Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meri Keri
Meri Ellen Kuk və ya Meri Keri (15 iyun 1980, Klivlend, Ohayo) — porno aktrisa, siyasətçi, Playboy modeli, radio aparıcısı, kinorejissor. Meri Ellen Kuk 1980-ci ildə ABŞ-nin Klivlend şəhərində doğulub. Anası ruhi xəstə, atası iflic olan Meri 3 aylığından nənəsinin və babasının himayəsində böyüyüb. Onların ölümündən sonra gənc qız müxtəlif barlarda rəqqasə kimi çalışıb. Bir müddət sonra ona porno filmlərdə çəkilmək təklif olunub və qız bu təklifi qəbul edib. Meri Keri adı ilə 80-ə yaxın filmdə çəkilib. 2003-cü ildə Meri Kaliforniya qubernatorluğuna öz namizədliyini verir və populyar Hollivud ulduzu Arnold Şvarseneqqerə rəqib olur. Təbii ki, Meri "terminatora" uduzur. Ancaq seçki müddətində qalmaqallı namizəd öz adından söz etdirə bilir.
Meri Keri (aktrisa)
Meri Ellen Kuk və ya Meri Keri (15 iyun 1980, Klivlend, Ohayo) — porno aktrisa, siyasətçi, Playboy modeli, radio aparıcısı, kinorejissor. Meri Ellen Kuk 1980-ci ildə ABŞ-nin Klivlend şəhərində doğulub. Anası ruhi xəstə, atası iflic olan Meri 3 aylığından nənəsinin və babasının himayəsində böyüyüb. Onların ölümündən sonra gənc qız müxtəlif barlarda rəqqasə kimi çalışıb. Bir müddət sonra ona porno filmlərdə çəkilmək təklif olunub və qız bu təklifi qəbul edib. Meri Keri adı ilə 80-ə yaxın filmdə çəkilib. 2003-cü ildə Meri Kaliforniya qubernatorluğuna öz namizədliyini verir və populyar Hollivud ulduzu Arnold Şvarseneqqerə rəqib olur. Təbii ki, Meri "terminatora" uduzur. Ancaq seçki müddətində qalmaqallı namizəd öz adından söz etdirə bilir.
Lineynıy adası
Lineynıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Komsomoles adasının cənub-qərbindən qərbdə yerləşir. Klin buxtasında qərarlaşır. Adadan 300 qərbdə Slitıy adası yerləşir. == Təsviri == Ensiz formaya malikdir, cənub-şərqdən şimal-qərbə uzanır. Dili xatırladır. Uzunluğu 2 km, eni 300 m təşkil edir. Yüksəklik yoxdur. Gölə sahib deyildir.
Meri
Meri — ad. Meri Şelli — məşhur ingilis yazıçı. Meri Tamm — eston əsilli Böyük Britaniya aktrisası Meri Robinson — İrlandiyanın ilk qadın prezidenti (1990-1997). Meri Todd Linkoln — ABŞ siyasətçisi Meri Somervill – şotland yazıçısı və alimi. Meri Kuant — Böyük Britaniya dizayneri. Meri Pikford — Kanada və ABŞ aktrisası. Meri Kassat — amerikalı rəssam və qrafik Meri Boys — britaniya iranşünası, Zərdüştilik və Manixeizmin tədqiqatçısı. Meri Şervaşidze — gözəlliyi ilə məşhur gürcü aristokrat qadını. Meri Eqnes Çeyz — Meri Selest — Digər Meri Berd Torpağı — Antarktidanın qərbindəki torpağlarıdır. Meri Selest — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi.
Beri-beri
Beri-beri — xəstəliyi B1 vitamininin çatışmazlığından irəli gəlir. Göstərilən xəstəliyi keçirən xəstələrin ürək nahiyəsində pozulmalar müşahidə olunur. Bu xəstəlikdə qıcolmalar və iflicolma baş verir. B1 vitamini əsasən qabığı soyulmamış dəndə, yumurta sarısında, paxlalı bitkilərin toxumalarında, az miqdarda ispanaqda, kələmdə, yerkökü və almada vardır.
Mərə-mərə
Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri. Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur.
London meri
London meri - London Assambleyasının 25 üzvü tərəfindən seçilən və Böyük Londonda icra hakimiyyətinə rəhbərlik edən şəxsdir. London merini Londonun lord-meriylə qarışdırmaq lazım deyil, lord-merin vəzifəsi daha çox simvolik xarakter daşıyır və Londonun Siti hissəsiylə məhdudlaşır. Mer birbaşa səsverməylə dörd il müddətinə seçilir. London merinin illik maaşı 151,734 funtsterlinqdir. Hal-hazırda bu vəzifəni Leyboristlər Partiyasından olan Sadiq Xan (ing. Sadiq Aman Khan) icra edir. == Hakimiyyət == London şəhərində Bələdiyyə Başçısı səlahiyyətləri 2000-ci ildə yaradılmışdır Bələdiyyə Başçısı icra hakimiyyətinə rəhbərlik edir , şəhərin hərtərəfli inkişafı üçün plan təqdim edir , büdcənin qəbul edilməsində iştirak edir. Dörd il muddətinə seçilir.
Meri Aninq
Meri Enninq (ing. Mary Anning; 21 may 1799-cu il - 9 mart 1847-ci il) — britaniyalı həvəckar daşlaşmış sümük kolleksioneri və palentioloq. Yaşadığı Laym-Recisdə tapdığı daşlaşmış sümük və dəniz faunası tapıntılarına görə məşhurlaşıb. Onun elmi işləri Yer kürəsinin qədim dövrü barəsində tarixi və həyatı barəsində təsəvvürün dəyişməsinə səbəb olub. Meri Aninq 1809 və 1811-ci illər arasında hələ 10-12 yaşında olarkən dinozavr qalıqlarını aşkarlamış və tərəfindən aşkarlanan qalıqların bütün hissələrini müəyyən müddət sonra birləşdirmişdir. Bununla Meri Enninq dünya tarixinə ilk paleontoloq qadın kimi daxil olmuşdur. O ilk arxeoloq qadın kimi də tanınır. Müxtəlif vaxtlarda ona pul müqabilində iş görmək təklif olunsa da, o bundan imtina etmişdir.
Meri Bell
Meri Bell (ing. Mary Flora Bell; d. 26 may 1957) — .
Meri Boys
Nora Elizavet Meri Boys (ing. Nora Elisabeth Mary Boyce; 2 avqust 1920 – 4 aprel 2006)—britaniyalı iranşünas, Zərdüştilik və Manixeizmin tədqiqatçısı. Nora Elizavet Meri Boys 2 avqust 1920-ci ildə doğulmuşdu. Atası Kəlküttədə hakim vəzifəsində çalışdığından Darcilinqdə dünyaya gəlmişdi. Kembric Universitetinin Nyunhem kollecini bitirmişdi. Burda arxeologiyanı və etnoqrafiyanı öyrənmişdi. Meri Boys 4 aprel 2006-cı ildə vəfat edib. Zərdüştiliyi qəbul edən turlar özlərini "ari" adlandırırlarsa deməli onlar da türklərdir. İkinci məsələ isə farsların bu bölgəyə gəlmə zamanları ilə bağlıdır. Onlar buraya nüfuz edərkən artıq "Avesta" bir müqəddəs kitab kimi, zərdüştilik isə bir din kimi mövcud idi.
Meri Enninq
Meri Enninq (ing. Mary Anning; 21 may 1799-cu il - 9 mart 1847-ci il) — britaniyalı həvəckar daşlaşmış sümük kolleksioneri və palentioloq. Yaşadığı Laym-Recisdə tapdığı daşlaşmış sümük və dəniz faunası tapıntılarına görə məşhurlaşıb. Onun elmi işləri Yer kürəsinin qədim dövrü barəsində tarixi və həyatı barəsində təsəvvürün dəyişməsinə səbəb olub. Meri Aninq 1809 və 1811-ci illər arasında hələ 10-12 yaşında olarkən dinozavr qalıqlarını aşkarlamış və tərəfindən aşkarlanan qalıqların bütün hissələrini müəyyən müddət sonra birləşdirmişdir. Bununla Meri Enninq dünya tarixinə ilk paleontoloq qadın kimi daxil olmuşdur. O ilk arxeoloq qadın kimi də tanınır. Müxtəlif vaxtlarda ona pul müqabilində iş görmək təklif olunsa da, o bundan imtina etmişdir.
Meri Hopkin
Meri Hopkin (ing. Mary Hopkin; 3 may 1950) – Uelsli xalq müğənnisi Vall dili və Uels ingiliscəsində danışan bir ailənin qızı olaraq, musiqi karyerasına xalq müğənnisi kimi "Selby Set" və "Mary" adlı yerli qruplarda başlamışdır. "Beatles"in "Apple" val şirkəti üçün mahnı ifa etməsindən əvvəl "Cambrian" adlı bir yerli val şirkətindən vall dilində kiçik bir albom çıxartdı. British İTV televiziyası tərəfindən yayımlanan "Opportunity Knocks" istedad yarışmasındakı uğurunun gətirdiyi birinciliklə şöhrət qazandı. "Beatles Apple Record Company" üçün qeydiyyatdan keçən ilk sənətçilərdən biri olmuşdur. 1968-ci ildə çıxmış "Those Were the Days" klassiki ilə şöhrəti daha da artdı.
Meri Kassat
Meri Stivinson Kassat (ing. Mary Stevenson Cassatt; 22 may 1844[…] – 14 iyun 1926[…]) — amerikalı rəssam və qrafik idi. Meri Kassat Allegeni şəhəri, Pensilvaniyada (indi Pittsburqun Şimalının bir hissəsi ), işində nailiyyətləri olan bir dəllalın - Robert Kassatın və bankir olan Ketrin Kelso Constonın qızı olaraq dünyaya gəlmişdir. Anası oxunmuş və enerjili bir qadın idi. Onun gələcək rəssamın dünyagörüşünün formalaşmasında böyük rolu olmuşdur. Fransız jurnalist Qustav Jefrua tərəfindən Mari Brakemon və Berta Marizo ilə yanaşı, Meri Kassat da impressionizmin "Üç əzəmətli xanımı"-ndan ( les trois grandes dames) biri hesab edilmişdir. 1879-cu ildə Dieqo Martelli onu Deqasla müqayisə etdi, çünki hər ikisi ən müasir şəkildə hərəkət, işıq və dizaynı təsvir etməyə çalışırdılar. Orta səviyyədən bir ailədə doğulmuşdur: Atası Robert Simpson Kassat dəllal və torpaq möhtəkiri idi. O, 1662-ci ildə Yeni Amsterdama gələn Fransız Hugenat Jak Kossartın nəslindən gəlir. Anası Ketrin Kelso Conston bankir ailəsindən idi.
Meri Kuant
Meri Kuant (ing. Mary Quant; 11 fevral 1930[…], Blekhit[d], Birləşmiş Krallıq – 13 aprel 2023, Farli Qrin[d], Birləşmiş Krallıq) — Böyük Britaniya dizayneri. O, 1960-cı illərdə Londonda yerləşən Mod və gənclərin moda hərəkatlarında populyar fiqur oldu. O, mini yubkanın məşhurlaşmasında rol oynayan dizaynerlərdən biri idi. Meri Kuant 11 fevral 1934-cü ildə Woolwich, Londonda müəllim ailəsində anadan olmuşdur. Gələcək dünya şöhrətli dizaynerin həyatı o vaxtkı nəslin insanlarının həyatı kimi idi. O özü sonralar yazırdı ki, onun həyatının birinci yaddaqalan xatirələri müharibə zamanı evakuasiya ilə bağlı idi. Merinin Kentdən olan ailəsi İngiltərənin Şərq sahillərindəki bir kəndə köçür, bədbəxtlikdən Londonu bombardman etməyə gedən alman təyyarələri bu kənd üzərindən keçmişdir. 1951-ci ildə Meri orta məktəbi bitirdikdən sonra valideynləri ona təhsilini davam etməyi və karyera barədə fikirləşməyi təklif etdilər. Məsuliyyətli müəllimlər Meriyə yaxşı bir sənət seçməyi məsləhət gördülər, amma o, London incəsənət məktəbinə daxil oldu-GoldSmiths" College of Art.
Meri Pikford
Meri Pikford (ing. Mary Pickford; 8 aprel 1892 – 29 may 1979) — Kanada və ABŞ aktrisası. Merri Pikford 1892-ci ildə anadan olmuşdur. Səssiz kino dövrünün ən məşhur kino ulduzlarından biridir. O bununla yanaşı səssiz dövrdə ən çox qonorar alan aktrisadır.
Meri Robinson
Meri Tereza Uinfred Robinson (irl. Máire Mhic Róibín, 21 may 1944[…]) — İrlandiyanın ilk qadın prezidenti (1990–1997). 1997-ci ildən 2002-ci ilə qədər BMT-nin insan hüquqları üzrə ali komissarı olmuşdur.
Meri Saymon
Meri Cinni Mey Saymon (ing. Mary Jeannie May Simon; fr. Mary Jeannie May Simon; 21 avqust 1947, Kangiksualucuak[d], Kvebek) — Kanadalı keçmiş aparıcı, dövlət qulluqçusu və 2021-ci ildən etibarən Kanadanın 30-cu general-qubernatoru vəzifəsində çalışan diplomat. Saymon Kvebekin Nunavik əyalətinin Kangiksualucuak şəhərində anadan olub. 1970-ci illərdə qısa müddətdə "CBC Northern Service"-də prodüser və diktor vəzifəsində çalışmış, daha sonra ictimai xidmətə başlamış, Şimali Kvebek İnuit Dərnəyinin idarə heyətində vəzifə almış və Şarlottaun danışıqlarında əsas rol oynamışdır. Saymon 1994–2004-cü illərdə Kanadanın Ətraf İşləri üzrə ilk səfiri, eyni zamanda Arktik Şurasının yaradılması üçün aparıcı danışıqçı idi. 1999–2002-ci illərdə Kanadanın Danimarkadakı səfiri vəzifəsini də icra etmişdir. 6 iyul 2021-ci ildə Baş nazir Castin Trüdo Saymonun Kanadanın növbəti general-qubernatoru olaraq Jyüli Peyettin yerinə təyin olunduğunu bildirdi. Meri Cinni Mey Saymon 21 avqust 1947-ci ildə Kvebekin Kangiksualucuak şəhərində, Manitobadan olan və ingilis əsilli Bob Mey və inuk olan Nensinin ailəsində anadan olub. Atası gəncliyində şimala köçdü və 1950-ci illərin əvvəllərində yerli Hudzon körfəzi şirkətinin meneceri oldu.
Meri Selest
Meri Selest (ing. Mary Celeste) — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi. Gəmi aşkarlananda qayıqlarından biri yox idi. Buna baxmayaraq gəmi yaxşı vəziyyətdə tərk edilmişdi. Dei Gratia gəmisi tərəfindən aşkarlanan Meri Selest gəmisi tapılan vaxt küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edirdi. Gəmi bir ay əvvəl yola çıxmışdı, anbarda 6 aylıq ərzaq və su ehtiyatı vardı. Gəmidə üsyanın başladığı ehtimalı ən real ehtimallardan biri hesab olunurdu. Ancaq ərzaqlar və içkilər yerində idi; digər tərəfdən isə gəmi heyətində olan 7 şəxsin hamısının əşyaları da kabinalarda, toxunulmamış şəkildə qalmışdı. Bu hadisədən sonra gəminin kapitanı, həyat yoldaşı və kiçik qızından başqa, daha 4 nəfər barəsində bir daha məlumat almaq mümkün olmadı. Meri Selest gəmisinə qədər kabus gəmilər haqqında olan hadisələrin rəvayət olduğu düşünülürdü.
Meri Somervill
Meri Ferfaks Somervill (26 dekabr 1780-ci il – 28 noyabr 1872-ci il) – şotland yazıçısı və alimi. Onun dövründə alim qadının mövcudluğu qeyri-adi bir məsələ idi. O riyaziyyat və astronomiyanı öyrənirdi. Karolina Gerşeldən sonra Birləşmiş Krallıqda şöhrət qazanmış ikinci qadın idi. Birinci həyat yoldaşının vəfatından qalan vəsaiti Meri Somervill elm öyrənməyə sərf etməyə başlayır. Onun bu həvəsini ikinci həyat yoldaşı da dəstəkləyir. O, dövrünün tanınmış elm insanları ilə tanış olur və onlar Meri Somervillin istedadına diqqət edirlər. Elmi bilikləri yayma cəmiyyətindən bir sıra kitabların tərcüməsinə razılıq alır və 1831-ci ildə Şeytanın mexanizmi kitabını dərc etdirir. Kitab qısa zamanda onu məşhur edir. O bildirir ki, " mən Laplasın cəbr kitabını ümumi (sadə) dilə çevirdim".
Meri Sxovrebova
Meri Tsxovrebova (oset. Цхуырбаты Мери; 5 avqust 1934, Kareli rayonu, Yuxarı Kartli) — Osetin yazıçısı, tərcüməçi və publisist, SSRİ Yazıçılar İttifaqının üzvü, Gürcüstan SSR Jurnalistlər İttifaqının üzvü, Osetiyanın əməkdar mədəniyyət işçisi. Gürcüstanın “Şərəf” ordeninin kavalyeri, Rusiya vətəndaşı. Gürcüstan SSR-nin əməkdar jurnalisti Givi Tedeevanın həyat yoldaşı. 5 avqust 1934-cü ildə Gürcüstan SSR, Breсa kəndində kəndli ailəsində anadan olmuşdur. Avlevi kəndində orta məktəbi əla bitirdikdən sonra (doğulduğu kənddə bir məktəb təhsil müəssisəsi olmadığı üçün) 1951-ci ildə Cənubi Osetiya Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olur. İnstitutu qırmızı diplomla bitirdikdən sonra (1955) doğma institutunun gürcü dili və ədəbiyyatı şöbəsində kiçik elmi işçi fəaliyyətini davam etdirir. 1959-cu ildən etibarən jurnalistikanı elmi işdən üstün tutur və karyerasına Tsxinvalidəki "Sovet Osetiyası" (oset. «Сабчота Осети») qəzetində başlayır. Sonra 30 ildən çox Tsxinvalidəki "İrıston" nəşriyyatının redaktoru olur.
Meri Tamm
Meri Tamm (ing. Mary Tamm; 22 mart 1950, Bredford – 26 iyul 2012, London) - eston əsilli Böyük Britaniya aktrisasıdır. Meri Tamm xərçəng xəstəliyindən 18 ay mübarizə apardıqdan sonra 26 iyul 2012-ci ildə vəfat etmişdir. Onun dəfnindən sonra həyat yoldaşı Markus Rinqrouz ürək tutmasından vəfat edir.
Meri Uolstonkraft
Meri Uolstonkraft (ing. Mary Wollstonecraft, [ˈmɛəri ˈwʊlstənkrɑːft], 27 aprel 1759[…] – 10 sentyabr 1797[…], Somers[d], Midlseks[d], Böyük Britaniya krallığı) — İngilis yazıçı, XVIII əsrin filosofu. Böyük Fransız İnqilabı tarixindən bəhs edən romanlar, risalələr, məktublar, kitablar, təhsil və uşaq kitabları müəllifidir. Uolstonkraft, qadınların kişilərdən geri qalmadıqlarını, ancaq təhsillərinin olmaması səbəbindən göründüklərini müdafiə etdiyi "Qadınların hüquqlarının qorunması" (1792) adlı essesi ilə məşhurdur. Həm kişiləri, həm də qadınları ağıllı varlıqlar kimi qəbul etməyi təklif edir və məntiq əsaslı ictimai düzəni təmsil edir. Geniş ictimaiyyət arasında və xüsusilə feministlər arasında, Uolstonkraftın fərdi həyatındakı hadisələr, özünəməxsusluğu və bəzən qalmaqalları səbəbiylə əsərlərindən daha geniş yayılmışdır. Henri Füzeli və Qilbert İmley ilə iki uğursuz romantikadan sonra Uolstonkraft, filosof və anarxist hərəkatın öncüsü Vilyam Qodvin ilə evləndi. Qızları Meri Şelli, Frankenşteyn romanının müəllifi kimi tanınır. Uolstonkraft, otuz səkkiz yaşında doğuş zamanı temperaturdan vəfat etmişdir və bir neçə yarımçıq əlyazmasını geridə qoymuşdur. Yazıçı Qodvinin ölümündən sonra 1798-ci ildə həyat yoldaşı, qərəzsiz bir qadın haqqında bir xatirəsini nəşr etdi və bu, istər-istəməz nüfuzuna xələl gətirdi.
Meri Şelli
Meri Şelli (30 avqust 1797[…], Somers[d], Midlseks[d], Böyük Britaniya krallığı – 1 fevral 1851[…], Vestminster borosu, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı və ya Bornmut, Dorset[d]) — məşhur ingilis yazıçısı. Meri Şelli 1797-ci ildə Londonda anadan olmuşdur. Atası Uilyam Qodvin radikal anarxist, anası Meri Uolstonkraft isə qadın haqları müdafiəçisi olmuşdur. Anası, o anadan olanda öldüyü üçün atası tərəfindən böyüdülmüşdür. Uşaqlığının əsas hissəsini kitab oxumaqla və kiçik hekayələr yazmaqla keçirmişdir. Daha sonraki illərdə fantastik qorxu janrında mühüm əsərlər qələmə almış yazıçı, daha çox Frankenşteyn romanı ilə tanınmışdır. Frankenşteyn fikri Merinin 1816-cı ilin yay ayında gördüyü yuxunun nəticəsində meydana gəlmişdir. Romanın məşhurlaşmasında İngiltərədə sənaye inqilabının, Con Lokk və Tomas Hobbs kimi mütəfəkkirlərin təsiri az olmamışdır. Meri, Frankenşteyn ilə yanaşı, həm də, Lodore (1835), Falkner (1837) və The Last Man (1826) kimi romanların da müəllifidir. Yazıçı, 1 fevral 1851-ci ildə, 53 yaşında vəfat etmişdir.
Meri Şervaşidze
Meri Şervaşidze (gürc. მერი შერვაშიძე; 1888, Batum – 21 yanvar 1986, Paris) — gözəlliyi ilə məşhur gürcü aristokrat qadını, 1921-ci ildə İstanbulda keçirilən dünya Gözəllik Müsabiqəsinin qalibi, Qalaktion Tabidzenin əsərlərinin "muzası", Koko Şanelin modeli. Bələdiyyə sədrinin atası, general-mayor Prokop Shervashidze Abxaziya şahzadəsi, daha sonra isə Dövlət Dumasının üzvü idi. Məryəm Batumidə anadan olmuş, lakin atasının işi səbəbiylə ailəsi ilə Sankt-Peterburqa köçmüş, burda Məryəm Empress Freilina oldu. Prokof Shervashidzenin ölümündən sonra ailəsi əsasən Kutaisidə yaşayırdı. 1918-ci ildə Şellinin nişanlısı Gigusha Eristavi (George Ksani Eristavi), İmperator 2-ci Nicholas'ın idarəşisi, meriyaya ərə getmək üçün Gürcüstana qayıtdı.1921-ci ildə, Gürcüstanın bolşeviklər tərəfindən ələ keçirilməsinə bir neçə gün qaldıqda, Məryəm gəmi ilə Batumidən Fransaya yola düşdü. Gəmi bir neçə gün İstanbulda dayandı, burada bələdiyyə başçısının artıq sürgün olunmuş əri də ona qoşuldu. Məryəm də qatıldığı və hətta qazandığı Dünya Gözəllik Müsabiqəsi İstanbulda oldu. Gigusha Eristavı gənc öldü və eləki heç övladı olmadı. Yaşlı Meri Parisin Latour küçəsində tamamilə tək yaşayırdı.
Meri Rid
Meri Ceyn Rid (ing. Mary Jane Read; 1685, London – 28 aprel 1721, Port-Royal[d]) — ingilis dəniz qulduru. Uşaqlıqdan Meri özünü oğlan kimi göstərməyə məcbur olmuşdur. Dul qadın olan anası varlı qayınanasının şübhəsini cəlb etməmək üçün nikahdankənar qızına erkən vəfat etmiş oğlunun paltarını geyindirmişdir. Meri 15 yaşında Flandriyaya getmiş, burada kişi qiyafəsində və Villi kişi adı ilə kadet kimi piyada alayına yazılmışdır. Karyera yüksəlişinə nail ola bilmədiyinə görə piyada ilə vidalaşmış və süvarilərdə xidmət etməyə getmişdir. Burada bir neçə parlaq əməliyyat keçirmiş və komandir heyətinin hörmətini qazanmışdır. Tezliklə gənc Meri silah yoldaşı olan bir zabit ilə evlənmişdir. Merinin sonrakı həyatı ərinin gözlənilməz ölümü ilə alt-üst olmuşdur. Dul qalmış qadın yenidən kişi obrazına qayıtmalı olmuşdur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.