Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aiton
Vilyam Ayton (ing. William Aiton, 1731[…], Hamilton – 2 fevral 1793, Riçmond[d], Böyük London) — şotland botaniki və bağçısı. == Əsərləri == Hortus Kewensis (3 cilddə, London, 1789) == Ədəbiyyat == Taylor, George. Aiton, William. // Dictionary of Scientific Biography 1. New York: Charles Scribner's Sons. 1970, 88–89. ISBN 0-684-10114-9. Aiton William (1731–1793) (ing.) Dictionary of National Biography, 1885–1900, Volume 01 == İstinadlar == International Plant Name Index.
Klitor
Klitor (lat. clitoris), dişi məməlilərin cütləşmə zamanı həzz almaq üçün nəzərdə tutulmuş xarici cinsiyyət orqanıdır. Klitor, kişilərdəki penisinin homoloqudur, yəni hər ikisi eyni embrional toxumadan inkişaf edir. == Anatomiya == Klitorun görünən hissəsi olan glans klitoris (klitor başı), vulvanın ön hissəsində, daxili dodaqların birləşdiyi yerdə yerləşir. Lakin, klitor daha böyük və mürəkkəb bir quruluşa malikdir və vulvanın altında uzanır. Klitorun daxili hissələri korpus klitoris (klitor gövdəsi) və krura klitoris (klitor ayaqları) adlanır. Bu hissələr, erektil toxumadan ibarətdir və cinsi stimullaşdırma zamanı qanla dolaraq şişir. Klitor, minlərlə sinir ucu ilə zəngindir, bu da onu bədənin ən həssas bölgələrindən biri halına gətirir. == Funksiya == Klitorun əsas funksiyası cinsi stimullaşdırma və həzz təmin etməkdir. Klitorun stimullaşdırılması, cinsi uyarılmaya, orqazma və cinsi məmnuniyyətə səbəb ola bilər.
Liktor
Liktor (lat. ligare bağlamaq) — sözündən yaranan Liktor, əsas vəzifəsi Roma Respublikası və Roma İmperiyası dövründə imperator səlahiyyətlərinə sahib olan yüksək vəzifəli magistratların təhlükəsizliyini təmin etmək olan dövlət qulluqçularının Roma xüsusi sinfidir. Liktor ənənəsinin mənşəyi Romanın krallıq olduğu dövrə, bəlkə də hətta romalılarla qonşu olan etrusklara da gedib çıxır. == Seçilmə üsulları == Liktorlar əvvəlcə plebeylərdən seçilsələr də, Roma tarixinin uzun dövründə azad edilmiş qullar arasından seçiliblər. Onlar Roma vətəndaşları idilər, çünki onlara Roma daxilində toqa geyinmək hüququ verilmişdir. Liktorlar fiziki cəhətdən güclü insanlar arasından seçilirdi. Liktorlar hərbi xidmətdən azad edilirdilər və xidmətlərinə görə sabit aylıq əmək haqqı (imperiyanın ilk illərində 600 sesters) alırdılar və institusional struktur kimi təşkil edilirdilər. Daha çox hakimlərin özləri tərəfindən seçilsələr də, zaman-zaman püşkatma yolu ilə seçildikləri də görünürdü. == Liktorun vəzifəsi == Liktorların əsas vəzifəsi imperator gücü ilə magistratların şəxsi təhlükəsizliyini təmin etmək idi. Roma daxilində onlar fascalarla bəzədilmiş çubuqlar, Roma şəhər divarlarından kənarda isə icra hakimiyyətini təmsil edən baltalar gəzdirirdilər.
Likör
Likör (fr. liqueur; lat. liquor — "maye") — tünd, şirin, ətirli alkoqollu içki. == Haqqında == Likör bir sıra meyvələrlə, ədviyyatlarla, qaymaqla, çiçəklərlə, çərəzlərlə ətirləndirilmiş spirtli içki növüdür. Likör yalnız distillə olunmuş alkoqoldan hazırlanır və adətən şirin içki hesab edilir. Likör sözü (fr. liqueur) latınca liquifacere (həll etmək / ərimək) kəlməsindən əmələ gəlmişdir. Əksər likörlərin alkoqol dərəcəsi 15%-30% olur, bəzən 55%-dək arta bilir. İlk likörün XIII əsrdə İtaliyada rahiblər tərəfindən hazırlandığı güman edilir. Bir sıra tanınmış likör adları var ki, bunlara misal olaraq Chambord, Baileys, Kahlua, St-Germain, Cointreau, Sambuca, Jagermeister, Frangelico, Grand Marnier ve s.
Lilou
Əli Ramdani (18 aprel 1984, Lion), daha yaxşı səhnədəki adı Lilou ilə tanınan, Əlcəzair mənşəli fransız bi-boydur.
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Lisey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Litota
Litota — yunanca kiçiltmək, əhəmiyyətsizləşdirmək deməkdir. Litota mübaliğənin əksi olan bədii təsvir ifadə vasitəsidir. Predmetin əlamətinin əslində olduğundan daha kiçik şəkildə təqdim olunması litota adlanır. Ağzın kiçik bir püstədir. (Səməd Vurğun) Bu nümunədə gözəlin ağzı püstə şəklində təqdim edilməklə kiçidilib litota yaradılır. Və ya: Qoşa badam sığmaz dar ağızlım ("Dədə Qorqud"dan). Başqa bir misal: Döydü yağış məni, döydü qar məni, Bir qarışqa minsəm, aparar məni. (Osman Sarıvəlli) == Ədəbiyyat == "Ədəbiyyat", Bakı, "Abituriyent", 2012.
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. == Tarix == Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. == Seymdəki əsas siyasi partiyalar == Vətən Birliyi - Litva Xristian Demokratları Liberallar Hərəkatı Litva Kəndlilər və Yaşıllar İttifaqı Litva Sosial Demokrat Partiyası "Litva Uğrunda" Demokratlar İttifaqı Azadlıq Partiyası Litva Regionlar Partiyası Litvada polyakların seçki aksiyası – Xristian Ailələr Alyansı == Əhali == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Litva əhalisi 3199,8 min nəfər idi. Onlardan 2142,8 min nəfəri şəhərlərdə, 1057 min nəfəri isə kəndlərdə yaşayırdı. 1 mart 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən isə ölkə əhalisi 2 milyon 939 min 431 nəfər təşkil edir. === Din === 2011-ci ilin senzi göstərmiş ki, əhalinin 77,2%-i Roma katolikləridir.
Lizyö
Lizyö (fr. Lisieux Fransızca tələffüz: [lizjø]) — Fransanın şimal-qərbində yerləşir. Normandiya regionunun Kalvados departamentinə daxildir. Əyalətin o cümlədən də kantonun mərkəzidir. Lizyö Oj torpağının əsas tarixi şəhərlərindən biri sayılır. Əhalisi 20881 nəfərdir (2014). == Tarixi == Keçmiş dövrlərdə Lizyö qədim Hall qəbiləsinin paytaxtı olmuşdur. Bu haqda Sezar öz yazılarında qeyd edir (Hall döyüşləri). Şəhər indiki Lizyö şəhərindən 3 km cənub-qərbdə yerləşirdi. Ərazisi isə 200 hektar idi.
Luton
Luton (ing. Luton [ˈluːtən]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
LİBOR
Hitoa
Ixora (lat. Ixora) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Limoj
Limojust (oksitanca: "Lemòtges" və ya "Limòtges") Fransanın Limuzen regionundakı Yuxarı Vyenna departamentində yerləşən bir şəhərdir. Şəhərin bələdiyyə sərhədləri daxilində yerləşən əhalisi 138 882 nəfər təşkil edir (2007-ci ilin statistik məlumatlarına əsasən). Şəhər ətrafı ərazilər ilə bərabər Limoj metropol şəhərinin əhalisi 193,342 nəfər təşkil edir. Mərkəzi olduğu şəhərləşmiş ərazinin əhalisi isə 2007-ci ildəki statistik məlumatlara əsasən 263,645 nəfər olmuşdur. Bu əhali sayı ilə Limoj Fransanın cənub-şərq hissəsində yerləşən Tuluza və Bordo ətrafındakı şəhərləşmiş ərazilərdən sonra üçüncü yeri tutmuşdur. 2008-ci ilin əvvəllərində isə Limoj bədii və tarixi şəhər kimi tanınmışdır. Şəhərin tarixində baş verən mühüm hadisələr (yəni, 1895-ci ildə Limojda ümumi fəhlə konfederasiyasının yaradılması, 1905-ci ildə şəhərdə baş verən böyük fəhlə tətilləri və şəhər seçicilərinin daimi olaraq solçu namizədlərə səslərini verməsi) nəzərə alınarsa, şəhərə bəzən verilən “qırmızı şəhər” ləqəbinin səhv olmadığını güman etmək olar. Eləcə də, şəhər haqqında bəzən deyilən “od və alov şəhəri” ləqəbi də, şəhərdə əhəmiyyətli olan orta əsrlərdən bəri beynəlxalq şöhrət qazanmış minaçılıq sənəti, həmçinin də XIX əsrdə öz zirvə nöqtəsinə yetişən məşhur Limoj çini sənayesi və şüşə məmulatlarının istehsalı səbəbindən məqbul bir ləqəb ola bilər. Bütün bunlardan əlavə, Limoj şəhəri istehsal olunan konyak içkisinin saxlanılması və köhnəldilməsi üçün çox vacib hesab edilən palıd çəlləkləri ilə də çox məşhurdur.
Litsey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Enqus Diton
Enqus Diton (ing. Angus Stewart Deaton; 19 oktyabr 1945[…], Edinburq) — Böyük Britaniya-ABŞ iqtisadçısı. 2015-ci ildə "İstehlak analizi, kasıblıq və iqtisadi rifah" mövzusundakı tədqiqatları səbəbindən İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == 1945-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya göz açan Enqus Diton Kembric Universitetindən məzun olmuş və 1975-ci ildə "İstehlakçı tələbi modelləri və bu modellərin İngiltərəyə tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Enqus Diton 1983-cü ildə ABŞ-nin Prinston Universitetinin iqtisadiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. Hazırda bu universitetin və Vudro Vilson adına İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professorudur. Enqus Ditonun 1980-ci ildə nəşr etdiyi "İdeal tələb sistemi" (AIDS) onun dünya miqyasında tanınmasını təmin etmişdir. Ekonometriya Cəmiyyəti tərəfindən 1978-ci ildə “Frisch” medalına layiq görülən Enqus Ditonun 2007-ci ildən Amerika İqtisadiyyat Assosiasiyasının sədridir. O, “Böyük qaçış: sağlamlıq, zənginlik və bərabərsizliyin kökləri” (ing. “The great escape: health, wealth and the origins of inequality”) adlı məşhur kitabını 2013-cü ildə nəşr etdirmişdir.
Eqermeyster (likör)
Jägermeister (tələffüzü Yəgermayster) — 56 növ ot, meyvə, ədviyyat əsaslı güclü alman likörü. Bitter kateqoriyasına aiddir. Likör 56 komponentin — bitkilərin qarışdırılması ilə əldə edilir və palıd barellərdə 12 ay saxlanılır. İçkinin dəqiq tərkibi gizli saxlanılır. İçkinin etiketi maral və buynuzlarının üzərində xaç təsvir edilmişdir və əfsanəyə görə müqəddəs Quber, ovçuların himayəçisi tərəfindən ovlanan maral təsvir edilmişdir. Etiket alman yazıçısı Oskar fon Rizentalın şeiri ilə çərçivələnmişdir. Alman istehsalı olduğu üçün içkinin simgəsində uzun s istifadə olunur. Jägermeister, bir çox digər bitter kateqoriyasında olan içkilər kimi, həzm üçün əlverişli hesab olunur. Adi formada soyudulmuş halda və ya kokteyllərdə istifadə olunur. == Tarixçə == Likör 1935-ci ildən Uolfenbüttel (Aşağı Saksoniya) şəhərində yerləşən 1878-ci ildə yaradılmış Mast-Jägermeister SE şirkəti tərəfindən istehsal olunur.
Eralda Hitay
Eralda Hitaj — Albaniya gözəli (2006), Kainat gözəli (2006). == Həyatı == Eralda Hitaj 1987-ci ildə Albaniyanın paytaxtı Tiranada dünyaya gəlib. 2006-cı ildə Albaniya gözəli seçilərək dünya gözəllik yarışmasına qatılmaq imkanı qazanan alban gözəlçə həmin Hindistanda kainat gözəli seçilərək, dünya tacına sahib çıxıb.
Fyodor Litke
Fyоdоr Pavlоviç Litkе (1797–1882) — rus səyyahı, tədqiqatçısı == Həyatı == F.R.Litkе Pеtеrburqda çinоvnik ailəsində anadan оlmuşdur. Yaşından validеynlərini itirmiş əmisinin yanında ağır həyat tərzi kеçirməklə böyüyən rus cоğrafiyaşünasıdır. Əmisinin yanındakı ağır həyat tərzinin Litkе bеlə хatırlayır: "Acından ölməyə qоymamaq üçün küçədən götürülən uşaq kimi baхırdılar, uşaqlıq dövrümdən хоşagələn hеç bir хatirə qalmadı." 1812-ci ildə 15 yaşında ikən dоnanmanda хidmət еtməyə başlayır. 1817-1819-cu illərdə V.M.Qоlоvninin rəhbərliyi altında "Kamçatka" gəmisində dünya səyahətində iştirak еdir. 1821-1824-cü illərdə Yеni Tоrpağın öyrənilməsi üçün təşkil оlunmş еkspеdisiyanın rəisi оlmuşdur. Dörd dəfə bu tоrpağa еkspеdisiya təşkil еtməklə əldə оlunmuş faktiki matеriallara əsaslanmaqla "Şimal Buzlu оkеanına dörd dəfə səyahət" əsərini yazır. Bu kitab оnun şöhrətlənməsində böyük əhəmiyyət kəsb еdir. Qоlоvinin təklifi ilə Yеni Tоrpaq еkspеdisiyasına rəhbərlik еdən Fyоdоr Pavlоviç Litkе adanın sahil хətlərinin dəqiqliklə öyrənilməsini və хəritəyə köçürülməsini qarşıya bir məqsəd kimi qоymuşdur. Səyahətin birinci ili dənizçilər Arktika şəraitində tədqiqat aparma üsulları ilə tnış оlurlar. Növbəti ilin yayında Kоla yarımadasında Murmansk sahillərini öyrənməklə Yеni tоrpağa dоğru üzürlər.
Hərbi Lisey
Hərbi lisey hərbi təlim və Məktəb dərsləri verərək Hərbi Akademiyalalara Kursant hazırlayan bir elm ocağıdır. Azərbaycanda isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey var.
Ketoy adası
Ketoy adası (rus. Остров Кетой) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Ada dairəvi formaya malik olaraq paralel istiqamətdə 10 km, meridian istiqamətdə isə 9 km uzunluğa malikdir. Hündürlüyü 1166 m, sahəsi isə 73 km² təşkil edir. Adada Pallas vulkanı fəaliyyət göstərir (990 m). Malaxitov gölü adanın mərkəzində kalderada yerləşir. Gölün eni 1,6 km, dərinliyi 110 metrdir. Buradan isə Stoçnı axarı okeana tökülür. Gölün səthi dəniz səviyyəsindən 667 metr yüksəklikdə yerləşir.
Kiçik Litva
Kiçik Litva (lit. Mažoji Lietuva; alm. Kleinlitauen‎; pol. Litwa Mniejsza; rus. Máлая Литвá) və ya Prussiya Litvası (lit. Prūsų Lietuva; alm. Preußisch-Litauen‎, pol. Litwa Pruska) — Litvanın etnoqrafik bölgəsi və Prussiyanın (sonra isə Almaniyanın Şərqi Prussiya vilayətinin) tarixi bölgəsi. == Adı == Kleinlittaw ifadəsinin ən erkən istifadəsi XVI əsrdə Prussiyalı Simon Qrunaunun xronikalarında olub. Litva əyaləti , Litva rayonları ), Litva dairəsi və ya sadəcə Prussiya Litvası və ya Litva ifadələri 1618-ci ildən bəri Prussiya hüquqi sənədlərində Litvalıların yaşadığı Narduviya və Skaloviya inzibati vahidləri üçün işlənilirdi.
Laton Şəlaləsi
Laton şəlaləsi - İranda, Gilan ostanının Astara şəhərində yerləşir, hündürlüyü 105 metrdir. Laton çayı Spinas dağlarından başlayır, daha sonra Ləvəndəvil çayına qoşulur və nəhayət Xəzər dənizinə tökülür.
Latoya Cekson
La Toya Cekson (29 may 1956[…], Geri, İndiana) — Maykl Ceksonın bacısı.
Latoya Jackson
La Toya Cekson (29 may 1956[…], Geri, İndiana) — Maykl Ceksonın bacısı.