KƏSİF

sif. [ ər. ]
1. Qalın, qəliz, qatı, qeyrişəffaf, tutqun.
Gilanın üzərində qalın bir sis, günəşin ziyasına mane ola biləcək kəsif bir kölgə vardı. S.Hüseyn.
Ətrafı kəsif bir duman bürüdü. H.Nəzərli.

2. Ağır, boğuq, nəfəsi çətinləşdirən; ağır və pis qoxuyan; kəsafətli.
Firidun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. M.İbrahimov.
Adamların burnunu və boğazını acışdıran kəsif çürüntü iyi ətrafı bürümüşdü. P.Makulu.
[Xəlil Mirzə] maxorka tüstüsündən və kəsif havadan bir dəqiqə də olsun çimir eləyə bilmədi. Q.İlkin.

3. Natəmiz, pinti.

Синонимы

  • KƏSİF 1. KƏSİF Döşəməni neftlə sildiklərindən hava ağırlaşmışdı. İçəridəki bu kəsif qoxu və ağır sükut adamı darıxdırırdı (İ
KƏSİCİLİK
KƏSİFLƏŞDİRİLMƏ

Значение слова в других словарях