Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lombok
Lombok (ind. Lombok) — Malay arxipelaqına daxil olan, Kiçik Zond adalarına aid adadır. Ada İndoneziyaya məxsusdur. Cənubdan Hind okeanı, şimaldan isə Sakit okeana daxil olan Bali dənizi ilə əhatələnir. Lombok adasını qərbdən Bali adasından Lombok boğazı, şərqdən isə Sumbavadan Alas boğazı ayırır. Adanın sahəsi təxmini olaraq 5435 km² təşkil edir. Ada ümumilikdə oval formaya malikdir. Onun şimaldan cənuba eni 80 km, şərqdən qərbə uzunluğu isə 70 km-dən bir qədər azdır. Ən hündür nöqtəsi 3726 metr yüksəkliyə malik olan Rincani vulkanıdır Şimal-qərb və şimal-şərq sahillərinə yaxın kiçik adalar vardır. Lombokun relyefində kəskin yüksəliş müşahidə edilir.
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Zontik
Çətir — insanları yağışdan və günəş şüalarından qoruyan oval şəkilli əşya. Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə "umbrella" sözü latıncada kölgə mənasını verən "umbra" kəlməsindən yaranmışdır. E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu. Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər.
Komik
Komediyaçı — insanları mimika, hərəkətlərlə və danışıqla güldürən şəxslərdir. O bunu müxtəlif zarafatlarla, komik hallar və "axmaqlıqlarla" əldə edir. Buna oxşar olan yumorist anlayışı da mövcuddur. İkincisi daha çox ədəbiyyat janrına və yumoristik esselərə aid eidlir. Komediyaçı isə bundan fərqli olaraq kino janrına, filmlərə, televiziyaya və dramaturgiyaya aiddir.
Lomin
Lomin — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd.
Qotik
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Optik
Optika (q.yun. ὀπτική "görünənlər haqında elm") — işığın yaranma mexanizmini, təbiətini, onun yayılma və maddə ilə qarşılıqlı təsir qanunlarını öyrənən fizika bölməsi. İşıq dedikdə dalğa uzunluğu 0,01÷105 nm aralığında yerləşən elektromaqnit dalğaları başa düşülür. Dalğa uzunluqları 400÷760 nm intervalında yerləşən elektromaqnit dalğaları gözə görmə təsiri göstərir və bu səbəbdən görünən işıq adlanır. Optikanı şərti olaraq aşağıdakı bölmələrə ayırmaq olar: Həndəsi optika Dalğa optikası Molekulyar optika Kvant optikası Bir çox hallarda optikanın həndəsi optikadan başqa qalan bölmələrini birlikdə fiziki optika adlandırırlar. Optika elmi astronomiya, müxtəlif mühəndislik sahələri, fotoqrafiya və tibb (oftalmologiya və xüsusən də fizioloji optika adlanan optometriya) daxil olmaqla bir çox fənlərlə əlaqəli şəkildə öyrənilir. Optikanın praktiki tətbiqləri müxtəlif texnologiyalarda və gündəlik əşyalarda, o cümlədən güzgülər, linzalar, teleskoplar, mikroskoplar, lazerlər və lifli optikada mövcuddur. Klassik optika iki əsas budağa ayrılır: həndəsi optika və dalğa optikası. Həndəsi optikada işığa şüa kimi, dalğa optikasında isə elektromaqnit dalğası kimi baxılır. Şüa dedikdə işıq enerjisinin yayılma istiqamətini müəyyən edən xətt başa düşülür.
Albert Lottin
Albert-Nikolas Lottin (fr. Albert-Nicolas Lottin; 29 avqust 2001, XX arondisman (Paris)[d]) — Niderlandın aşağı liqa təmsilçilərindən olan "Yonq Utrext" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu. Lottin "Bordo" akademiyası vasitəsilə inkişaf etmişdir. O, Amerikanın GACP şirkəti klubu aldıqdan sonra akademiyaya qəbul olan ilk futbolçu olmuşdur. 14 dekabr 2018-ci ildə Lottin Liqa 1 təmsilçilərindən olan "Bordo" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 5 aprel 2019-cu ildə "Marsel" klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə François Kamanonu əvəz etmişdir. Liqa 1 görüşündə Bordo rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 2020-ci ilin sentyabrında oyunçu Niderlandın "Yonq Utrext" klubu ilə 3 illik müqavilə imzaladı Lottin Fransada anadan olmuşdur. Valideynləri isə Kamerun vətəndaşlarıdır.
Lentik ekosistem
Lentik ekosistem- bura göllər, nohurlar, su anbarları, yəni nisbətən ətalətli su dövranına malik sular daxildir. Burada üç zona ayrılır: litoral, limnik və profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. Mülayim qurşağın göllərində yay dövründə su kütləsində şaquli üzrə üç zona ayırmaq olar: Epilimneon-suyun konveksiya (sirkulyasiya) etdiyi dərinliyə qədər Termoklin (temperatur sıçrayışı olan lay)- aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə qarışmır Hipolimnenon- soyuq su sahəsi, burada sirkulyasiya getmir Termoklin, adətən, işıq düşən sarhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan ayrılmış hipolimnionda tükənir. Yayda durğunluq dövrü başlayır. Payızda temperaturun bərabərləşdiyi dövrdə suyun ümumi qarışması və hipolimneonun oksigenlə zənginləşməsi baş verir. Qışda buzun altında suyun temperaturu +4 °C-dən aşağı olur, bu onun sıxlığını azaldır və yenidən gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən sonra temperaturu 4 °C-yə çatır, o ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və Şimali Amerika gölləri üçün xarakterikdir. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə qışda, tropikdə isə daim və qeyri-müntəzəm olur. Məhsuldarlığına görə göllər iki qrupa bölünür: Oliqotrof (biogen maddələr və plankton az olan) Evtrof (biogen maddələrlə zəngin) Lentik ekosistemlərin məhsuldarlığı həm də ətraf mühitdən və gölün dərinliyindən daxil olan maddələrdən asılıdır.
Lombok boğazı
Lombok boğazı (ind. Lombok Selat) - Lombok boğazı Malay arxipelaqına aid olan İndoneziyaya məxsus Bali, Nusa Penida və Lombok adalarını ayırır. Sakit okeanına aid olan Bali dənizini (şimaldan) Hind okeanı (qərbdən) ilə birləşdirir. Boğazın cənub-qərbində Bali və Nusa Penida adaları arasında Badunq boğazına çevrilir. Ən dar yeri 18 km təşkil edir. Nusa Penida adası qərbdə, Lombok adası isə şərqdə yerləşir. Ən dərin yeri 1400 m təşkil edir ki, o da boğazın şimalında yerləşir. Ən dayaz yeri isə 250 m-dən aşağıdır. Boğaz İndoneziyanın iki vilayəti olan Bali və Qərbi Kiçik Zond adaları arasında sərhəd təşkil edir. Sahilində Bali adasında Manqqis və Kubu, Lombok adasında Matarom və Lembar şəhərləri yerləşir.
Poetik tərcümələr
Pontik palıdı
Quercus pontica (lat. Quercus pontica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Cənubi Аvrоpаdа yаyılmışdır. 10 m hündürlüyündə yаrpаğını tökən аğаcdır. Gövdəsi düz qаlxаn, diаmеtri 40 sm, qаbığı bоz və yа tünd qəhvəyi, hаmаrdır. Budаqlаnmаsı sеyrək, lаkin çоx möhkəmdir. Yаrpаqlаrı müxtəlif fоrmаlı оlub, sаrımtıl-yаşıl rəngdə, dаirəvi fоrmаdа, uzunluğu 10-20 sm, еni 4-15 sm, kənаrı xırdа dişlidir. Çiçəkləri 5-20 sm uzunluğundа sırğаlаrа tоplаnmışdır. Mеyvəsi kоnusvаri qоzаdır, 2-5 ədədi bir yеrdə yеrləşir. Аbşеrоndа çоx аz hаldа mеyvə vеrir, tоxumlа, pöhrələrlə аsаnlıqlа çоxаlır.
Somatik hüceyrə
Somatik hüceyrə — bir hüceyrə (qədim yunan σῶμα somasından, yəni "bədən" mənasını verir) cinsiyyət hüceyrəsi, qametosit və ya fərqlənməmiş kök hüceyrə xaricində çoxhüceyrəli bir orqanizmin bədənini meydana gətirən hər hansı bir bioloji hüceyrədir . Bir orqanizm cisminin tərkibində iştirak edən və ikili bölünmə və mitotik bölünmə prosesində bölünən hüceyrə somatik hüceyrə adlanır. Bunun əksinə olaraq, qametlər cinsi çoxalma zamanı birləşən hüceyrələrdir, cücərmə hüceyrələri qametləri əmələ gətirən hüceyrələrdir və kök hüceyrələr mitoz yolu ilə bölünərək müxtəlif ixtisaslaşmış hüceyrə tiplərinə ayrılan hüceyrələrdir. Məsələn, məməlilərdə somatik hüceyrələr bütün daxili orqanları, dəri, sümüklər, qan və birləşdirici toxuma təşkil edirsə, məməlilərin cücərmə hüceyrələri sperma və yumurta əmələ gətirir, bu da mayalanma zamanı birləşərək ziqota adlı bir hüceyrə əmələ gətirir və fərqləndirir. İnsan bədənində təxminən 220 növ somatik hüceyrə var. Nəzəri olaraq bu hüceyrələr cinsi hüceyrələr deyil. Mutasiyalarını hüceyrə nəsillərinə (varsa) ötürürlər, ancaq orqanizmin nəsillərinə deyil. Bununla birlikdə, süngərlərdə fərqlənməmiş somatik hüceyrələr cücərmə xəttini meydana gətirir və Knidariyada fərqli somatik hüceyrələr cücərmə xəttinin mənbəyidir. Mitotik hüceyrə bölgüsü yalnız diploid somatik hüceyrələrdə müşahidə olunur. Cinsiyyət hüceyrələri kimi yalnız bir neçə hüceyrə çoxalmada iştirak edir.
Komik maska
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Komik maskalar
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Lomin bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lorik Sana
Lorik Sana (27 iyul 1983, Priştina) — Kosovoda anadan olan Albaniya futbolçusu. Fransa Liqa 1 komandalarından olan Nant FK-da çıxış edir. Lorik Sana həvəskar karyerasına İsveçrə komandalarından olan Lozanna-Sport klubunda başlamışdır. 2000–2002-ci illər ərzində Pari Sen-Jermen FK-ın gənclər klubunda forma geymişdir. Paris klubunda ilk oyununa 19 aprel 2003-cü il tarixində Nant FK Atlantik klubuna qarşı çıxmışdır. 2003–2004 mövsümündə PSJ-ə Vahid Halilodziç baş məşqçi kimi gətirildi. Onun gəlişi ilə Sana klubda forma geymə şansına malik oldu. Eyni sezonda klub ilə Fransa Kubokunun sahibi oldu. Liqada 32 oyuna çıxıb 1 qol vurmağı bacardı. Ölkəsində isə İlin futbolçusu mükafatına layiq görüldü.
Optik cihazlar
Optik cihazlar — optik şüalanmanı çevirməklə görmə imkanlarını genişləndirən cihazlar. Geniş yayılmış optik cihazlara misal kimi persikop, mikroskop, teleskop və kameraları göstərmək olar. İlk optik cihazlar uzaqdakı cisimlərin böyüdülmüş xəyalını almaq üçün istifadə edilən teleskoplar və çox kiçik obyektlərin təsvirini böyütmək üçün istifadə edilən mikroskoplar idi. Qaliley və van Levenhukun dövründən bəri, bu cihazlar çox təkmilləşdirilmiş və elektromaqnit spektrinin digər hissələrini də əhatə etməyə başlamışdır. Binokl daşınabilən yığcam cihazdır. Kamera optik cihazların bir növü hesab olunur, stenop və obskura kamerası belə cihazların çox sadə nümunələridir. İşıq və ya optik materialların xassələrin analiz etmək üçün başqa bir optik cihazar sinfi tətbiq olunur. Onlara daxildir: İnterferometr — işıq dalğalarının interferensiya xassələrini ölçür Fotometr — işığın intensivliyini ölçür Polyarimetr — polyarlaşmış işığın dispersiyasını və ya polyarlaşma müstəvisinin fırlanmasını ölçür Reflektometr — səth və ya obyektin qaytarma qabiliyyətini ölçür Refraktometr — müxtəlif materialların sındırma əmsalını ölçür Spektrometr və ya monoxromator — kimyəvi analiz və ya material analizi məqsədilə optik spektrin bir hissəsini generasiya edir və ya ölçür Avtokollimator — bucaq sapmalarını ölçür Vertometr — kontakt linzaların, eynək və lupa linzalarının sındırma qüvvəsini təyin etmək üçün istifadə olunur DNT sekvenserləri də optik cihazlar hesab edilə bilər, çünki onlar DNT zəncirinin xüsusi nukleotidinə qoşulmuş flüoroxrom tərəfindən buraxılan işığın rəngini və intensivliyini analiz edirlər. Səth plazmon rezonansına əsaslanan cihazlar biomolekulyar qarşılıqlı təsirləri ölçmək və analiz etmək üçün refraktometriyadan istifadə edir.
Optik lif
Fiber-optik və ya optik lif — şüşə və ya plastikin çəkilməsi (həmçinin ekstruziyası) üsuluyla əldə edilən, diametrcə insan tükündən bir qədər qalın əyilgən, şəffaf lif. Optik liflər elektrik kabellərinə nəzərən daha böyük ötürmə sürətinə malik olur ki, bu da verilənləri geniş buraxılış zolağında çox uzaq məsafələrə ötürməyə imkan verir. Burada liflər metal məftilləri əvəz edir, çünki onlar siqnalları daha az itki ilə ötürür; bundan başqa liflər elektromaqnit maneələrinə qarşı dözümlüdür, amma metal məftillər üçün vəziyyət tam əksinədir. Həmçinin, liflər dəst şəklində bağlanılır və beləliklə fiberskopa oxşar olaraq burada da işıq və ya təsvir bir yerdən başqa yerə ötürülür. Xüsusi olaraq hazırlanmış liflər müxtəlif tətbiqlər üçün istifadə olunur, bunlardan bəziləri lifli optik sensorlar və lifli lazerlərdir. Adətən, optik liflər sındırma əmsalı lif maddəsinin sındırma əmsalından kiçik olan örtük materialı ilə əhatə olunmuş nüvədən ibarət olur. İşıq lifin nüvəsi daxilində dalğaötürənlərin iş prinsipinə oxşar şəkildə yayılır. Çoxlu yayılma yollarını və ya eninə modları dəstəkləyən liflər çoxmodlu (multimod) liflər, bir modu dəstəkləyənlər isə birmodlu (monomod) liflər adlanır. Ümumiyyətlə, çoxmodlu liflərin nüvəsi daha böyükdür və onlar rabitədə böyük gücləri qısa məsafələrə ötürmək üçün tətbiq olunur. 1000 metrdən (3300 fut) uzun olan əksər kommunikasiya əlaqələri üçün təkmodlu liflərdən istifadə olunur.
Optik materiallar
Optik materiallar Optik materiallar təbii və sintetik materiallar, monokristallar, polikristallik (şəffaf keramik materiallar), şüşələr (optik şüşələr, fotositallar), polimer (üzvi şüşə) və bu və ya digər elektromaqnit dalğaların diapazonunda şəffaf olan materiallar. Onlardan spektrin ultrabənövşəyi, görünən, infraqırmızı oblastında işləyən optik elementlərin hazırlanmasında (istehsal üçün) istifadə olunur. Danışıq dilində və sənayedə bir çox hallarda bütün bərk optik materialları şüşə adlandırırlar. Bəzən optiki şüanı ötürən optiki mühit, bəzi polimerlər, lent, hava qaz, maye və başqa maddələr də optik material rolunu oynayır. Ən qədim və tanınmış optik material silisium dioksid və digər maddələrin qarışığından ibarət adi şüşədir. Texnologiyanın inkişafı və optik cihazların təkmilləşdirilməsi tələblərinin sərtləşdirilməsi texniki şüşələrin xüsusi bir sinfi optik şüşələrin yaradılmasına gətirib çıxartdı. Digər şüşələrdən yüksək şəffaflığı, saflığı rəngsizliyi, həmcinsliyi, ciddi sındırma və dispersiya qabiliyyəti ilə fərqlənir. Təmiz silisium dioksidi (məsələn, dağ billurunu) əritməklə kvars şüşəsini əldə etmək olar. Digər silikat şüşələrdən kimyəvi davamlılığı, olduqca aşağı xətti genişlənmə əmsalı və nisbətən yüksək ərimə temperaturu (1713–17280C) ilə fərqlənir. Bunun sayəsində daha geniş temperatur diapazonunda və aqressiv mühitdə işləyə bilən optik sistem qurmaq mümkündür.
Optik mikroskop
Optik mikroskop — XX əsrin ortalarına qədər alimlər ancaq optik cihazlarla işləyirdilər. Onlar nöqtələr arası məsafə ~0,20 mkm olan strukturları görə bilirdilər, ona görə də maksimal böyütmə ~2000 krat ola bilirdi. Bu isə elmin tələblərini ödəyə bilmirdi.
Optik nevrit
Optik nevrit- Optik nevrit görmə sinirinin kəskin demielinləşməsidir. Çox hallarda DS ilk dəfə optik nevrit ilə təzahür edir. Bəzi hallarda optik nevritin həmləsi simptomsuz olur. Digər hallarda isə o, göz ətrafında olan ağrılar və görmə qabiliyyətinin yayğınlıq, rənglərin çətin ayırd edilməsi kimi pozuntusu ilə müşahidə olunur. Hər bir ağrı ilə müşahidə olunan, ya olmayan görmə problemi olan pasiyent oftalmoloqun müayinəsindən keçməlidir. Başqa səbəbi olmayan optik nevrit diaqnozu müəyyən edilirsə və pasiyentdə Dağınıq skleroz ehtimalı varsa, bunu pasiyentlə müzakirə etmək və pasiyenti nevroloqa göndərmək lazımdır.
Qotik memarlıq
Qotika (it. gotica) — german qəbiləsi qotların adından götürülmüşdür) — Qərbi Avropa ölkələrinin bir çoxunda yayılmış 12-13-cü əsr memarlıq üslubudur. Yüksəklərə millənən memarlıq formalarının üstünlük təşkil etməsi ilə, çatma günbəzləri olan daş karkasın səciyyəvi konstruktiv sistemi ilə, daş üzərində naxışların, heykəllərin bölgüsü ilə, rəngli şəbəkələrin istifadəsi ilə xarakterizə olunur.
Qotik metal
Qotik metal ya da Qot metal. Doom metal və Heavy metal ın, Gothic tərzi ilə görüşüdür. ABŞ və Avropada yaranıb. Celtic Frost, bir neçə il sonra isə Paradise Lost və Theatre Of Tragedy kimi melodik keyboard və ağır Doom riffli gitara işlədən qruplardan yaranıb. Type O Negative, My Dying Bride və Anathema adətən insana böyük təsir göstərən ağır və hüznlü atmosferi ilə cəlb edir. İlk Goth Metal mahnısı, Paradise Lost qrupunun "Gothic" albomunun eyni adlı mahnısı sayılır. Death və famale vokallarla... Bu albom bir çox qruplara ilham mənbəyi olmuşdur, eləcə də Paradise Lost`un özünə. Theatre Of Tragedy, Tristani və Sins Of Thy Beloved kimi qruplar, bu tərzə daha qaranlılıq və daha da daxili əzabvericili əlavə edərək daha yüksəltdilər Goth Metal`ı. Orta əsrlərə xas olan musiqi əlamətləri, Gregorian xorları, kilsə orqları, fleytalar, skripkalar və qadın vokallar əlavə edilərək, Doom metal riffləri ilə bəzədildi və nəticədə çox sevilən bir tərz kimi qəbul edildi.
Qotik rok
Qotik rok (ing. Gothic rock) — rok musiqi üslubu. 1970-ci illərin sonlarında ortaya çıxmış bir rok növüdür. Qısaca qot rok olaraq da adlandırırlar. Qotik rokda çoxu rok növündə olduğu kimi elektro gitara, bass gitara, zərb alətləri, solo gitara istifadə edirlər; amma digər rok növlərindən özünü ayıran xüsusiyyəti isə əlavə olaraq zərb maşını və sintezator alətlərinin istifadə edilməsidir. Bu növün qruplarının %90-ı qadın vokalist istifadə edər.