Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lokaut
Lokaut — İşçilər tərəfindən keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədilə mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır.
Nokaut
Nokaut (ing. knockout; knock – vurmaq, out – kənar, bayır) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi, yaxud huşunu itirməsi, hakim 8-dək sayınca özünə gəlib, döyüşü davam etdirə bilməməsi. Döyüşçü nokautla uduzan boksçu ilə azı 3 ay müddətinə yarışlarda iştirak etmək qadağan olunur. Nokdaun (ing. knockdown; mənası – sarsıdıcı zərbə) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi. Nokautdan fərqli olaraq nokdaun vəziyyətinə düşmüş boksçu hakim 8 sayınca özünə gəlib yarışı davam etdirmək iqtidaraında olur.
Nokaut (film, 2012)
Nokaut — 2012-ci ildə ABŞ-də çəkilən film. Rejissor Stiven Soderberqdir. Mellori Keyn-xüsusi agentdir. O gəncdir, ağıllıdır və gözəldir. Vaxtaşırı beynəlxalq xüsusi xidməti rəhbəri, Kennet onu tapşırıqların yerinə yetirilməsi üçün çağırır. Bəzən bu tapşırıqların hökumət tərəfindən həyata keçirilməsi üçün icazəsi olmur. Lakin bir neçə əməliyyat uğursuzluqla bitdiyindən sonra, Mellori başa düşür ki, ikili oyunun piyadasıdır. Bütün istedadını, təcrübəsini istifadə edərək, o gərək beynəlxalq axtarışdan gizlənsin, satqınlığa görə qisasını alsın və öz ailəsini müdafiə etsin...
Lokrum
Lokrum (xorv. Lokrum) — Adriatik dənizində Xorvatiyaya məxsus kiçik ada. Ada Dubrovnik şəhərinin yaxınlığıda yerləşir və ərazi baxımdan Dubrovaçko-Neretvan jupaniyasına daxildir. Adanı çox vaxt Elafat adalar qrupuna daxil edirlər. == Coğrafiyası == Lokrum adasının sahəsi 0,694 km²-dir. Sahil xəttinin uzunluğu — 5058 metrdir. Adanın uzunluğu — 1,6 km, eni isə — 540 metrdir. Adanın dəniz səviyyəsindən ən yüksək zirvəsi 93 metrdir. Zirvədə fransızlar tərəfində inşa edilmiş Fort Royal istehkamı var. Kiçik ölçülərə baxmayaraq adada kiçik göl var — Mrtvo (Ölü) (xorv.
Lokum
Lokum və ya loqum (/lɔ.kʊm/) nişasta və şəkərdən ibarət gel əsasında qənnadı məmulatları ailəsi. Məşhur növlər əsasən doğranmış xurma, püstə, fındıq və ya gel ilə bağlanmış qozdan ibarətdir. Ənənəvi növlər tez-tez qızılgül suyu, mastik saqqızı, berqamot portağalı və ya limonla ətirlənir. Digər ümumi ləzzətlərə darçın və nanə daxildir. Şirniyyat tez-tez qablaşdırılır və yapışmasının qarşısını almaq üçün şəkər tozu, kopra və ya tartar tozu ilə tozlanmış kiçik kublar şəklində yeyilir. İstehsal prosesində sabunotu emulsiyalaşdırıcı əlavə kimi istifadə edilə bilər. Lokumun mənşəyi dəqiq bilinməsə də, şirniyyatın XVIII əsrin sonlarından etibarən Osmanlı imperiyasında, Yunanıstanda, Kiçik Asiyada və Səfəvi Azərbaycanında istehsal edildiyi məlumdur.
Lokus
Lokus — biologiyada xromosomda genin yerləşdiyi nahiyə. Lokusların hər hansı genom üçün sıra sayı genetik xəritə adlanır. == Təsnifat == Misal: "6p21.3". Anoloji olaraq uzun qola da təbiq olunur. Misal üçün "11q1.4-q2.1" göstərir ki, genin lokusu XI xromosomun uzun qolunda, yarımzolaq 4 ilə zolaq 1-in və yarımzolaq 1 ilə zolaq 2-nin arasındadır.
Lorut
Lorut — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Tokat
Tokat — Türkiyənin Tokat ilinin inzibati mərkəzi. Qaradəniz bölgəsində yer alan Tokat şimalında Samsun, şimal-şərqində Ordu, cənub və cənub-şərqində Sivas, cənub-qərbində Yozğad, qərbində Amasiya ilə həmsərhəddir. 2009-cu ilin siyahıyaalmasına görə 129.879 sakinə sahib idi. Əhalinin sayı 2018-ci ildə 201.294 nəfərə çatmışdır.
Dani Lokati
Dani Lokati (3 yanvar 1977, Milan) — İtaliyanı təmsil edən skeletonçu. Dani Lokati, İtaliyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Dani Lokati, 2002-ci ildə İtaliya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Dani Lokati, 1-ci gedişdə 53.19 saniyə, 2-ci gedişdə isə 53.46 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 9-cu yerdə başa vurdu.
Didye Lokvud
Didye Lokvud (11 fevral 1956[…], Kale – 18 fevral 2018[…], Parisin 18-ci dairəsi[d]) — cazmen == Həyatı == Didye Lokvudu dünyanın ən yaxşı caz skripkaçılarından biri, əfsanəvi Stefani Qrappellinin mənəvi oğlu və varisi, Fransız cazının ən yüksək beynəlxalq səviyyədə parlamasına imkan yaratmış unikal səslənməni icad edən sənətçi adlandırırlar. O, bir neçə "qızıl" kompakt disk yazdırmış, Kelt musiqisinin ən yaxşı ifaçılarından biri, müxtəlif Şərq musiqi mədəniyyətlərinin bilicisi, Avropada, Paris yaxınlığında ən məhşhur caz kolleclərindən birinin — bütün dünyanın peşəkar musiqiçilərinin mürəkkəb improvizə sənətində öz ustalığını artırmalarına imkan verən unikal məktəbin banisidir. Atası skripka sinfinin professoru, qardaşı caz pianoçusu olan Lokvud bu insanların birincisindən çalğı alətinə hədsiz marağı, ikincisindən isə incə zövqlü improvizasiyaya məhəbbəti mənimsəmişdir. Didye Lokvud musiqidə o vaxta qədər misli görünməmiş bir cərəyan yaratmışdır. Elektrik musiqisi böyük marağa səbəb olmuş və ən yüksək keyfiyyət etalonu olan skripkanın sayəsində böyük uğur qazanmışdır. Didye 16 yaşında ikən Kalais Milli Konservatoriyasının birinci mükafatına layiq görülür. Bu hadisə onun sənət karyerasının başlanğıcında bir növ tramplin oldu. Sonrakı 10 ilə yaxın müddətdə Lokvud ifaçılıq fəaliyyətinin müxtəlif növlərini səylə mənimsəmiş, simli alətlər triosundan başlamış soloya qədər, kvartetlərdən tutmuş D.L.G. sintez qrupuna qədər müxtəlif variantlarda öz istedadını nümayiş etdirmişdir. Dünya cazının bibliyası sayılan "Daun Bit"də üç ulduz qazanmış, ilk "musiqi Viktoriyası"nın sahibi olmuş Didye həm cazda, həm də klassik musiqidə özünü çox sərbəst hiss edir. O, öz ifasında spontallıqla texniki kamilliyi eyni dərəcədə asan və lirik şəkildə əlaqələndirə bilir.
Lokal şəbəkə
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — yaşayış yeri, məktəb, laboratoriya, universitet şəhərciyi və ya ofis binası kimi məhdud sahədə kompüterləri birləşdirən kompüter şəbəkəsi. Əksinə, genişmiqyaslı şəbəkə (WAN) sadəcə daha böyük coğrafi məsafəni yox, həm də ümumiyyətlə icarəyə götürülmüş telekommunikasiya sxemlərini əhatə edir. Ethernet və Wi-Fi lokal şəbəkələr üçün istifadə edilən ən çox yayılmış iki texnologiyadır. Tarixi şəbəkə texnologiyalarına ARCNET, "Token Ring" və "AppleTalk" daxildir. == Topologiyalar == === Şin topologiyası === Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır.
Lokal şəbəkələr
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — yaşayış yeri, məktəb, laboratoriya, universitet şəhərciyi və ya ofis binası kimi məhdud sahədə kompüterləri birləşdirən kompüter şəbəkəsi. Əksinə, genişmiqyaslı şəbəkə (WAN) sadəcə daha böyük coğrafi məsafəni yox, həm də ümumiyyətlə icarəyə götürülmüş telekommunikasiya sxemlərini əhatə edir. Ethernet və Wi-Fi lokal şəbəkələr üçün istifadə edilən ən çox yayılmış iki texnologiyadır. Tarixi şəbəkə texnologiyalarına ARCNET, "Token Ring" və "AppleTalk" daxildir. == Topologiyalar == === Şin topologiyası === Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır.
Pokut yaylağı
Pokut yaylağı— Türkiyədə Rizə vilayətinin Çamlıhemşin rayonunda yerləşən bir yaylaqdır. Çamlıhemşindən maşın ilə 1,5 saata çatmaq olar.21 km uzaqlıqdadır. Yolun böyük hissəsi torpaqdır."Pokut" sözü ermənicə "küləkli vadi" mənasını verir.Yerləşmə tarixi dəqiq bilinməsə də ilk yerləşmə 200 il əvvələ gedib çıxdığı güman edilir. Pokut yaylağına əsasən Ortan kəndi və Konak məhəlləsi sakinlərinin yaylaq yeridir. 1800 metr yüksəklikdən sonra ağaclar bitmədiyinə baxmayaraq bu yaylaq Qaradəniz küləyini aldığına görə burada ağaclar yetişir. Digər yaylaqlarda bu hündürlükdən sonra ağaclara rast gəlmək mümkün deyildir. Yaylanın bir tərəfindən Kaçkar və Altıbarmaq dağı, başqa tərəfindən isə Qara dəniz görünür. Hətta açıq havalarda buradan Elbrus dağının da göründüyü deyilir. Buranın sakinləri şəhər mühitinə inteqrasiya etsə də, yayladan tamamilə əllərini çəkməyiblər. Nəticədə yayladakı evlər gözəl qorunub.
Tokat ili
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Lokal anestetik
Lokal anestetiklər və ya yerli anestetiklər — afferent (qalxan) sinir sisteminə təsir göstərməklə bədənin müəyyən nahiyəsində hissiyyatın müvəqqəti itməsinə səbəb olan dərman preparatlarıdır. Ümumi anestetiklərdən fərqli olaraq yerli təsirlidir və şüur itkisi olmur. Yerli anestetiklərdən cərrahi əməliyyatlar zamanı və stomatologiya təcrübəsində anesteziyada geniş tətbiq olunur. == Quruluşu == Lokal anestetiklər quruluşuna görə 3 hissədən ibarətdir: Hidrofil hissə – karbon radikalları olan hissə Ara hissə – iki və üç karbonlu spirt və ya karboksilli turşu qrupu Lipofil hissə – aromatik qrup Ara zəncir lipofil hissə ilə efir və ya amid rabitəsilə bağlanır.
Lokal anestetiklər
Lokal anestetiklər və ya yerli anestetiklər — afferent (qalxan) sinir sisteminə təsir göstərməklə bədənin müəyyən nahiyəsində hissiyyatın müvəqqəti itməsinə səbəb olan dərman preparatlarıdır. Ümumi anestetiklərdən fərqli olaraq yerli təsirlidir və şüur itkisi olmur. Yerli anestetiklərdən cərrahi əməliyyatlar zamanı və stomatologiya təcrübəsində anesteziyada geniş tətbiq olunur. == Quruluşu == Lokal anestetiklər quruluşuna görə 3 hissədən ibarətdir: Hidrofil hissə – karbon radikalları olan hissə Ara hissə – iki və üç karbonlu spirt və ya karboksilli turşu qrupu Lipofil hissə – aromatik qrup Ara zəncir lipofil hissə ilə efir və ya amid rabitəsilə bağlanır.
Dünya Skaut Hərəkatı
Dünya Skaut Hərəkatı – skaut təşkilatı. == Tarixi == Skaut hərəkatı ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Lord Baden Pauell (Lord Baden-Powell) tərəfindən yaradılmışdır. Hərəkat qısa müddət ərzində bütün dünyada geniş yayılaraq, gənclər arasında çox məşhurlaşmışdır. Hal-hazırda 216 dünya ölkələrindən 50 milyondan çox uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək, "Hər gün bir xeyirxah iş görək devizi altında fəaliyyət göstərirlər.Yarandığı dövrdən indiyədək planetimizin 300 milyondan çox sakini skaut hərəkatının üzvü olmuşdur.Skaut hərəkatı qeyri-siyasi, qeyri-hökumət, irqindən və dinindən asılı olmayaraq hər kəs üçün açıq olan bir təşkilatdır. Ümumdünya Skaut Hərəkatı Təşkilatı 6 coğrafi regiona bölünmüşdür. Onun Kosta-Rikada, Misirdə, Keniyada, Filippində, İsveçrədə və Qurzufda nümayəndəliyi vardır. Ümumdünya təşkilatının mənzil qərargahı İsveçrədədir. Regionların adları aşağıdakılardır. Avropa Skaut Regionu Amerika Skaut Regionu Asiya-Sakit Okean Skaut Regionu Ərəb Skaut Regionu Afrika Skaut Regionu Avrasiya Skaut Regionu == Dünya Skaut Bürosu == Dünya Skaut Bürosu (WSB, əvvəllər Beynəlxalq Büro) Dünya Skaut Konfransı və Dünya Skaut Komitəsinin göstərişlərini yerinə yetirən katiblikdir. WSB texniki resurs personalından ibarət kiçik bir heyət tərəfindən dəstəklənən baş katib tərəfindən idarə olunur.
Fridrix fon Loqau
Fridrix fon Loqau (yanvar 1605 – 24 iyul 1655[…]) — alman şairi. == Həyatı == Loqau XVII əsr alman klassisizminin ən görkəmli şairlərindən biridir. O, alman ədəbiyyatında möhkəm yer tutan epiqram janrının banisidir. Loqau Sileziyada Brokhut malikanəsində anadan olmuş, Frankfurt-Oderdə hüququ öyrənmişdir. Briqdə hersoqun müşaviri olmuşdur. Liqnistsdə ölmüşdür. 1638-ci ildə o, "İki yüz alman aforizmi", 1654-cü ildə isə "Üç min alman epiqramı" kitablarını nəşr etdirir. Onun əsərlərində dövrün hadisə və əxlaqı kəskin tənqidi əksini tapır. Şair xalqa çoxlu fəlakətlər gətirən dini fanatizmi, zadəganların tüfeyliliyini, saray adamlarının riyakarlığını satirik bir üsulla qələmə alır. Loqaunun poeziyası ciddi, realist bir üsluba malikdir.
Ümumdünya Skaut Hərəkatı
Dünya Skaut Hərəkatı – skaut təşkilatı. Skaut hərəkatı ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Lord Baden Pauell (Lord Baden-Powell) tərəfindən yaradılmışdır. Hərəkat qısa müddət ərzində bütün dünyada geniş yayılaraq, gənclər arasında çox məşhurlaşmışdır. Hal-hazırda 216 dünya ölkələrindən 50 milyondan çox uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək, "Hər gün bir xeyirxah iş görək devizi altında fəaliyyət göstərirlər.Yarandığı dövrdən indiyədək planetimizin 300 milyondan çox sakini skaut hərəkatının üzvü olmuşdur.Skaut hərəkatı qeyri-siyasi, qeyri-hökumət, irqindən və dinindən asılı olmayaraq hər kəs üçün açıq olan bir təşkilatdır. Ümumdünya Skaut Hərəkatı Təşkilatı 6 coğrafi regiona bölünmüşdür. Onun Kosta-Rikada, Misirdə, Keniyada, Filippində, İsveçrədə və Qurzufda nümayəndəliyi vardır. Ümumdünya təşkilatının mənzil qərargahı İsveçrədədir. Regionların adları aşağıdakılardır. Avropa Skaut Regionu Amerika Skaut Regionu Asiya-Sakit Okean Skaut Regionu Ərəb Skaut Regionu Afrika Skaut Regionu Avrasiya Skaut Regionu Dünya Skaut Bürosu (WSB, əvvəllər Beynəlxalq Büro) Dünya Skaut Konfransı və Dünya Skaut Komitəsinin göstərişlərini yerinə yetirən katiblikdir. WSB texniki resurs personalından ibarət kiçik bir heyət tərəfindən dəstəklənən baş katib tərəfindən idarə olunur.
Simsiz lokal şəbəkə
Simsiz lokal şəbəkə (ing. wireless local area network; qısaca "Wireless LAN" və ya "WLAN") — ev, məktəb, kompüter laboratoriyası, yataqxana və ya ofis binası kimi məhdud ərazidə yerli şəbəkə (LAN) yaratmaq üçün simsiz rabitədən istifadə edərək iki və ya daha çox cihazı birləşdirən simsiz kompüter şəbəkəsi. Bu istifadəçiləri əhatə dairəsində hərəkət etmək və şəbəkəyə bağlı qalmaq imkanı ilə təmin edir. Simsiz lokal şəbəkə həmçinin şəbəkə keçidi vasitəsilə internetə daha genişmiqyaslı qoşulma potensialına malikdir. IEEE 802.11 standartlarına əsaslanan simsiz lokal şəbəkələr dünyada ən çox istifadə edilən kompüter şəbəkələridir. Bunlar adətən Wi-Fi adlanır və bu, "Wi-Fi Alliance"a məxsus ticarət nişanıdır. Onlar notbuk kompüterləri, printerləri, smartfonları, veb televizorları və oyun cihazlarını simsiz ruter ilə birləşdirən ev və kiçik ofis şəbəkələri üçün istifadə olunur. Restoranlarda, kafelərdə, otellərdə, kitabxanalarda və hava limanlarında ruter vasitəsilə təmin edilən qaynar nöqtələr istehlakçılara portativ simsiz cihazlarla internetə daxil olmaq imkanı verir. Havay Universitetinin professoru Norman Abramson dünyanın ilk simsiz kompüter rabitəsi şəbəkəsi olan "ALOHAnet"i yaratmışdı. Sistem 1971-ci ildə fəaliyyətə başlayıb.
Türkiyə Skaut Federasiyası
Türkiye İzcilik Federasyonu (ing. Scouting and Guiding Federation of Turkey) — Türkiyə Milli izcilik Federasiyasıdır. Federasiya 1950-ci ildən Ümumdünya Skaut Hərəkatı Təşkilatının, 1987-ci ildən isə Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyasının üzvüdür.Türkiyə izcilik Federasiyasda 278 klub və 240160 min izci var.Türkiyə İzcilik Federasiyası, Türkiyədəki izcilik hərəkatınıa əsaslanan bir qurum olaraq fəaliyyət göstərir. İzcilik, gənclərin fiziki, mənəvi və sosial inkişafına nail olmağı, onlara liderlik bacarığını öyrətməyi və ictimai fəaliyyətləri hədəfləyən hərkatdı.TİF, Türkiyə ərazisindəki bir çox izci klublarını özündə birləşdirən bir birlikdir. İzcilik və izci təşkilatları gənclərə müstəqil fikirlər, liderlik bacarığı, əməkdaşlıq və təbiət və sair fəaliyyətləri təşviq edir. Bu təşkilatlar, düşərgələr, təlimlər və digər tədbirlər vasitəsilə gənclərə peşəkar bacarıqlar öyrədir. Türkiyədə izciliyin başlaması 1909-cu ildə İstanbulda Qalatasaray və Kabataş liseylərində idman müəllimi işləyən Əhməd və Əbdürrəhman Robenson qardaşları və Nafi Arif Kansu və Ethem Nejatla əlaqələndirilir. İlk dəstələr Osmanlının sonlarında Darüşşafaka, Qalatasaray və İstanbul liseylərində təşkil edildi. Eyni dövrdə Osmanlı İmperiyasının ərazilərində, xüsusən də Livan və Suriyada müstəqil izci dəstələri yaradılıb. İzcilik qurulduğu zaman "Keşşaflıq" adında olub.
Şkofya-Loka
Şkofya-Loka (sloven. Škofja Loka) — Sloveniyanın mərkəzi hissəsində bir şəhər. Şəhərin yaxınlığında Selika Sora və Poljanska Sora çayları birləşərək Sora çayını əmələ gətirir. 2002-ci il siyahıyaalınmasına görə şəhər əhalisi 12,289, bütün icmanın əhalisi isə 22 093 nəfərdir. Şkofya-Loka paytaxt Lyublyanadan 25 kilometr şimal-qərbdə və Kranyadan 15 kilometr cənub-şərqdə yerləşir. Lyublyana - Tolmin magistral yolu şəhərdən keçir. Şəhər Loka dağlarında, dağlıq bir ərazidə yerləşir. Şəhərin üstündəki bir platoda Loka muzeyi olan Loka Qalası yerləşir. Qalanın üstündən Krancelj təpəsi (475 metr və ya 1,558 fut) yüksəlir. Qəsəbə mərkəzinin şimalında, konqlomeratdan ibarət olan Kamnitnik təpəsi yerləşir (414 metr və ya 1,358 fut).
Dünya Skaut Hərəkatı Təşkilatı
Ümumdünya Skaut Hərəkatı Təşkilatı (ing. World Organization of the Scout Movement (WOSM /ˈwʊzəm/)) qlobal səviyyədə Milli Skaut Təşkilatlarını birləşdirən beynəlxalq təşkilatdır .Bu təşkilat 1920-ci ildə yaradılıb. Təşkilatın icraedici orqanları 14 üzvdən ibarət Dünya Skaut Komitəsi və Dünya Skaut Bürosudur.Dünya Skaut Bürosu (WSB) Dünya Təşkilatının Katibliyidir. Büroya Dünya Təşkilatının Baş İnzibati Direktoru olan WOSM-in Baş Katibi rəhbərlik edir. Baş katib Dünya Skaut Komitəsi tərəfindən təyin edilir. Dünya Skaut Bürosu dünyanın səkkiz yerində yerləşən təxminən 120 işçidən ibarətdir: Dünya Skaut Bürosunun Qlobal Dəstək Mərkəzi — Kuala Lumpur, Malayziya Dünya Skaut Bürosunun Qlobal Dəstək Mərkəzi — Cenevrə, İsveçrə Dünya Skaut Bürosunun Afrika Dəstək Mərkəzi — Nayrobi, Dünya Skaut Bürosunun Ərəb Dəstək Mərkəzi — Qahirə, Dünya Skaut Bürosu Asiya-Sakit Okean Dəstək Mərkəzi — Makati City, Filippin Dünya Skaut Bürosunun Avrasiyaya Dəstək Mərkəzi — Kiyev, Ukrayna Dünya Skaut Bürosunun Avropa Dəstək Mərkəzi — Cenevrə, İsveçrə və Brüssel, Belçika World Scout Bureau Interamerica Support Center — Panama şəhəri, Panama Respublikası Dünya Skaut Bürosunun hüquqi yeri İsveçrənin Cenevrə şəhərində yerləşir. Baş katibin ofisi Malayziyanın Kuala-Lumpur şəhərində yerləşir. == Dünya Skaut Bürosu == Dünya Skaut Bürosu (WSB, əvvəllər Beynəlxalq Büro) Dünya Skaut Konfransı və Dünya Skaut Komitəsinin göstərişlərini yerinə yetirən katiblikdir. WSB texniki resurs personalından ibarət kiçik bir heyət tərəfindən dəstəklənən baş katib tərəfindən idarə olunur. Büro işçiləri assosiasiyalara peşəkarları və könüllüləri öyrətməklə, maliyyə siyasətlərini və pul toplama üsullarını qurmaqla, icma imkanlarını və prosedurlarını təkmilləşdirməklə və hər bir ölkənin milli resurslarının Skautinqin arxasında toplanmasına kömək etməklə assosiasiyalara öz Skautlarını təkmilləşdirməyə və genişləndirməyə kömək edir.
Ümumdünya Skaut Hərəkatı Təşkilatı
Ümumdünya Skaut Hərəkatı Təşkilatı (ing. World Organization of the Scout Movement (WOSM /ˈwʊzəm/)) qlobal səviyyədə Milli Skaut Təşkilatlarını birləşdirən beynəlxalq təşkilatdır .Bu təşkilat 1920-ci ildə yaradılıb. Təşkilatın icraedici orqanları 14 üzvdən ibarət Dünya Skaut Komitəsi və Dünya Skaut Bürosudur.Dünya Skaut Bürosu (WSB) Dünya Təşkilatının Katibliyidir. Büroya Dünya Təşkilatının Baş İnzibati Direktoru olan WOSM-in Baş Katibi rəhbərlik edir. Baş katib Dünya Skaut Komitəsi tərəfindən təyin edilir. Dünya Skaut Bürosu dünyanın səkkiz yerində yerləşən təxminən 120 işçidən ibarətdir: Dünya Skaut Bürosunun Qlobal Dəstək Mərkəzi — Kuala Lumpur, Malayziya Dünya Skaut Bürosunun Qlobal Dəstək Mərkəzi — Cenevrə, İsveçrə Dünya Skaut Bürosunun Afrika Dəstək Mərkəzi — Nayrobi, Dünya Skaut Bürosunun Ərəb Dəstək Mərkəzi — Qahirə, Dünya Skaut Bürosu Asiya-Sakit Okean Dəstək Mərkəzi — Makati City, Filippin Dünya Skaut Bürosunun Avrasiyaya Dəstək Mərkəzi — Kiyev, Ukrayna Dünya Skaut Bürosunun Avropa Dəstək Mərkəzi — Cenevrə, İsveçrə və Brüssel, Belçika World Scout Bureau Interamerica Support Center — Panama şəhəri, Panama Respublikası Dünya Skaut Bürosunun hüquqi yeri İsveçrənin Cenevrə şəhərində yerləşir. Baş katibin ofisi Malayziyanın Kuala-Lumpur şəhərində yerləşir. Dünya Skaut Bürosu (WSB, əvvəllər Beynəlxalq Büro) Dünya Skaut Konfransı və Dünya Skaut Komitəsinin göstərişlərini yerinə yetirən katiblikdir. WSB texniki resurs personalından ibarət kiçik bir heyət tərəfindən dəstəklənən baş katib tərəfindən idarə olunur. Büro işçiləri assosiasiyalara peşəkarları və könüllüləri öyrətməklə, maliyyə siyasətlərini və pul toplama üsullarını qurmaqla, icma imkanlarını və prosedurlarını təkmilləşdirməklə və hər bir ölkənin milli resurslarının Skautinqin arxasında toplanmasına kömək etməklə assosiasiyalara öz Skautlarını təkmilləşdirməyə və genişləndirməyə kömək edir.