KOLVARİ
kom-kom
OBASTAN VİKİ
Kom
Kom dağı — Bolqarıstanda dağ. Kom FK — Monteneqronun paytaxtı Podqoritsanın peşəkar futbol klubu.
Kom (dağ)
Kom dağı (bolq. Ком, və ya Böyük Kom (bolq. Голям Ком) — Bolqarıstanınn qərbində, Serbiya sərhəddinə yaxın ərazidə, Balkan dağlarının qərb hissəsində yerləşən zirvə. İnzibati baxımından Bolqarıstanın Montana vilayəti ərazisində yerləşir. Zirvə 2016 m hündürlüyə malikdir və Berqovisa şəhərinin cənubundadır. Şəhərin ənənəvi rəmzi hesab edilir. Şərqdə yerləşən Orta Kom (bolq. Средин Ком) və Kiçik Kom (bolq. Малак Ком) zirvələri ilə birlikdə, şərqdən qərbə doğru uzanan otla örtülü, şərq yamacları isə qayalı bir silsiləni əmələ gətirir. Zirvədən şimala baxdıqda Berkovitsa və onun ətraf sahələrini, Montananı və 30 km aralıda yerləşən Oqosta anbarını görmək mümkündür.
Kom FK
Kom FK — Monteneqronun paytaxtı Podqoritsanın peşəkar futbol klubu. 1958-ci ildə qurulmuşdur. Hazırda Monteneqronun 2-ci liqasında mübarizə aparır. Ən böyük uğuru 2005/06 mövsümündə Monteneqro çempionatında tutduğu 7-ci yerdir.
Kom dağı
Kom dağı (bolq. Ком, və ya Böyük Kom (bolq. Голям Ком) — Bolqarıstanınn qərbində, Serbiya sərhəddinə yaxın ərazidə, Balkan dağlarının qərb hissəsində yerləşən zirvə. İnzibati baxımından Bolqarıstanın Montana vilayəti ərazisində yerləşir. Zirvə 2016 m hündürlüyə malikdir və Berqovisa şəhərinin cənubundadır. Şəhərin ənənəvi rəmzi hesab edilir. Şərqdə yerləşən Orta Kom (bolq. Средин Ком) və Kiçik Kom (bolq. Малак Ком) zirvələri ilə birlikdə, şərqdən qərbə doğru uzanan otla örtülü, şərq yamacları isə qayalı bir silsiləni əmələ gətirir. Zirvədən şimala baxdıqda Berkovitsa və onun ətraf sahələrini, Montananı və 30 km aralıda yerləşən Oqosta anbarını görmək mümkündür.
Sen-Kom-d’Olt
Sen-Kom-d’Olt (fr. Saint-Côme-d'Olt, oks. Sant Cosme) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Espalyon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12216. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 27 km şimal-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 1387 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 814 nəfər (15-64 yaş arasında) 578 nəfər iqtisadi cəhətdən fəal, 236 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 71.0%, 1999-cu ildə 71.1%).
Azad (komanda)
Azad - Hərbi komanda mənası :başqasından asılı olmayan, sərbəst,maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən deməkdir. Komanda əsasən Farağat komandasından sonra verilir.Komanda hərbi qulluqçular və ya başqa qurumların qulluqçuları özlərin sərbəst hiss etmək üçün verilir. Azad - bu zaman qullquçular əlləri yanda saxlamaq şərti ilə sol ayağı sağ ayaqdan 30 sm kimi sol tərəfə aralı qoyur. Mərasim azad - komandası əsasən adındanda görüldüyü kimi mərasimlərdə verilir.Bu zaman qulluqçular azad komandasında olduğu kimi sol ayağı hərəkət etdirirlər,lakin burada əllər belin arxa tərəfində qoyulur və sağ əlin üzəri sol əlin içinə qoyulmaq şərti ilə.
Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
Mirzəbala Mürvət oğlu Rzayev — 12.08.1991
Azərbaycan SSR "Lenin komsomolu" mükafatı
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının mükafatı (Азәрбајҹан Ленин Коммунист Ҝәнҹләр Иттифагынын мүкафаты) — Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi tərəfindən təqdim olunan mükafat.
Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi
Azərbaycan Televiziyası və ya qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14 — də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.
Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı
Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı (Azərbaycan LKGİ) — Azərbaycan SSR ərazisində fəaliyyət göstərmiş yeganə siyasi gənclik təşkilatı. Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqına bu qurumun Mərkəzi Komitəsinin aşağıdakı birinci katibləri rəhbərlik etmişdir: Hüseyn Rəhmanov (1923–1925) Rəşid Məcidov (1933–) Mir Teymur Yaqubov (1936–1938) Hüseyn Nəcəfov (1939–1940) Mütəllib Babayev (1940–) İsmayıl Əskərov (1945–1947) Əli Kərimov (1947–1952) Nazim Hacıyev (1952–1956) Əbdürrəhman Vəzirov (1957–1959) Aydın Məmmədov (1959–1960) Məsud Əlizadə (1960–1966) Elmira Qafarova (1966–1970) Rafiq Əsgərov (1970–1974) Vaqif Hüseynov (1974–1978) Cahangir Müslümzadə (1978–1983) Sahib Ələkbərov (1985–1991) Gənclər festivalı (film, 1969) Sənin həyat mövqeyin (film, 1979) Anda sədaqət (film, 1980) Azərbaycan pioneri (qəzet) Azərbaycan Gənclər İttifaqı Азәрбајҹан Ленин Комсомолу Ҝәнҹләр Иттифагы // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 159–161.
Azərbaycan SSR Lenin Komsomolu mükafatı
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının mükafatı (Азәрбајҹан Ленин Коммунист Ҝәнҹләр Иттифагынын мүкафаты) — Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi tərəfindən təqdim olunan mükafat.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (Azərbaycan SSR MİK) — 1921–1938-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ali qanunverici, sərəncamverici və nəzarətedici orqanı. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk tərkibi 1921-ci ilin may ayında Birinci Ümum-Azərbaycan Sovetlər qurultayında seçilmişdir. İlk sədri Muxtar Hacıyev olmuşdur. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublikada fəhlə-kəndli hökuməti və bütün dövlət orqanlarının fəaliyyətinə ümumi rəhbərlik edir, dekret və qərarlar verir, respublika hökumətinin verdiyi qanun layihələrinə baxaraq təsdiq edirdi. Respublikanın siyasi və ictimai həyatının ümumi normaları, respublika büdcəsi mütləq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində müzakirə və təsdiq olunurdu. Komitə sovetlər qurultayları qarşısında məsul idi və ona hesabat verirdi. Komitənin sessiyaları iki ayda bir dəfə çağırılırdı və sessiyalararası dövrdə onun funksiyalarını Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti həyata keçirirdi. 1937-ci il Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və onun əsasında Azərbaycan SSR Ali Sovetinin seçilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətini dayandırmışdır.
Azərbaycan SSR Mərkəzi İcrayyə Komitəsi

Azərbaycan SSR Xalq Komissarları Soveti
Azərbaycan SSR Xalq Komissarları Soveti — Azərbaycan Sovet Sosialist Respublikasının ali icraedici hakimiyyət orqanı. 1920-ci il aprel ayının 28-də Azərbaycan SSR İnqilab Komitəsi yeni hökumətin — Azərbaycan SSR Xalq Komissarları Sovetinin aşağıdakı tərkibini təsdiq etdi: Nəriman Nərimanov — XKŞ-nin sədri və xalq xarici işlər komissarı; Çingiz İldırım — xalq hərbi-dəniz işləri komissarı; Möhsün İsrafilbəyov — xalq hərbi-dəniz işləri kommisarlığı siyasi idarəsinin rəisi. Həmid Sultanov — xalq daxili işlər komissarı; Əliheydər Qarayev — xalq əmək və ədliyyə komissarı; Qəzənfər Musabəyov — xalq kənd təsərrüfatı, ticarət, sənaye və ərzaq komissarı; Mirzə Davud Hüseynov — xalq maliyyə komissarı; Nəsir Tağıyev - xalq maliyyə komissarının müavini; Səməd ağa Ağamalıoğlu — xalq əkinçilik komissarı; Dadaş Bünyadzadə — xalq torpaq və xalq fəhlə-kəndli müfəttişliyi komissarı; Cəmil bəy Vəzirov — xalq poçt, teleqraf və yollar komissarı; Abid Alimov — xalq səhiyyə və himayə komissarı; Ağahüseyn Kazımov - xalq səhiyyə və himayədarlıq komissarının müavini. Bu, Azərbaycanın sovet hökumətinin ilk kabineti idi. 1920-ci ilin avqustunda isə Kiçik Xalq Komissarları Soveti yaradıldı. Onun əsas vəzifəsi Azərbaycan SSR İnqilab Komitəsinin səlahiyyətinə aid olan məsələləri ətraflı müzakirə etmək və hazırlamaq idi. Xalq komissarlarının hamısı, Xalq Təsərrüfatı şurasının və Fövqəladə Komissiyasının, Hərbi İnqilabi Səhra Tribunalının nümayəndələri Kiçik Xalq Komissarları Sovetinin üzvü idilər. 1 may 1920-ci il tarixində müstəqil xalq kənd təsərrüfatı komissarlığı yaradıldı və bu vəzifə Səməd ağa Ağamalıoğluna tapşırıldı. Həmçinin Xalq Kənd Təsərrüfatı, Ticarət, Sənaye və Ərzaq Komissarlığının bazasında Xalq Neft Sənayesi və Dəniz Donanması Komissarlığı və Xalq Ərzaq Komissarlığı təsis edildi. 5 may 1920-ci ildə Qəzənfər Musabəyov xalq ərzaq komissarı təyin edildi.
Azərbaycan SSR İnqilab Komitəsi
Azərbaycan SSR İnqilab Komitəsi — Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda ali qanunvericilik və icra hakimiyyətini həyata keçirən faktiki ali hakimiyyət orqanı. Yerlərdə sovet hakimiyyəti qəza, məntəqə və kənd inqilab komitələrinin əlində idi. 1920‐ci il fevralın 11‐12‐də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilmişdir. Qurultayın keçirilməsi və fəaliyyətində Mirzə Hüseynov yaxından iştirak etmişdir. Qurultayda Mirzə Hüseynov hazırkı vəziyyət haqqında məruzə etmişdir. Qurultayın qəbul etdiyi qətnamədə göstərilirdi: "Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı indiki vəziyyətə dair edilən məruzəni dinləyib qeyd edir ki, Azərbaycan Respublikasının yaşadığı kəskin təsərrüfat və iqtisadi böhran, fəhlə və kəndlilərin son dərəcə ağır halı mövcud kapitalist və mülkədar üsul‐idarəsinin labüd nəticəsidir və ancaq onu məhv etməklə aradan qaldırmaq olar". Qurultay AK(b)P MK‐nın Əli Bayramov, D. Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə. Qarayev, B. Naneyşvili, Həmid Sultanov, Y. Rodionov, M. Pleşakov, Ağababa Yusifzadə, Mirzə Davud Hüseynov və b. ibarət tərkibini seçdi. Fevralın 12‐də keçirilmiş AK(b)P MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçmişdir. Mirzə Hüseynov AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilmişdir.
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
Sadıq Cavad oğlu Abdullayev — 04.02.1991
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, I cild, Bakı: Yeni Poliqrafist, 2011, 336 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, II cild, Bakı: Yeni Poliqrafist, 2012, 256 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, III cild, Bakı: Yeni Poliqrafist, 2013, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IV cild, Bakı: Yeni Poliqrafist, 2014, 232 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, V cild, Bakı: Yeni Poliqrafist, 2015, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VI cild, Bakı: "Şərq-Qərb", 2016, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VII cild, Bakı: "Şərq-Qərb", 2017, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VIII cild, Bakı: "Şərq-Qərb", 2018, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IX cild, Bakı: "Şərq-Qərb", 2019, 216 səh.
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE)

Azərbaycan U-17 qızlardan ibarət milli futbol komandası
Azərbaycan U-17 qızlardan ibarət milli futbol komandası — 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandası İlk dəfə 2007/2008 mövsümündə qitə arenasına çıxmışdır.
Azərbaycan U-18 milli futbol komandası
Azərbaycan U-19 milli futbol komandası — 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İlk dəfə 1994/95 mövsümündə qitə arenasına çıxan yığma 7 il U-18 kimi, 2001/02 mövsümündən sonra isə U-19 kimi yarışlara qatılıb. Komanda 18 yaşlılar arasında 16 oyunda 3 qələbə və 13 məğlubiyyət qarşılığında top fərqində çox geridədir – 8:41. Tarixində 17 dəfə qitə birinciliklərinə qatılan milli özünün yubiley – 50-ci görüşünü 13 oktyabr 2010-cu ildə Portuqaliyada Yunanıstana qarşı keçirmişdir. Həmin görüş də daxil olmaqla baş tutan 50 qarşılaşmada Azərbaycan futbolçuları 10 qələbə qazanıb, 7 heç-heçə edib və 33 dəfə meydanı xalsız tərk ediblər. Bu görüşlərdə azərbaycanlılar 40 qol vurub, 117 dəfə qapısında top görüb. 4 dəfə iştirak etmişdir.
Azərbaycan U-19 milli futbol komandası

Azərbaycan U-21 milli futbol komandası
Azərbaycan U-21 milli futbol komandası — Azərbaycanı beynəlxalq futbol arenasında təmsil edir və AFFA tərəfindən idarə olunur. Azərbaycan U-21 milli futbol komandası əsasən iki peşəkar futbol turnirində iştirak etmək üçün mübarizə aparır: FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı.
Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası
Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası, iki dövlət arasında əməkdaşlıq haqqında müqavilənin əsaslarını hazırlamaq üçün Parisdə yaradılmış işçi qrup (1919, oktyabr). Komissiyanın tərkibinə Azərbaycan nümayəndələrindən Mir Yaqub Mehdiyev və Ceyhun Hacıbəyli, İran tərəfindən Zəkov Mülk və Mustan Sarüs-Səltənə daxil idi. Oktyabrın 29-da komissiyanın ilk iclası keçirilmişdi. Oktyabrın 30–31-i və noyabrın 1-də müzakirələr davam etdirilmiş, Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovun Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədrinə göndərdiyi məlumata görə, sonuncu iclasda İran nümayəndələri Azərbaycan nümayəndəliyinin təqdim etdiyi saziş layihəsini qəbul etmişdi. Saziş 4 maddədən ibarət idi: Qafqaz Azərbaycanı Azərbaycan nümayəndəliyinin Sülh konfransına təqdim etdiyi tələbnamə və xəritələrdə göstərilmiş sərhədlərdə, Rusiyada dövlət idarəsi və quraluşunun hansı şəkildə və formada quralmasından asılı olmayaraq, qəti və birdəfəlik ondan (Rusiyadan) ayrılır; Qafqaz Azərbaycanının göstərilən hüdudlarında 1918 ilin 28 mayından mövcud olan Azərbaycan Cümhuriyyəti, Bakı şəhəri paytaxt olmaqla, Azərbaycan Hökuməti tərəfindən ümumi seçki hüququ əsasında çağırılan Azərbaycan Müəssislər Məclisinin müəyyən etdiyi qanunlarla fəaliyyət göstərən seçilmiş prezident və parlamentli müstəqil, demokratik respublika kimi tanınır; Azərbaycan Xalq Cümhuriyyəti qonşu İran dövlətilə əsasları və formaları, eyni zamanda, həyata keçirilmə üsulları İran və Azərbaycan Hökumətlərinin hər iki dövlətin parlamentlərinin bəyəndiyi qarşılıqlı razılığına əsasən hazırlanan və müəyyən edilən siyasi-iqtisadi əlaqələr qurar. Bununla birgə xarici işlər sahəsində İran və Azərbaycan Hökumətlərinin fəaliyyətinin birləşdirilməsi arzu olunur; Azərbaycan Cümhuriyyətinin 1-ci və 2-ci bəndlər üzrə yuxarıda göstərilən məqsədlərə çatmaq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınması, onun bütövlüyü və müstəqilliyinə, siyasi, iqtisadi, mədəni və hərbi qüvvələrinin inkişafına hər cür təhdiddən təhlükəsizliyinə nail olmaq üçün İrana göstərilən şəkildə İngiltərənin həqiqi köməyinə ehtiyacı vardır. Məlumatda qeyd edilirdi ki, bütün bu dörd maddə bir-birilə bağlıdır və Azərbaycan nümayəndələrinin özü tərəfindən kimə lazımdırsa, elan edilməlidir. Digər bir qeydə görə, Azərbaycan nümayəndələri ingilis hökumətinin nümayəndələri ilə görüşüb müvafiq izahat verməli idi. Azərbaycan — İran birgə komissiyasının Parisdəki fəaliyyəti az sonra bu ölkələr arasında əməkdaşlığın və işgüzar münasibətlərin yaradılmasında uğurlu başlanğıc oldu. 1920 ilin mart-aprelində Azərbaycan — İran konfransı keçirildi.
Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsi
Dövlət Müdafiə Komitəsi və ya qısaca: DMK — 1919-cu ilin yazında Denikin ordularının Azərbaycana hücum təhlükəsi ilə bağlı olaraq ölkənin müdafiəsi məqsədilə yaradılmış xüsusi hərbi qurum. 1919-cu il mayın axırlarında Şimali Qafqazı və Dağıstanı tutan Denikin ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz təhlükəsi qarşısında qaldı. Bu vaxt Cümhuriyyət Parlamentinin bir neçə iclasında hökumətin sədri Nəsib bəy Yusifbəylinin iştirakı ilə Denikin ordularının Azərbaycana hücumu məsələsi müzakirə olundu. 1919-cu il iyunun 5-də parlamentin 45-ci iclasında müxtəlif fraksiyaların üzvləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Səməd ağa Ağamalıoğlu, Əsədulla Əhmədov, Abdulla bəy Əfəndizadə, Qara bəy Qarabəyov, V.Bakradze və b. çıxış edərək, partiya və fraksiya mənsubiyyətlərindən asılı olmayaraq, Parlament üzvlərinin və xalqın bütün qüvvələrinin Denikin ordusuna qarşı mübarizəyə səfərbər olunmasının zəruriliyini vurğuladılar. Bununla bağlı iyunda "Müsavat" partiyası ilə sosialistlər bloku Bakıda Denikinə qarşı izdihamlı mitinq — küçə yürüşü keçirdilər. Denikin təhlükəsi ilə bağlı Parlament Hökumət daxilində ölkənin müdafiəsini təşkil edə biləcək işlək heyətin yaradılması barədə qərar qəbul etdi. Beləliklə, 5 nəfər Hökumət üzvündən ibarət DMK yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 9 iyun tarixli qərarı ilə yaradılmış həmin komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri və ədliyyə naziri daxil idilər.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin komissiyaları
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (az-əbcəd. آذرنایحان جمهوریتی مجلس مبوثانی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı, Milli Şuranın xələfi. 7 dekabr 1918-ci il saat 13:00-da açılmışdır. 1918-ci il may ayının 28-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Beləliklə, Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. İstiqlal bəyannaməsində bəyan edildiyi kimi "Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur". 1918-ci il, sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya - Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti üçün məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya. 1919-cu il fevralın 11-də Ədliyyə Nazirliyi nəzdində yaradılmışdı. Komissiyaya ədliyyə naziri (sədr), əkinçilik nazirinin müavini, hüquq məsləhətçisi, ədliyyə nazirliyi dəftərxanasının Azərbaycan Məhkəmə Palatasının böyük sədri və prokroru, palatanın 2 üzvü, palata prokurorunun müavini Dairə Məhkəməsinin prokuroru, 3 vəkil və komissya sədrinin dəvət etdiyi digər şəxslər daxil idi. Komissiya də parlamentin, məhkəmə palatasının üzvləri, nazirliklərin hüquq məsləhətçiləri iştirak edirdilər. Komissiyanın cəmi üç iclası keçirilmişdir. İclaslarda mahalında, Quba qəzasında ədalət məhkəməsi ilə yaranmış vəziyyət müzakirə olunmuşdu. Zaqatala mahalı sakinlərinin quraltayı Zaqatala barışıq şöbəsini ləğv etmiş, keçmiş Qafqaz canişini dəftərxanasının hərbi idarəsinə tabe olan xalq məhkəmələri deyilən məhkəmələr də fəaliyyətlərini dayandırmışdı. Qurultayın qərarı şəriət məhkəməsi tətbiq olunmuşdu. Mahalda ədalət məhkəməsi ilə bağlı yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Parlamentin Zaqatala olan deputatları -Aslan bəy Qardaşov, Kiçikxanlı Niyazi və Abdulla əfəndi Əfəndiyev komissiyasının dəvət edilmişdilər. Ətraflı müzakirədən sonra komissiya bütün məsələləri yerində aydmlaşdırmaqdan ötrü nümayəndələr göndərmək barədə qərar qəbul etmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti Əlifba İslahatı Komissiyası
Əlifba İslahatı Komissiyası — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ölkə əhalisinin maarifləndirilməsini sürətləndirmək məqsədilə həyata keçirdiyi tədbir. 1919-cu il martın 21-də Cümhuriyyət Hökumətinin qərarı ilə Xalq Maarifi Nazirliyinə ərəb əlifbasının islahatı üzrə xüsusi Hökumət komissiyası yaratmaq və komissiyanın hazırladığı təklifləri baxılmaq üçün Nazirlər Şurasına təqdim etmək tapşırılmışdı. Bu qərara əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin üzvü Xudadat bəy Məlik-Aslanovun sədrliyi ilə Xalq Maarifi Nazirliyi yanında ərəb əlifbasının islahatı üzrə xüsusi komissiya yaradılmışdı. Əlifba islahatı, hər şeydən öncə, maarifçilik, xalq təhsilinin milliləşdirilməsi sahəsində Hökumətin qarşısında duran vəzifələrin həyata keçirilməsinə birbaşa xidmət etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət və qayğısı ilə fəaliyyət göstərən komissiya tezliklə bir neçə əlifba layihəsi hazırlayaraq Hökumətə təqdim etmişdi. Həmin layihələr arasında müəllim Abdulla bəy Əfəndizadənin hazırladığı variant bəyənilmiş və yeni əlifba üçün əsas kimi qəbul olunmuşdu. A. Əfəndizadə əlifba islahatı, xüsusilə latın əlifbasına keçidin zəruriliyi ilə bağlı 1919-cu ildə Bakıda "Son türk əlifbası" adlı dərslik də nəşr etdirmişdi. Dərslikdə o, ilk dəfə olaraq, ərəb və latın əlifbalarını müqayisəli şəkildə vermiş, birincinin ana dilimizə uyğunsuzluğunu, ikincininisə daha münasib olduğunu zəngin dil faktları ilə əsaslandırmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əlifba islahatı sahəsində həyata keçirdiyi ilk əməli addımlar Aprel işğalı nəticəsində yarımçıq qaldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə artıq reallaşmaq ərəfəsində olan əlifba islahatı ideyasına 1921-ci ildə Sovet Azərbaycanında yenidən qayıdıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyası
Fövqəladə Təhqiqat Komissiyası — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əvvəlcə xarici işlər, sonra isə ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920 ilin aprelinə qədər fəaliyyət göstərmiş rəsmi təhqiqat orqanı. Erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün yaradılmışdı. I dünya müharibəsinin başlanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci il 15 iyul tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmışdır. Əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərmişdir. FTK-nın sədri Ələkbər bəy Xasməmmədov idi. 7 nəfərlik tərkibdə təsis edilmiş FTK-nın işinə tədricən Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri cəlb edilmişlər. FTK-nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, litva tatarı və Rusiya universitetlərinin məzunları olan azərbaycanlılardan – peşəkar hüquqşünaslardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr ərzində – 15 iyul 1918 – 1 noyabr 1919-cu il il – FTK tərəfindən 36 cilddən (3500 vərəq) ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi.
Azərbaycan Xalq Komissarları Soveti
Azərbaycan SSR Xalq Komissarları Soveti — Azərbaycan Sovet Sosialist Respublikasının ali icraedici hakimiyyət orqanı. 1920-ci il aprel ayının 28-də Azərbaycan SSR İnqilab Komitəsi yeni hökumətin — Azərbaycan SSR Xalq Komissarları Sovetinin aşağıdakı tərkibini təsdiq etdi: Nəriman Nərimanov — XKŞ-nin sədri və xalq xarici işlər komissarı; Çingiz İldırım — xalq hərbi-dəniz işləri komissarı; Möhsün İsrafilbəyov — xalq hərbi-dəniz işləri kommisarlığı siyasi idarəsinin rəisi. Həmid Sultanov — xalq daxili işlər komissarı; Əliheydər Qarayev — xalq əmək və ədliyyə komissarı; Qəzənfər Musabəyov — xalq kənd təsərrüfatı, ticarət, sənaye və ərzaq komissarı; Mirzə Davud Hüseynov — xalq maliyyə komissarı; Nəsir Tağıyev - xalq maliyyə komissarının müavini; Səməd ağa Ağamalıoğlu — xalq əkinçilik komissarı; Dadaş Bünyadzadə — xalq torpaq və xalq fəhlə-kəndli müfəttişliyi komissarı; Cəmil bəy Vəzirov — xalq poçt, teleqraf və yollar komissarı; Abid Alimov — xalq səhiyyə və himayə komissarı; Ağahüseyn Kazımov - xalq səhiyyə və himayədarlıq komissarının müavini. Bu, Azərbaycanın sovet hökumətinin ilk kabineti idi. 1920-ci ilin avqustunda isə Kiçik Xalq Komissarları Soveti yaradıldı. Onun əsas vəzifəsi Azərbaycan SSR İnqilab Komitəsinin səlahiyyətinə aid olan məsələləri ətraflı müzakirə etmək və hazırlamaq idi. Xalq komissarlarının hamısı, Xalq Təsərrüfatı şurasının və Fövqəladə Komissiyasının, Hərbi İnqilabi Səhra Tribunalının nümayəndələri Kiçik Xalq Komissarları Sovetinin üzvü idilər. 1 may 1920-ci il tarixində müstəqil xalq kənd təsərrüfatı komissarlığı yaradıldı və bu vəzifə Səməd ağa Ağamalıoğluna tapşırıldı. Həmçinin Xalq Kənd Təsərrüfatı, Ticarət, Sənaye və Ərzaq Komissarlığının bazasında Xalq Neft Sənayesi və Dəniz Donanması Komissarlığı və Xalq Ərzaq Komissarlığı təsis edildi. 5 may 1920-ci ildə Qəzənfər Musabəyov xalq ərzaq komissarı təyin edildi.
Azərbaycan komandosu
Azərbaycan komandosu — Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı silahlı birləşmələri. Azərbaycanda komando hərbi hissələrinin yaradılmasına 2021-ci ilin sonlarından başlanılmışdır. Azərbaycanda Komando Briqadasının birinci hərbi hissəsinin açılışı 24.12.2021-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində baş tutdu. Hərbi hissənin açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, müdafiə naziri Z. Həsənov və 2-ci Ordu Korpusunun Komandiri M. Bərxudarov qatıldı. Mərasimdən əvvəl müdafiə naziri Z. Həsənov İlham Əliyevə raport verdi. Daha sonra İlham Əliyev hərbçiləri salamladı və Azərbaycanın Dövlət Himni səsləndirildi. Şəxsi heyət qarşısında çıxışı zamanı İlham Əliyev "Komando Briqadasının yaradılmasının bizim üçün yeni addım olduğunu və bu briqadaların istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlarını." bildirdi. Daha sonra Azərbaycan Prezidentinin Komando Briqadasına döyüş bayrağının verilməsi haqqında 01.10.2021-ci il tarixli təqdimatı oxundu. Briqada Komandiri Elşən Sanayev döyüş bayrağını İlham Əliyevdən aldı.

Значение слова в других словарях