Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leonin
Magistr Leonin (lat. Magister Leoninus; təq. 1150 – təq. 1210) — XII əsrin 2-ci yarısında yaşamış əfsanəvi fransız bəstəkarı. Notr-Dam kilsəsinin xor məktəbinin nümayəndəsi.
Lesnoy
Lesnoy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Leonia
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Lenin
Vladimir İliç Ulyanov və ya qısaca Lenin (rus. Влади́мир Ильи́ч Ле́нин, 22 aprel 1870[…], Simbirsk, Simbirsk quberniyası[d], Rusiya imperiyası – 21 yanvar 1924[…]) — rus inqilabçısı, marksist, publisist, leninizm nəzəriyyəsinin yaradıcısı, SSRİ-in qurucusu. Vladimir Lenin tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun — İlya Nikolayeviç Ulyanovun (1831–1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir — çuvaş, kalmık, rus, alman, yəhudi, isveç. Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasili Ulyanov qalmışdır.
Lenti
Lenti (sloven. Lentiba) — Macarıstanın Zala medyesində, Avstriya, Slovakiya və Xorvatiyanın sərhədində yerləşən rayon.
Levni
Levni (əsl adı Abdülcəlil Çələbi; XVII əsr, Ədirnə – 1732[…], Konstantinopol) — miniatür sənətçisi. Levni Ədirnədə doğulmuşdur. Növşəhərli Paşa nəqqaş kimi Levnini saraya gətirmişdi. Yaradacı zəkasıyla sənətində yeni cığırlar açaraq, bu himayəyə layiq olduğunu isbat etmişdir. 1732-ci ildə vəfat etmiş və Otaqçılar məscidi yanındakı Sadilər Təkkəsində dəfn olunmuşdur.
Lətif
Lətif — kişi adı.
Bulbophyllum leonii
Bulbophyllum leonii (lat. Bulbophyllum leonii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Böyük Setnoy
Böyük Setnoy — Xəzər dənizinin şimal-qərbində, Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayəti, Kamızyak rayonu ərazisinə daxildir. Adanın şimalında Morskaya Kоsa, qərbdə — Kiçik Setnoy, cənubda isə — Morskoy Setnoy.
Galium leonis
I Leonid
I Leonid (q.yun. Λεωνίδας; ən geci e.ə. 520, Sparta, Peloponnes – 11 avqust e.ə. 480) — eramızdan əvvəl 491-480-ci illərdə hökm sürən Agiadlar ailəsindən olan Sparta hökmdarı, sərkərdə. Yunan-İran müharibələrində Sparta ordusunun komandanı olmuş, Fermopil döyüşündə həlak olmuşdur. Leonid II Anaxandrisin oğlu idi. O, 20-ci nəsildə Herakl nəslindən sayılırdı. Leonid dörd oğuldan üçüncüsü idi, lakin I Kleomen və Dorienin ölümündən sonra kral hakimiyyətini öz üzərinə götürdü: “Leonid I Kleomenin kiçik qardaşı idi və Kleomenin kişi nəslini qoymadan öldükdən sonra taxta çıxdı”. Hökmdarlığının on ili ərzində I Leonid əhəmiyyətli bir şey etmədi, ancaq Fermopil (İsti qapılar) döyüşü ilə adını əbədiləşdirdi. Fars qoşunlarının irəliləməsi zamanı 6 min əsgərlə (300 spartalının şəxsi mühafizəsi də daxil olmaqla) Thermopylae keçidini müdafiə etdi və döyüşdə öldü.
Kiçik Setnoy
Kiçik Setnoy (rus. Малый Сетной)— Xəzər dənizinin şimal-qərbində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisinə daxildir. Adanın şimalında Sedmoy, qərbdə Nijnıy (ada) və Lixaçev adası, şərqdə Morskoy Setnoy və Böyük Setnoy adaları yerləşir. 45°41′ şm. e. 48°39′ ş. u.
Lentik ekosistem
Lentik ekosistem- bura göllər, nohurlar, su anbarları, yəni nisbətən ətalətli su dövranına malik sular daxildir. Burada üç zona ayrılır: litoral, limnik və profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. Mülayim qurşağın göllərində yay dövründə su kütləsində şaquli üzrə üç zona ayırmaq olar: Epilimneon-suyun konveksiya (sirkulyasiya) etdiyi dərinliyə qədər Termoklin (temperatur sıçrayışı olan lay)- aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə qarışmır Hipolimnenon- soyuq su sahəsi, burada sirkulyasiya getmir Termoklin, adətən, işıq düşən sarhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan ayrılmış hipolimnionda tükənir. Yayda durğunluq dövrü başlayır. Payızda temperaturun bərabərləşdiyi dövrdə suyun ümumi qarışması və hipolimneonun oksigenlə zənginləşməsi baş verir. Qışda buzun altında suyun temperaturu +4 °C-dən aşağı olur, bu onun sıxlığını azaldır və yenidən gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən sonra temperaturu 4 °C-yə çatır, o ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və Şimali Amerika gölləri üçün xarakterikdir. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə qışda, tropikdə isə daim və qeyri-müntəzəm olur. Məhsuldarlığına görə göllər iki qrupa bölünür: Oliqotrof (biogen maddələr və plankton az olan) Evtrof (biogen maddələrlə zəngin) Lentik ekosistemlərin məhsuldarlığı həm də ətraf mühitdən və gölün dərinliyindən daxil olan maddələrdən asılıdır.
Leonid Abalkin
Leonid İvanoviç Abalkin (rus. Леони́д Ива́нович Аба́лкин 5 may 1930, Moskva – 2 may 2011, Moskva) — Rusiya iqtisadçısı, Rusiya Elmlər Akademiyasının akademiki (1991; 1987-ci ildən SSRİ Elmlər Akademiyasının akademiki), 1986-cı ildən Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, 1989–1991-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin müavini. Leonid İvanoviç Abalkin 5 may 1930-cu ildə SSRİ-də, Moskva şəhərində anadan olmuşdur. 1952-ci ildə Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1952-ci ildən Kalininqrad vilayətinin Qusev şəhərində kənd təsərrüfatı texnikumunda dərs demiş, direktoru olmuşdur. 1958-ci ildən Moskva Dövlət İqtisadiyyat İnstitutunun aspirantı olmmuşdur. 1961-ci ildən Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda assistent, müəllim, dosent, 1966-cı ildən siyasi iqtisad kafedrasının müdiri kimi çalışmışdır. 1976–1985-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında professor və siyasi iqtisad kafedrasının müdiri olmuşdur. 1985-ci ildən İqtisadiyyat İnstitutunun direktoru. 1984-cü ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1988–1990-cı illərdə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü.
Leonid Andreyev
Leonid Nikolayeviç Andreyev (rus. Леони́д Никола́евич Андре́ев) (9 (21) avqust 1871[…], Oryol[…] – 12 sentyabr 1919[…]) Rus ədəbiyyatında ekspressionizmin atası hesab edilən rus dramaturqu, romançı və qısa hekayələr yazıçısı idi. O, dövrünün ən istedadlı və məhsuldar nümayəndələrindən biri kimi qəbul edilir. Andreyevin üslubu ədəbiyyatda realist , naturalist və simvolist elementlərini özündə birləşdirir. 25 pyesdən 1915 -ci ildə yazdığı “Şillələnən” əsəri onun ən yaxşı uğuru hesab olunur. Andreyev 1871-ci ildə Rusiyanın Orel şəhərində anadan olub. 1891-ci ildə Sankt- Peterburq Universitetinə daxil olur amma yoxsulluq üzündən universiteti atmağa məcbur olur. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib, ancaq bir il hüquqla maraqlanıb. O, Moskvanın “Moskovskiy Vestnik” qəzetinin polis-məhkəmə müxbiri kimi işləməyə başladı. Andreyev ilk hekayəsi olan, "Kasıb bir tələbə haqqında" əsərini nəşr etdi.
Leonid Aqranoviç
Leonid Aqranoviç (15 may 1915, Zmiyovka[d], Orlov quberniyası[d] – 15 mart 2011, Moskva) — ssenari müəllifi. Yaşamaq gözəldir, qardaşım!
Leonid Tatarinov
Leonid Petroviç Tatarinov (12 noyabr 1926, Tula - 14 avqust 2011, Moskva) — Sovet və rus paleontoloqu. Biologiya elmləri doktoru, SSRİ Elmlər Akademiyasının akademiki (1981), Rusiya Elmlər Akademiyasının məsləhətçisi. Onurğalıların müqayisəli anatomiyasının, ümumi təkamül məsələlərinin araşdırılması ilə məşğul olmuşdur . L.Tatarinov 1943-cü ildə orta məktəbi bitirdikdən sonra bioloq olmaq istəsə də, alman faşizminə qarşı mübarizəyə səfərbər olunmuşdur. Ağır xəstəliyə görə ordudan tərxis olunan L.Tatarinov Moskva Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş və 1949-cu ildə həmin universitetin biologiya-torpaqşünaslıq fakültəini bitirmişdir. O, 1954-1973-cü illərdə Rusiya Elmlər Akademiyasının Paleontologiya İnstitutunda laboratoriya müdiri, 1975-1992-ci illərdə Paleontologiya İnstitutunun direktoru vəzifələrində işləmiş, 1992-2011-ci illərdə Rusiya Elmlər Akademiyasının məsləhətçisi olmuşdur. 250 məqalənin və 6 monoqrafiyanın müəllifidir. "Şərəf nişanı" ordeni (1975) Qırmızı Əmək Bayrağı ordeni (1986) "Qütb ulduzu" ordeni (Monqolustan, 1982) IV dərəcəli "Vətən qarşısındakı xidmətlərə görə" ordeni (1999) "Dostluq" ordeni (Monqolustan, 1977) Gümüşdən hazırlanmış Ləyaqət nişanı (Almaniya, 1985) SSRİ Dövlət mükafatı (1978) L. P. Tatarinov. Pages of memoirs. Paleontological Journal.
Leonid Tibilov
Leonid Tibilov (oset. Тыбылты Харитъоны фырт Леонид; 28 mart 1952) — qismən tanınmış Cənubi Osetiya Respublikasının dövlət xadimi və siyasətçisi. 19 aprel 2012-ci ildən 21 aprel 2017-ci ilədək Cənubi Osetiyanın üçüncü prezidenti. 28 mart 1952-ci ildə Gürcüstan SSR, Cənubi Osetiya Muxtar Vilayəti, Znaur rayonu, Yuxarı Dvan kəndində kəndli ailəsində anadan olub. Milliyyətcə osetindir. 1969-cu ildə Avnev kəndində orta məktəbi bitirir. Elə həmin il 1974-cü ildə bitirdiyi Cənubi Osetiya Dövlət Pedaqoji İnstitutunun Fizika və Riyaziyyat fakültəsinə daxil olur. 1974-cü ilin noyabrından 1975-ci ilin noyabrınadək Sovet Ordusunda xidmət etmişdir. 1975-ci ilin noyabrından 1981-ci ilin avqustuna qədər Cənubi Osetiyanın xalq təhsil sistemində çalışır. Fizika və riyaziyyat müəllimi, məktəbin baş müəllimi, Znaur orta məktəbinin direktoru, Cənubi Osetiya Müəllim Hazırlığı İnstitutunun riyaziyyat kabinetinin müdiri işləyir.
Leonid Vaynşteyn
Leonid Vaynşteyn (tam adı: Leonid Moiseyeviç Vaynşteyn; 20 aprel 1945, Bakı – 20 iyun 1994, Bakı) — bəstəkar, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). Leonid Vaynşteyn 20 aprel 1945-ci ildə anadan olmuşdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını 1968-ci ildə professor Qara Qarayevin sinfi üzrə bitirmişdir. Müxtəlif illərdə Azərbaycan Dövlət Konservatoriyasının və Asəf Zeynallı adına Musiqi Texnikumunun bəstəkarlıq kafedralarında dosent, elecə də Azərbaycan Dövlət Rus Dram Teatrında musiqi tərtibatçısı vəzifələrində çalışmışdır. Müxtəlif janrlarda əsərlər bəstələyərək, teatr-səhnə və simfonik musiqiyə üstünlük vermişdir. Musiqiləri Azərbaycan, Rusiya və keçmiş SSRİ respublikaları, Avropa ölkələri, ABŞ və İsraildə səslənmişdir. Əsas əsərləri: "İlham" baleti, "Səhranın bəyaz günəşi" rok-operası, üşaqlar üçün "Çəkməli pişik", "Zoluşka" operaları, Böyük simfonik orkestr üçün 6 simfoniya, Violino Konserti, simli orkestr üçün Konsert, simli kvartet; orqan üçün "Memorial" triptixi (Xocalı soyqırımına ithaf), qarışıq xor ilə BSO üçün "Azərbaycan-60" kantatası (R.Zəkanın şeirlərinə, F.Qarayevlə birlikdə); solist, kişi xoru və BSO üçün "Dənizə dönmək istərəm" oratoriyası (Nazim Hikmətin şeirlərinə), "Dəniz, səma və məhəbbət" vokal silsiləsi (Nəbi Xəzrinin şeirlərinə), teatr, kinofilmlər üçün musiqi, estrada pyesləri, romans və mahnılar. Son əsərlərindən biri "Sənin baharın gələcək Azərbaycan!" ("Твоя весна придёт Азербайджан!") romansı olmuşdur. Leonid Vaynşteyn 1994-cü ildə Bakıda vəfat etmişdir. Moisey Vaynşteyn və Olqa Belyavskanın oğlu, Əbdürrəhman Vəzirovun bacısı Bəyaz Vəzirovanın həyat yoldaşı, Harri Kasparovun əmisi, Timur Vaynşteynin atasıdır.
Leonid Velilayev
Leonid Velilayev (15 (28) iyun 1916, Tavriya quberniyası[d] – 27 dekabr 1997, Antrasit[d], Luqansk vilayəti) — Krım tatarı əsilli Şöhrət ordeni laureatı. İkinci Dünya müharibəsi zamanı göstərdiyi fəallığa görə 1-ci dərəcəli Şöhrət ordeni ilə təltif olunub. O dövrdə Sovet ordusunda xidmət edən digər krım tatarları kimi slavyan adı olan "Leonid" ləqəbindən istifadə edirdi. Velilayev 1919-cu ildə Akmonai kəndində Krım tatarı əsilli bir kəndli ailəsində anadan olub. 1928-ci ildə 7-ci sinifi bitirdikdən sonra bir fabrikdə təlimlər almağa başlamışdır. 1937-ci ildə təcrübəsini bitirdikdən sonra Kerç şəhərindəki metallurgiya zavodunda işlədi. 1939-cu ildə Sovet-Fin müharibəsinə aparıldı. 27 dekabr 1997-ci ildə 81 yaşında vəfat etmişdir. İkinci Dünya müharibəsi illərində 140-cı diviziya piyada alayına təyin edildi. Stalinqrad döyüşündə göstərdiyi fəallıqdan dərhal sonra Şərqi və Mərkəzi Avropadakı gedən döyüşlərdə iştirak etdi.
Leonid Vinoqradov
Leonid Vinoqradov (v. 2013, Sankt-Peterburq) — general. L.Vinoqradov 1979-1986-cı illərdə Zaqafqaziya hərbi dairəsində siyasi şöbənin rəisi, Azərbaycanda dislokasiya olmuş Bakı Ümumqoşun Birləşməsinin Hərbi Şurasının üzvü olub. L.Vinoqradov 1982-1986-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü olub. Ömrünün son illərini Puşkin şəhərində yaşayan Leonid Vinoqradov Azərbaycanla tarixi dostluq əlaqələrini qoruyub saxlayıb, Azərbaycan rəhbərliyi və dövlət xadimləri ilə daima təmasda olub. Eyni zamanda, L.Vinoqradov Sankt-Peterburqdakı Azərbaycan diasporu nümayəndələri ilə mütəmadi olaraq əlaqə saxlayıb. 3 sentyabr 2013-cü ildə general Leonid Vinoqradovun dəfn mərasimi keçirilib. Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşları, Sankt-Peterburqda yaşayan Azərbaycan diasporunun fəal üzvləri və nüfuzlu iş adamları iştirak ediblər. Dəfn mərasimində Puşkin şəhər Administrasiyasının rəhbəri İvan Stepanov, Puşkin şəhər bələdiyyə şurasının sədri Boris Kiselyov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin birinci sərhəd kadet korpusunun rəisi Eduard Filippov, Puşkin şəhərinin müharibə veteranları şurasının üzvləri və zabit dostları L.Vinoqradovun şərəfli həyat yolunu qeyd edərək, onun dövlət qarşısındakı misilsiz xidmətlərindən söz açıblar.
Leonid Yakuboviç
Leonid Arkadyeviç Yakuboviç (31 iyul 1945, Moskva, SSRİ) — Sovet və Rus televiziya aparıcısı, aktyor, ssenarist, yazıçı, prodüser . Rusiya Federasiyasının xalq artisti (2002) . Rusiya Yəhudi Konqresi İctimai Şurasının üzvü . Daha çox "Pole çudes" verilişinin aparıcısı və bədii rəhbəri kimi tanınır. 31 iyul 1945-ci ildə Moskvada anadan olub. Atası — Arkadi Solomonoviç Yakuboviç (1913–1983) — mühəndis, dizayn bürosunun müdiri, Böyük Vətən Müharibəsinin iştirakçısı, Qırmızı Ulduz ordeni sahibi Anası — Rimma Semyonovna Yakuboviç (qızlıq soyadı Şenker; 1919–2005) — həkim-ginekoloq Moskva Elektron Mühəndislik İnstitutunada təhsil aldığı illərdə Tələbə Miniatürlər Teatrında oynamışdır. Sonra təhsilini V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisliyi İnstitutuna davam etdirir . Təhsil aldığı müddətdə 1960–70-ci illərdə institutun ŞHK komandasında oynayıb. 1976–1977-ci illərdə Lixaçyov adına zavodda tornaçı kimi çalışıb. 1979-cu ildən ədəbi fəaliyyətlə məşğul olur "Hə, oğlanlar!" və "Hə, qızlar!" verilişlərinin mətn və senarilərini yazmışdır.
Leonid Zorin
Leonid Henrixoviç Zorin (əsl soyadı Zaltsman; 3 noyabr 1924, Bakı – 31 mart 2020, Moskva) — Rusiya dramaturqu. Leonid Zorin 3 noyabr 1924-cü ildə Bakıda anadan olub, 1948-ci ildən Moskvada yaşayıb. BDU-nu, daha sonra isə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. L. Zorin 31 mart 2020-ci ildə 96 yaşında ürək tutmasından dünyasını dəyişib. O, "Dostlar və illər" (1962), "Varşava melodiyası" (1967), "Pokrov darvazaları" (1974) və s. dram əsərləri də daxil olmaqla 50-yə yaxın pyesin müəllifidir. Dramaturqun əsərləri keçmiş SSRİ-nin bir neçə respublikasında və xaricdə dəfələrlə səhnələşdirilib. L. Zorin bir neçə filmin ssenarisinin hazırlanmasında da iştirak edib. Orden və medallarla təltif olunub.
Leonid Çadamba
Leonid Çadamba (tıva Чадамба Леонид Борандаевич; 18 mart 1918, Toju rayonu[d] – 24 aprel 1987, Kızıl, Tuva MSSR) — tuvalı şair, nasir, yazıçı, dramaturq, uşaq ədəbiyyatı yazıçısı, tərcüməçi və sosial aktivist. 1918-ci ildə hal-hazırkı Tıva Respublikasının Toju bölgəsinin Hon-Şöl deyilən kəndində anadan olmuşdur. Müəllimliklə məşğul olmuşdur. Tuva dili və mədəniyyəti sahəsində ən öndə gələnlərdən biridir. İlk şerlərini 1933-cü ildə nəşr etdirmişdir. 1941-ci ildə ədəbi jurnallarda şerləri yayımlanmağa başlamışdır. Dövrün müxtəlif jurnallarında əsərləri yayımlanmışdır: “Xalqların qardaşlığı”, “Ogonyok”, “Sibir işıqları”, “Uluq-Hem” və digərləri. Onun şer antologiyaları isə “Xoşbəxtlik”, “Turkuvaz çaylar”, “Nəsil”, “Mənim dəliqanlı dostlarım” adlarında nəşr edilmişdir. Çadambanın nəsr sahəsində isə hekayələrindən “Yolçuluq” və hekayə ilə nəql antologiyalarından “Ren maralı”nı misal göstərmək olar. Əsərləri 13 dilə tərcümə edilmişdir.
Leonis dombalanı
Leonis dombalanı (Elmi adı - Terfezia leonis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3cd. Nadir növdür. Torpaq səthinə yaxın əmələ gələn meyvə cismi 4-6 sm diametrində və ya bir qədər uzunsov, kartofa bənzərdir. Xarici səthi – peridi əvvəl açıq, sonradan tündləşərək qonura çalır, dərivaridir. Göbələyin xüsusi iyi və dadı yoxdur. Yarıya kəsilmiş halda ləti şirəlidir, birrəng deyil. Heterotallik növdür, cinsi çoxalması üçün populyasiyada genetik cəhətdə fərqli fərdlərin olması tələb olunur. Simbiotrofdur, taxıllardan, əsasən Artemisia, Hordeum, Poa və Salsola cinslərinin növlərindən ibarət fitosenozlarda mikoriza əmələ gətirir. Azərbaycanın bozqır və dağətəyi bölgələrində, bəzən az şoranlaşmış torpaqlarda aprel-may aylarında, az-az əmələ gəlir. Kütləvi əmələ gəlməsi bir neçə ildən bir müşahidə edilir, meyvə cisimləri sporadik, bəzən kopalarla rast gəlinir.