Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leksika
Leksika (q.yun. τὸ λεξικός) – Sözün Lüğət Tərkibini öyrənir. Dilin əsas vahidlərindən biri sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini təşkil edir. Leksika yunan sözüdür: lexikos – lüğət, loqos – təlim deməkdir. Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Başqa sözlə desək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir.
Leksi Bell
Leksi Bell (5 avqust 1987, İndependens[d], Luiziana) – ABŞ pornoaktrisası. Leksi Bell 2012-ci ilin rəsmi məlumatların əsasən 293 pornoqrafik filmdə çəkilmişdir.. == Həyatı == Leksi Bell 5 avqust 1987-ci il tarixində ABŞ-də anadan olmuşdur. Leksi Bell əvvəllər video-maqazində çalışmışdır. Onun MySpace saytında şəklini görən rejissorlardan biri ona nəzər yetirmiş və Leksini filmə dəvət etmişdir. Bu təklifdən 3 ay sonra 2006-cı ildə Leksi ilk dəfə olaraq pornoqrafik film karyerasına başlamışdır. Bu zaman Leksi Bellin 18 yaşı var idi.
Leksi Lü
Leksi Lü (çin. 刘柏辛; 21 dekabr 1998, Çansa) və ya əsl adı ilə Lü Yuyu – Çin müğənnisi, repçisi və mahnı yazarı. 2015-ci ildə "K-pop ulduzu 5" müsabiqəsində iştirak etmiş və qrupu ilə birlikdə 4-cü yeri tutmuşdur. 2018-ci ilin iyulunda "Çin repi" verilişində 4-cü yerin qalibi olmuşdur. Bu uğurundan sonra solo karyeraya başlamışdır. 2019-cu ilin fevralında "2030" adlı ilk mini-albomunu buraxmışdır. "League of Legends" video oyununun K/DA musiqi qrupu üçün Serafin personajını bir neçə dəfə səsləndirmişdir. == İlk illəri == Leksi Lü Çinin Çansa şəhərində anadan olmuş və orda böyümüşdür. 4 yaşında rəqs etməyi, 6 yaşında pianoda çalmağı öyrənib. 7-ci sinifdə beynəlxalq liseyə keçib.
Leksi Tayler
Leksi Tayler — amerikalı pornoaktyor və model. İlk böyüklər filmini 2003-cü ildə "Real XXX Letters 3" filmi ilə çəkib. Tayler italyan/ispan əsillidir. O, gənc yaşlarında diqqətləri üzərinə çəkib və 2008-ci ildə "Porno Oskarları" olaraq xarakterizə edilən AVN Mükafatlarında iki mükafat qazanmağı bacarıb.
Sözün leksik mənası
Hər bir söz müəyyən məna ifadə edir. Sözün əsas vəzifəsi əşya, hadisə, hərəkət və s. adlandırmaqdır. Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir. Sözün leksik mənası dedikdə, onun əsas lüğəvi mənası, birbaşa ifadə etdiyi məna nəzərdə tutulur. Leksik məna konkret predmet barədə olan məlumat, həmin sözü deyərkən nəyi başa düşməyimizdir. Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar: . Həmin sözə yaxın mənalı söz seçməklə (zəngin – varlı – dövlətli, aramla – sakit -tələsmədən). . Sözün məzmun, əlamət və xüsusiyyətlərini izah etməklə (dalbadal – arasıkəsilmədən, ardıcıl). . Mürəkkəb sözün tərkib hissələrinin mənasını açmaqla (üçbucaq – bucaqlarının sayı üç olan fiqur, enliyarpaqlı – yarpaqları enli olan). .
Alois Leksa von Erental
Alois Leksa von Erental (27 sentyabr 1854[…] – 17 fevral 1912[…] və ya 1912, Vyana) — Avstriya-Macarıstan siyasi xadimi və diplomatı. 1895–1898-ci illərdə Buxarestdə diplomatik elçi, 1899–1906-cı illərdə Peterburqda səfir, 1906–1912-ci illərdə xarici işlər naziri olmuşdur. Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən işğalının hazırlanmasında mühüm rol oynamışdır.
Aleksin
Aleksin — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Aleksiya
Disleksiya — beyin qabığının zədələnməsi nəticəsində oxumaq (qiraət) qabiliyyətinin itməsidir.Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər.Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər..
Celsia
Sığırquyruğu (lat. Verbascum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Sinonimləri == Celsia L. Rhabdotosperma Hartl Staurophragma Fisch. & C.A.Mey. == Morfoloji özəllikləri == İyun-avqust aylarında parlaq sarı rəngli çiçəklər açan 20 ilə 150 cm hündürlüyündə iki illik ot bitkisidir. Daha çox əkilməmiş yerlərdə və yol kənarlarında tapılır. Gövdəsi dik, bəzən budaqlanmış və tüklü örtüklüdür. Yarpaqları gövdənin alt hissəsində rozet şəklində düzülmüş olub, tüklüdür. Gövdədəki yarqaqlar isə saplaqsızdır. Çiçəkləri gövdənin ucunda sıx və ya seyrək, az və ya çox uzun bir salxım vəziyətində tyığılmışdr.
Jensia
Jensia (lat. Jensia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Lansia
Lancia , Vincenzo Lancia tərəfindən 1906-cı ildə qurulan İtalyan avtomobil istehsalçısı, 1969-dan bəri Fiat qrupunun bir parçasıdır.
Leksem
Leksem (en. lexeme) – dilin mənası olan ən kiçik vahidi. Məsələn, BASIC dilindəki 10 PRINT "The square root of 2 is";SQR(2) sətrində 10 leksem var. Bəziləri boşluq simvolunu leksem hesab etmir. Proqramın translyasiya fazalarından biri onun leksik təhlilidir. Bu zaman mətndən dilin leksemləri (açar sözlər, identifikatorlar, literallar və s.) ayrılır, sonra isə onlar sintaktik analizatora ötürülür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Leksus
Lexus – Yaponiya avtomobil istehsalçısı Toyotanın lüks avtomobil bölməsi. Lexus brendi dünyanın 90-dan çox ölkə və ərazisində satılır və Yaponiyanın ən çox satılan premium avtomobil markasıdır. Bazar dəyərinə görə Yaponiyanın 10 ən böyük qlobal markası arasında yer alıb. Lexus-un baş ofisi Yaponiyanın Naqoya şəhərində yerləşir. Mərkəzləri isə Brüssel, Belçika və Plano, Texas, ABŞ-da yerləşir. 2005-ci ildən etibarən Yaponiyada satılmağa başlamışdır. 1989-cu ildə ilk çıxdığından bəri, Lexus avtomobillərini dözümlü, möhkəm və yüksək keyfiyyətdə təqdim etdiyi üçün müştərilərin etibarını qazanmışdır. 2006-cı ildə JD Power and Associates Vasitələrin Etibarlılığı Araşdırmasına əsaslanaraq Lexus markasını ABŞ-də ən dözümlü və möhkəm avtomobil istehsal edən marka seçdi. Lexus bu mükafatı 12 il ardıcıl olaraq qazanmışdır.
Leysit
Leysit — mineral, K[AlSi2O6] analsimlə izostruktur olan karkaslı silikat. Adi temperaturda - tetraedr (psevdokub.); 605 0 C-də kubik - β-leysitə keçir. K az miqdarda Na-la əvəz olunur. Kristal­ları - tetraqontrioktaedr, dodekaedr; İkiləşməsi {110} üzrə polisintetik. Ayrılması {110} üzrə qeyri-mükəmməl. Rəngi ağ, boz, tez-tez çoxsaylı möhtəviləri olur. Sərtliyi 5,5-6. Xüsusi çəkisi 2,5. Kaliumla zəngin doymamış əsasi effuziv və hipabissal süxurlarda tapılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Meksika
Meksika (isp. México) ya da rəsmi adı ilə Meksika Birləşmiş Ştatları (isp. Estados Unidos Mexicanos) — Şimali Amerikada ölkə, paytaxtı Mexiko şəhəri, sahəsi 1,972,550 km², əhalisinin sayı 2015-ci il hesablamalarına görə 119,530,753 nəfərdir. Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. İspan dilli ölkələr arasında əhalisinin sayına görə ilk yeri tutsa da, Latın Amerikası ölkələri arasında əhalisinin sayına görə 2-ci yerdədir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ, qərbdən və cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunmuşdur. Meksika 3 ölkə ilə həmsərhəddir – ABŞ, Beliz və Qvatemala. Monterrey, Guadalajara, Puebla, Juárez, Tijuana, Nezahualcóyotl, Chihuahua və Leon Meksikanın ən böyük şəhərlərinidir. == Coğrafiyası == Hazırda Meksikanın ərazisi 1,972,550 kvadrat kilometrdir, ərazisinin böyüklüyünə görə Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir.
Pleksit
Pleksit — Onurğa beyni sinirləri kələfinin xəstəliyidir. Pleksitin səbəbi travmalar, infeksion xəstəliklər, onurğa xəstəlikləri və s. ola bilər. Boyun pleksiti zamanı boyunun dərin əzələlərinin iflici, ənsə nahiyəsində ağrı olur. Xəstəlik kəskin davam edir. Bazu pleksiti zamanı çiyin və yuxarı ət­raf əzələləri birlikdə prosesə cəlb olunur, körpücükaltı və körpücüküstü nahiyələr ağrılı olur, ağrı yuxarı ətrafa da vurur və süst-atrofik iflic baş verir. Yuxarı ətrafların hərəkəti məhdudlaşır. Xəstəlik əksər hallarda 2-3 ay müddətində sağalma ilə nəticələnir, bəzən isə yuxarı ətrafın periferik iflici sabit qalır. Bel-oma pleksitinin klinik əlamətləri bel nahiyəsində olan ağrılardan iba­rətdir. Ağrılar bud və oturaq sinirlə­ri boyunca yayılıb, hissi pozğunluqlar verir.
Loksa
Loksa (est. Loksa) — Estoniyanın şimalında, Baltik dənizində yerləşən şəhər, Haryumaa bölgəsində şəhər. == Əhali == Loksanın 57% ruslar təşkil edir. == Web link == 360° aeropanoraam / aerofoto. 1 aprill 2012 Loksa linn Loksa linnal keelatakse end lõhki laenata, Postimees, 8.
Ləkin
Ləkin — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Cəlilabad rayonunun eyniadlı ı.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Əsl adı Ləkandır. Oykonim lək tayfa adından və cəmlik bildirən – an şəkilçisindən ibarət olub, “Ləklər” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1665 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ləkit
Ləkit Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ləkit kəndi qədim tarixə malikdir. Onun yaşının ən azı 2000 il olması sübut olunmuş fakt hesab oluna bilər. Belə ki, Ləkit kəndinin adı qonşu Qum kəndi ilə birlikdə qədim yunan tarixçilərinin əsərlərində çəkilir. Bu kəndlərdə mövcud olan, qədim albanlara aid edilən məbədlərinin qalıqları da bunu sübut edir. Ləkit sözünün də qədimdə həmin ərazidə yaşamiş "lək" ("leq") tayfalarının adından götürüldüyü güman edilir. Tarixin müxtəlif zamanlarında iri yaşayış məskəninə çevrilən kənddə bəzi vaxtlarda 1000-ə qədər ev olduğu bildirilir. == Toponimikası == Kənd dağətəyi ərazidə yerləşir. Kəndin ərazisində VI əsrdə tikildiyi müəyyən edilən və hal-hazırda dağınıq halda olan, Qafqaz Albaniyasına aid xristian məbədi - Ləkit məbədi yerləşir. Bəzi tədqiqatçılar bu coğrafi adı Böyük Qafqaz dağlannm cənub ətəklərində (əsasən, Samurçay hövzəsində, o cümlədən Qafqaz Albaniyasında) yaşamış qəd.
Seksi
Cinsi cazibə, cinsi cəzb etmə və ya cinsi cazibədarlıq bir fərdin başqalarının cinsi və ya erotik maraqlarını cəlb etmək qabiliyyətidir. Bu, cinsi seçimdə və ya yoldaş seçimində bir amildir. Cazibə digər amillərdən əlavə bir insanın estetikasında, hərəkətlərində, səsində və ya qoxusunda da vurğulanır. Cazibədarlığı bir insanın bəzəkləri, geyimləri, ətri və ya tərzi ilə artırmaq mümkündür.
Aleksa Çanq
Aleksa Çanq (ing. Alexa Chung) ingilis qadın aparıcı və modeldir.BBC kanalında musiqi qrupları ilə danışıqlar aparmışdır.
Aleksis Sançez
Aleksis Sançez (isp. Alexis Sánchez ) ― Çili futbolçusu.
Aleksis Teksas
Aleksis Teksas (25 may 1985, Panama) — əslən Panamalı olan ABŞ pornoaktrisasıdır. 2012-ci ilin rəsmi məumatlarına görə 300-dən pornoqrafik filmdə iştirak etmişdir. Aleksis Teksasın şəkilləri "Hustler" və "Genesis" kimi jurnallarında dərc edilmişdir. Bəzi pornoaktrisalardan fərqli olaraq, bədənində tatu yoxdur. == Həyatı == Aleksis Teksas 25 may 1985-ci il tarixində atasının çalışdığı Panama hərbi bazasında doğulmuşdur. Ancaq Teksasın uşaqlığı Texasın San-Antonio şəhərində keçmişdir. Aleksis Teksasın valideynləri Puerto-Riko, Alman və Norveç əsillidir. Yetkin filmlər çəkilişinə başlamamışdan əvvəl Teksas doğma Texas şəhərinin Kastrovil ərazisində bir barda, bar məsulu olaraq çalışmış və Stivens soyadını daşımışdır. 2006-cı ildən başlayaraq pornoqrafik filmlərə çəkilmişdir. 2009-cu ildə Starlet Əyləncə Qrup təsiri altında Teksas şəxsi "Alexis Texas Entertainment" adlı kinokompaniyasını qurmuşdur.
Aleksis Tsipras
Aleksis Tsipras (yun. Αλέξης Τσίπρας; 28 iyul 1974, Afina) — Radikal Sol Koalisya partiyasının lideri, 26 yanvar 2015-ci ildən Yunanıstanın Baş Naziri. 2009-cu ildə keçirilən parlament seçkilərində Yunanıstan Parlamentinin üzvü seçilmişdir. == Həyatı == Aleksis Tsipras 1974-cü il iyulun 28-də Afina şəhərində anadan olmuşdur.Afina Milli Texniki Universitetinin inşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb və 2000-ci ildə universiteti bitirib. Universiteti bitirdikdən sonra inşaat sektorunda inşaat mühəndisi olaraq işləmişdir. Bir çox layihələr üzərində çalışıb. === Siyasi fəaliyyəti === Çipras 1980-ci illərdə Yunanıstan Komunist Gənclik Partiyasına üzv oldu. 1990-cı illərin əvvəlində Abelokipidə məktəbdə təhsil aldığı zaman Yunanıstanın o zamanki Təhsil Naziri Vasilis Kontoyannopulosun qalmaqallı qanunlarına qarşı tələbə etirazlarında aktiv oldu. 1995-ci ildən 1997-ci ilə kimi Yunanıstan Milli Tələbə Birliyi Mərkəz Təşkilatına təmsilçi seçilmişdir.1999-2003-cü illərdə ​Synaspismos Neolaia Syn Partiyasının Gənclər Təşkilatında işləyir. Alexis Tsipras ən böyük siyasi çıxışını 2008-2009-cu illərdə edir və Synaspismos koalisiyasının konqresində partiya lideri seçilir.
Aleksis Yandard
Aleksis Yandard (23 aprel 1997) — Fransalı suya tullanan. Aleksis Yandard Fransanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Aleksis Yandard birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 292.15 xal toplayaraq 32-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Avropa uleksi
Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir == Botaniki təsviri == Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.