ingilis istilası dönəmində xanlıq. == Tarixi == Kambay körfəzində yerləşirdi, mərkəzi Kxambxat idi. Müasir Qucarat ştatının ərazisində idi, 1730-cu ildə yaranıb. Böyük Moğollar imperiyasının nəvvablarından olan şiə I Mirzə Cəfər Mömün xan tərəfindən yaradılmışdı. 1802-ci ildən 1947-ci ilədək Kambay Böyük Britaniyanın protektoratı idi. 10 iyun 1948-ci ildə Hindistan xanlığı rəsmən ləğv etdi, Maxaraştra ştatının tərkibinə daxil oldu. == Ədəbiyyat == Imperial Gazetteer of India. 2nd Edition, Volume 26. Oxford 1908–1931.
Karnay
Karnay — İran , Tacikistan və Özbəkistan ərazisində yayılmış mis-nəfəsli xalq musiqi alətidir. == Alətin quruluşu == Çox uzun , hətta bəzən 2 metrdən uzun gövdəyə malik , əyilməmiş boruşəkilli formada olur.Registry və tembrinə görə trombona yaxındır. Karnay üçün ,adətən , döyüş və təntənə münasibətilə carçəkmə siqnallarının çalınması xasdır. Alətin çox güclü və uzağa yayılan səsi vardır.Müasir dövrdə Karnay tacik və özbək xalq şənliklərində və toy mərasimi zamanı geniş istifadə olunur.
Kaskad
Kaslar
Kassitlər — Cənubi Azərbaycanda və Luristanda məskunlaşmış qədim maldar tayfaları. Kassitlər özlərini "kaşşu" adlandırırmışlar. Mənbələrdə kassitlərin adı ilk dəfə e.ə. XXIII əsrdə çəkilir. Mənbələrdə kassitlərin məskunlaşdığı ərazi "Kaşşen" adlanır. Bir sıra Azərbaycan tarixçiləri hesab edirlər ki, antik müəlliflərin kaspiləri kassitlərlə qohumdurlar. Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkmənşəli tayfalardan biri də kassilərdir (kaslar). Lakin Azərbaycanda yaşamış digər prototürk etnoslar kimi kassilər (kaslar) də uzun müddət tarixşünaslıqda elamdilli və ya hürridilli kimi tanınmışlar. Onların e.ə. V əsrdən adı çəkilən kaspilərlə qohumluğu güman edilir və yalnız elam dilində cəm bildirən "-p" şəkilçisinə görə kaspiləri elamdilli hesab edirdilər.
Qaşqay
Qaşqay (Bostanabad)
Kaoday
Vyetnam dilində tam adı "Kao Day Ten Onq Day Bo Tat Ma Xa Tat" olan cərəyan "Baş ruhun əyləşdiyi tavansız məbəd" kimi tərcümə edilir.[mənbə göstərin] Cərəyanın qurucusu Nqo Van Çieu Vyetnamda fransız müstəmləkə administrasiyasının məmuru olmuşdur. 1878-ci ildə Holone şəhərində doğulan Nqo Van koloniya məktəbində təhsil almış, mistika və spiritizmlə (ölülərin ruhu ilə əlaqə yaratmağın mümkünlüyünü iddia edən mistik təsəvvür) dərindən maraqlanmış, 1902-ci ildən isə spiritik seanslar təşkil etməyə başlamışdır. O, 1920-ci ildə Kao Day adlı ruhun bədəninə daxil olduğunu iddia etmiş və altı il sonra eyniadlı cərəyanı yaratmışdır. Mistikaya önəm verən Vyetnamın ziyalı təbəqəsinin yeni yaranmış cərəyana marağı qısa müddətdə xeyli artmışdı. Cərəyanın mərkəzi Sayqon şəhəri yaxınlığındakı Tey Nin yaşayış məntəqəsi seçildikdən sonra burada cərəyanın baş məbədi tikilmişdi. Onun layihəsi əsasında isə digər şəhərlərdə kiçik məbədlər inşa edilməyə başlamışdı. Cərəyanın qısa müddətdə nüfuz qazanmasının səbəbi fransız müstəmləkə hakimiyyətinin güclü dəstəyi idi. İlk məbədin açılışı münasibətilə təşkil edilən mərasimdə Cənubi Vyetnamda fransız administrasiyasının yüksək rütbəli məmurları, hətta Hind-Çinin general-qubernatorunun iştirak etməsi həmin dövlət dəstəyinin əyani göstəricisi idi. Şübhəsiz ki, fransızları cərəyanın Qərb meyilli olması cəlb etmişdi. Onun üzvləri arasında avropalaşmış ziyalılar – Vyetnamın katolik məktəblərində Qərb təhsili almış məmurlar da az deyildi.
Aksay
Aksay (rus. Аксай) — Rusiya Federasiyasının Rostov vilayətində şəhər. Aksay rayonunun inzibati mərkəzidir. Rostov-Dondan 18 kilometr aralıda yerləşir. Konserv, şüşə, plastik kütlə, kərpic və s. zavodları var. 1957-ci ilə qədər Aksayskaya stansiyası adlandırılmışdır.
Kamay
Kamay (Urmanay) —
Kaska
Dəbilqə və ya kaska — başı yaranmış təhlükələrdən, əsasən yaralanma və zədələnmələrdən qoruyan baş geyimi. Dəbilqə, əsasən, zərbəyə davamlı materiallardan hazırlanır. Ondan müxtəlif sahələrdə (idmanda, işdə və s.) istifadə edirlər.
Kaşan
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Kasta
Kasta — İspan Amerikası və Filippində müstəmləkə dövründə İspan elitası tərəfindən yaradılmış və 17–18-ci əsrlərdə rəsmi olaraq mövcud olan iyerarxik irqi təsnifat sistemidir, hələ də fəal şəkildə istifadə olunur.
Differensial kaskad
Differensial kaskad və ya Differensial gücləndirici kaskad — iki girişi olan gücləndirici kaskaddır, və o bu girişlərə tətbiq edilmiş gərginliklərin fərqini – differensial siqnalları gücləndirir. Əgər hər iki girişə eyni gərginlik verilərsə (sinfaz siqnal), gücləndirilmə çox kiçik olacaq, yəni, differensial gücləndirici sinfaz siqnalları gücləndirmir. Gücləndirici sxemlərin əksəriyyəti sabit gərginliyi gücləndirmək üçün istifadə edilə bilməz. Çünki bu qurğulara gücləndirilən siqnaldan əlavə sürüşmə gərginliyi də verilməlidir. Lakin, gücləndirilərkən sabit gərginliyi sürüşmə gərginliyindən ayırmaq mümkün deyil. Differensial kaskadlar bu prodlemi tam həll edir. Sinfaz siqnalların söndürülməsi differensial kaskadların çox mühüm və faydalı xassəsidir. Bu xassə onlara böyük təhrifedici sinfaz siqnalların fonunda kiçik siqnalları ayırmağa, siqnaları öz aralarında və ya verilmlş səviyyəli siqnallarla müqayisə etməyə, həmçinin siqnallarla bir sıra başqa əməliyyatlar aparmağa imkan verir. Odur ki, differensial kaskadlar bir çox elektron sxemlərin əsas komponentidir. Differensial kaskadların daha bir böyük üstünlüyü var.
Fazil Kassam
Fazil Kassam (5 avqust 1985) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fazil Kassam Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Kansay Yamamoto
Kansay Yamamoto (山本 寛斎, Yamamoto Kansay, 8 fevral 1944, Yokohama – 21 iyul 2020[…], Tokio) – Yaponiya dəb dizayneri. Avanqard kolleksiyalarına və Devid Boui ilə əməkdaşlığına görə tanınır. 2020-ci ildə leykoz xəstəliyindən ölmüşdür. == Həyatı == Kansay Yamamoto 1944-cü ildə doğulmuşdur. İnşaat mühəndisliyi üzrə təhsil aldıqdan sonra dəb ilə maraqlanmağa başlamışdır. 1971-ci ildə Londonda çıxış edən ilk Yaponiya dizayneri olmuşdur. Bu çıxışından sonra teatr dizaynları beynəlxalq uğur qazanmışdır. Bu dövrdə Elton Con, Con Lennon və Stivi Vander kimi musiqiçilərlə dostluq əlaqələri qurmuşdur. Londondakı uğuru Devid Bouinin diqqətini cəlb etmiş və 1973-cü ildə onunla əməkdaşlıq qurmuşdur. Yamamoto 2016-cı ildə verdiyi müsahibədə qeyd etmişdir ki, Boui onun Londonda satılan qadın geyimlərini tapdıqdan sonra onunla maraqlanmağa başlamışdır.
Kansay regionu
Kansay regionu (関西地方, Kansai-chihō) və ya Kinki regionu (近畿地方, Kinki-chihō) — Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto. == Adı == Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir. Kinki sözü kin (近, yaxınlıq) və ki (畿, İmperiya paytaxtı) sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi. == Coğrafiya == Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir. === Parklar === İse-Şima Milli Parkı Yoşino-Kumano Milli Parkı === Dağlar === Çuqoku dağların şərqi hissəsi === Göllər === Biva gölü === Çaylar === Kuzuryu çayı Kita çayı Yura çayı Yodo çayı Yasu çayı Katsura çayı Kamo çayı Kizu çayı Doton çayı Yamato çayı Maruyama çayı Kako çayı İbo çayı Kinokava çayı Yamato çayı Kumano çayı Muko çayı == Əhali == Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir. == Tarix == Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub.
Kaptay gölü
Kaptay gölü — Banqladeşin ən böyük gölü. Göl Karnaphuli hidro-elektrik layihəsi çərçivəsində Karnaphuli çayı üzərində Kaptay bəndi inşa edilərək yaradılmışdır. Onun ortalama 30 m, maksimum dərinliyi 150 m-dir. == Tarixi == Su elektrik Stansiyası üçün su anbarının tikintisinə 1956-cı ildə Şərqi Pakistan hökuməti tərəfindən başlanmışdır. Nəticədə Ranqamati rayonunda 220 km2 əkin sahəsi su altında qaldı. ABŞ tərəfindən maliyyələşdirilən layihə 1962-ci ildə sona çatdı. Beynəlxalq Mühəndislik Şirkəti (International Engineering Company) və "Utah International Inc." bəndin tikiltisi üçün müqavilə imzaladı. Bəndin uzunluğu 670,8 metr, hündürlüyü 54,7 metrdir. Su Elektrik Stansiyasının inşası məqsədiylə 18 min ailədən ibarət 100 min insan məcburi şəkildə başqa ərazilərə köçürüldü. Tarixi Çakmaz padşahının sarayı su altında qaldı.
Kaspar Vessel
Kaspar Vessel (ing. Caspar Wessel; 8 iyun 1745[…] – 25 mart 1818[…], Kopenhagen) — danimarkalı alim; ilk dəfə kompleks ədədlərin həndəsi təsvirini vermişdir.
Kasyan-Arıta
Kasyan-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Şərqində Kyorsyase-Tyebyoleqe şimalında isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Cənubunda Kuqun-Arıta, cənub-şərqində isə Oinniqes-Arı adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir. Mərkəzindən iki axar axaraq adanı iki hissəyə bölür.
Kasyan-Bettimete
Kasyan-Bettimete — Olenok körfəzində yerləşən ada. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Xobuox-Arıta adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-qərbdən cənub-şərqə uzanmışdır. Üzəri qumla örtülüdür. Kiçik göllərə sahibdir.
Layoş Kaşşak
Layoş Kaşşak (mac. Kassák Lajos; 21 mart 1887, Erşekuyvar — 22 iyul 1967, Budapeşt) — macar şair, siyasətçi, rəssam, avanqardın nəzəri mütəxəssisi, tərcüməçi, jurnalist, memar və yazıçı. O, macar ədəbiyyatında işçi sinfinə mənsub olan ilk yazıçılardan biridir. Öz üzərində işləməklə sosialist hərəkatı çərçivəsində yazıçı olan Kaşşak 1900-cü illərin əvvəllərində Budapeştin radikal intellektual mədəniyyəti üçün əhəmiyyət kəsb edən jurnallar dərc etdirmişdir. Tam olaraq tək başına hər hansı avanqard cərəyanının nümayəndəsi kimi bilinməsə də, ekspressionizm, futurizm və dadaizmin elementlərini qəbul edirdi. == Həyatı == Layoş Kaşşak Avstriya-Macarıstanın Erşekuyvar şəhərində (indiki Nove Zamki, Slovakiya) anadan olub. Atası əczaçı köməkçisi, anası isə camaşırxana işçisi olub. Valideynləri onun ali təhsil almasını istəsələr də, Kaşşak təhsilini dayandırıb çilingər köməkçisi kimi işləməyə başlayır. Bacısı Erji Uyvari Şandor Barta ilə ailə həyatı qurmuşdur. == Fəaliyyəti == 1904-cü ildə Kaşşak Budapeştə köçmüş və şəhər kənarında fabriklərin birində işləməyə başlamışdır.
Meri Kassat
Meri Stivinson Kassat (ing. Mary Stevenson Cassatt; 22 may 1844[…] – 14 iyun 1926[…]) — amerikalı rəssam və qrafik idi. Meri Kassat Allegeni şəhəri, Pensilvaniyada (indi Pittsburqun Şimalının bir hissəsi ), işində nailiyyətləri olan bir dəllalın - Robert Kassatın və bankir olan Ketrin Kelso Constonın qızı olaraq dünyaya gəlmişdir. Anası oxunmuş və enerjili bir qadın idi. Onun gələcək rəssamın dünyagörüşünün formalaşmasında böyük rolu olmuşdur. Fransız jurnalist Qustav Jefrua tərəfindən Mari Brakemon və Berta Marizo ilə yanaşı, Meri Kassat da impressionizmin "Üç əzəmətli xanımı"-ndan ( les trois grandes dames) biri hesab edilmişdir. 1879-cu ildə Dieqo Martelli onu Deqasla müqayisə etdi, çünki hər ikisi ən müasir şəkildə hərəkət, işıq və dizaynı təsvir etməyə çalışırdılar. == Erkən həyatı == Orta səviyyədən bir ailədə doğulmuşdur: Atası Robert Simpson Kassat dəllal və torpaq möhtəkiri idi. O, 1662-ci ildə Yeni Amsterdama gələn Fransız Hugenat Jak Kossartın nəslindən gəlir. Anası Ketrin Kelso Conston bankir ailəsindən idi.
Qaşqay (Bostanabad)
Qaşqay (fars. قاشقاي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (24 ailə).
Qaşqay Ziyəddinoğlu
Qaşqay Ziyəddin oğlu Ramazanov (6 oktyabr 1972, Ermənistan) — Azərbaycan jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru, publisist. == Həyatı == Qaşqay Ziyəddinoğlu 6 oktyabr 1972-ci ildə anadan olmuşdur. Bakı şəhərindəki 270 №-li orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. == Ailəsi == Ailəlidir, iki övladı var. == Jurnalist fəaliyyəti == 25 ildən çoxdur ki, Azərbaycan mətbuatında jurnalist fəaliyyəti ilə məşğuldur. 1995-ci ildən, Azərbaycanda nəşr olunan "Avrasiya", "Vətəndaş", "Retro", "Dövran", "Yeni Avrasiya", "Mərkəz" və digər qəzetlərdə müxbir, məsul katibin müavini, məsul katib, şöbə müdiri, redaktor, baş redaktorun birinci müavini vəzifələrində çalışmış və "Xalq qəzeti", "İki sahil", "Yeni Azərbaycan" və ölkənin digər aparıcı KİV və media qurumları ilə əməkdaşlıq etmişdir.. Hazırda "Yeni Azərbaycan" qəzetində işləyir. Uzun müddət Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında bölmə rəisi və redaktor, "Hərbi bilik" jurnalında redaktor vəzifələrində çalışmışdır. Jurnalsit-tədqiqatçı kimi bir çox layihələrdə və müsabiqələrdə iştirak etmiş, yüksək nailiyyətlər əldə etmişdir.
Sen-Kasyan
Sen-Kasyan (fr. Saint-Cassien) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38373. Kommunanın 2012-ci il üçün əhalisi 1155 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 307 ilə 424 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 24 km şimal-qərbdə yerləşir.