Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. == Həmçinin bax == Azərbaycan manatı — Azərbaycanın pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
Manis
Panqolinlər (lat. Pholidota) — euarxontoqlireslər dəstəüstünə aid heyvan dəstəsi.
Mantı
Mantı (türk. mantı; qaz. мәнті; qırğ. манты; özb. manti), mantu, buuz, pozı və ya mandu (kor. 만두, 饅頭) — Mərkəzi Asiya, Türkiyə, Tatarıstan, Başqırdıstan, Krım, Koreya və Monqolustan xalqların ənənəvi ətli xörəyləri. Mantı, müxtəlif ədviyyatlarla dadlandırılan qıymanın, kiçik xəmir parçalarının içinə qoyulması və bu xəmir parçalarının suda qaynadılması ilə edilən ətli xəmir yeməyidir. Türk mətbəxinin olduğu qədər digər Orta Asiya mətbəxlərinin də bir parçası olan mantı, köhnə SSRİ ölkələrində də məşhur bir yeməkdir. Orta Asiyadan Anadoluya köçəri Türklər tərəfindən gətirilmişdir. Bəzi bölgələrdə mantıya tatar böreği deyilməsi, mantının köçəriliklə olan əlaqəsini təsdiqləməkdədir.
Maqnit
Maqnit (yun. λίθος μαγνησ maqnesiya daşı) və ya Dəmirqapan — Maqnesiya kiçik Asiyada Türkiyənin şəhərində maqnetit tapılmış yer adıdır. Maqnit bir cisim olub başqalarını maqnetik olaraq cəzb və ya itələmək qabiliyətinə malikdir. Maqnetik cəzbetmə təbii fenomendir. Bu haqqda maqnetizmdə məlumat verilir: Daimi maqnit ferromaqnitdən hazırlanmış məmul olub qalıcı maqnit xassəsini uzun müddət saxlaya bilir. Daimi maqnitlərin səciyyəvi sahəsi — 1 Т-ə qədərdir (10 kQs). Elektromaqnit elektrik cərəyanı keçdikdə maqnit sahəsi yaradan qurğudur. Adətən bu böyük maqnit keçiriciliyinə malik olan, daxilində dəmir içlik yerləşdirlmiş solenoid dolağından ibarətdir. Səciyyəvi maqnit sahəsi 1,5–2 T arasında olur.
Qanit
Qallium nitrat — mineral, alümoşpinellər qrupu. Qrupun digər mineralları (şpinel, hersinit, qalaksit) ilə izomorf sıralar yaradır. Al qismən Fe3+, Cr, Mn3+ ilə əvəz olunur. Kubik kristalları oktaedrik, yaxud dodekaedrik. İkiləşmə şpinel qanunu {111} üzrə olur. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: tək-tək dənələr. Tünd-yaşıl, bozumtul-yaşıl, göyümtül-qara, bəzən sarı və ya qonur. Cizgisi boz, bozumtul-yaşıl. Parıltı: şüşəli, yağlı.
Manic
Manic — ABŞ müğənnisi Holzinin üçüncü studiya albomu. 17 yanvar 2020-ci ildə Capitol Records tərəfindən buraxılıb.
Mani
Mani – “Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – peşəkar musiqiçilər bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə) bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə tamamlanır. Bu zərbi muğamda cəmi bir təsnif oxunur.
Co Mahit
Co Mahit (17 iyul 1992, Port Vila) — Vanuatulu cüdoçu. Co Mahit Vanuatunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Co Mahit birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 66 kq çəkidə, 1/16 final mərhələsində Arubanın nümayəndəsi Ceyme Mata ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 0:100 hesabı ilə uduzdu.
Daniel Manin
Daniel Manin (13 may 1804 – 22 sentyabr 1857) — İtalyan vətənpərvəri və Venesiya dövlət xadimi,çox İtalyan tarixçısı tərəfindən İtaliya Birliyinin (isorgimento) qəhrəmanı kimi qəbul edilir. == Erkən həyatı == Daniel Manın 1804-cü ilin 13 mayında Ramo Astoridə, Anna Mariya və Bellotto Pietronun ailəsində dünyaya gəlmişdir, hal-hazırda da onun anadan olduğu evdə bu memorial lövhə elə qeyd olunmuşdur.Danielin ailəsi yəhudi mənşəyə malik olmuşdur.Babası Samuele Medina idi və Veronada qalırdı, Medina 1759-cu ildə xristianlığı qəbul etdi və Manın adını qəbul etdi.Buna səbəb varlı şəhər sakini olan Lodoviko Manının ona sponsor olması idi.Daniel Manın Paduyada mükəmməl səviyyədə hüquq elmini öyrənir və işləmək üçün doğma şəhəri olan Venesiyaya geri dönür.Həyatının erkən çağlarından Daniel Manın Lombardiya və Venesiyanı işğal altında saxlayan Avstriya İmperiyasına dərin nifrət hissləri ilə tərbiyə olunmuşdur. == İnqilabı Lider == Qəhrəmancasına lakin sonda nəticəsiz qalan Bandiera Qardaşları təşkilatının ümidsiz cəhdləri Venesiyada azadlıq uğrunda mübarizəni daha da qızışdıran birinci hadisə idi.Daniel Manın 1844-cü ildə Neopalitan Burbonlarına qarşı Avstriya hərbi donanmasında xidmət etmişdi.Manın 1847-ci ildə Venesiya konqresinə imperatora petisiya ünvanlamaq və imperatoru xalqın istəyi barədə xəbərdar etmək barədə tələb irəli sürdü.Lakin o, 1848-ci ildə dövlət satqını ittihamı ilə həbs olundu.Lakin bu 1848-ci ilin yanvar ayının 12-də Palermodan başlanmış İtaliya inqilabının ən qızğın nöqtələrindən olan Venesiyada da inqilabı başlatdı.Daniel Maninin həbsinə etiraz olaraq Venesiyalılar kütləvi etirazlara qalxdılar, Maninin xalq arasında olan nüfuzu daha da yüksəldi.Artıq 2 aydan sonra Avropanın çox hissəsi kimi İtaliyada bütünlüklə inqilablar içində idi.Xalqın artan təzyiqi nəticəsində Venesiyanın Avstriya canışını (qubernatoru) Qraf Erdody Pallfy Alajos Daniel Manini həbsdən azad etməyə məcbur oldu(17 martda).Avstriyalılar tezliklə şəhərə nəzarəti itirdilər.Hərbi arsenal inqilabçıların əlinə keçdi.Manın Müvəqqəti Hökumətin rəhbəri seçıldı.26 martda San-Marko Respublikasının yaradıldığı elan olundu(San-Marko meydanında elan olunduğu üçün belə adlanır).Manın respublikanın prezidenti oldu.7 avqustda Manın hakimiyyətindən Piemont krallığının xeyrinə əl çəkdi.Lakin Kustozo düyüşündə Piomont krallığı Avstriya tərəfindən məğlub edildi və Salasko sülhünə görə Venesiya və Lombardiya Avstriyaya geri qaytarılırdı.Bundan sonra Venesiyalılar şəhərdə olan ali komissarlarını daş-qalaq etdilər,Manın onların həyatını çətinliklə qorudu.Bundan sonra Venesiyada Triumvirat yaradıldı və Manın onun başçısı oldu.1848-ci ilin sonuna doğru şəhər materik tərəfdən mühasirəyə alındı.1849-cu ilin əvvəlində Manın yenidən prezident seçildi.Şəhərin müdafiəsinin rəbəri təyin olundu. Avstriya ilə yenidən müharibəyə başlayan Karl Albert 1849-cu ilin martında yenidən məğlub oldu(Novara döyüşü). Bundan sonra yığıncaq "Müqavimətin Hər Hansı Qiyməti" adlı qərar qəbul etdi.Bu qərara əsasən Manınə qeyri-məhdud səlahiyyətlər verilirdi. Bu anda Avstriya qoğunları şəhəri tamamilə mühasirəyə aldı.Şəhərin müdafiəsinə köməyə Neopol krallığından general Guglielmo Pepenin başçılığı ilə hərbi qüvvələr göndərilmişdi.Ancaq may ayınnı 26-da Venesiyalılar Marghera portunu tərk etməyə məcbur oldular, iyulda şəhərdə vəba yaılmağa başladı.Bu zaman Avstriya qoşunları şəhəri bombardman etməyə başladılar.Sardiniya hərbi donanması Adriatik dənizini tərk edən kimi, Avstriya hərbi donanması şəhərə həmçının dəniz yolu ilə hücuma başladı.Artıq şəhər əhalisi arasında da narahatlıq artırdı.1849-cu ilin 24 avqustunda şəhərdə silah-sursat tükəndi, ‘alicənab razılaşma ’ imzalandı.Manın, Pepe və başqa rəhbər şəxslər şəhəri tərk etdilər.27 avqustda Manın fransız gəmisində həmişəlik Venesiyanı tərk etdi. == Sürgün illəri == Onun həyat yoldaşı Marseldə vəfat etdi.Özü isə Fransaya gələn zaman dənizdə xəstələndi.Parisdə yaşamağa və işləməyə başladı.Orada İtaliyalı sürgünlər arasında lider oldu.Orada o, respublikanizmdən monarxizmə doğru ideologiyasını dəyişdi.O, inanırdı ki, İtaliya yalnız Kral Viktor Emmanuelin himayəsi altında birləşə bilər.O, Georgi Pallavicini və Giuseppe La Farina ilə Piemont krallığı altında birləşmək ideyasını yaymaq üçün ‘Societa Nazionale İtaliana’ təşkilatının əsasını qoydu.Buna baxmayaraq, qızının acınacaqlı həyatı ona təsir etdi.Onun qızı 1854-cı ildə vəfat etdi.Özü isə, 1857-ci ildə 22 sentyabrda vəfat etdi, Ary Schefferin ailə qəbirstanlığında dəfn olundu.Venesiyanın azad edilməsindən sonra onun qalıqları Venesiyaya gətirildi, Santa Krokenin Bazilikasında basdırılır. Vəfat etdiyi dövrdən bu günədək o,ona müxtəlif heykəllər və memoral abidələr həsr olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == H.Rövşən, "Yeni dövr Avropa tarixi" Bakı,); Jonathan, "The Siege of Venice" Keates, 2005); == Xarici keçidlər == Errera, A, Vita di D. Manin (Italian), Venke, 1872. de la Farge, P, Documents, &c., de D. Manin (French), Paris, 1860.
Manat (Büt)
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Manat (tanrı)
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Manıç-Qudila
Manıç-Qudila gölü (kalm. Манц (нур), rus. Маныч-Гудило) — Rusiyanın cənubunda, Kalmıkiya, Stavropol diyarı və Rostov vilayəti ərazisində yerləşən göl. Kumo-Manıç çökəkliyinin mərkəzində yerləşən böyük bir duz göldür. 1930-cu illərdə bir sıra hidrotexniki qurğular tikildikdən sonra, Manıç çayındakı Proletarnoe su anbarının bir hissəsi olmuşdur. Dəniz səviyyəsindən hündürlüyü 12,8 metrdir. Gölün sahəsi dəyişkəndir, orta hesabla 344 km²-dir. Uzunluğu 100 km-dən çox, eni 10 km və daha çox, dərinliyi 3,5–4 m, orta dərinliyi 2.6 m-dir. Suyu acı-duzludur. Göl suyun səviyyəsi və duzluluğun dəyişməsi ilə xarakterizə olunur.
Maqnit anomaliyası
Maqnit anomaliyası (rus. магнитная аномалия, ing. magnetic anomaly) — yerin maqnit sahəsi kəmiyyətinin onun normal kəmiyyətindən kənara çıxması.
Maqnit diski
Maqnit diski (İng.magnetic disk, ru. магнитный диск)-qoruyucu korpusa (sərt disk) və ya zərfə (yumşaq disk) yerləşdirilmiş çoxlu sayda kiçik seqmentlərin (maqnit domenlərin) maqnit sahəsinin gərginliyini dəyişməyə imkan verən maqnit materialla ötürülmüş disk. Sahənin dəyişməsi – maqnit materialın (informasiya daşıyıcısının) hissəciklərinin maqnit polyarlığının dəyişməsidir ki, bundan da informasiyanın ikilik formada kodlaşdırılması üçün istifadə olunur (bir polyarlıq 1-i, əksi isə 0-ı təmsil edir). Polyarlığın dəyişməsi, disksürənin oxuma-yazma başcığının diskin səthi üzərindən yüksək sürətlə keçməsi ilə yerinə yetirilir. Maqnit diski öz xassələri səbəbindən elektromaqnit sahəsi mənbələrinin təsirindən qorunmalıdır ki, ona yazılmış informasiya korlanmasın və ya dağılmasın. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Maqnit ekvatoru
Maqnit induksiyası
Maqnit induksiyası – maqnit sahəsinin qüvvə xarakteristikasıdır. Vahidi törəmə vahid olan Tesladır. == Maqnitostatika == Bio-Savar qanunu: B → ( r → ) = μ 0 ∫ L 1 I ( r → 1 ) d L 1 → × ( r → − r → 1 ) | r → − r → 1 | 3 , {\displaystyle {\vec {B}}({\vec {r}})=\mu _{0}\int \limits _{L_{1}}{\frac {I({\vec {r}}_{1}){\vec {dL_{1}}}\times ({\vec {r}}-{\vec {r}}_{1})}{|{\vec {r}}-{\vec {r}}_{1}|^{3}}},} B → ( r → ) = μ 0 ∫ j → ( r → 1 ) d V 1 × ( r → − r → 1 ) | r → − r → 1 | 3 , {\displaystyle {\vec {B}}({\vec {r}})=\mu _{0}\int {\frac {{\vec {j}}({\vec {r}}_{1})dV_{1}\times ({\vec {r}}-{\vec {r}}_{1})}{|{\vec {r}}-{\vec {r}}_{1}|^{3}}},} == Maqnit sirkulyasiyası haqqında Amper qanunu == ∮ ∂ S B → ⋅ d l → = μ 0 I S ≡ μ 0 ∫ S j → ⋅ d S → , {\displaystyle \oint \limits _{\partial S}{\vec {B}}\cdot {\vec {dl}}=\mu _{0}I_{S}\equiv \mu _{0}\int \limits _{S}{\vec {j}}\cdot {\vec {dS}},} r o t B → ≡ ∇ → × B → = μ 0 j → . {\displaystyle \mathrm {rot} \,{\vec {B}}\equiv {\vec {\nabla }}\times {\vec {B}}=\mu _{0}{\vec {j}}.} == Xarici keçidlər == Crowell, B., "Electromagnetism". Nave, R., "Magnetic Field".
Maqnit lenti
Maqnit lenti - tape ~ магнитная лента ~ manyetik bant – üzərinə verilənlərin yazıldığı maqnit materialla örtülmüş nazik maylar zolaq. Lentdən istifadə etmək üçün verilənlərin saxlanması qurğusu iki dolama (sarğı) çarxına və oxuma-yazma başcığına malik olmalıdır. Lent kəsilməz informasiya daşıyıcısı olduğundan, başcıq isə dərhal lazım olan yerə “adlaya” bilmədiyindən, lentdən oxuma, yaxud lentə yazma diskdə olduğu kimi ixtiyari deyil, ardıcıl aparılmalıdır. Maqnit lent kartrici - tape cartridge ~ кассета магнитной ленты ~ bant kartuşu ~ müəyyən dərəcədə audiokassetə bənzəyən və içərisində maqnit lenti olan modul. Qabaqlar maqnit lent kartriclərindən sərt disklərdə saxlanılan informasiyanın üzünü çıxarmaq üçün istifadə edilirdi. 1952-ci ildə “IBM System 701” kompüterlərində informasiyanın saxlanması, yazılması və əldə olunması üçün maqnit lentlərindən istifadə olunmuşdur. Bu lentlər daha sonra geniş yayılmış və kompakt-kasetlər formasında istifadə olunmağa başlamışdır. Maqnit lent qurğusu – tape drive ~ накопитель на магнитной ленте ~ teyp sürücü ~ maqnit lentində oxuma-yazma əməliyyatına yerinə yetirmək üçün lenti hərəkət etdirən qurğu. Tar file – UNIX əməliyyat sistemində: tar (“tape archive” – “lent arxivi”) proqramı vasitəsilə bir faylda birləşdirilmiş fayllar toplusu. (Hazırda tar fayllar lentdə deyil, demək olar ki, həmişə diskdə saxlanılır.) tar faylı açmaq, yəni ona toplanmış faylları çıxartmaq üçün aşağıdakı komandadan istifadə olunur: % tar –xvf filename.tar ZIP fayllardan fərqli olaraq, tar sıxılmış fayl deyil; belə ki, tar fayllar çox zaman başqa utulit (compress) vasitəsilə sıxılmış olur.
Maqnit sahəsi
Maqnit sahəsi — materiyanın elə növüdür ki, onun aşkara çıxması bu sahəyə gətirilmiş və müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına təsir edən mexaniki qüvvə ilə xarakterizə olunur. Elektrik və cazibə sahələri kimi maqnit sahəsinin də özünəməxsus xarakterik xüsusiyyəti vardır. Bu xüsusiyyət ondan ibarətdir ki, o, sahəyə nisbətən müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına mexaniki qüvvə ilə təsir edir. Bu xassəyə ancaq maqnit sahəsi malikdir, elektrik və cazibə sahələri bu xassəyə malik deyildir. Maqnit sahəsinə gətirilmiş cərəyanlı naqil hərəkət edirsə, deməli bu hərəkətin əmələ gəlməsinə maqnit sahəsi enerjiyə malikdir. Enerji isə materiyasız mövcud deyil. Deməli o, həm də kütləyə malik olmalıdır. Buradan aydın olur ki, maqnit sahəsi də maddidir. Başqa sahələr kimi maqnit sahəsinin də kütləsini təyin etmək hələ də mümkün olmamışdır. Maqnit sahəsini xarakterizə edən kəmiyyət, maqnit sahəsinin intensivliyidir.
Maqnit seli
Maqnit seli – maqnit induksiya vektorunun modulu, səthin sahəsi və maqnit induksiya vektoru ilə səthin normalı arasındakı bucağın kosinusu hasilinə bərabərdir. Φ=BS.cosα. Əgər naqil çərçivə sabit ω bucaq sürəti ilə maqnit sahəsində fırlansa ondan keçən maqnit seli t-zamanından asılı olaraq Φ=BScosωt kimi dəyişər. Naqil çərçivənin uclarında yaranan elektrik hərəkət qüvvəsi E. H. Q. ε=ωBSsinωt qanunu ilə dəyişər. Əgər sarğıların sayı N olarsa yaranan induksiya E. H. Q. N dəfə böyük olar. Ölkəmizdə istifadə edilən dəyişən cərəyan qurğuları əsasən 50Hs dəyişən cərəyan üçün nəzərdə tutulmuşdur. Dəyişən cərəyan şəbəkəsindəki gərginlik transformatorların köməyi ilə asanlıqla lazım olan gərginliyə çevrilə bilər. Φ B = ∬ S B ⋅ d S {\displaystyle \Phi _{B}=\iint \limits _{S}\mathbf {B} \cdot {\rm {d}}\mathbf {S} } Elektromaqnit induksiya qanunu: Qapalı keçirici konturda yaranan induksiya elektrik hərəkət qüvvəsi əks işarə ilə götürülmüş maqnit selinin dəyişmə sürətinə bərabərdir: ε=-ΔΦ/Δt və ε=-dΦ/dt. Maqnit sahəsi artdıqda, yəni ΔΦ/Δt>0 olduqda, e. h.
Maqnit ulduzlar
Maqnetar və ya maqnitar — neytron ulduzu, çox güclü maqnit sahəsinə malik olan bir obyekt(10 üstü 11 Tesla və ya 10 üstü 14 Qaussa qədər). Maqnetarların mövcudluğu ilə bağlı ilk fərziyyələr 1992-ci ildə astronom Robert Dunkan və Kristofer Tompson tərəfindən irəli sürülmüşdür, lakin 1998-ci ildə Qartal bürcündə yerləşən SGR 1900+14 maqnetarından alınan qamma-rentgen şüalar maqnetarların mövcudluğunu təsdiqlədi.5 mart 1979-cu ildə əldə olunan qamma-şüaların da bir maqnetar mənbəyindən gəldiyi güman olunur. Maqnetarların orta ömür müddəti 1 milyon ildir. Bu obyektlər kainatda ən güclü maqnit sahəsinə malikdirlər. == Haqqında == Maqnetarların diametri adi neytron ulduzlarında olduğu kimi ortalama 10–20 km-dir, lakin bir maqnetarın kütləsi Günəşin kütləsindən ortalama 2 dəfə çoxdur. Bir qaşıq maqnetar maddəsinin çəkisi Yer kürəsində 1000 milyard tona bərabər olacaqdır. Bir maqnetarın maqnit sahəsinin gücü Günəşin maqnit sahəsinin gücündən 1000 trilyon dəfə çoxdur. Formalaşdıqdan 10.000 il sonra maqnetarların maqnit sahələri yox olur və onların aktivliyi və rentgen şüalanması dayanır. Bu hesabla Süd Yolu qalaktikasında 30 milyon aktiv olmayan maqnetarın mövcud olduğu düşünülür. 2004-cü ildə Avstraliya radioteleskopları böyük enerji axını aşkar etdilər.
Nevin Yanıt
Nevin Yanıt (16 fevral 1986, Mersin) — 100 metrlik maneələrlə qaçış üzrə yarışan Türkiyə yüngül atleti. Fenerbahçe Athletics klubunda çıxış edir. 60 və 100 metrlik maneələrlə qaçış üzrə Türkiyə rekordlarının sahibidir. 100 metrlik maneələrlə qaçış yarışlarında ikiqat Avropa çempionudur. 29 Avqust 2013-cü ildə Yanıt müsbət dopinq testi səbəbiylə iki il yarışlardan kənarlaşdırılmışdır. Lakin IAAF uzaqlaşdırma müddətinə etiraz etdi və Arbitraj Komitəsi diskvalifikasiya müddətini daha bir ilə qədər uzatdı. Yanıt 2007-ci ildə Banqkokda keçirilən Yay Universiadasında gümüş medal qazanmışdır. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında 100 metrlik maneələrlə qaçış üzrə yarımfinala çıxaraq, Türkiyənin Olimpiya Oyunlarında sprint növlərində bu mərhələyə çatan ilk təmsilçisi oldu. 2009-cu ildə Peskara şəhərində keçirilən Aralıq dənizi Oyunlarında iştirak edərək 100 metrlik maneələrlə qaçış yarışında qızıl medal qazandı. 2010-cu ildə Barselonadakı Avropa çempionatında o, 100 metrlik maneələrlə qaçış yarışında 12,63 saniyə nəticəsini göstərərək (milli rekord) qızıl medal qazandı.
Syzygium manii
Syzygium manii (lat. Syzygium manii) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Tanit Belbin
Tanit Belbin və Bencamin Aqosto cütlüyü 1999-2000-ci illər mövsümündə gənclər arasında Kanada və Yaponiya Qran-Prilərində mübarizə apardı. 28-30 sentyabrda Kanadanın Monreal şəhərində baş tutan gənclərin ISU Kanada Qran-Prisinin məcburi rəqsində, orijinal rəqsində və sərbəst rəqsində birinci pillələrin sahibi olan Tanit Belbin və Bencamin Aqosto cütlüyü, ümumi nəticədə 2.0 balla gənclərin ISU Kanada Qran-Prisinin qalibi oldu. Daha sonra Tanit Belbin və Bencamin Aqosto cütlüyü, Yaponiyanın Naqoya şəhərinin ev sahibliyində baş tutan gənclərin ISU Yaponiya Qran-Prisində mübarizə apardı. Nəticədə Tanit Belbin və Bencamin Aqosto cütlüyü gənclərin ISU Yaponiya Qran-Prisinin gümüş medalına sahib oldu. Karyerası ərzində 11 mövsümdə mübarizə aparan Tanit Belbin və Bencamin Aqosto cütlüyü, 25 qızıl, 18 gümüş və 6 bürünc medala sahib olub.
Volfqanq Maniq
Volfqanq Maniq (1958) — Almaniyalı diplomat. 2019-cu ilin iyul ayından Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri kimi çalışır. Maniq Erlanqen, Lozan və Münhen şəhərlərində hüquq təhsili alıb və 1987-ci ildə öz təhsilini 2-ci dövlət imtahanı ilə başa vurur. 1993-cü ildə isə Bilefeld Universitetində doktorluq dərəcəsi əldə edir. Diplomatik fəaliyyətə 1987-ci ildə başlamışdır. Avropa Birliyinin ictimai hüquq məsələləri şöbəsində çalışdıqdan sonra, onun ilk xarici təyinatı 1989–1992-ci illərdə İslamabaddakı (Pakistan) Alman Səfirliyinə olmuşdur. 1994-cü ildən 1996-cı ilə kimi Brüseldə NATO baş katibinin idarəsində işləmişdir. 1996–1998-ci illərdə Maniq Riqadakı (Latviya) Alman Səfirliyində daimi müvəkkil vəsifəsində fəaliyyət göstərmişdir. 1998-ci ildə Federal Xarici İşlər Nazirliyinin NATO şöbəsində çalışmış, 1998-ci ildən isə Xarici İşlər Nazirliyində Miqrasiya və Sığınacaq şöbəsində müdir müavini vəzifəsini icra etmişdir. Sözügedən vəzifəsindən irəli gələrək o, viza məsələləri ilə əlaqədar Viza istintaq komitəsinin məşvərətçi kimi də fəaliyyət göstərmişdir.
Özünü Tanıt
"Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə, yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illüziyaçı Elxan Məmmədovdur.