LƏPƏ₁

is.
1. Dalğa, kiçik dalğa.
Qara dənizin xəfif ləpələri sahili öpür(dü)… H.Nəzərli.

2. məc. İzdiham, insan axını, kütlə mənasında.
Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır. Mir Cəlal.

3. məch. Qüvvətlə təzahür edən şey haqqında.
[Dərviş:] Mən də məğlub oldum, vətən məhəbbətinin aşıb-coşan ləpəsi məni arxasına aldı… A.Divanbəyoğlu.

Синонимы

  • LƏPƏ dilim — fal
  • LƏPƏ dalğa
  • LƏPƏ iç (qoz, fındıq)
  • LƏPƏ I LƏPƏ, QOZ İÇİ [Usta Zeynal] Afərin şairə! – deyib qozun ləpəsindən birini ağzına qoydu (Ə.Haqverdiyev)

Омонимы

  • LƏPƏ LƏPƏ I is. Fındıq, badam və qozun içi. Çöpün ucunu qoz ləpəsindən yuxarı çıxartdıq (S.S.Axundov). LƏPƏ II is

Этимология

  • LƏPƏ Qədimdə bu sözün yerinə qax (qaq) sözü işlədilib. Ərik qaqı “ərik ləpəsi” demək olub. Ləpə quru olduğu üçün qax adlandırılıb
LƏNTƏRAN
LƏPƏ₂
OBASTAN VİKİ
Xəfif ləpə
Xəfif ləpə (rus. рябь, ing. ripple) — küləyin təsiri altında dalğalanmanın başlanğıc forması. Dənizin hamar səthi kələ-kötürlənir və sanki pulcuqlarla /kapilyar sularla/ örtülür. Ləpələr uzun müddət qalmır, və küləyin sürəti artdıqca qravitasion dalğaya çevrilir.
Sebayaşi xəfif ləpə nişanələri
Sebayaşi xəfif ləpə nişanələri (瀬林の漣痕, Sebayaşi no renkon) – Yaponiyanın Qunma prefekturasının Kanna qəsəbəsinin yaxınlığında yerləşən təbiət abidəsi. Dağ uçurumundakı bir divarda yerləşən qədim xəfif ləpə nişanələrindən və 50-yə yaxın dinozavr izindən ibarətdir. Sebayaşi xəfif ləpə nişanələri Kanna qəsəbəsinin 299-cu magistralı boyunca davam edən Sezanami-iva adlı dağ uçurumu divarında yerləşir. Nişanələr ilk dəfə 1953-cü ildə yol tikintisi zamanı kəşf edilmişdir. Kəşf edildiyi zaman sadəcə qədim xəfif ləpə nişanələrindən ibarət olduğu düşünülürdü. Yaxınlığında yerləşmiş keçmiş bir kəndin adı ilə Sebayaşi xəfif ləpə nişanələri adlandırılmışdır. 23 iyul 1965-ci ildə təbiət abidəsi elan olunmuşdur. Qaya 1957-ci ildə Qunma Universitetinin alimləri tərəfindən araşdırılmış və xəfif ləpə nişanələrinin yanında "qəribə dəliklər"in olduğu bildirilmişdir. 1985-ci ildə ildə aparılmış araşdırmalar nəticəsində bu dəliklərin dinozavrların ayaq izləri olduğu məlum olmuşdur. Bu, Yaponiyada kəşf edilmiş ilk dinozavr izləri kimi tarixə düşmüşdür.
Ləpəheyranlı
Ləpəxeyranlı, Ləpəheyranlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qayalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Ləpəheyranlı kəndi Bərgüşad çayının sahilindədir. Oykonim heyranlı tayfasının adını əks etdirir. Heyranlılar XII-XIII əsrlərdə Ön Asiyada oğuz tayfasından biri olmuşdur. Hazırda Türkiyədə qaraəhməd, ləkli və saraclı tayfalarını birləşdirən tayfa ittifaqı var. Ləpəheyranlı “iç, özək heyranlı” mənasındadır və heyranlı tayfasının bir qolunun adıdır. “Ləpə“ sözü dialektlərimizdə “yastı, yumru, dəyirmi, qısaayaqlı” mənalarında da işlənir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 37 evdə 129 şiə kürd yaşayırdı.
Ləpəxeyranlı

Xırda qum ləpələri
Xırda qum ləpələri (rus. -рябь песчаная, ing. sand ripples) — küləyə perpendikulyar, bir-birinə paralel asimmetrik tirələr. Onlar qumun quru səthi üzərində küləyin 3–18 m/san sürəti zamanı 0,04 mm-dən böyük hissəcik-lərdən təşkil olunur. Tirənin külək tutmayan yamacının yuxarı hissəsində əmələ gəlmiş, səthi örtən qum danələrinin təbii meyillik üzrə sürüşməsi nəticəsində bu ləpələr hərəkət edir.

Значение слова в других словарях