Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Labuş
Aktyor == Həyatı == Aleksandr Sergeyeviç Labuş 11 avqust 1957-ci ildə Minskdə anadan olub. Belorus Dövlət Bədii Teatr İnstitutunda oxuyub (B. İ. Luçenkonun sinfi, 1975–1980). Belorus aktyorudur.
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483[…], Əndican, Teymurilər dövləti – 26 dekabr 1530, Aqra, Böyük Moğol imperiyası) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Gabud
Gabud — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Kəndin adı ilk dəfə XIII əsrdən xatırlansa da, ərazidəki tarixi abidələr onun daha da qədim olduğunu göstərir. Belə ki, kəndin əsası X əsrdən əvvəl qoyulmuşdur. Erməni mənbələrində kəndin adı Gyabut, Gyabud formalarında verilir. Kəndin adı Azərbaycan dilində «qayalıqda keçən yol», «uçurum», «daşlıq» mənasında işlənən gab sözünə -ud şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Kaput qoyulmuşdur.
Kabul
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kabus
Kabus — ənənəvi təmsillərdə özünü real həyatda görünən və ya başqa bir şəklində (həm görünməz və qeyri-maddi həmçinin də real müşahidələr nəticəsində özünü bildirən) təqdim edən ruh və ya vəfat etmiş şəxsin ruhu. Vəfat etmış insanın ruhu ilə əlqə yaratmaq cəhdlərinə spiritik seans, və ya daha dəqiq nekromantiya deyilir. Kabuslara inanc insanlar arasında geniş yayılmışdır, və bir çox xalqların mədəniyyətlərində öz yerini tutur. Həmçinin, bir çox dinlərdə ölü insanlaırn ruhlarının sakit olması üçün xüsusi mərasimlər və dəfn ənənələri keçirilir. Kabusları əsasən insanlara aid etsələr də, heyvanlar, gamilət, təyyarələr, və hətta ordu və şəhərlərin kabusları haqqında inanc və əfsanələr var. Müasir elm qeyri-təbii hadisələri tanımır, və ənənəvi kabusların mövcudluğunu inkar edir. Xüsusi hallarda spesifik hadisələri, bir və ya digər təbii səbəblərdən yaranmaq ilə izah edillər: hallüsinasiyalar, illüziyalar, mirajlar, fotoplyonka deffekti və buna bənzər qüsurlar, mistifikasiyalar və əfsanələrə inancla. Kabuslar mədəniyyətdə özünə məxsus yer tutu. Məsələn, Oskar Uayldın “Kentervil kabusu” hekayəsi var, “Kabus ovçuları” filmi və s.
Labuan
Labuan malay Labuan— Malayya Federasiyasının tərkibinə daxil olan federal ərazidir. Ərazi tərkibinə bir neçə ada daxildir ki, bunlarda əsas Labuan-ın indinki adını daşıyır. İnzibati mərkəz — Bandar-Labuan şəhəridir.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Larus
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həm də göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.
Lavur
Lavur (fr. Lavours) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01208. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi.
Liabum
Liabum (lat. Liabum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Nabur
Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır. Nabur oykoniminin adı zülqədər tayfasının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır. Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar. Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır. Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir.
Sabun
Sabun — ali karbon turşularının natrium və kalium duzlarıdır. Natrium duzları bərk sabun, kalium duzları isə maye sabun əmələ gətirir. Kimyada, sabun yağ turşusunun duzudur. Sabunlar qalıb ya da maye şəklində əsasən yumaq, hamam etmə və təmizləmə üçün surfektant kimi istifadə olunur və həm də tekstil əyirməsində istifadə olunur və yağlayıcı maddələrində mühüm komponentlərindəndir. Əvvəllər sabun hidrogenləşdirilmiş bitki yağlarının və heyvan mənşəli piylərin qələvi və ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Ona görə də yağların qələvi iştirakında hidrolizi sabunlaşma adlanır. Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə alınır. Azərbaycan dilində işlənən "Sabun" sözünün Avropa dillərindən gəldiyi bilinir. Latın dilində sāpō, qədim İngilis dilində sāpe; Qədim Yuxarı German dilində seipfa, qədim Fransız dilində savon kimi bilinir. Sabunun ümumi kimyəvi formulu C17H35OOM şəklindədir.
Taruh
Taruh — İbrahim peyğəmbərin atasının adıdır. İncil və Qədim Ahiddəki adı Terahtır. Taruh öləndə İbrahimin anası Azər ilə evləndi. Quranda adı Azər olaraq keçməkdə olub oğlu İbrahimin əksinə bütpərəst idi.
Chenopodium album var. album
Ağımtıl tərə (lat. Chenopodium album) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. == Sinonimləri == Anserina candidans (Lam.) Montandon Atriplex alba (L.) Crantz Atriplex viridis (L.) Crantz Blitum viride (L.) Moench Botrys alba (L.) Nieuwl. Botrys alba var. pauper Lunell Botrys pagana (Rchb.) Lunell Chenopodium agreste E.H.L.Krause Chenopodium album var. album album Chenopodium album subsp. bernburgense Murr Chenopodium album var. candicans Moq. Chenopodium album subsp. collinsii Murr Chenopodium album var.
Erigeron latus
Erigeron latus (lat. Erigeron latus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Gəlugah (Babül)
Gəlugah — İranın Mazandaran ostanının Babül şəhristanının Şərqi Bəndpey bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,512 nəfər və 644 ailədən ibarət idi.
Hyosciamus albus
Kabul dovşandodağı
Kabul dovşandodağı (lat. Lagochilus cabulicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dovşandodaq cinsinə aid bitki növü.
Kabus-ada
Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar. == Bəzi kabus adalar haqqında == == Həmçinin bax == İtmiş şəhərlər == Ədəbiyyat == Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984.
Kabus ada
Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar. == Bəzi kabus adalar haqqında == == Həmçinin bax == İtmiş şəhərlər == Ədəbiyyat == Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984.
Kabus ağacqurbağası
Kabus ağacqurbağası (lat. Triprion) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi.
Kabus gəmilər
Kabus gəmilər — XV əsrdən etibarən, dəniz səyahətləri zamanı görüldüyü iddia edilən gəmilərə verilən ümumi ad. Orta əsr salnamələrində, kabus gəmi ilə rastlaşmaq bir gəmi kapitanı üçün ən böyük uğursuzluq hesab olunurdu. Müxtəlif vaxtlarda, kabus gəmilərin mövcudluğu haqqında fikirlər səsləndirilmişdir. Əfsanələrə görə ən məşhur kabus gəmi Uçan Hollandiyalı hesab olunur. Gəmi haqqında rəvayətlər, XV–XVI əsrlərdə meydana gəlmişdir və onun müxtəlif variantları var. Bir neçə rəvayətlərə görə, gəminin kapitanı söz vermişdir ki, o, məhşər kimi vaxt lazım olarsa Ümid burnunu dolanıb keçəcək. Başqa rəvayətdə isə kapitanın Van der Straatenin günahlarına görə gəminin lənətləndiyi söylənilir. Kabus gəmilər haqqında olan rəvayətlər və əfsanələr əsasən, fantastik məzmun daşıyırdı. Gəmilərin uça bilməsi və ya suyun altına girib, yenidən suyun üzünə görünməsi kimi söyləntilər, insanların bütün bunları yalnız əfsanə kimi qəbul etməsinə səbəb olmuşdur. Ancaq 1872-ci ilin 4 dekabr tarixində, saat 13:00-da Dei Gartia gəmisinin, sonralar kabus gəmi adlandırılaçaq Meri Kalest gəmisi ilə qarşılaşması, kabus gəmilərin həqiqətən mövcud olması ehtimalını uzun müddət gündəmdə saxlamışdır.
Kabus ordu
Kabus ordusu (ing. The Ghost Army və ya rəsmi adı ing. 23rd Headquarters Special Troops, qısaca ing. 23rd Special Troops) — İkinci dünya müharibəsi zamanı Alman Ordusunu aktiv olaraq yanıltmaq üçün istifadə olunmuş ABŞ Ordusunun gizli hərbi birliyidir. Kabus ordusu 1100 nəfərdən ibarət olub və 1944-1945-ci illərdə 20-yə yaxın çaşdırıcı qurma döyüşlər hazırlayıblar. Kabus ordusu ilə bağlı məlumatlar 1996-cı ilə qədər gizli saxlanılıb. Sonradan bununla bağlı bir neçə sənədli film çəkilib.
Kabus ordusu
Kabus ordusu (ing. The Ghost Army və ya rəsmi adı ing. 23rd Headquarters Special Troops, qısaca ing. 23rd Special Troops) — İkinci dünya müharibəsi zamanı Alman Ordusunu aktiv olaraq yanıltmaq üçün istifadə olunmuş ABŞ Ordusunun gizli hərbi birliyidir. Kabus ordusu 1100 nəfərdən ibarət olub və 1944-1945-ci illərdə 20-yə yaxın çaşdırıcı qurma döyüşlər hazırlayıblar. Kabus ordusu ilə bağlı məlumatlar 1996-cı ilə qədər gizli saxlanılıb. Sonradan bununla bağlı bir neçə sənədli film çəkilib.