Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lamu
Lamu — Keniyadakı Lamu arxipelaqının bir hissəsi olan Lamu adasında kiçik bir şəhər. Şəhər UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin sahilində Lamu qalası yerləşir. Lamuda o cümlədən 1900-cü ildə tikilmiş Riyadha məscidi də daxil olmaqla 23 məscid var. == Tarix == === Erkən tarix === Şəhərin əsl adı Amudur və ərəblər tərəfindən Əl-Amu (آامو)\, Portuqalca isə "Lamon" adlandırılır. Portuqaliyalılar Amu ərazidəki baş yaşayış məntəqəsi olduğu üçün bütün adaya bu adla müraciət edirdilər. Lamu adasındakı Lamu şəhəri Keniyanın daimi yaşanılan ən qədim şəhəridir və Şərqi Afrika sahilləri boyunca orijinal suahili yaşayış məntəqələrindən biri olmuşdur. Şəhərin 1370-ci ildə qurulduğu güman edilir.Bu gün Lamu əhalisinin əksəriyyəti Müsəlmandır.Şəhər ilk dəfə 1441-ci ildə Məkkəni ziyarət edən Lamulu bir hakimlə görüşən ərəb səyyahı Əbu-əl-Mahasini tərəfindən yazılı şəkildə qeyd edilmişdir. 1506-cı ildə Portuqaliya donanması Lamunu mühasirəyə almaq üçün bir gəmi göndərdi və bir neçə gün sonra donanma şəhər başçısını illik 600 metikal dəyərində xərac ödəməyə razı olmağa məcbur etdi. Portuqaliyanın bu hərəkəti, Hindistanın Okean sahili boyunca ticarətə nəzarət etmək üçün müvəffəqiyyətli missiyasına səbəb oldu.
Mumu
Mumu (konfet) — Mumu (povest) — povest Mumu (film, 1998) — 1959-cu ildə çəkilmiş film. Mumu (film, 1959) — 1959-cu ildə çəkilmiş film.
Arı mumu
Arı mumu — bal arılarının şan düzəltmək üçün hasil etdikləri maddə. Arı mumu olduqca davamlıdır. Onu uzun müddət saxlandıqda belə, belə xarab olmur. Havanın temperaturu və nəmliyi ona təsir köstərmir. Mum havada oksidləşmir, havanın nəmliyini özünə çəkmir və qurumur. Beləliklə də, onun çəkisi daim dəyişilməz qalır. Mum demək olar ki, heç bir zərərvericilərlə zədələnmir. Torpaq mikrobları demək olar ki, bütün üzvi maddələri parçaladığı halda, muma çox az təsir göstərir. Torpaqda 20 il taxta qabda qalmış mum tapılmışdır. Həmin mum qabından əsə- əlamət qalmadığı halda, mumun bəzi hissələrinin səthi 2 mm- ə qədər dəyişilmiuşdir.
Bozqurdların ölümü
Bozqurdların ölümü, Nihal Atsızın Maltəpədə 13 aprel 1946-cı ildə tamamladığı, Göytürk xaqanlığı tarixindən bir hissəni və Kür Şad dastanından bəhs etdiyi romanıdır. Roman tələbə olan bir qrup gəncin söhbət əsnasında içlərindən ədəbiyyatçı olanın hekayəni danışması ilə başlanır. Əsər Bozqurdlar dirilir romanının ilk hissəsi sayılır. == Mövzu == Edilən müharibələr və birləşən boylar vasitəsilə Göytürklər olduqca varlanırlar, lakin Çin Tan sülaləsisakit dayanmır. Çuliq xaqanın çinli xatunu İ-Çin Xatun xaqanı zəhərləyir. Xaqanın yerinə keçən Qara xaqan da eyni qadınla evlənincə daxili toqquşmalar başlayır. Çuluq xaqanın kiçik oğlu Kür Şad və tərəfdarlarıəvvəldən bu çinli qadına nifrət edirlər, lakin xaqana qarşı hörmətsizlik etmək törələrə görə qadağandır. Bu çinli qadının qardaşı da türklərə qarşı çinlilərə casusluq edir və türklərin əxlaqını pozmağa başlayır. Tədricən zəifləyən Göytürklər Çinə edilən son səfərdə məğlub olub, əsir düşürlər. Uzun illər davam edən əsarətdə Çinin təzyiqlərinə rəğmən kimliklərini itirməyən Kür Şad və 40 tərəfdarı Çinə qarşı üsyan başladırlar.
Conah Lomu
Conah Tali Lomu (ing. Jonah Tali Lomu; d. 12 may 1975 — ö. 18 noyabr 2015) — Yeni Zelandiya reqbiçisi.
Hiakinfin ölümü
Hiakinfin ölümü (fr. La Mort d'Hyacinthe) — Jan Brok tərəfindən 1801-ci ildə tamamlanmış rəsm əsəridir. Əsər Puatye şəhərindəki San-Krua muzeyində sərgilənir. Brokun ən məşhur əsəri olan tabloda məşhur roma şairi Ovidin "Metamorfozlar" əsərindən səhnə təsvir edilmişdir. Əsərdə ölmüş Hiakinfin sevgilisi olan yunan tanrısı Apollon tərəfindən qucaqlanması göstərilmişdir. Onların qarşısında Apollon tərəfindən atılmış və Hiakinfin ölümünə səbəb olmuş disk vardır. Hiakinfə aşiq olan Zefir, onu Apollona qısqandığı üçün qərb küləyi vasitəsiylə diski Hiakinfə yönləndirmişdir. Hiakinfin qanının töküldüyü yerdən sünbülçiçək çıxmışdır. == Təsviri == Rəsmdə qırmızı arxalığı və lirası ilə seçilən Apollon huşunu itirmiş Hiakinfin bədənini qucaqlayaraq saxlayır. Apollonun ayağı qarşısında Hiakinfin ölümünə səbəb olmuş disk vardır.
Kumu muzeyi
Kumu muzeyi (est. Kumu Kunstimuuseum) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən incəsənət muzeyi. Muzey Baltikyanı ölkələrdə ən böyük, Şimalı Avropada isə ən böyük incəsənət muzeylərindən biridir. Bura Estoniya İncəsənət Muzeyinin 5 qolundan biridir və əsas ofisləri buradadır. Muzeydə həm daimi, həm də müvəqqəti sərgilər təşkil olunur. Əsas kolleksiyası sosialist realizminə aid və XVIII əsrdən bu yana tarixlənən əsərləri əhatə edir. Kumu sözü eston dilindəki "Kunstimuuseum" (incəsənət muzeyi) sözünün abrivaturasıdır. Muzeyin memarı 1994-cü bu haqqı müsabiqə yolu ilə qazanmış fin memar Pekka Vapuvuoridir. 2003–2006-cı illərdə tikilmişdir. Tikili Lasnamae təpəsinin əhəng yamacında uğurla qurulmuş və qədim Kadriorq parkının yanında yerləşdirilmişdir.
Körpə ölümü
Körpə ölümü — 1 yaşınadək uşaqların ölümü. Belə ölümlərin sayı hər 1000 doğuş üzrə bir yaşınadək uşaqların ölüm sayını göstərən körpə ölümü göstəricisi ilə ölçülür. Beş yaşadək ölüm uşaq ölümü göstəricisi hesab edilir və burda da mühüm statistika var.Körpə ölümü daha çox erkən doğum zamanı baş verir. Digər əsas səbəblər boğulma, pnevmaniya, konjenital malformasiyalar, doğuş zamanı fəsadlar, məsələn, dölün göbək kordunun anomaliyaları, eləcə də uzunmüddətli əmək, neonatal infeksiya, ishal, malyariya, qızılca və malnutrisiyadır. Körpə ölümlərinin, qarşısını almağın mümkün olduğu ən geniş yayılmış səbəblərindən biri də hamiləlik zamanı siqaret çəkməkdir. Bir çox faktorlar körpə ölümünə münbit şərait yaradır: ananın təhsil səviyyəsi, ətraf mühitin vəziyyəti və siyasi və tibbi infrastruktur. Sanitariyanın təkmilləşdirilməsi, təmiz içməli suya çatımlılıq, infeksion xəstəliklərə qarşı immunizasiya və digər sağlamlıq tədbirləri yüksək səviyyədəki körpə ölümünü azaltmağa kömək edə bilər. 1990-cı ildə dünyada yaşı 1-dən aşağı olan 9 milyon körpə ölmüşdü. 2015-ci ilədək bu rəqəm 4,6 milyona enmişdi. Əgər əvvəllər hər 1000 doğuş üzrə 65 körpə ölümü baş verirdisə, həmin dövrdə bu rəqəm 29-a enmişdi.Uşaq ölümü uşağın beşinci ad gününədək uşaq ölümünü nəzərdə tutur və 5 yaşınadək uşaq ölümü göstəricisi ilə ölçülür.
Limu (rayon)
Limu (fr. Limoux — Fransada rayon (fr. Arrondissement).Langedok-Russilon bölgəsindəki rayonlarından biri . Rayonun departamenti — Od. Suprefektura - Limu. Rayon əhalisi 2006-cı ildə 43387 nəfər olmuşdur. Əhalinin sıxlığı 24 nəfər / km² təşkil edir. Rayon ərazisi 1781 km²-dir. == Tarix == Od departamenti 17 fevral 1800-ci ildə yaradılan zaman Limu rayonu orijinal departamentin bir hissəsidir. == Coğrafiya == Limu rayonu şimalda Karkason, Narbon rayonu ilə şərqdə, Cənub-şərqdə Pireneyi departamenti və qərbdə Aryej departamenti ilə sərhəddir.
Liu Luqu
Liu Luqu - Tiefu konfederasiyasının şərqdəki III başçısı. Atası Liu Fulun idi. 285-ci ildə hakimiyyətə gəlmişdi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Toba sülaləsindən bir şahzadə ilə evlənmişdi. Bu evlilikdən Liu Kuren və Liu Tucuan adlı övladları olmuşdu.
Luqu döyüşü
Luqu döyüşü — 16 aprel 1899-cu ildə kapitan Pol Vule, onun adyutantı Jülyen Şanuenin rəhbərliyi altındakı Mərkəzi Afrika ekspedisiyasının Fransa müstəmləkə qüvvələri ilə kahinə Sarrauniyanın başçılığı altındakı Əzna bütpərəst tayfa arasında baş tutmuş döyüş. Vule və Şanuen 1898-ci ildə Niger çayı ilə Çad gölü arasındakı ərazini fəth etmək missiyası ilə ekspedisiyaya göndərilmişdi. 1899-cu ilin yanvarında onlar Fransa Sudanını tərk etdikdən sonra güclü müqavimət göstərməyən yerli xalqları zorakı şəkildə tabe özlərinə tabe etmişdir.Döyüşmək qərarına gələn azsaylı yerlilərdən biri uzun müddət islamlaşan regionda yaşayan Əzna bütpərəst tayfasının başçısı sehrbaz-kraliça Sarrauniya idi. Ekspedisiyanın yolunu bağlamaq qərarına gələn Sarrauniya Vuleyə təhqirlərlə dolu təxribatçı məktub yazmışdır. Fransızlar çağırışı qəbul etmiş və 15 aprel 1899-cu ildə Sarrauniyanın qüvvələrini cəmləşdirdiyi Luqu və Tuqana kəndlərinə doğru yola düşmüşdür. Fransızlar güclü müqavimətlə qarşılaşmış, lakin nəticədə uğur qazanmış və Əzna tayfasını ərazidən qaçmağa məcbur etmişdir.
Luru-Burbonne
Luru-Burbonne (fr. Louroux-Bourbonnais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03150. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 223 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfərin (15–64 yaş arasında) 86 nəfəri iqtisadi cəhətdən, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 61,0%, 1999-cu ildə 60,5%). Fəal olan 86 nəfərdən 80 nəfəri (43 kişi və 37 qadın), 6 nəfər işsizdir (4 kişi və 2 qadın). 55 hərəkətsiz şəxs arasında 10 nəfər şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 21 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Luru-Odman
Luru-Odman (fr. Louroux-Hodement) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03153. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 351 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 266 nəfər arasında (15-64 yaş) 180 nəfər iqtisadi fəal, 86 hərəkətsiz (fəaliyyət göstərici 67,7%, 1999-cu ildə 67.4%) idi. Fəal 180 nəfərdən 117 nəfəri (69 kişi və 48 qadın), 63 nəfəri işsizdir (38 kişi və 25 qadın). 86 hərəkətsiz 26 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 50 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Luçu güləşi
Luçu güləşi — Mazandaranın yerli idmanlarındandır. == Tarixçə == Luçu güləşi Mazandaranın ənənəvi və pələvanlıq idmanıdır.Hər il 19 iyulda bir mərasimdə ki ölülər bayramına məşhurdur,Mazandaranlılar qəbristanlıqlarda şənlik edərlər və yerli qidaların və şirnilərin pişirib və yeyərlər.Bu mərasimdə luçu güləşidə keçirilər.Luçu, Mazandaran dilində taxta kenarı deməkdir.Bu söz İspan dilində ki Luça və Luça libre sözlərinə ki mübarizə və sərbəst güləş anlamındadırlar, oxşarlığı var.
Mumu (povest)
Mumu — rus yazıçısı İvan Turgenyevin 1852-ci ildə yazdığı povest. Əsər ilk dəfə Sovremennik jurnalında çap olunub. Povestin baş qəhrəmanları Gerasim adlı lal-kar nökər və onun itidir. == Maraqlı faktlar == Film 1959-cu ildə Mumu adlanırdı. Amma 1998-ci ildə Mu–Mu adlandırıldı. == Haqqında == Bu əsərdə Gerasim adlı rus kəndlinin taleyindən söz açılır. Gerasim lal və kar olsa da çox güclü adam olur. Rusiyanın kəndində yaşayır. Bir gün kəndə imkanlı bir qadın gəlir. Qadın kənddən gedəndə mindiyi arabanın təkəri palçığa batır.
Sardanapalın ölümü
"Sardanapalın ölümü" (fr. La Mort de Sardanapale) — fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş 5-metrlik tarixi motivli tablo == Tarixi == Rəsm əsəri 1827-1828 ci illərdə Luvrda sərgilənmişdir. Bu əsərə görə Ejen erotomaniya və qəddarlıq hərisliyində günahlandırılaraq şiddətli tənqid atəşinə tutulmuşdur. == Süjeti == Ejen Delakrua Bayron Corc Qardonun "Sardanapal" dramından götürmüşdür. Əsərdə o, Sardanapalın özünə qəsd etdiyi tax-tac yerinə dəb-dəbəli loja təsvir edilmişdir. Assuriya çarı haqqında əfsanəyə əsasən: o, ölkənin idarəsini özbaşına buraxan, əxlaqsızlığı ilə məşhur olan hökmdar olmuşdur. Onun zülmünə qarşı baş qldırmış üsyanı yatırda bilməməsi üzündən özünə qəsd edərək öldürmüşdür. Əsərdə onun öz atını, itini və qadınlarını öldürtməsi və var-dövlətini məhv etməsi təsvir edilmişdir. Bununla Ejen öz əməllərində xeyirhaq olmayanları xəbərdarlıq etmək istəmişdir. Əsərdə çar Sardanapal öz səltənətinin dağılmasına, yanıb külə dönməsinə baxmayaraq rahat simada, həzz almış kimi təsvir edilmişdir.
Sokratın ölümü
Sokratın Ölümü (Fransızca: La Mort de Socrate) 1787-ci ildə fransız rəssamı Jak-Lui David tərəfindən çəkilmiş kətan üzərində yağlı boyadır. Rəsm onun o onillikdəki bir çox əsərləri kimi klassik mövzuya diqqət yetirir, bu halda Platonun öz Fedonunda Sokratın edam hekayəsi. Bu hekayədə Sokrat Afina gənclərini korlamaqda və qəribə tanrıları tanıtmaqda günahkar bilinir və zəhərli baldıran içərək ölümə məhkum edilir. Sokrat fürsət düşəndə ​​qaçmaqdansa, öz ölümünü şagirdləri üçün son dərs kimi istifadə edir və bununla sakitliklə üzləşir. Fedon Sokratın ölümünü təsvir edir və eyni zamanda Platonun filosofun son günlərini təfərrüatlandıran dördüncü və sonuncu dialoqudur ki, bu da Euthyphro, Apology və Crito-da ətraflı təsvir edilmişdir.
Özbəkistan sumu
Özbəkistan Sumu (Özbəkcə: soʻm, сўм, ISO 4217 kodu: UZS) Özbəkistanda 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Rubl 1992-ci ilə qədər istifadə olunmağa davam edildi və sonra Sum Kupon adlı pul vahidi istifadə olunmağa başlandı. O illərdə yeni qurulmuş müstəqil iqtisadiyyat səbəbindən sürətlə dəyərini itirən Sum Kupon əskinasları dövriyyədən çıxarıldı və yeni Sum əskinasları ilə əvəz olundu. Özbəkistan Prezidenti İslam Kərimovun 16 iyun 1994-cü il tarixli və 870 nömrəli qərarı əsasında 1 iyul 1994-cü il tarixində Sum kuponu əvəzinə Sum istifadə edilməyə başlandı. == Etimologiyası == Sum sözü Qırğız, Uyğur, Özbək və bir çox digər türk dillərində "təmiz"(saf) mənasını verir. == İlk Sum == 15 Noyabr 1993-cü ildə Özbəkistanın yeni pul vahidi olan Sum təqdim edildi.
Lum Zaveli
Lum Zaveli (5 mart 1990) — Kosovolu üzgüçü. Lum Zaveli Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lum Zaveli birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.32 saniyəlik nəticəsi ilə 57-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Adolf Hitlerin Ölümü
Adolf Hitler 30 aprel 1945-ci il, Bazar ertəsi günü, saat 15:10 - 15.15 arasında (15:25 - 15:30 arasında, sovet KİV-inə görə), Berlində yerləşən fürerbunkerdə (təxminən bu vaxtlarda Qırmızı ordu, Reyxstaqın birinci mərtəbəsini nəzarət altına aldı və Reyx kanslerindən cəmi 700-750 metr məsafədə idi) odlu silah atəşi ilə özünü öldürərək intihar etmişdir. Həyat yoldaşı Eva Braun da kalium sionid qəbul edərək intihar etdi . Elə həmin gün Hitlerin əvvəlki təlimatlarına uyğun olaraq meyitləri bunkerin təcili çıxışı ilə pilləkənlərlə yuxarı qaldırdılar, üzərinə benzin tökdülər və bunkerin xaricindəki bağda yandırdılar .
Aylan Kürdinin ölümü
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır.Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir.Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir.Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. == Aylan Kürdinin ölüsünün şəkilləri == Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. == Şəklə reksiyalar == Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır. Birləşmiş Krallığın Baş naziri Devid Kameron şəklin ona dərindən təsir etdiyini demiş və İngiltərə hökumətinin daha çox suriyalı qaçqın qəbul edəcəyini söyləmişdir.
Bakirənin ölümü (Karavacco)
Məryəmin ölümü (1606) - İtalyan barokko ustası Karavacco tərəfindən Məryəmin ölümünü təsvir edən bir rəsmdir. O, Parisdəki Luvr muzeyinin daimi kolleksiyasının bir hissəsidir. == Təsir == Bu rəsm Karavacco tərəfindən 16-cı əsrin sonu və 17-ci əsrin əvvəllərində başlatdığı ikonoqrafik və formal inqilabı təsvir edir. Özünü qiymətli, təsirlənmiş üslub dəbindən uzaqlaşdıran rəssam səmimi, möhkəm, enerjili üslubun açılışını etdi. O, müqəddəsin təmsillərinin konvensiyalarından narahat olmadan insanların reallığını və duyğularını tərcümə etmək vəzifəsini öz üzərinə götürdü. Onun 17-ci əsrdə təsviri konsepsiyaların təkamülünə təsiri xeyli olmuşdur.
Bozqurdların ölümü (roman)
Bozqurdların ölümü, Nihal Atsızın Maltəpədə 13 aprel 1946-cı ildə tamamladığı, Göytürk xaqanlığı tarixindən bir hissəni və Kür Şad dastanından bəhs etdiyi romanıdır. Roman tələbə olan bir qrup gəncin söhbət əsnasında içlərindən ədəbiyyatçı olanın hekayəni danışması ilə başlanır. Əsər Bozqurdlar dirilir romanının ilk hissəsi sayılır. == Mövzu == Edilən müharibələr və birləşən boylar vasitəsilə Göytürklər olduqca varlanırlar, lakin Çin Tan sülaləsisakit dayanmır. Çuliq xaqanın çinli xatunu İ-Çin Xatun xaqanı zəhərləyir. Xaqanın yerinə keçən Qara xaqan da eyni qadınla evlənincə daxili toqquşmalar başlayır. Çuluq xaqanın kiçik oğlu Kür Şad və tərəfdarlarıəvvəldən bu çinli qadına nifrət edirlər, lakin xaqana qarşı hörmətsizlik etmək törələrə görə qadağandır. Bu çinli qadının qardaşı da türklərə qarşı çinlilərə casusluq edir və türklərin əxlaqını pozmağa başlayır. Tədricən zəifləyən Göytürklər Çinə edilən son səfərdə məğlub olub, əsir düşürlər. Uzun illər davam edən əsarətdə Çinin təzyiqlərinə rəğmən kimliklərini itirməyən Kür Şad və 40 tərəfdarı Çinə qarşı üsyan başladırlar.
Corc Floydun ölümü
Corc Floydun ölümü — 25 may 2020-ci il tarixində Minneapolisdə xidmət edən ağ dərili polis işçisi Derek Chauvinin qandallı şəkildə yerə uzanan Afroamerikan Corc Floydun boyun nahiyəsinə ən azı 7 dəqiqə dizi ilə sıxaraq öldürməsi hadisəsidir. Minnesotada yerləşən Minneapolis şəhərinin cənub məhəlləsində baş verən hadisəni, hadisə şahidləri öz mobil telefonları vasitəsilə videoya çəkdilər. George Floydun dəfələrlə "Nəfəs ala bilmirəm" dediyini göstərən video sosial mediya platformalarında paylaşıldı. Hadisəyə müdaxilə edən 4 polis məmuru işdən çıxardıldı. == Hadisə iştirakçıları == === Corc Floyd === Corc Floyd ABŞın Şimali Karolina ştatının Fayetteville şəhərində anadan olmuşdur. Texas ştatının Hyuston şəhərində yaşa dolmuş 46 yaşlı afroamerikalı. Məktəb illərində basketbol və futbol yarışlarında iştirak etmişdir. Daha sonra "Screwed Up Click" adlı hip-hop musiqi qrupunda çıxış etmişdir. "Big Floyd" (Biq Floyd, Böyük Floyd) ləqəbi ilə tanınmışdır. === Derek Maykl Şovin === Floydun ölümünə səbə olan və "Qəsdən adamöldürmə" maddəsi ilə həbs edilən 44 yaşlı polis əməkdaşı.
Elina Hacıyevanın ölümü
Elina Hacıyevanın ölümü — Bakı şəhərində 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Ədalət qızı Hacıyevanın intihar hadisəsi. Elina Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Bu, onun 2-ci intihar cəhdi olub. Bu, 2015–2019-cu illərdə Azərbaycanda baş verən 10-cu məktəbli intihar hadisəsidir. == Zəmin == Elina Hacıyeva 6 aylıq olanda onun valideynləri boşanıb. Sonradan anası Sevil Hacıyeva ikinci dəfə ailə quraraq, bu izdivacdan da iki övladı olub.O, 1-ci sinifə Bakı şəhəri 49 nömrəli tam orta məktəbə gedib. 3 il orada oxuyub. Həmin məktəbin rus bölməsi bağlananda, bu bölmənin şagirdləri azərbaycandilli bölmələr arasında bölüşdürüləndə valideynləri Elinanı başqa məktəbə keçirməli olublar. 4-cü sinifdən başlayaraq Elina Bayılda Bakı şəhəri 203 nömrəli tam orta məktəbə getməyə başlayıb. Ancaq evdə daha bir azyaşlı bacısının varlığı, üstəlik, anasının da hamilə olması Elinanın növbəti dəfə məktəbdən ayrılmasına səbəb olub.