Gabud — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk)
rayonunda kənd.[3]
Rayon mərkəzindən 16 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın
yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[4] qeyd edilmişdir. Kəndin adı ilk
dəfə XIII əsrdən xatırlansa da, ərazidəki tarixi abidələr onun daha da qədim olduğunu göstərir. Belə ki, kəndin əsası X əsrdən əvvəl qoyulmuşdur[5].
Erməni mənbələrində kəndin adı Gyabut, Gyabud formalarında verilir[6][7].
Kəndin adı Azərbaycan dilində «qayalıqda keçən
yol», «uçurum», «daşlıq» mənasında işlənən gab sözünə[8] -ud şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə
uyğunlaşdırılaraq Kaput qoyulmuşdur.
Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 116 nəfər, 1886-cı ildə 113 nəfər, 1897-ci ildə 159
nəfər, 1904 - cü ildə 140 nəfər, 1914 - cü ildə 154 nəfər, 1916-cı ildə 107 nəfər yalnız azərbyacanlı yaşamışdır[9].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 33 nəfər, 1926-cı ildə 120 nəfər, 1931-ci ildə 181 nəfər[9], 1987-ci ildə 468 nəfər[10] yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ildə noyabrın sonunda Ermənistan dövləti kəndin sakinləri - azərbaycanlılar tamamilə öz ata-baba yurdlarından qovulmuşlar. İndi ermənilər yaşayır.
Qaraçorluların kulakanlı tayfası
- 1842 - Şahbəndə Ruşan oğlu (1800-?)[11][12]
- ↑ https://www.cadastre.am/storage/files/pages/pg_8945925618_pg_907871769_HH_bnak._bar..pdf.
- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.60
- ↑ Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. s.88-89
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90
- ↑ Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.874
- ↑ Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.126
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91, 158-159
- ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.344
- ↑ «Камеральное описаниеДаралагезского участка» - “Dərələyəz nahiyəsinin ka-meral təsviri” (F.25, siyahı 2, saxlama vahidi 6)
- ↑ "Arxivlənmiş surət". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.