Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Keşniş
Keşniş (lat. Coriandrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Keşəli
Keşəli (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Keşəli (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsində inzibati-ərazi vahidində kənd.
Kəsmik
Kəsmik – insan orqanizmi üçün faydalı qidalardan biri olan, qatılaşmış sud məhsulu. Azərbaycanda xalq arasında kəsmik hazırlamaq üçün təzə sağılmış südə bir qədər qatıq əlavə edilir və ocağa qoyulur, süd qaynama dərəcəsinə çatanda kəsilir (çürüyür). Hazır məhlulu torbaya töküb süzürlər. Azərbaycanın bir sıra rayonunda dələmədən də kəsmik hazırlanır. Kəsmiyin sənaye istehsalı üçün süd turşusu bakteriyaları ilə süd mayalandırılır və zərdab kənar edilir. Kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və lizin amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. vardır. Yağlılığına görə kəsmik yağlı (ən azı 18%), yarım yağlı (9%), yağsızlaşdırılmış (0,6%) növlərə bölünür. 100 q yağlı kəsmiyin kaloriliyi 230 kkal-dir (960 kc). 1 kq belə kəsmik yağlılığı 3,0—3,5% olan 5,9—6,9 kq süddən hazırlanır.
Kəşkül
Kəşkül — süddən bişirilən bir növ şirniyyat ya desertdir. Kəşkül, süd, döyülmüş badam, şəkər, düyü unu və kartof unu ilə bişirilir.Bişirmə texnikası Muhallebi kimidir. Qaynama sona çatarkən südün içinə hindistan qozu tozu tökülür. Kasalar vasitəsilə çəkilmiş badam, şamfıstığı və fıstıq ilə bəzənər. == Mənbə == Kəşkül Arxivləşdirilib 2011-12-17 at the Wayback Machine == Xarici keçidlər == Ne Pişirim?
Kəşmir
Kəşmir — Asiyada tarixi vilayət. Qədimdə və orta əsrlərdə Hindistan ərazisində yaranmış müxtəlif dövlət birləşmələrinin tərkibinə daxil olmuşdur. Kəşmir 1586-cı ildə Böyük Moğollar imperiyasına qatıldı. 1756-cı ildə əfqanlar, 1819-cu ildə siqhlər işğal etdilər. 1846-cı ildə ingilis müstəmləkəçiləri Kəşmiri işğal edib 7,5 mln. rupi ödənclə Cammu knyazlığına verdilər. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan və Pakistan dövlətləri Kəşmiri öz ərazilərinə birləşdirməyə cəhd göstərdilər. Pakistanın Kəşmirə 22 oktyabr 1947-ci il silahlı müdaxiləsi BMT Təhlükəsizlik Şurasının vasitəçilik komissiyası tərəfindən 1 yanvar 1949-cu il tarixdə dayandırıldı. Kəşmirin şimal-qərbi Pakistanın, qalan (əksər) hissəsi isə Hindistanın nəzarəti altına keçdi. 1952-ci ilin iyulunda Kəşmirlə Hindistanın imzaladığı Dehli sazişinə əsasən Kəşmir ştat (Cammu və Kəşmir) hüququnda Hindistanın tərkibinə daxil oldu.
Eskil
Eskil — Aksaray ilinə yerləşən ilçə.
Esxil
Esxil (qəd-yun. Αἰσχύλος, E.ə. 525, Elefsis– e.ə. 456, Cela) — qədim yunan dramaturqu, avropa və yunan faciəsinin banisi. == Həyatı == Esxil (e.ə. 525–456) ilk yunan faciə yazarıdır. O, təxminən e.ə. 525-ci ildə Afinanın yaxınlığında Elevsin qəsəbəsində zadəgan ailəsində anadan olmuşdur. Esxilin həyatı Afina tarixinin ən mühüm dövrünə təsadüf edir. E.ə.
Fəsil
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Keşik
Keşik (monq. хишигтэн; — «hökmdarın yaxın və sadiq qulları») — Çingiz xan tərəfindən yaradılmış Böyük Monqol imperiyasında xanın şəxsi qvardiyası. == Tarixi == Böyük Monqol imperiyasında ayrıca cangüdənlər dəstəsi- keşik yaradıldı. Keşik iki hissədən ibarət idi. Kebtaul- axşam qoruyucuları və turxaud-gündüz qoruyucuları. Keşik monqol qvardiyasını təşkil edirdi. Temuçinin yaratdığı bu idarəetmə aparatı köhnə qəbilə institutlarından fərqlənirdi. Bu aparat xanın iradəsi ilə yaradılmışdı, onun nökərləri, sadə xalqın- aratların üzərində ağalığını təmin edirdi. Bu dövlət qurumuna bənzəyən aparat xanın maraqlarını müdafiə edirdi. Qvardiyaçı-keşikçilər nizam-intizamın pozulmasına görə çox ağır cəzaya məhkum edilirdilər.
Keşiş
Keşiş — Xristianlıqda evlənməmiş, manastırda yaşayan rahib və ya rahibə. == Haqqında == Rahib sözünün kökü ərəb və fars dillərinə əsaslanır. Rahiblər aralarında xristianlığın ən sıx formasını yaşamağa çalışan, bunun üçün ayrılığa gedib günlərlə ilahi düşüncə ilə məşğul olan, monastırda yaşayan və həyatlarını xristianlığa uyğun şəkildə nizamlayan insanlardırlar. Köhnə dildə monastırlara "keşişxana" deyilirdi. Bunlar Franciskan, Dominikan, cizvit rahibləri kimi təriqətlərə görə bölünürdülər. Rahiblik özünü tərki-dünya etmək deməkdir. Rahiblər düşüncə ilə dünyadan uzaq bir həyat sürdükləri monastırda yaşayırlar. İçki içmirlər, oruc tuturlar və cinsi həyatdan uzaq dururlar. Fərdi rahibliklə qrup şəklində edilən rahiblik fərqlidir. Məsələn, İslamda hamı ramazan ayında oruc tutur.
Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Kəsik (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Kəski
Kəski - materialların torna dəzgahında kəsmə ilə emalında tətbiq olunan alətdir. Kəski normal halda üzərində möhkəm və ya hərkətli bərkidilmiş kəsici lövhələr olan tutqacdan ibarətdir. Tutqacın en kəsiyi dördbucaqlı və dairəvi olur. Kəski ən geniş yayılmış metalkəsən alətdir. O metal qatını əsas tilinin köməyi ilə kəsir. Əsas til düz və ya fasonlu ola bilərlər. Veriş həmişə kəsmə hərəkətinə perpendikulyar aparılır. Kəaskilər torna, yonma dəzgahlarında tətbiq olunurlar. ==== Kəsici materialı ==== Kəsici material kimi dəyişiləbilən lövhələrdən istifadə edilir. Bu lövhələr üzərinə örtük çəkilmiş bər xəlitədən, keramikadan, almazdan və ya polikristal bornitriddən hazırlanır.
Nəsil
Nəsil— başlanğıcını bir ümumi əcdaddan götürən, birlikdə yaşayıb-işləyən, ümumi əmlakı olan qohumlar kollektivi. Nəsil (qəbilə) icması "ağıllı insan"ın meydana gəlməsi ilə yaranır. Qəbilə icması insan sürüsündən daha çox möhkəm və mütəşəkkil idi.Nəsil — (ing. generation, ru. поколение) — Verilənlərin saxlanması sistemlərində: bir-biri ilə qarşılıqlı əlaqəli olan fayllar toplusunun ayrılması (xüsusiləşməsi) sxemi; ən əski variant "baba", sonrakı "ata", ən yeni isə "oğul" adlanır. 2. Proqramlaşdırmada: proqramın çalışması gedişində yaranan proseslərin (məsələlərin) "nəsil" proseslərini təsvir etmək üçün istifadə olunan analoji terminlər çoxluğu (ulubaba, ata, övlad). 3. Aparat təminatında: kompüterlərin, onlarda istifadə olunan texnoloji yeniliklərin növləri üzrə təsnifatı. Nəsillərin hesablanması elektronlampalar əsasında yaradılmış ilk kompüterlərdən başlayıb və hazırda beşinci nəslə çatıb.
Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Xəşil
== Xəşil Haqqında == xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). == Tərkibi: == (2 nəfərlik) 1 stəkan un3 stəkan qaynadılmış soyuq su1/3 çay qaşığı duz === Üstü üçün: === Bəkməz (doşab)əridilmiş kərə yağıŞəkər tozu === Hazırlanması: === Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq. ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın. Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Yemək getdikcə qatılaşacaq.
Arif Kəskin
Arif Kəskin - Azərbaycanlı sosioloq və Orta Şərq üzrə mütəxəsis. == Həyatı == Arif Kəskin Cənubi Azərbaycanın 1973-ci ildə Muğan bölgəsində anadan olmuşdur. == Təhsili == Orta məktəbi Muğanda tamamlamışdır. 1993-cü ildə Təbriz Universitetinin Sosial Elmlər fakültəsinin Sosiologiya ixtisasından məzun olmuşdur. 1999-cu ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində magistr təhsili almışdır. Magistr təhsilini bitirdikdən sonra Ankara Universitetində Siyasi Elmlər fakültəsində doktarantura təhsili almışdır. == Fəaliyyəti == Arif Kəskin 1999-cu ildən ASAM (Avrasiya Strateji Araşdırmalar Mərkəzi), TÜRKSAM, XXI Əsr Türkiyə İnistitutu və ORSAM kimi düşüncə qurumlarında orta şərq üzrə mütəxəsis olaraq çalışmışdır. 1999-cu ildən günümüzə qədər Türkiyə mətbuatında (Stratejik Analiz, Avrasiya Dosyesi, Radikal, Aktual, Vətən, 2003, Qlobal Strategiya və s.) 100-dən çox məqaləsi yayımlanmışdır. Yazıları Türkiyə xaricində Azərbaycan türkcəsinə, farscaya və ingiliscəyə tərcümə edilərək nəşr edilmişdir. Türkiyədə yazdığı məqalələri İranda tərcümə edilərək kitab halında nəşr edilmişdir.
Azad Kəşmir
Azad Cammu və Kəşmir (urdu آزاد جموں و کشمیر, ing. Azad Jammu and Kashmir; qısaca — Azad Kəşmir) — keçmiş Cammu və Kəşmir knyazlığının pakistanlıların idarəsində olan ən cənub inzibati vahidi. Faktiki Pakistanın bir hissəsi olsa da, Pakistan tərəfindən müstəqil dövlət kimi tanınır. Hindistanın Cammu və Kəşmir ştatı ilə şərqdən, eləcə də Pakistanın Hayber-Paxtunxva vilayəti ilə qərbdən, Gilgit-Baltistan vilayəti ilə şimaldan və Pəncab vilayəti ilə cənubdan sərhəddir. İnzibati mərkəzi Müzəffərabad şəhəridir. Sahəsi 13 297 km², əhalisi təxminən 4,5 milyon nəfərdir. == Tarix == Azad Kəşmir 1947-ci ilin oktyabrında Kəşmirdə populyar olmayan Maharaca Hari Sinqha etiraz olaraq elan edildi. Birinci Hind-Pakistan Müharibəsindən sonra bugünkü faktiki sərhədlər, o cümlədən Kəşmir və Cammu coğrafi bölgələrinin yalnız qərb hissələri (yəni hər iki əsas şəhər - Şrinaqar və Cammu - Hindistanda qaldı) formalaşdı.
Erol Keskin
Erol Keskin (2 Mart 1927 – 1 Oktyabr 2016) — Hücumçu kimi çıxış etmiş Türkiyə futbolçusudur. 1948 Yay Olimpiya Oyunları və 1954 FİFA Dünya Kubokunda iştirak etmişdir. Keskin Fənərbaxça PFK və Adiköybey FK klublarında çıxış etmişdir.
Kaşbil (Talış)
Kaşbil (fars. كش بيل‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 250 nəfər yaşayır (52 ailə).
Keşəli (Qaraçöp)
Keşəli (gür.: g.ə. ქეშალო, l.ə. keşalo) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2014-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 2.438 nəfər (1.314 nəfəri kişilər, 1.124 nəfəri qadınlar) əhali yaşayır.
Keşəli (Sarvan)
Keşəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Kəskin bronxit
Kəskin bronxit - bronxların məhdud iltihabıdır. Öskürək və bəlğəm ən önəmli klinik əlamətləridir. Adətən yuxarı tənəffüs yollarının infeksiyası fonunda başlayır. Kəskin bronxitdə öskürəyin 5 gündən artıq davam etməsi ilə yuxarı tənəffüs yolu infeksiyasından fərqlənir. Kəskin bronxitin törədiciləri yuxarı tənəffüs yolu infeksiyasına səbəb olan viruslardır. İnfluenza A və B, parainfluenza, koronavirus (tip1-3), rinovirus, respirator sinsisityal virus ve insan metapnevmovirusu ən sıx rastlanan törədicilərdəndir. Xroniki başqa ağciyər xəstəlikləri olmayan normal insanlarda aparılan araşdırmaların çox azında törədicinin bakterial olduğu aydınlaşdırılmışdır. Törədicilər viruslar hesab olunur. Mycoplasma pneumoniae və Chlamydophila pneumoniae nadir hallarda - əsasən kollektivdə olan yoluxmalarda kəskin bronxitə səbəb olurlar. Belə hallarda öskürək daha az müddətli (≥3 gün) olur.
Kəskin pankreatit
Kəskin pankreatit — mədəaltı vəzin fermentativ autoliz prosesi nəticəsində ödemi və ya aseptik nekrozu ilə başlayıb ikincili irinli infeksiyanın qoşula bilməsi ilə xarakterizə olunan xəstəlikdir. KP pankreas toxumasının məhəlli və ya diffuz şəkildə destruksiyasına gətirib çıxara bilər ki, bu hal pankreonekroz adlanır. Bu zaman peritonarxası toxumanın da nekrozu müşahidə oluna bilər. Bəzən irinli infeksiyanın qoşulması nekroz sahəsinin absesləşməsinə səbəb olur. == Epidemiologiya == Amerika Birləşmiş Ştatlarında hər il 100 000 əhalidən 40 insanda kəskin pankreatit rast gəlinir. Digər ölkələrdə bu göstərici 5–80 arasında dəyişir. == Risk faktorları == KP-nin ən çox rast gəlinən səbəblərinə aşağıdakılar aid edilir: ► öd daşları ► xroniki alkoqol qəbulu ► bəzi dərman maddələrinin (məsələn, merkaptopurin, didanosin, pentamidin, ► sulfonamidlər, salisatlar, furosemid) qəbulu ► infeksiyalar ► genetik hiperlipidemiya ► abdominal travmalar ► qonşu orqanlarda və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlar ► endoskopik retroqrad xolangioqrafiya ► xroniki hiperkalsiemiya ► pankreas və Fater məməciyinin şişləri ► Öddi sfinkterinin diskineziyası ► 12 barmaq bağırsaq xəstəlikləri == Klinik Təsnifat == KP klinik gedişinə görə iki yerə bölünür: mülayim gedişli və ağır gedişli destruktiv pankreatitlər. KP təsadüflərinin əksəriyyəti (80%) mülayim gedişli və məhdudlaşmış olur. Mülayim gedişli kəskin pankreatitlər zamanı cərrahi müalicə göstəriş deyil . Mülayim gedişli (yüngül — ödemli) pankreatit 3–5 gün ərzində aparılan bazis müalicəvi tədbirlər nəticəsində və ya öz-özünə sağala bilir.
Kəskin qarın
Kəskin qarın termini altında səbəbi bəlli olmayan kəskin şiddətli və ya kəskin təkrarlanan, qayıdan qarın ağrıları nəzərdə tutulur. Kəskin qarın zamanı təcili diaqnostikaya və çox vaxt cərrahi əməliyyata ehtiyac duyulur . == Səbəblər == Kəskin qarına aşağıdakılar səbəb ola bilər: Kəskin xolesistit Kəskin pankreatit Kəskin appendisit Bağırsaq keçməməzliyi - (lat. ileus) Kəskin peritonit Mədə və onikibarmaq bağırsaq xoralarının perforasiyaları (deşilməsi) Bağırsaq divertikulitlərinin perforasiyaları Öd kisəsi divarının perforasiyası Mezenterial infarkt (müsariqə arteriyalarının trombozları nəticəsində meydana çıxan bağırsaq nekrozu). Böyrək sancıları Qarın aortası anevrizması Partlamış ektopik hamiləlik metabolik xəstəlik (şəkərli diabet sonucunda laktasidoz) == Simptomlar == Kəskin qarının əsas kliniki bəlirtiləri aşağıdakılardır: şiddətli qəfləti və ya daimi yerli yaxud yayılan qarın ağrıları peritoneal əlamətlər (əzələ gərilməsi - qarın divarının hissəvi və ya tam gərginliyi taxta qarın — Şotkin-Blyumberq simptomu) bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma) qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi,tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi) defekasiya(nəcisin ifrazı) aktının olmaması ümumi vəziyyətin pozulması. === Ağrılar və anatomik bağlılığı === Ağrılar xasiyyətcə 3 cür olur: Tutmaşəkilli visseral ağrılar küt, dərin, diffuz (yayqın), çox vaxt tutmaşəkilli (intensivliyinə görə artan-azalan) olur, xəstə dəqiq yerini söyləyə bilmir. Visseral ağrılar boşluqlu orqanın şişib gərilməsi, əzələ yığılmaları (spazmaları), bağırsağın ağrıverici hiperperistaltikası və yaxud orqan kapsulunun qəfləti gərilməsi sonucunda meydana gəlir, məsələn: sidik axarı sancısı, öd kisəsi sancısı, qara ciyər kapsulunun gərilməsi.qəfləti güclü ağrılar hansısa boşluq orqanının dəlinməsi və ya qarın aortası anevrizmasının əlaməti ola bilər.Sürəkli somatik ağrılar kəskin, yandırıcı olur, xəstə dəqiq yerini deyə bilir. İltihab (örnəyin appendisit), zədə və ya orqanın emboliyası (damar tıxanması) nəticəsində əmələ gəlir və peritondan, mezenterdən mezokolondan yaxud peritonarxası sahədən qaynaqlanır. === Əzələ defansı (taxta qarın) === Əzələ defansı (əzələ müdafiəsi) yerli başlayıb bütün qarına yayıla (taxta qarın, peritonizm) bilər. Əgər peritonizm qızdırma və iltihab göstəricilərinin (C-reaktiv zülal, leykositoz) qalxmasıyla müşahidə olunursa, bu, artıq kəskin qarının peritonitlə müşayiət olunması haqqda xəbər verir.
Kəşmir məsələsi
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.