Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laquna
Lihula
Lihula (est. Lihula, alm. Leal‎) — Estoniyanın qərbində şəhər. 1950—1962-ci illər arası Lihula rayonunun inzibati mərkəzi idi.
Liqula
Liqula — qayışa bənzədiyi üçün bəzən də onu "qayış" qurdu da adlandırırlar. Liqulanın bir əsas iki aralıq sahibi vardır. Əsas sahibi müxtəlif quş növləridir (qağayı). Aralıq sahibləri isə siklop və balıq növləridir. Uzunluğu bəzən 15–40 sm-ə qədər olur. Yumurta mərhələsindən sonra inkişafı su mühitində gedir. İnkişaf etdiyi balığın bədəni boş kimi olur ki, ona toxunduqda partlayır. Törətdiyi xəstəlik liqulyoz adlanır. Xəstəliyə qarşı mübarizə məqsədi olaraq liqulyoz olan balığın yaşadığı gölməçələr qurudulur və dizenfeksiya olunur.
Lizinq
Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq — sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Hal-hazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarının edilməsində əsas maliyyə mənbəyidir. Lizinqin bir sıra üstün cəhətləri vardır, onlara aşağıdakıları nümunə göstərə bilərik: Lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətlidir. Belə ki, Azərbaycan banklarında 18 aydan artıq olan müddət üçün kredit verilmir, lakin lizinq üzrə kreditlərin verilməsində ən azı üç illik müddət nəzərdə tutulur; Maliyyə lizinqi, sürətli amortizasiya hesabına, kredit alana onun öz vergi borcları yükünü yüngülləşdirməyə imkan verir; Vergiyə cəlb edilmə məqsədilə lizinq üzrə ödəmələr lizinqə vəsaiti hesabına əldə olunmuş əmlakın dəyərinin ödəniş kimi qəbul edilir və vergiyə cəlb olunan mənfəətin məbləğindən çıxılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq, lizinqə alınmış əmlakın dəyərinin ölçülməsi üçün ammortizasiya xərcləri sürətli hesablana bilər. Lizinq üzrə öhdəliklər maliyyə-kredit təşkilatlarından yeni kreditlərin alınmasının qarşısını almır və s. Artıq 80-ci illərin əvvəllərindən lizinq fenomeni sadə uzunmüddətli icarə kimi deyil, özündə icarə münasibətləri, təminatlı kredit maliyyələşdirilməsi elementlərini, borc öhdəlikləri üzrə hesablaşmaları və d.
Luzula
İşıqotu (lat. Luzula) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin cığkimilər fəsiləsinə aid bitki cinsi.
Ozuna
Maluma — Juan Luis Londoño Arias (13 mart 1993-cü ildə anadan olub) Puerto-Rikolu sənətçidir. Karyerasının əvvəlindən bəri o, 15 milyona yaxın albom sataraq onu bütün zamanların ən çox satılan Latın Amerikası musiqi sənətçilərindən birinə çevirdi. 1 Fevral 2019-cu ildə Ozuna YouTube-da hər hansı bir sənətçinin ən çox bir milyard baxışlı videosu olub və o, iki Latın Grammy Mükafatı, beş Billboard Musiqi Mükafatı, on iki Billboard Latın Musiqi Mükafatı, dörd Ginnesin Rekordlar Kitabı, digər təriflər. Odisea (2017) Aura (2018) Nibiru (2019) "Igual Como Tú" (2012) "Juegos De Amor" (2012) "Fanática" (2013) "Luce Bien" (2013) "Se Suelta Sola" (2013) "El Proceso" (2013) "Me Heches La Culpa" (2014) "Detrás Del Mic" (2014) "Contigo Lo Tengo Todo" (2014) "Si No Te Quiere" (2014) "Se Toca Todita" (2014) "En Otro Mundo" (2014) "Mai Que Locura" (2014) "Dime Bebe" (2014) "Dialogue Con Mi Corazón" (2014) "Te Paso A Buscar" (2014) "Que Bien Te Ves" (2014) "Mírame" (2014) "Juega Tu Posición" (2014) "Pasión & Deseo" (2015) "Donde Están Las Gatas (Remix)" (2015) "Sexo x Money" (2015) "No Se Que Tienes" (2015) "Enfermita" (2015) "Todos Los Días Me Pregunto" (2015) "Dicen" (2015) "Búrlate" (2015) "Si Te Dejas Llevar" (2015) (with Juanka El Problematik) "Si Tu Marido No Te Quiere" (2015) "Se Dejaron Ver" (2015) "Bailen (Remix)" (2015) "Calentamiento" (2015) "Nos Fuimos Conociendo" (2015) "Falsas Mentiras" (2015) "Corazón De Seda" (2015) "No Force" (2015) "Si Tu Marido No Te Quiere (Remix)" (2015) (featuring Arcángel and Farruko) "No Quiere Enamorarse" (2015) "Dime Quién" (2016) "69" (2016) "Mil Maneras" (2016) "Leal" (2016) "Infidelidad" (2016) "No Forcen (Remix)" (2016) "No Quiere Enamorarse (Remix)" (2016) (featuring Daddy Yankee) "Dile Que Tu Me Quieres" (2016) "Te Vas" (2016) "Un Bellaqueo" (2016) (with Pusho, Alexio La Bestia and Juanka El Problematik) "Me Ama Me Odia" (2016) (with Arcángel, Cosculluela and Brytiago) "En La Intimidad" (2016) "El Pecado" (2016) "Dile Que Tu Me Quieres (Remix)" (2017) (featuring Yandel) "Después De Las 12" (2017) "Tu Foto" (2017) "Si Tu Quieres" (2017) (with Pusho and Anuel AA) "Bebé" (with Anuel AA) (2017) "El Farsante" (2017) "Se Preparó" (2017) "Que Va" (with Alex Sensation) (2017) "Ahora Dice" (2017) (with Chris Jeday, J Balvin and Arcángel) "Sobredosis" (2017 and 2018) (with Romeo Santos) "Egoísta" (featuring Zion & Lennox) (2017) "Siguelo Bailando" (2017) "La Modelo" (with Cardi B) (2017) "Solita" (with Mambo Kingz and DJ Luian featuring Bad Bunny, Wisin and Almighty) (2018) "El Farsante (Remix)" (2018) (featuring Romeo Santos) "Ahora Dice (Real Hasta La Muerte)" (2018) (with Chris Jeday, J Balvin, Arcángel, Anuel AA, Cardi B and Offset) "Bipolar" (2018) (with Brytiago and Chris Jeday) "Balenciaga" (2018) (with Ele A El Dominio) "Quisiera Alejarme" (2018) (with Wisin) "Me Niego" (2018) (with Reik and Wisin) "Única" (2018) "Te Boté (Remix)" (2018) (with Casper, Nio García, Darell, Nicky Jam, Bad Bunny) "Hasta que salga el sol" (2019) "Gistro Amarillo" (With. Wisin) (2020) "Caramelo Remix" (With. Myke Towers, Karol G). "Enemigos Ocultos", (With. Wisin, Myke Towers, Arcangel, Cosculluela, Juanka) (2020) "Despeinada", (With. Camilo).
Ami Mizuno
Seylor Merkuri (セーラーマーキュリー, Sērā Mākyurī) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" animanqasında personaj. Əsl adı Ami Mizuno (水野 亜美, Mizuno Ami) olan Seylor Merkuri gənc yapon tələbə qızdır. Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. 14-16 yaşlarındadır. 10 sentyabrda anadan olmuşdur. Boyu 158 santimetrdir. Seylor Merkuri Seylor Mun tərəfindən tapılmış ilk Seylor döyüşçüsüdür, komandanın beynidir. Əsas gücü suyun bütün aqreqat hallarını idarə etmək, onu manipulyasiya etməkdir. Həmçinin IQ səviyyəsi 300 olduğundan çox güclü intellektə malikdir, hər cür texnologiyadan başı çıxır. "Seylor Mun" manqasından başqa Seylor Merkuri qısa müddət xüsusi olaraq hazırlanmış "Aminin ilk məhəbbəti" manqasından yer almışdır.
Koki Mizuno
Koki Mizuno (6 sentyabr 1985, Şizuoka) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Luzula forsteri
Forster işıqotu (lat. Luzula forsteri) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin cığkimilər fəsiləsinin i̇şıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-40 sm olan çoxillik çimli bitkidir. Gövdəsi düzdür, qaidə hissəsində tünd-qırmızı-bənövşəyi rəngli qın geyinmişdir. Yarpaqları xətvari, yastı, sivriləşmişdir, eni 1,5–5 mm-dir, qının kənarları və ağız hissəsi uzun tüklüdür. Çiçək qrupu çəturşəkillisüpürgəvaridir; çiçək qrupunun budaqları nazikdir, çiçəkləmədən sonra üzüyuxarı dik qalxandır; çiçəkaltlığının yarpağı çiçək qrupundan qısadır. Çiçəkləri təkdir; çiçəkaltlıqları yumurtaşəkilli, sivri, qırmızımtıl rənglidir, demək olar ki, çiçək yanlığının yarısına bərabərdir. Çiçək yanlığının yarpaqcıqları neştərvaridir, eynidirlər və ya daxildəkilər bir qədər uzundurlar, qılcıqvari sivriləşmiş, şabalıdı rəngdədir, kənarlardan ensiz-ağ pərdəlidir. Qutucuq enli yumurtaşəkillikonusvari, sarımtıl-yaşıl rəngli, sivriləşmiş və çiçək yanlığının yarpaqcıqlarına bərabər və ya ondan qısadır. Toxumları uzunsovyumurtaşəkilli, qırmızımtıl-qəhvəyi rəngli, xırda olub, qısa düz törəmələri vardır və kütdür.
Nadejda Qlızina
Nadejda Qlızina (20 may 1988, Kirişi, Leninqrad vilayəti) — Rusiyanı təmsil edən su poloçusu. Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu. Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Takaşi Mizuno
Takaşi Mizuno (keçmiş adı Takaşi Tokuhiro; d. 28 aprel 1931, Yaponiya) — keçmiş yapon futbolçu. Yaponiya milli futbol komandası ilə 1 oyuna çıxmışdır.
Yuriko Mizuma
Yuriko Mizuma (d. 22 iyul 1970) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 22 oyun keçirib, 10 qol vurub.
Şizuka İşiqami
Şizuka İşiqami (石上 静香, Ishigami Shizuka, 14 sentyabr 1988[…], Tokio) — Yaponiya səs aktrisası. Əvvəllər 81 Produce ilə əməkdaşlıq etsə də, hazırda Pro-Fit ilə əməkdaşlıq edir.
Yevgeni Lazuka
Yevgeni Lazuka (19 aprel 1989) — Belarusu və Azərbaycanı təmsil edən üzgüçü. Yevgeni Lazuka Belarusu 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə batteflay üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 54.54 saniyə nəticə göstərdi və 42-ci pillənin sahibi olub. Yevgeni Lazuka 2013-cü ildə İndoneziyada baş tutan III İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib oldu. Daha sonra Yevgeni Lazuka Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə batteflay üsulula üzmə turnirinin təsnifat mərhələsində 52.86 saniyə nəticə göstərdi və 38-ci pillənin sahibi olub.
Laquna-Biç
Laquna-Biç (ing. Laguna Beach) — ABŞ-nin Kaliforniya ştatının Orinc qraflığında yerləşən şəhər.
Luzula gesneri
Forster işıqotu (lat. Luzula forsteri) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin cığkimilər fəsiləsinin i̇şıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-40 sm olan çoxillik çimli bitkidir. Gövdəsi düzdür, qaidə hissəsində tünd-qırmızı-bənövşəyi rəngli qın geyinmişdir. Yarpaqları xətvari, yastı, sivriləşmişdir, eni 1,5–5 mm-dir, qının kənarları və ağız hissəsi uzun tüklüdür. Çiçək qrupu çəturşəkillisüpürgəvaridir; çiçək qrupunun budaqları nazikdir, çiçəkləmədən sonra üzüyuxarı dik qalxandır; çiçəkaltlığının yarpağı çiçək qrupundan qısadır. Çiçəkləri təkdir; çiçəkaltlıqları yumurtaşəkilli, sivri, qırmızımtıl rənglidir, demək olar ki, çiçək yanlığının yarısına bərabərdir. Çiçək yanlığının yarpaqcıqları neştərvaridir, eynidirlər və ya daxildəkilər bir qədər uzundurlar, qılcıqvari sivriləşmiş, şabalıdı rəngdədir, kənarlardan ensiz-ağ pərdəlidir. Qutucuq enli yumurtaşəkillikonusvari, sarımtıl-yaşıl rəngli, sivriləşmiş və çiçək yanlığının yarpaqcıqlarına bərabər və ya ondan qısadır. Toxumları uzunsovyumurtaşəkilli, qırmızımtıl-qəhvəyi rəngli, xırda olub, qısa düz törəmələri vardır və kütdür.
Liza
Liza (balıq) — kefallar fəsiləsinə aid balıq cinsi. Liza (ad) — qadın adı. Liza (film, 1972) — film. Liza (film, 1978) — film.
Liana Hayd
Liana Hayd (tam adı: Liana Hayd, alm. Liane Haid‎; 16 avqust 1895[…], Vyana – 28 noyabr 2000[…]) — Avstriya aktrisası, Avstriyanın ilk kino ulduzu. == Həyatı == Vyanada dünyaya göz açmış Liana Hayd rəqqasə və müğənni kimi fəaliyyətə başlamışdır. Tezliklə Süßes Wiener Mädelin ("Şirin Vyanalı qız") rəmzinə çevrilir və 1920-1930-cu illərdə məşhur pin-ap modeli kimi fəaliyyət göstərir. Kinoda ilk işi Birinci Dünya müharibəsi zamanı çəkilmiş təbliğat xarakterli Mit Herz und Hand fürs Vaterland (1915) filmi olmuşdur. Hayd UFA kino şirkəti üçün çalışmış və ixtisaslı müğənni kimi Villi Forst, Bruno Kastner, Georq Aleksandr, Teo Lingen və Haynz Rüman və digər alman ulduzları ilə bir yerdə çəkildiyi komediya filmlərində asanlıqla səsini nümayiş etdirə bilmişdir. Hollivuddan gələn bir çox təklifləri rədd edən Liana Hayd "rejim, hər yerin bombardman edilməsi və bütün yaxşı rejissorların ölkəni tərk etməsi səbəbi ilə" 1942-ci ildə Almaniyanı tərk edərək İsveçrəyə köçür. O, burada Karl Şpixer ilə ailə həyatı quraraq kino karyerasına da son qoyur. Ən məşhur filmləri sırasına Xanım Hamilton (1921), Lukretsia Borciya (1922), Çardaş şahzadəsi (1927, Emmerix Kalmanın operettası əsasında), eləcə də səsli filmlərinə Mahnı bitdi (1930) və Öpüşmədən yatmaq lazım deyil (1936) daxildir. Sonuncu dəfə 1953-cü ildə filmə çəkilmişdir.
Liana Liberato
Liana Liberato—ABŞ kino və televiziya aktrisası.The best of me və Trust filmlərində oynadığı rollar ilə daha çox tanınıb.
Liana Moriarti
Liana Moriarti (ing. Liane Moriarty; 15 noyabr 1966, Sidney) — avstraliya yazıçısı, yazıçı Jaklin Moriartinin böyük bacısı. == Bioqrafiyası == Liana Moriarti 15 noyabr 1966-cı ildə Avstraliyanın Yeni Cənubi Uels, Sidney şəhərində anadan olmuşdur. Orta məktəbdən sonra Moriarti bir nəşriyyat şirkəti üçün reklam və marketinq sahəsində çalışdı. Daha sonra müstəqil kopirayter kimi işə başlamazdan əvvəl bir müddət öz şirkətini işlətdi. 2004-cü ildə Sidneydə yerləşən Makkuori Universitetində magistr dərəcəsini bitirdikdən sonra akademik işi çərçivəsində ilk romanı "Üç dilək" nəşr olundu. 2017-ci ildə Moriartinin eyni adlı kitabına əsaslanaraq "Böyük Kiçik Yalanlar" adlı dram mini-seriyası yayımlandı. Moriarti, Sidneydə əri Adam, kənd təsərrüfatı marketinqində işləyən təqaüdçü Tasmaniyalı fermer və iki uşağı olan Corc və Anna ilə birlikdə yaşayır. == Biblioqrafiya == === Romanlar === 2004 — «Üç istək» (ing. Three Wishes) 2006 — «Axırıncı şans» (ing.
Liana Xristidou
Liana Xristidou (d. 5 yanvar 1987; Afina, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Liana Xristidou 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Liana Xristidou 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları İlektra Eftimiou, Mariya Kakiou, Yeleni Xronopoulou, Varvara Maqnisali və Steriani Pantazi ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
Liina Luik
Liina Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Leyla və Lili Luikdir. Liina bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Lozna çayı
Lozna çayı— Rumıniyada Someş çayının sol qolu. Çay Loznada Someş çayına tökülür.
Liana Zimbler
Liana Zimbler (alm. Liane Zimbler‎; 31 may 1892[…] – 11 noyabr 1987[…], Los-Anceles, Kaliforniya) — Avropada memarlıq diplomu alan ilk qadın avstriyalı memar. 1938-ci ildə ABŞ-yə mühacirət edənə qədər Vyanada bizneslə məşğul olan Liana orada interyer dizayneri olub. == Həyatı == Vyana İncəsənət Məktəbində oxuyan Liana, burada əvvəlcə qrafika, sonra isə memarlıq üzrə təhsil alıb. Hələ təhsil alarkən Emili Flögenin salonunda illüstrator və dizayner kimi işləməyə başlayıb. 1916-cı ildə vəkil Otto Zimbler ilə evlənən Liananın bu evlilikdən Eva adlı bir qızı dünyaya gəlib. Elə həmin il Liana Vyanada Bamberger mebel fabrikində çalışmağa başlayıb. Birinci Dünya müharibəsi bitməzdən əvvəl Rosenberq dizayn studiyasında memar olan Zimbler 1920-ci illərin əvvəllərində emal, yenidənqurma və daxili bəzək işlərində ixtisaslaşan öz firmasını qurub. 1928-ci ilə qədər, biznesi nəticəsində Zimbler Praqada ortağı Anni Herrnheyser tərəfindən idarə olunan ikinci studiyasını aça bilib. Həmçinin Vyanada mühazirələr deyən Liana işləyən qadınlara dəstək üçün müxtəlif təşkilatlara da üzv olub.
LiAnna Uornerin itməsi
LiAnna Uorner (ing. LeeAnna Susan Marie Warner; d. 21 yanvar 1998 - itkin düşüb 14 iyun 2013, Minnesota, Çizolm) — qaçırılan və qətl hadisəsi ilə 14 iyun 2003-cü ildə Minnesota Çizolm şəhərindən itkin düşən bir qız. İtkin düşdüyü gün LiAnna axırıncı dəfə bir dostunun evindən evə 5:00 - 5:15 arası gedərkən görüldü. Sonuncu dəfə ikinci və ya üçüncü küçənin cənub-qərbində görüldü. O, itkin düşəndə 5 yaşında idi. LiAnnanın qaçırıldığına dair hər hansı bir sübut olmasa da, polis bunun daha real bir variant olduğunu iddia edərək sadəcə gəzdiyi təqdirdə onu tapacaqlarına inanırdılar. Bu illər ərzində polis 1700-dən çox nişanə tapdı. Ancaq çox az dəlil ilə onlar heç vaxt konkret şübhəlini tapa bilmədilər. LiAnna bu vaxta qədər tapılmadı və onun işi həll olunmamış qalır.