MER

сущ. мэр (глава муниципалитета, муниципального управления). Şəhərin meri мэр города
MENZURKA
MERAC
OBASTAN VİKİ
Kan-sür-Mer
Kan-sür-Mer (fr. Cagnes-sur-Mer) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Kopa de l'Outre-Mer
Mer-Savel
Mer-Savel (fr. Mayres-Savel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38224. Kommunanın 1999-cu il üçün əhalisi 107 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Bolyö-sür-Mer
Bolyö-sür-Mer (fr. Beaulieu-sur-Mer) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Bulon-Sür-Mer
Bulon-sür-Mer (fr. Boulogne-sur-Mer) — Fransanın şimalında şəhər. == Əhalisi == Əhalisi 43,3 min (2010) nəfərdir. == Coğrafiyası == Pa-de-Kale boğazı sahilində, Lyan çayının mənsəbindədir. Sürətli dəmiryolları vasitəsilə Parislə əlaqəsi var. Fransanın ikinci (Kaledən sonra) sərnişin dəniz portu (ildə təqribən 3 mln. nəfər; Böyük Britaniyanın Duvr və Folkston portlarına müntəzəm reyslər işləyir). == Tarixi == Bononiya (Bononia) və Gezoriak (Gesoriacum) kelt məskənlərinin yerində, təqribən e.ə. 1-ci əsrdə meydana gəlmişdir; Qalliyanın şimalında və Britaniyada Roma ağalığının qorunub saxlanılmasında mühüm rolu olmuşdur. Eramızın 5-ci əsrində sakslar tərəfindən işğal edilmişdir.
Teul-sür-Mer
Teul-sür-Mer (fr. Théoule-sur-Mer) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Vilfranş-sür-Mer
Vilfranş-sür-Mer (fr. Villefranche-sur-Mer) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Bulon-sür-Mer (rayon)
Bulon-sür-Mer (fr. Boulogne-sur-Mer) — Fransanın O-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Pa-de-Kale. Suprefektura — Bulon-Sür-Mer. Rayonun əhalisi 2014-cı ildə 161 401 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 255 nəf / km² . Rayon ərazisi — 633,65 km².
Echinops mersinensis
Echinops mersinensis (lat. Echinops mersinensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Eddi Merks
Edouard Louis Joseph, Baron Merckx (Hollandca tələffüz : [ɛmɛrks]; Fransız dili: [m ]ks]; 17 iyun 1945[…]) — Eddi Merks kimi daha yaxşı tanınan, Belçikalı keçmiş peşəkar yol və velosiped yarışçısı.11 Böyük Tur (Fransa, Beş Turiya, İtaliya və İspaniya turu), üç Dünya çempionatı və saat rekordu qazanıb. == Həyatı == Meensel-Kiezegem, Brabant, Belçikada anadan olub, valideynlərinin ərzaq mağazası işlədiyi Sint-Pieters-Woluwe-də böyüdü. O, bir neçə idman növü ilə məşğul olsa da, əsl həvəsini velosiped sürməkdə tapıb. Merckx ilk velosipedini üç və ya dörd yaşında aldı və ilk yarışında 1961-ci ildə yarışdı. Onun ilk qələbəsi 1961-ci ilin oktyabrında Petit-Enghien-də oldu. Həvəskar yarışçı kimi səksən yarış qazandıqdan sonra 29 aprel 1965-ci ildə Solo-Superia ilə müqavilə bağlayaraq peşəkar oldu. Onun ilk böyük qələbəsi bir il sonra, Peugeot-BP-Michelin-ə keçdikdən sonra Milan-San Remoda gəldi. 1967 mövsümündən sonra Merckx Faema'ya köçdü. İlk Grand Tour qələbəsi olan Giro d'İtalia-nı qazandı. 1970–1974-cü illər arasında Merckx dörd dəfə Grand Tour dublunu tamamladı.
Elmer Drew Merrill
Elmer Drew Merrill (ing. Elmer Drew Merrill; 15 oktyabr 1876 – 25 fevral 1956) — ABŞ botaniki. O, Filippində iyirmi ildən artıq fəaliyyət göstərdi və burada Asiya-Sakit Okean regionunun florası üzrə tanınmış bir nüfuza çevrildi. Karyerası ərzində o, 500-ə yaxın nəşrin müəllifi olub, təxminən 3000 yeni bitki növünü təsvir edib və bir milyondan çox herbari nümunəsi toplayıb. Elmi fəaliyyəti ilə yanaşı o, bacarıqlı idarəçi, kollec dekanı, universitet professoru və elmi jurnalların redaktoru olub.
Elmer Dryu Merrill
Elmer Drew Merrill (ing. Elmer Drew Merrill; 15 oktyabr 1876 – 25 fevral 1956) — ABŞ botaniki. O, Filippində iyirmi ildən artıq fəaliyyət göstərdi və burada Asiya-Sakit Okean regionunun florası üzrə tanınmış bir nüfuza çevrildi. Karyerası ərzində o, 500-ə yaxın nəşrin müəllifi olub, təxminən 3000 yeni bitki növünü təsvir edib və bir milyondan çox herbari nümunəsi toplayıb. Elmi fəaliyyəti ilə yanaşı o, bacarıqlı idarəçi, kollec dekanı, universitet professoru və elmi jurnalların redaktoru olub.
Ferro Meridianı
Ferro meridianı —Kanar adaları arxipelaqındakı El Hierro (əvvəlki Ferro) adasından keçən taxrixi başlanğıc meridian. El Hierro adasının ikinci adı Isla del Meridiano –dur (Meridian adası). == Etimologiya == Bax: El Hierro adası == Tarix == Ada Avropa tarixində başlanğıc meridian kimi tanınmışdır. İlk dəfə olaraq 150-cü ildə Ptolomey xəritə tərtib edərkən həmin dövrdə bəlli olan ən ucqar qərb nöqtəsini kimi başlanğıc meridian olaraq istifadə etmişdir. Xətitədə yalnız şərq uzunluğundan istifadə etmişdir. Enlik isə ekvatora nisbətdə hesablanırdı. 1634-cü ildə fransa kralı XIII Luis və dövlət xadim Kardinal Rişelye Arman-Jan dyu Plessi de Rişelye Ferro adasının meridianını xəritədə istinad nöqtəsi kimi istifadə olunması fikrini irəli sürürlər. Çünki həmin dövrə qədər Köhnə dünyaya bəlli olan ucqar qərb nöqtəsi həmin ada sayılırdı. Qitənin ən ucqar qərb quru nöqtəsi olan Flores adası XV əsrdə Azor adaları kəşf olunmayana qədər avropalılar üçün naməlum idi. Bu səbəbdən həmin ada Köhnə dünya daxil edilmir.
Fikrimin incə gülü – sarı Mersedes (film, 1992)
Sarı Mercedes— Tunc Okanın rejissoru olduğu, İlyas Salmanın baş rolda oynadığı 1992-ci ildə çəkilən Türkiyə filmi. == Mövzu == Orta Anadoluda yaşayan Bayram adlı gənc bir az pul-para qazanmaq üçün Almaniyaya gedir. Yetim Bayram orda süpürgəçilik edir, əl-ayaq işlərinə baxır, yemir-içmir, pul toplayır, axırda qızıl sarısı bir "Mersedes" markalı avtomobil alır və təşər-təşər öz şəxsi avtomobili ilə üz qoyur vətəninə tərəf. Türkiyənin sərhəd qapısına dirənənə qədər Bayramın və sarı maşının başına heç nə gəlmir, amma sərhəddən içəri keçəndən sonra Bayramın qara saatları başlayır. Əvvəlcə maşınının burnundakı ulduzu oğurlayırlar, sonra tıxacda arxa stopunun şüşəsini qırırlar, daha sonra öndə gedən yük maşınının təkərindən çıxan daş sarı "Mersedes"in ön şüşəsinə dəyib yumruq boyda ağ ləkə əmələ gətirir. Lap axırda Bayramın yoluna kombayn çıxır və o sürətlə kombayna girməmək üçün maşını yoldan sapdırır, maşın dərəyə aşır. Bayramın "Balqız" adı verdiyi təzə avtomobil əzik-əzik, cırıq-cırıq olur, qırx ilin istismardan çıxarılıb qaraja atılmış maşınlarına dönür. Filmdə bir detal qabarıq verilib.
Frans Merinq
Frans Mehrinq (alm. Franz Mehring‎; 27 fevral 1846, Şlave — 29 yanvar 1919, Berlin) — alman fəhlə hərəkatı xadimi, marksist filosof və tarixçi, ədəbiyyat tənqidçisi. == Həyat və Fəaliyyəti == Frans Mehrinq 27 fevral 1846-cı ildə Polşada ölkənin Slava şəhərində anadan olmuşdur. 1882-cı ildən fəlsəfə doktoru. Əvvələr burjuya radikalizmi mövqeyindən çıxış etmişdir. 1890-cı ildən proletar sosializmi mövqeyinə keçmiş (1891 ildə Almaniya S-D partiyasına daxil olmuşdur), alim və publisist kimi marksist dünyagörüşünün təbliğində mühüm rol oynamağa başlamışdır. Birinci dünya muharibəsi zamanı proletar beynəlmiçiliyinə sadiq qalmışdır. Mehrinq Böyük oktyabr sosialist inqilabı ideyalarının Qərbdə ilk müdafiəçisi və təbliğatçılarından idi. Mehring "Spartak ittifaqı"nın və Almaniya Kommunist Partiyasının yaradılmasında fəal rol oynamışdır. Mehrinqin elmi irsi zəngindir.
Freddi Merkuri
Freddi Merkyuri (ing. Freddie Mercury, əsl adı Fərrux Bulsara, qüc. ફારોખ બલસારા‌; d. 5 sentyabr 1946, Stoun Taun, Zənzibar sultanlığı – ö. 24 noyabr 1991, Kensinqton, London, Böyük Britaniya) — Böyük Britaniya müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri. O, daha çox Queen qrupunun solisti kimi tanınır. Merkyuri parlaq səhnə personası və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşmışdır. Merkyuri Queen qrupu üçün çoxsaylı hitlər yazmışdır ki, onların da arasında "Bohemian Rhapsody", "Killer Queen", "Somebody to Love", "Don't Stop Me Now", "Crazy Little Thing Called Love" və "We Are the Champions" mahnıları da vardır. O, Queen qrupunda iştirakı ilə yanaşı solo karyeraya da malik olmuş, həmçinin başqa musiqiçilərlə birlikdə çıxışlar və musiqi prodüserliyi də etmişdir. Merkyuri Zənzibar adasında parsi ailəsində anadan olmuş, orada və Hindistanda böyümüş, yeniyetmə dövründə isə ailəsi ilə birlikdə İngiltərənin Midlseks qraflığına köçmüşdür.
Freddi Merkyuri
Freddi Merkyuri (ing. Freddie Mercury, əsl adı Fərrux Bulsara, qüc. ફારોખ બલસારા‌; d. 5 sentyabr 1946, Stoun Taun, Zənzibar sultanlığı – ö. 24 noyabr 1991, Kensinqton, London, Böyük Britaniya) — Böyük Britaniya müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri. O, daha çox Queen qrupunun solisti kimi tanınır. Merkyuri parlaq səhnə personası və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşmışdır. Merkyuri Queen qrupu üçün çoxsaylı hitlər yazmışdır ki, onların da arasında "Bohemian Rhapsody", "Killer Queen", "Somebody to Love", "Don't Stop Me Now", "Crazy Little Thing Called Love" və "We Are the Champions" mahnıları da vardır. O, Queen qrupunda iştirakı ilə yanaşı solo karyeraya da malik olmuş, həmçinin başqa musiqiçilərlə birlikdə çıxışlar və musiqi prodüserliyi də etmişdir. Merkyuri Zənzibar adasında parsi ailəsində anadan olmuş, orada və Hindistanda böyümüş, yeniyetmə dövründə isə ailəsi ilə birlikdə İngiltərənin Midlseks qraflığına köçmüşdür.
Gerard Merkator
Gerard Merkator və ya latınlaşdırılmış adıyla Gerarde Kremer (lat. Gerhardus Mercator, 5 mart 1512, Rupelmonde — 2 dekabr 1594, Duysburq) — Flamand kartoqrafı və coğrafiyaşünası. O, 1569-cu dünya xəritəsi ilə tanınıb, yeni bir proyeksiya ilə hazırlanmışdır ki, bu da sabit gövdəsi olan bir gəminin köklərini, yəni bu günün naviqasiya xəritələrində hələ də istifadə edilən bir düz xətti göstərir. Merkator, Hollandiya kartoqrafiya məktəbinin qurucularından biridir və məktəbin qızıl dövrünü yaşadığı 16 və 17-ci əsrlərdə ən əhəmiyyətli nümayəndəsi sayılır. O, dünyanın ən tanınmış coğrafiyaşünası idi, lakin ilahiyat, fəlsəfə, tarix, riyaziyyat və maqnetizmlə maraqlanırdı və eyni zamanda, dünya qlobusu və elm alətləri düzəldən usta bir oyma və xəttat idi. == Bioqrafiya == Gerard Merkator 5 mart 1512-ci ildə Rupelmonde şəhərində anadan olmuşdur (İndiki şimali Belçika, Flandriya). Doğulduğunda ona Gerarde Kremer adı verilmişdi. Merkator, Rupelmonde şəhərində məktəbə getmiş, burada oxuma, yazma, hesab və latın dilinin əsaslarını öyrənmişdir. Gerard Merkator 2 dekabr 1594 tarixində Duysburq şəhərində 82 yaşında vəfat etmişdir == Milliyəti == Merkatorun milliyəti mübahisəli bir məsələdir. 1868-ci ildə, 1569-cu ildə hazırlanan dünya xəritəsinin 300-cü ildönümü səbəbiylə edilən hazırlıqların bir hissəsi olaraq belçikalı Jan-Van Raemdonk, Flamand coğrafiyaşünası Merkatorun nəşr etdiyi bioqrafiyasında kökünün Rupelmondeyə əsaslanıran spekulyativ bir de-Kremer ailə ağacı da mövcud idi.
Giorqos Merkis
Giorqos Merkis (yun. Γιώργος Μερκής; 30 iyul 1984[…], Limasol, Limasol rayonu[d]) — Kipr futbolçusu, futbol üzrə Kipr çempionatında çıxış edən "APOEL" FK-nın və Kipr milli futbol komandasının müdafiəçisi. == Karyera == === Apollon Limassol === Merkis "Apollon Limassol" akademiyasının yetirməsidir. O, 2001/2002 mövsümündə, 17 yaşında debüt etmişdir. Karyerasının böyük əksəriyyətini "Apollon"da keçirmiş və burada bir çempionluq, iki kubok və bir super kubok qazanmışdır. Klubda on beş il çıxış etdikdən sonra onun müqaviləsi 12 yanvar 2016-cı ildə qarşılıqlı olaraq ləğv edilmişdir. === APOEL === Merkis 12 yanvar 2016-cı ildə başqa bir Kipr klubu olan "APOEL" ilə 18 aylıq müqavilə imzalamışdır. O, 17 yanvar 2016-cı ildə "Enosis Neon Paralimni" ilə ev oyununda rəsmi debüt etmişdir. Oyun 3:0 hesablı qəbələ ilə başa çatmışdır. O, "APOEL"də ilk qolunu 2 aprel 2016-cı ildə keçmiş komandası "Apollon Limassol"a qarşı vurmuşdur.
Globularia meridionalis
Globularia meridionalis (lat. Globularia meridionalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin qlobulariya cinsinə aid bitki növü.
Herman Mervil
Herman Melville (ing. Herman Melville), 1 avqust 1819[…], Manhetten, Nyu-York ştatı[…] – 28 sentyabr 1891[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞ yazıçısı, şair. == Həyatı == Herman Melvill 1 Avqustda 1819-cu ildə Nyu-Yorkda anadan olmuşdur. Onun birinci iki kitabı çox diqqəti əldə etdi, baxmayaraq ki onlar bestsellerlər deyildilər və onun məşhurluğu yalnız bir neçə ildən sonra, əsasən də "Moby Dik" romanından sonra başladı. Ömrünün son illərində o demək olar ki, tamamilə unudulmuşdu. Herman Melvill 28 sentyabr, 1891-ci ildə vəfat edib. Onun 20-dən çox romanı dünya dillərinə tərcümə olunmuşdur. Bir Amerikan ədəbiyyat klassiki qəbul edilən Mobi Dik adlı tanınmış əsərin müəllifidir. Uzun illər boyu unudulmuş bir yazıçı olaraq qalmış,1920-ci ildə yenidən kəşf edilib böyük bir yazıçı kimi tanınmışdır. Amerikan ədəbiyyatının klassiklərindən olan "Mobi Dik" əsərinin yazıçısı məhz Herman Mervil olmuşdur.
Həsən Merac
Həsən Merac – milli azadlıq hərəkatı fəalı, "Sabir" Yazarlar Ocağının başqanı, şair-publisist. == Həyatı == Həsən Merac 1953-cü il oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasında anadan olub. Bakı Dövlət Universitetini və Moskva Kinematoqrafiya İnstitutunu bitirib. 1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və "Azkinovideo" Birliyində redaktor kimi çalışıb. "Tanıtım" qəzetində, həmçinin digər bəzi nəşrlərə baş redaktorluq edib. Milli Məclisin aparatında çalışıb. 2000-ci ildə "Sabir" Yazarlar Ocağını yaradıb və ömrünün sonuna qədər onun başqanı olub. 1990-cı ilin ortalarından mətbuatda şeirləri vaxtaşırı çap olunub. "Qobustan", "Ulduz", "Azərbaycan" və başqa dərgilərlə əməkdaşlıq edib, Rusiya, Ukrayna və Çexoslovakiyada şeirlər toplusu işıq üzü görüb. "Şairlər qərib olur bu yer üzündə" adlı şeir kitabı 1993-cü ildə nəşr olunub.
Jan Fransua Leonor Merime
Jan Fransua Leonor Merime (fr. Jean-François-Léonor Mérimée; 16 sentyabr 1757 – 26 sentyabr 1836) — fransız rəssam və incəsənət mütəxəssisi. Məşhur yazıçı Prosper Merimenin oğlu. Leonor Merime ədəbiyyat, tarix, incəsənət, arxeologiya, dilçilik və kimya ilə maraqlanırdı. O yağlı boya ilə davamlı kompozisiyaları, kağız istehsalında yeni üsullar kəşf etməsi ilə Paris İncəsənət Məktəbinin daimi üzvü idi. 1830-cu ildə "Yağlı boya ilə rəssamlıq" kitabını nəşr etdirmişdi. == İstinadlar == == Ədəbiyyat == Gaston Pinet, Léonor Mérimée (1757–1836) , Honoré Champion éditeur, Paris, 1913.
Jurinea merxmuelleri
Jurinea merxmuelleri (lat. Jurinea merxmuelleri) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Killian Merfi
Killian Mörfi (ing. Cillian Murphy; 25 may 1976[…], Duqlas[d], Munster[d]) — İrlandiya aktyoru. O, karyerasına 1996-cı ildə Enda Uolşun "Disco Pigs" tamaşasında çıxış edərək başlayıb. O, eyni zamanda tamaşanın 2001-ci ildəki film versiyasında da eyni rolu oynamışdır. Killianın rol aldığı ilk uğurlu filmlər "28 Gün Sonra", "Intermission", "Red Eye", "The Wind That Shakes the Barley" və "Günəşin işığı" olub. Killian "Peaky Blinders" teleserialına görə məşhurlaşıb. O, bu serialın baş qəhrəmanı Tommi Şelbini canlandırır. Killian 2005-ci ildə çəkilmiş "Breakfast on Pluto" filmində trans rolunda oynamış və bu filmə görə "Qızıl Qlobus" mükafatına namizəd göstərilmişdir. O, kinorejissor Kristofer Nolanla əməkdaşlıq etmiş və onun çəkdiyi bir çox filmlərdə rol almışdır. O, Nolanın Betmen haqqında çəkdiyi "Qara cəngavər" filmində pis adam rolunu ifa edib.
Kirill Meretskov
Kirill Afanasyeviç Meretskov (7 iyun 1897 və ya 26 may 1897, Zaraysk, Ryazan quberniyası[d] – 30 dekabr 1968, Moskva) — Sovet İttifaqı marşalı (1944). Sovet İttifaqı Qəhrəmanı (1940).
Klaudio Merulo
Klaudio Merulo (8 aprel 1533[…] – 4 may 1604, Parma) — italyan bəstəkarı, orqançısı və müəllimi.
Kraliça Meri Torpağı
Kraliça Meri Torpağı (ing. Queen Mary Land) — Şərqi Antarktida ərazisində, 92°03' və 100°04' şərq uzunluqları arasında yerləşən bölgə. == Coğrafiya == Qərnəbdən II Vilhelm Torpağı, şərqdən isə Uilks Torpağı ilə əhatələnir. Həqiqət sahilini Deyvis dənizi və Mouson dənizi yuyur. Şərqini Şeklton şelf buzlağı təşkil edir. Bölgənin ərazisi bütünlüklə buzla örtülüdür. Materikin daxilinə doğru buzlağın qalınlığı 2500-3000 metr təşkil edir. Sahil ərazilərində təbii suxurkar üzə çıxır. == Tarixi == Kraliça Meri Torpağı ilk dəfə 1912-ci ildə Avstraliya Sntarktida ekspedisiyasının rəhbəri Duqlas Mouson tərəfindən kəşf edilmiş və V Georqun həyat yoldaşı Mariya Tekskayanın şərəfinə adlandırılmışdır. Kraliça Meri Torpağına rəsmi olaraq Avstraliya iddia edir.
Kuzinellus meritus
Kuzinellus meritus (lat. Kuzinellus meritus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Leonor Merime
Jan Fransua Leonor Merime (fr. Jean-François-Léonor Mérimée; 16 sentyabr 1757 – 26 sentyabr 1836) — fransız rəssam və incəsənət mütəxəssisi. Məşhur yazıçı Prosper Merimenin oğlu. Leonor Merime ədəbiyyat, tarix, incəsənət, arxeologiya, dilçilik və kimya ilə maraqlanırdı. O yağlı boya ilə davamlı kompozisiyaları, kağız istehsalında yeni üsullar kəşf etməsi ilə Paris İncəsənət Məktəbinin daimi üzvü idi. 1830-cu ildə "Yağlı boya ilə rəssamlıq" kitabını nəşr etdirmişdi. == İstinadlar == == Ədəbiyyat == Gaston Pinet, Léonor Mérimée (1757–1836) , Honoré Champion éditeur, Paris, 1913.
Liza Merkauski
Liza Enn Markauski (ing. Lisa Ann Murkowski; 22 may 1957, Keçingen, Alyaska) — Amerika siyasətçisi, 2002-ci ildən Alyaska ştatından ABŞ senatoru. ABŞ Respublikaçılar Partiyasının üzvüdür. Keçmiş senator və Alyaskanın keşmiş qubernatoru Frenk Merkauskinin qızıdır.

Значение слова в других словарях