Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycansayağı künc zərbəsi
Azərbaycansayağı künc zərbəsi — 1994-cü ildə Azərbaycan futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılan və futbolda istifadə olunan taktiki gediş. Azərbaycansayağı künc zərbəsi Azərbaycan futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılıb. Taktiki gedişin əsas məqsədi futbolda künc zərbəsi zamanı topa yaxınlaşan futbolçu onu cərimə meydançasına doğru ötürür. Bu zaman topa doğru şığıyan 2 və ya 3 futbolçu topa toxunmayıb onu arxaya buraxır. Öncədən planlaşdırıldığı kimi sonuncu şəxs qapıya doğru zərbə vurur. Vaqif Sadıqov ilk dəfə Azərbaycansayağı künc zərbəsini 1994-cü ildə Neftçi klubunun baş məşqçisi olduğu vaxtda Bərdənin Pambıqçı klubu ilə görüşdə tətbiq etmişdi. Həmin oyunda Neftçinin futbolçuları Bəxtiyar Musayev və Mirbağır İsayev künc zərbəsinin yerinə yetirilməsində iştirak etsələr də, topa toxunmamış, son nöqtəni rəqibin cərimə meydanına gələn müdafiəçi Yaşar Vahabzadə vurmuşdur. Vaqif Sadıqov baş məşqçisi təyin olunandan sonra da bu üsuldan istifadə etdi. Bu oyun elementinin uğurlu tətbiqi sayəsində 1997-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan millisi Türkmənistanla yoldaşlıq matçından qalib ayrılmağı bacarmışdı. Belə ki, yerinə yetirilən künc zərbəsindən sonra müdafiəçi Rasim Abışov matçdakı yeganə qola imza atmışdı.
Künc zərbəsi (futbol)
Futbol oyunun 17-ci qaydası künc zərbəsi və ya kornerin yerinə yetirilməsi prosedurunu tənzimləyir. Künc zərbəsi oyun bərpasının üsuludur. Künc zərbəsi o vaxt təyin olunur ki, top sonuncu dəfə müdafiə olunan komandanın oyunçusuna toxunaraq yerdən və ya havadan qapı xəttini keçir və eyni zamanda 10-cu qaydaya əsasən qol qeydə alınmırsa. Futbolda künc zərbəsindən birbaşa vurulan qollar hesaba alınır. Top qapı xəttini keçdiyi tərəfdən künc sektoruna, bayraq dirəyinin yanına qoyulur. Top nə qədər ki, oyuna daxil edilməyibsə, rəqib komandanın oyunçuları 9,15 m-dən (10 yard) az olmayan məsafədə dayanmalıdılar. Topa hərəkətdə olduğu və ya ona zərbə dəyildiyi zaman oyuna daxil olunmuş kimi sayılır. Zərbəni yerinə yetirən oyunçu hər hansı digər oyunçunun topa toxunmadığına və ya topun yenidən qapı xəttini keçməyənə qədər topa dəyə bilməz. Əgər zərbəni yerinə yetirən oyunçu hər hansı digər oyunçunun topa toxunmasından əvvəl topa dəyərsə, o zaman qarşı komanda təmasın baş verdiyi yerdən sərbəst zərbə vurmaq imkanı qazanır. Rəqib tərəfindən digər pozuntuların edildiyi halda, künc zərbəsi təkrarlanır.