Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kulakun
Kulakun (fars. كولاكون‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər. yaşayır (15 ailə).
Kumarin
Kumarin (2H-chromene-2one ya 2H-1-benzopyranon-2) — lactone o-hydroxycinnamic turşusu. == Xüsusiyyətləri == Yeni kəsilmiş otların qoxusunu verən rəngsiz kristallardır; ərimə temperaturu 70 ° C, qaynama temperaturu 291 ° C-dir. Kumarin spirt və efirdə yaxşı, suda zəif həll olur ,4-hidroksillə yüngül turşu xassəsi göstərdiyi üçün, bir qədər qələvi mühitdə həll edilə bilər. == Kimyəvi xassələr == Kumarin benzoldan fərqli olaraq doymamış laktonlar və ya benzoləvəzləyicilərlə daha az reaksiya qabiliyyətinə malikdir. A == Təbiətdə olması == Kumarin glikosidlər şəklində bir çox bitkilərin tərkibində aşkar edilmişdir - onların nümayəndələri arasında Astrov ailə ( gerbera, chamomile, civanperçemi ), eləcə də yonca, bizon, darçını göstərmək olar. == Alınması == Sənayedə coumarin salisilik aldehid və asatik anhidritdən əldə edilir (bax) Perkin reaksiya ). == Tətbiqi == Kumarindən tütün məhsullarının istehsalında və ətir sənayesində istifadə olunur. Törəmələridən (coumarins) boya lazerlərində istifadə olunur. Qalvanika sənayesində də güclü parlayıcı kimi istifadə olunur. Kumarinin bir insana fizioloji təsiri çox zəifdir.
Kürkün
Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır.Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur. == Toponimikası == Kürkün oyk., sadə. Quba r-nunun Alpan i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir.
Kürtün
Kürtün Gümüşxanə ilinin bir ilçesidir. Mərkəz ilçe əhalisi 3000-dən. Əhalisi köyleriyle birlikdə 12.500 adamdır. 1991-ci ildə ilçe olmuşdur. Xalqının əhəmiyyətli bir hissəsini Türkmen, Çepniler meydana gətirər.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Kuran
Kuran (Soyuqbulaq)
Anatol Kuragin
Anatol Vasiliç Kuragin – Lev Tolstoyun “Hərb və Sülh” romanının, eyni zamanda roman əsasında çəkilmiş filmlərin və operanın qəhrəmanıdır. its various cinematic adaptations, and an operatic adaptation as well. Hərbçi olan Anatol, Elen Kuraginin qardaşıdır. Bacısının da köməyi ilə Anatol evli olmasına baxmayaraq, Nataşa Rostovanı yoldan çıxarır. Hətta Nataşa ona qoşulub qaçmaq da istəyir. Sonradan Anatol Napoleon müharibələri zamanı ayağını itirir. == İnkişaf == Romanın inkişaf etdirilməsi zamanı Tolstoy obrazın adının “Pyotr” olmasını və roman ərzində “tam bir təkamül yolu keçməsini” nəzərdə tutmuşdu. Anatole Shosttak served as the real life inspiration for the fictional Anatole Kuragin. == Təqdimat == Ester Polianovski Salaman yazır ki, “Tolstoy bütün digər obrazlarından fərqli olaraq, Anatolun xasiyyəti haqqında bizə yalnız bir məlumat verir: o, nadir halda nəsə edirdi.” == Filmlərdə == 1956-cı ildə çəkilmiş ABŞ filmində Anatol obrazı Vittorio Gassman, 1966-1967-ci illərdə çəkilmiş SSRİ filmində Vasili Lanovoy, 2007-ci ildə çəkilmiş mini serialda isə Almaniya aktyoru Ken Duken tərəfindən canlandırılmışdır.
Elen Kuragin
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Karasun gölü
Karasun — Krasnodar şəhərində yerləşən göllər sistemi.Əvvələr Karasun çay olmuşdur. Sonradan bəndlər vasitəsilə gölə çevrilmişdir Karasun çayının və gölünün adı çərkəz (adıq) mənşəli olub "карапсын" (Кlуэрейпсын) — mənbə, bulaq, yerini dəyişən deməkdir. Yerini, yatağını dəyişən çayları belə adlandırırdılıar. == Ümumi məlumat == Müasir dövrdə Karasun göllər sisteminə 15 göl daxildir: İkisi Pokrovski gölləri ("Kuban" stadionu yaxınlığında), üçü Kalininski gölləri (Selezneva və Stavropol küçələri arasında yerləşir) və on Paşkovski gölləri. Bu ərazidə çay tamamilə bəndlərlə tutularaq göl hövzələrinə çevrilib. Göllərin sahili qamışlıqla örtülüb. Göl dibi qalın çöküntü qatına malikdir. 2000-ci illərdə Paşkovski göllərini genişləndirdilər. Bu məqsədlə 60 milyon rubl ayrılmışdır. Payız aylarında Novosibirsk vilayətindən Afrikaya gedən qağayılar göllər ərazisində dayanırlar.
Kuaran paulliniyası
Quarana (port. guaraná, lat. Paullinia cupana) — paulliniya cinsinə aid bitki növü.
Kuaren deyro
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Karun xəzinəsi
Karun Xəzinəsi — çoxu e.ə. 560-546-ci illər arasında Lidiya ölkəsini idarə edən Krezin dövrünə aid olan və Uşakın 25 km qərbində və İzmir Avtomobil Yolu üzərində yerləşən Gur qəsəbəsi yaxınlığındakı arxeoloji qazıqlardan 1960-cı illərdə çıxararaq ABŞ-yə qaçırılan və 1993-ci ildə uzun bir hüquqi proses nəticəsində geri alınan əsərlərin toplu adı. Bəzi mənbələrdə Lidiya Xəzinəsi kimi də qeyd olunur. Xəzinənin ələ keçirilən hissəsində təxminən 450 parça var idi. == Əsərlərin xaricə qaçırılması == Lidiya dövrünün ən görkəmli əsərləri sırasında yer alan bu xəzinə 1965-1966-1968-ci illərdə Türkiyədən qaçırılmışdır. İlk qarət 1965-ci ildə Toptəpə arxeoloji qazığında baş verdi. 5 nəfərlik qrup qazılmış tunelin məzar otağına gələrək, burada tapdıqları əsərləri 65,000 Türk lirəsinə satdılar. Daha sonra, 1966-cı ildə, İkiztəpə arxeoloji qazığı 11 nəfər tərəfindən soyuldu və otaq içərisindəki 150 hissə abidə bir müddət saxlanıb, daha sonra 160,000 Türk lirəsinə satılıb. Karun xəzinələrinin üçüncü qarəti 1968-ci ildə Ağtəpə arxeoloji qazığında keçirilib və olan şəkil və abidələr 40,000 Türk lirəsinə satılıb. Xəzinənin bütün oğurlanmış parçaları Nyu-Yorkdakı Metropoliten Muzeyində 1985-ci ildə bir sərgidə jurnalist Özgən Açır tərəfindən görülüb.
Kuran (Hurand)
Kuran (fars. كورن‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 524 nəfər yaşayır (114 ailə).
Kuran (Soyuqbulaq)
Kuran (fars. كوران‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 364 nəfər yaşayır (57 ailə).
Kuran (Urmiya)
Kuran (fars. كوران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.195 nəfər yaşayır (207 ailə).
Sal-Küran
Sal-Küran (fr. Salles-Curan, oks. Las Salas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15–64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,0%, 1999-cu ildə bu göstərici 69,8%).
Kraun efirləri
Kraun efirlər (ingilis sözü crown – korona) – bir-birinin ardınca gələn etilen körpüləri -CH2-CH2- və oksigen atomlarından ibarət olan böyük tsiklik molekullardır (makrotsikllər). Bəzi hallarda O atomlarının bir hissəsi N və S atomları ilə əvəz edilib. Belə molekulların forması taca ("korona"ya) oxşayır ki, onların adı da buradan götürülüb (ingiliscə crown – korona). Kraun efirlərin makroheterotsiklində 11-dən çox atom olur ki, bunlardan ən azı 4-ü heteroatomdur. Kraun efirlərinin nomenklaturası: formula I — 12-kraun-4; (1,4,7,10-tetraoksatsiklododekan) formula II — 1,10-diaza-18-kraun-6; (4,7,13,16-tetraoksa-1,10-diazasikloоktadekan) formula III — 1,7-ditia-15-kraun-5 formula IV — dibenzo-18-kraun-6 formula V — tsikloheksano-15-kraun-5 == Kraun efirlərin xassələri == Formal olaraq bütün kraun efirləri heterotsiklik birləşmələr sinfinə aid etmək olar, lakin bu birləşmələrin qeyri-adi xassələri onların müstəqil sinfə ayrılmasına imkan verdi və bununla əlaqədar olaraq onların adılandırılması üçün xüsusi qaydalar təklif edildi. Addakı "kraun" sözün qarşısındakı rəqəm tsikldə olan atomların sayını, adın sonundakı rəqəm heteroatomların O, N və S sayını göstərir (şəkil 1). Adda tsikldə O atomlarının olması göstərilmir bu başa düşülür (nəzərdə tutulur), əgər tsikldə digər heteroatomlar (oksigendən başqa), məsələn azot yaxud kükürd varsa, onların sayı adın əvvəlinə di-, yaxud tri- söz önlüyü əlavə edilməklə, tsikldəki vəziyyəti rəqəm indeksləri ilə göstərilir, əvvəlcədən tsikldəki bütün atomlar nömrələnir. Kraun efirlərin tərkibində sadə efirlərə xas olan C-O-C fraqmenti olur, həmçinin onların tərkibində amin fraqmenti C-NH-C, yaxud tioefir frqmenti C-S-C ola bilir. == Kraun efirlərin qələvi metal kationları ilə kompleksləri == Bu sinif maddələrin xarakterik xüsusiyyəti tərkibindəki oksigen, azot və kükürdün bölünməmiş elektron cütünün hesabına kompleks əmələ gətirmək qabiliyyətidir. Bu xüsusiyyət kraun efirlərində tsikldə çox sayda heteroatomların olması hesabına dəfələrlə güclüdür.
Sal-Küran (kanton)
Sal-Küran (fr. Salles-Curan, oks. Las Salas) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1237. Sal-Küran kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Sal-Küran kommunasıdır. 2006-cı ildə əhalinin sayı 2 513 nəfər təşkil edirdi.
Kraun-Prins-Federik adası
Kraun-Prins-Federik adası (ing. Crown Prince Frederik Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Kraun-Prins-Federik adası Butiya körfəzinin cənub-şərqində, Baffin Torpağının qərb hissəsinin cənub sahilinin yaxınlığında yerləşir. Adanın şimal sahili Aqu körfəzinin cənub sahilini təşkil edir. Ada materik Kanadanın Melvil yarımadasını və Baffin Torpaq adasını ayıran Fari və Hekla boğazının qərb girişinin yaxınlığında yerləşir. Adanın sahəsi 401 km²-dir. Sahil xəttinin uzunluğu 108 km-dir.