Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kvedi gölü
Kvedi gölü (gürc. ქვედის ტბა, oset. Къозы цад)-Cənubi Osetiyanın dağ gölüdür . Ölkənin sahəsinə görə üçüncü ən böyük gölü hesab edilir. Sahəsi 0,09 km², dəniz səviyyəsind\n hündürlüyü isə 1567 m-dir. Sürüşmə zamanı, sürüşmə məhsullarının çayın qabağını kəsərək yaranmışdır. Əsas çay Kvedik, yeganə tökülən çay isə Quedruladır (Rioni çayı hövzəsi, Codcorı qolu). Göl sıx meşə ilə örtülmüşdür. Qərbdən iynəyarpaqlı, şərqdən isə enliyarpaqlı meşə ilə əhatə olunubdur. Gölün şimalı dərələr və qrunt yol, cənub hissəsindən isə dağ silsiləsi keçir.
Elen Svedin
Helene Sve­din (21 oktyabr 1974, Sollefteo[d], Verternorrland[d]) — isveçli model. Helen Svedin 1997-ci ildə Flamenko şousunda portuqaliyalı futbolçu Luiş Fiqu ilə tanış olub. 2001-ci ildə Luiş Fiqu ilə­ evlənib. 3 qı­zı var - Da­nie­la (1999), Mar­ti­na (2002) və Stel­la (2004). Helen Svedin H&M brendinin rəsmi simasıdır.
Srednı adası
Srednı adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Sakit okean suları ilə əhatələnmişdir. Ada Şikotan adası sahilində yerləşən Dimitrov buxtasında yerləşir. Şikotan adasından 500 metr aralıda qərarlaşır. Bu buxtanın şimal-şərqin digər kiçik ada olan Dalnı yerləşir yerləşir Adanın adı buxtada yerləşən mövqeyi ilə əlaqədardır.
Vedi
Böyük Vedi (1946-cı ildən Vedi) — Ermənistanda şəhər, Vedi rayonunun mərkəzi. Şəhərin adı ərəb dilindəki Vadi (ərəb. وادي‎) sözündən yaranıb. Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində "iki dağ arasında olan uzun çuxur dərə", "bir çayın axdığı yer, çay yatağı", "çöl, səhra", "sahə", "məkan, yer" mənalarında işlənən vadi sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Medz (böyük) Vedi formasında işlədilir. Böyük Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir.
Vədi
Vədi (ərəb. وديع‎) — ərəb mənşəli ad.
Dasdatük kəndi
Daştatük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd T Kənd Talış dağlarının ətəyindən ətəyində yerləşir. Biləsər kəndindən 8 km aralı. Hirkan milli parkının ərazisinə daxildir. Əhalisi 901 nəfərdir. Məşğulluq sahəsi əkinçilik və maldarlıqdır.[mənbə göstərin] Bəzən Daşdatük variantında da qeydə alınan bu oykonimin düzgün variantı Daştətükdür. Kəndin adı talış dilindəki daşt (çöl, düzən) və tük (çəltik sahəsi) sözlərindən düzəlib (-ə bitişdirici saitdir), "çəltik əkilən düzənlik" deməkdir. Keçmişdə çəltik həyətyanı, yaxud da kəndin kənarında əkinə yararlı sahələrdə becərilirdi. Əhali belə sahələri daştətük adlandırırdı. Tədricən həmin əkin sahəsi yaşayış məntəqəsinə çevrilmiş və kənd də əkin sahəsinin adı ilə adlandırılmışdır.[mənbə göstərin] Kənddə Daştatük kənd məscidi dini icması fəaliyyət göstərir.
Dağlı kəndi
Dağlı (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd Dağlı (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd; Dağlı bələdiyyəsinin mərkəzi. Dağlı (Türkiyə) — Türkiyədə kənd.
Daşkənd kəndi
Daşkənd — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. Daşkənd indiki Ermənistan ərazisindəki Göyçə mahalının Şərq hissəsində yerləşmiş, qədim tarixə malik bir kənddir. Daşkənd sözünün mənası "sıldırım qayalıq və sal daşlardan ibarət yer" deməkdir. Kəndin bir hissəsi dağlıq, çaylarla əhatə olunan düzənlik göy yamaclardan ibarətdir. Daşkənd kəndi XIV əsrin sonunda, (1387-1388) yaranmışdır. Daşkənd kəndinin sakini 130 yaş ömür sürmüş Hacı Məmməd kişinin dediyinə görə kəndin himi Gəncə bölgəsindən gələn Hacı Hüseyn adlı dövlətli kişi və qohumları tərəfindən salınmışdır. Hacı Hüseyn kəndin himini salarkən həmin yerin münbit torpağının maldarlıq üçün əhəmiyyətli, bol sulu bulaqlarla əhatə olunduğuna görə yaşayış yeri seçmişdir. Kəndin ərazisi Qazax mahalının otaraq və yaylaq yerləri olmuşdur. Kənd Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. İnzibati cəhətdən Basarkeçər (indiki Vardenis) rayonunun azərbaycanlı kəndlərindən ərazicə və əhalinin sayına görə ən böyüyü olmuşdur.
Duqlas Kenni
Duqlas Kenni (ing. Douglas Kenney; 10 dekabr 1946 – 27 avqust 1980, Kauai adası, Havay) — amerikalı komediyaçı. Məşhur yumor jurnalı olan "National Lampoon"-un yaradıcısı və yazıçısı. Həmçinin "Animal House" və "Caddyshack" kimi kult filmlərin də ssenari müəllifi və istehsalçısı idi. Duqlas Kenni 10 dekabr, 1946-cı ildə Floridada dünyaya gəlmişdi. Daha uşaq yaşlarında olarkən ailənin sevimlisi olan böyük qardaşı vəfat edir. Bu hadisədən sonra Duqlas özünü daim ölmüş qardaşının kölgəsində hiss edir və buna görə də ailəsi ilə arasında müəyyən problemlər yaranır. İlk təhsilini katolik məktəbində alan Duqlas Kenni daha sonradan Harvard Universitetində təhsilini davam edir. Burada o, öz yaxın dostu Henri Bird ilə birlikdə universitein yumor jurnalı olan The Harvard Lampoon jurnalını yaradır. Henri ilə birgə parodiya romanları və zarafatlar yazan Duqlas daha sonradan məşhurluq qazanacaq National Lampoon jurnalının əsasını da burada qoyur.
Dırnıs kəndi
Dırnıs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Dırnıs Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Vənənd çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. XIX əsrə aid ədəbiyyatda Dernis variantında qeydə alınmışdır. Oykonim ərəb dilindəki der/deyr (məbəd, monastır) və naus (zərdüşti qəbirləri üstündə tikili) komponentlərinin birləşməsi kimi izah olunur. Əslində, oykonim rayonun ərazisindəki Qapıcıq adlı dağ aşırımı ilə bağlı yaranmış çox qədim dil vahididir. Bir çox qədim dillərdə dura (yunan), duar (gürcü və osetin), dvaras (hind), drunk (qədim fars) və s. sözlər "qapı", "qapılar", "dağ kecidi" mənalarında işlənmişdir.. Dırnıs kəndi Ordubad rayonunun,habelə,bütün Naxçıvan diyarının ən gözəl kəndlərindən biridir. Bura çox qədimdən insan məskəni olmuşdur.Yaşı min ildən artıq olan bu kənddə türkdilli Alban tayfaları yaşamışdır.
Dədəli kəndi
Dədəli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Dədəli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Dədəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Dədəli (Talin) — Qərbi Azərbaycanın Talin mahalında kənd. Dədəli (körpü) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü.
Firəng kəndi
Firəng kəndi — İrəvan xanlığının Karbibasar mahalında kənd adı. 1590-cı ildən məlumdur. Daha sonra 1655-ci ilə aid ermənicə mənbədə çəkilir. Erməni mənbələrində Franqanos, 1728-ci ilə aid türkcə mənbədə Frəng kimidir. Kənd oradakı Frəng monastırının adındandır. Ona görə də 1724-cü ilə aid məlumata görə Səfəvi şahlarının Eçmiadzin kilsəsinə bağışladığı kəndlərdən (Kiraşlu, Muqni, Aqavnatun, Əştərək, Norahovit, Batrinc, Frəng) idi. Kəndin adı orta əsrlərdə türklərin ümumiyyətlə avropalılara verdiyi firəng (Yaxın Şərqdə bu söz Xaç yürüşlərindən sonra yaranmışdır) sözündəndir. XIV əsrdə İtaliya katolik missionerləri, başda Bartolemey olmaqla, İrəvan əyalətinə gələrək katolik məzhəbini yaymış, 14 kəndə bu məzhəbi qəbul etdirmiş və yerli əhalinin firəng adlandırdıqları monastırı tikmişdilər. Lakin erməni kilsəsi onları XVII əsrdə qriqoryanlaşdırmışdır. Katoliklərin məskunlaşdıqları kəndlərdən biri də Naxçıvanın Əlincə mahalında ermənicə Abaraner, Azərbaycanda Göy-Firəng adlanan kənd idi.
Göyəbaxan kəndi
Göyəbaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd. Yerli əhalinin yozumuna görə, yaşayış məntəqəsi hər tərəfdən dağlarla əhatə olunduğundan və qonşu kəndlərdən görünmədiyindən belə adlandırılmışdır. Göyəbaxan (Gora, Günəbaxan da adlanır) maldarlıqla əlaqədar təsərrüfat tikilisi olub, "yeni doğulmuş quzuların salındığı yer"ə deyilir. Digər bir iddiaya görə, Göyəbaxan kəndinin adının mənası "Göy əbalı xan" deməkdir. Kənd əhalisinin sözlərinə görə XIX əsrin əvvəlində ruslardan qaçaq düşmüş beş qardaş Tovuz rayonunun dağlıq ərazisində yerləşirlər. Qardaşlardan biri hazırkı Göyəbaxan kəndi ərazisində yerləşir. Həmin qardaş göy rəngli geyimlərə (əbalara) üstünlük verdiyindən onun yaşadığı yer də əvvəllər "göy əbalı xanın yeri" adlanır. Zaman keçdikcə bu ad "Göyəbaxan" deyə səslənir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Çınqıldağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir.
Gözəldərə kəndi
Gözəldərə (Pəmbək) — Pəmbək mahalında kənd. Baş Gözəldərə — İrəvan quberniyasmda Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Aşağı Gözəldərə — İrəvan quberniyasmda Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Gözəldərə dehestanı — İranda, Zəncan ostanının Əbhər şəhristanının Sultaniyə bəxşində inzibati ərazi vahidi. Gözəldərə — Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd! olmuşdur. XIX əsrin əvvəllərində ləğv edilmişdir. Gözəldərə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Gözəldərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Gözəldərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda çay.
Haput kəndi
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Heca vəzni
Heca vəzni (sillabik vəzn) — misralarda heca saylarının bərabərliyinə və ahəngdar bölgülənməyə əsaslanan şeir vəzni. Əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmişdir. Heca vəzninin ən mühüm şərti ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan, səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir. Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur.
Horadiz kəndi
Horadiz — Azərbaycan Respublikasının Füzuli rayonunda kənd. Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır. Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. 1993-cü il sentyabrın 3-də kənd Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin işğalına məruz qalmışdır. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. Horadiz kəndi Füzuli rayonunun dörd kəndi ilə birlikdə azad olunmuşdur. "Qoradüz" adının danışıqda təhrifidir. Türk dillərində kora, qora, qura, monqolca xürz "yarım oturaq həyat tərzi keçirən maldarların qışlaq yerində müvəqqəti evləri və təsərrüfat "gecələr malqara salqmaş üçün hasırlanmış yer" və düz (düzən yer) sözlərindən ibarətdir. Cənubi Qafqazın türk toponimiyasında kora (qora) sözü sonralar "kara" və "qara" formalarında bir sıra dərə, təpə və düzən adlarında əksini tapmışdır. XVII əsrdə Naxçıvanda Kürədiz.
Həsən kəndi
Həsənkəndi (Şövt)
Kendi Dalfer
Kendi Dalfer (nid. Candy Dulfer) — Hollandiya musiqiçi və sənətkarı, tanınmış, virtüoz saksafon ifaçısı və ustadı. Kendi Dalfer 19 sentyabr 1969-cü ildə Amsterdamda musiqiçi ailəsində anadan olub.
Kenni Ci
Kennet Brüs Qorlik (ing. Kenneth Bruce Gorelick; doğ. 5 iyun 1956), daha çox səhnə adı Кенни Ci (ing. Kenny G), ləqəbi ilə amerikalı saksafonçu. Onun 1986-cı ildə yayımlanan Duotones albomu ona dünya şöhrəti gətirmişdir.
Kenni Makkormik
Kenni MakKormik (ing. Kenny McCormick ? McKormick), South Park cizgi serialının 4 əsas personajından biri. Dublaj — Mett Ston, Erik Stof, Maykl Cac. Kenni MakKormik — 4 baş personajlardan biri. Katolik. Kevin MakKormik — Kenninin qardaşı. Katolik. Stuart MakKormik — Kenninin atası. İşsiz alkaqolik.
Kenni Rocers
Kenneth Ray "Kenny" Rocers (21 avqust 1938[…], Hyuston, Texas, ABŞ – 20 mart 2020[…], Sendi-Sprinqs, Corciya, ABŞ) — ABŞ pop müğənnisi, musiqi yazıçısı və aktyor. 1958-ci ildən bəri musiqi işlərinə davam edir. 1977-ci ildən bəri başda "Qremmi" olmaq üzrə bir çox dəfə musiqi mükafatlarına layiq görülmüşdür. "Grammy" xaricində əldə etdiyi musiqi mükafatlarına nümunə olaraq "Academy of Country Music", "Country Music Association", "American Music" və "Cmt Music" mükafatları göstərilə bilər. Kenny Rogers günümüzə qədər cəmi 65 albom çıxartmışdır və albomları bu günə qədər 100 milyondan çox satmışdır, bütün zamanların albomları ən çox satan sənətçiləri sıralamasında səkkizinci sırada gəlir.
Kenni Sayef
Kenni Sayef (17 dekabr 1993) – Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin yarımmüdafiəçisi. Gentdə ilk matçına 29 avqust 2014-cü ildə keçirilən Gent-Kortrijk matçının 82-ci dəqiqəsində çıxıb. Matç Kortrijkin 0-1 hesablı qələbəsi ilə başa çatıb.Gentin heyətində ilk dəfə 14 sentyabr 2014-cü ildə keçirilən Gent-Excel Mouskron matçında fərqlənib. Matça 75-ci dəqiqədə çıxmasına baxmayaraq 82-ci dəqiqədə fərqlənməyi bacarıb. Eyni zamanda matçın 82-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç Gentin 1-0 hesablı qələbəsi ilə başa çatıb. 1 iyul 2018-ci ildə Gentdən ayrıldı. Anderlextin heyətində ilk matçına 21 yanvar 2018-ci ildə keçirilən Genk-Anderlext matçında çıxıb. Matç Anderlextin 0-1 hesablı qələbəsi ilə başa çatıb. Anderlextdə ilk qolunu isə 24 yanvar 2018-ci ildə keçirilən Anderlext-Beveren matçının 83-cü dəqiqəsində vurub.Eyni zamanda matçın 90+3-cü dəqiqəsində də qol vurub.
Keyni Sayə
Keyni Sayə (fars. کینی‌سایه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 332 nəfər yaşayır (103 ailə).
Kosakan kəndi
Tatar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. Tatar kəndi dağətəyi ərazidədir. Keçmış adı Kosakan Tatar olmuşdur. Əhali arasında Tatar Kosalar, Əhmədbəy Tatar da adlanır. Yaşayış məntəqəsini XIX əsrdə Qubadlı rayonunun Tatar kəndindən gəlmiş ailələr Kosakan adlı kəndin ərazisində məskunlaşaraq salmışdılar. Bu kəndin əvvəlki sakinləri isə vaxtilə Cənubi Azərbaycan ərazisinə köçərək orada məskunlaşmışlar. Oykonim qədim türk dillərindəki kosak (bağlanmış, birləşmış) sözlərindən və -an (yer, məkan) şəkilçisindən düzəlib, insanların oturaq həyata keçməsi ilə əlaqədar yaranmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1886 - cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 2-ci Zəngilan kənd dairəsi, Tatar kəndində 75 tüstü və 345 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə - "tatarlar").