Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lego
The Lego Group — Danimarka oyuncaq şirkəti. 1932-ci ildə yaradılmışdır. The Lego Group 1932-ci ildən etibarən taxta oyuncaqlar düzəldən Ole Kirk Kristiansenin (1891–1958) emalatxanasında başladı. 1934-cü ildə o kompaniyasının adını leqo qoydu. Leqo adı "Leggodt" sözündən əmələ gəlmişdir. Sözün mənası "yaxşı oyun"dur.
Ləgər
Aşağı Ləgər
Ləkə
Ləkə (teleserial, 2014) – 2013-cü il istehsalı Azərbaycan filmi. Ləkə (komiks) – 2017-ci il istehsalı Azərbaycan superqəhrəman komiksi.
Lələ
Lələ — Qızılbaş Səfəvi hökmdarları yanında şahın himayəçisi vəzifəsi. Müxtəlif vaxtlarda bu vəzifə müxtəlif türkmən tayfaların nümayəndələrinə məxsus idi.
Ləqəb
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Lərgə
Lərgə (lat. Vicia) - paxlakimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
Ləzə
Laza və ya Lazar (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır.
Axlı lələ
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Aşağı Ləgər
Aşağı Ləgər (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Aşağı Ləgər (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda qəsəbə.
Aşıq Lələ
Aşıq Lələ (XVII əsrin sonu—XVIII əsrin əvvəli) — XVII yüzilin sonu, XVIII yüzilin önündə yaşamış el şairi. El şairi Aşıq Lələ XVII yüzilin sonu, XVIII yüzilin önlərində yaşayıb. Yaşam yolu haqqında məlumat olduqca azdır. Bəzi mənbələrdə XVI əsrdə yaşadığı da qeyd edilir. XVIII yüzilə bağlı əlimizdə bir qaynaq var. Osmanlılar Qarabağı aldıqdan sonra, 1727-ci ildə "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" adlı vergi dəftərini hazırlayıblar. Həmin dəftərdə Cavanşir elinin Yağləvənd oymağının Gecəgözlü oymağında yaşayanların arasında bir ailə ilgi çəkir. Həmin ailənin siyahısını olduğu kimi yazımızda veririk. Uzunəli Tanrıqulu oğlu, (Uzunəlinin) qardaşı Lələ, (Lələnin) qardaşı Əminəli. Aşıq Lələnin yaradıcılığından bilirik ki, onun Uzunəli adlı qardaşı olub.
Bulbophyllum leve
Bulbophyllum leve (lat. Bulbophyllum leve) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bəndər Lengə
Bəndər Lingə - İranın Hörmüzgan ostanının şəhərlərindən və Bəndər Lingə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,303 nəfər və 5,589 ailədən ibarət idi.
Elqe Karsten
Elqe Karsten (d. 15 may 1995; Quilmes, Argentina) — Argentinanı təmsil edən həndbolçu. Elqe Karsten Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Ləgəz (Bükan)
Ləgəz (fars. لگز‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 403 nəfər yaşayır (63 ailə).
Ləkə (komiks)
Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir. "Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub. Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir: Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir, fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.
Lələ təpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə. Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qərbi isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur." Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub. 2017-ci il Fevral döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər.
Ləzə şəlaləsi
Ləzə şəlaləsi — Unikal coğrafi əraziyə malik Azərbaycanın dağlıq bölgələrində bir-birinin təkrarı olmayan şəlalələr mövcuddur. Böyük Qafqazın ən əzəmətli dağlarından biri – Şahdağdakı dağ şəlalələri Cənubi Qafqazda çox məşhurdur. Ləzə şəlaləsi Şəlalə Qusarın Laza kəndinin adı ilə bağlıdır. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin “Şah yaylaq” dağının ətəyində yerləşir. İnsanları bura ən çox cəlb edən əsasən kənddəki şəlalədir. Şəlalədə qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir.
Qara lərgə
Qara lərgə (lat. Vicia nigricans) — paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.
Xəfif ləpə
Xəfif ləpə (rus. рябь, ing. ripple) — küləyin təsiri altında dalğalanmanın başlanğıc forması. Dənizin hamar səthi kələ-kötürlənir və sanki pulcuqlarla /kapilyar sularla/ örtülür. Ləpələr uzun müddət qalmır, və küləyin sürəti artdıqca qravitasion dalğaya çevrilir.
Yuxarı Ləgər
Yuxarı Ləgər — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə(?) yaradılmışdır. Yuxarı Ləgər oyk., mür. Qusar r-nunun Xuray i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonimin əvvəlinə yuxarı sözü kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün əlavə edilmişdir. Oykonimin əsasım təşkil edən Ləgər Dağıstan xalqlanndan lakların adını bildirir. Kənd ağsaqqallarının istianadən vaxtı ikən orada Çar ordusunun qusar alayının düşərgələri yerləşdirilmişdir.Rus dilində Верхний лагерь, нижний лагерь adlandırılmışdır...Yuxarı ləgər termini "Верхний лагерь"-Yuxarı Düşərgə(Lager)sözünün rus dilindən təhrif edilmiş formasıdı... 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 565 nəfər əhali yaşayır. Yuxarı Ləgər kəndinin əhalisi azərbaycanlılardan ibarətdir.
Zəhirəddövlə (ləqəb)
Zəhirəddövlə — Qacarlar dövlətində şah tərəfindən verilən ləqəblərdən biri. İbrahim xan Qırxlı-Avşar, Nadir şahın qardaşı.
Əli (ləqəb)
Əli — Dünyada daha çox işlədilən kişi adı və təxəllüs.[mənbə göstərin] Əli — Məhəmmədin əmisioğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Əli Bayramov Əli Bayramov (inqilabçı) — Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübariz Əli Bayramov (sahibkar) — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bozan Əli Əsədov — Azərbaycan Respublikası onuncu baş naziri Əli Məmmədov Əli Məmmədov — Kaskadyor. Trük quruluşçusu. Aktyor. Döyüş səhnələrinin quruluşçusu. Filmlərdə iştirak edən. Əli Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Ləğv mədəniyyəti
İmtina mədəniyyəti və ya ləğv mədəniyyəti — qəbuledilməz şəkildə hərəkət etdiyi və ya danışdığı hesab edilən bəzi şəxslərin kənarlaşdırıldığı, boykot edildiyi və ya uzaqlaşdırıldığı, 2010-cu illərin sonu və 2020-ci illərin əvvəllərinə aid olan mədəni fenomen ifadə. Bu "uzaqlaşdırma" sosial mediada və ya şəxsən sosial və ya peşəkar dairələrə — məşhurların iştirakı ilə baş verən məşhur hadisələrə şamil edilə bilər. Bu fenomenə məruz qalanlardan "imtina edildiyi" deyilir. İmtina mədəniyyəti termini 2010-cu illərin sonu və 2020-ci illərin əvvəllərində istifadə olunmağa başlandı və əsasən mənfi mənalara sahibdir. "Çağırış mədəniyyəti" termini bəziləri tərəfindən eyni anlayış üçün daha müsbət söz kimi istifadə olunur. Bəzi tənqidçilər iddia edirlər ki, imtina mədəniyyəti ictimai diskursa soyuq təsir göstərir, səmərəsizdir, real sosial dəyişiklik gətirmir, dözümsüzlük yaradır və kiberzorakılığa səbəb olur. Digərləri isə iddia edirlər ki, "imtina" çağırışları söz azadlığının formalarından biridir və onlar hesabatlılığı təşviq edir və hüquqlarından məhrum edilmiş insanlara söz haqqı verir. Yenə də başqaları imtina mədəniyyətinin aktual bir fenomen olub-olmadığını sual altına alır, oxşar boykot formalarının imtina mədəniyyəti termininin yaranmasından çox əvvəl mövcud olduğunu iddia edir. Bəzi ictimai xadimlərin karyeraları geniş şəkildə "imtina" olaraq xarakterizə edilən boykotlardan təsirlənsə də, bundan şikayətlənən digərləri karyeralarını uğurla davam etdirdilər. Təxminən 2015-ci ilə qədər, bir insanı və ya işi dəstəkləməyi dayandırmaq üçün bəzən ciddi, bəzən də zarafatla şəxsi qərara istinad etmək üçün imtina anlayışı Qara Twitter-də geniş yayılmışdı.
Persea lige
Persea lingue (lat. Persea lingue) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü. Laurus lingue Ruiz & Pav.
Nulla poena sine lege
Nulla poena sine lege (lat. Qanunsuz cəza yoxdur) — heç kəsin qanunla qadağan edilməyən hərəkətə görə cəzalandırıla bilməməsini nəzərdə tutan hüququn prinsipi. Bu prinsip müasir demokratik dövlətlərdə hüququn aliliyinin başlıca tələbi kimi qəbul edilmiş və qanunvericilikdə təsbit olunmuşdur. Müvafiq prinsip "dünya fikir tarixində ən çox qəbul edilən dəyərlər"dən biri kimi təsvir edilmişdir. Müasir Avropa cinayət hüququnda, məsələn, Almaniya Konstitusiya Məhkəməsi tərəfindən nulla poena sine lege prinsipinin dörd ayrı tələbdən ibarət olduğu təsbit edilmişdir: Nulla poena sine praevia lege poenali Əvvəlki qanun olmadan cəza verilə bilməz. Bu tələb geriyə şamil edilən qanunları və cinayət qanununun retroaktiv tətbiqini qadağan edir. Bu, kontinental Avropada mövcud hüquq düşüncəsindəki əsas maksimdir. 1813-cü ildə Paul İohann Anselm Ritter fon Feyerbax tərəfindən Bavariya Cinayət Məcəlləsinə daxil edilmişdir. Nulla poena sine lege scripta Yazılı qanun olmadan cəza verilə bilməz. Bu tələbə görə cinayəti qadağan edən normalar hüquqi sənədlərdə, xüsusilə də konstitusiya hüququna uyğun qəbul edilmiş qanunlarda təsbit olunmalıdır.