Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mantra
Mantra (sanskr. मन्त्र) — əsasən sanskritcə olan dini heca və ya poeziyadır. İstifadəsi mantra ilə əlaqəli məktəb və fəlsəfəsinə görə dəyişiklik göstərir. Əsasən ruhani kanallar olaraq istifadə edilir, sözlər və yaranan titrəşmələrdən faydalanaraq şəxsin daha yüksək bir şüura çatmasına kömək edirlər. Digər məqsədləri dini mərasimlərdə bolluğa sahib olmaq, təhlükədən uzaq olmaq və ya düşmənləri uzaqlaşdırmaq üçündür. Mantralar Hindistanda Veda Hinduizmi ilə yaranıb və daha sonra Buddistlər, Siqhlər ve Caynistlər tərəfindən mənimsənilmişdir. == Etimologiya == Mantraların ümumi qəbul edilmiş bir tərifi vardır. Sanskritcə mantra- sözü (m. मन्त्रः, həm də n. मन्त्रं) man "düşünmək" (həm də manas "ağıl") və vasitə mənasındakı -tra şəkilçisindən yaranıb, hərfi mənası "fikir vasitəsi" olur.
Mantı
Mantı (türk. mantı; qaz. мәнті; qırğ. манты; özb. manti), mantu, buuz, pozı və ya mandu (kor. 만두, 饅頭) — Mərkəzi Asiya, Türkiyə, Tatarıstan, Başqırdıstan, Krım, Koreya və Monqolustan xalqların ənənəvi ətli xörəyləri. Mantı, müxtəlif ədviyyatlarla dadlandırılan qıymanın, kiçik xəmir parçalarının içinə qoyulması və bu xəmir parçalarının suda qaynadılması ilə edilən ətli xəmir yeməyidir. Türk mətbəxinin olduğu qədər digər Orta Asiya mətbəxlərinin də bir parçası olan mantı, köhnə SSRİ ölkələrində də məşhur bir yeməkdir. Orta Asiyadan Anadoluya köçəri Türklər tərəfindən gətirilmişdir. Bəzi bölgələrdə mantıya tatar böreği deyilməsi, mantının köçəriliklə olan əlaqəsini təsdiqləməkdədir.
Andrea Mantea
Andrea Mantea - tanınmış fotomodel, musiqiçi == Həyatı == Andrea Mantea 1986-cı il sentyabrın 20-də Rumıniyanın paytaxtı Buxarest şəhərində anadan olub. Əsl adı Andrea Kərimlidir. Bioqrafiyasında atasının adı haqda məlumat olmasa da, azərbaycanlı olduğu bildirilir. Buxarestdə Sfantul Pantelimon Liseyini bitirib. Eyni zamanda, Buxarest Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur. Andrea modellik karyerasına yeniyetmə yaşlarından başlayıb və bir neçə gözəllik müsabiqəsinin qalibi olub. Andrea Manteanın ilk iş yeri doqquzuncu sinifdə oxuyarkən Buxarestdə işlədiyi bir restoran idi. Müştərilərdən biri onun nə qədər gözəl olduğunu görüb fiziki keyfiyyətlərindən istifadə etməyi təklif etdikdən sonra bu, onu modellərin dünyası ilə tanış edir. Beləliklə, Andrea moda kastinqlərində görünməyə başlayır. Bu təklifdən sonra İspaniyaya gedəndə heç 18 yaşı yoxdu.
Klaudia Mandia
Klaudia Mandia (21 oktyabr 1992, Battipaliya, İtaliya) — İtaliyalı oxatan. Klaudia Mandia İtaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Klaudia Mandia birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Makkenzi Brovnu ilə üz-üzə gəldi. Həmin görüşdə Klaudia Mandia rəqibinə 4:6 hesabı ilə uduzdu.
Mantıka Palas
Qazi muzeyi – İlkaddım, Samsun, Məcidiyyə prospekti üzərində olan bir muzey. Mustafa Kamalın Samsuna ilk gəlişində qaldığı Mantika Palas adlı otelin bərpa edilməsi ilə 1940-cı ildə ziyarətə açılmışdır. Bina tam olaraq Məcidiyyə küçəsində, 25 pafta, 273 ada və 3 parseldə yerləşir. İki mərtəbəli olan tarixi quruluşun xarici divarları yığma kərpic, daxili bölmələri bağdadidir. == Tarixi == Muzeyin olduğu bina, bəzi mənbələrə görə Jean Ionnis Mantika , bəzi mənbələrə görə də Yanko Abacıoğlu tərəfindən 1902-ci ildə Mantika Palas adıyla otel olaraq inşa edilmişdir. 19 may 1919-cu ildə 9-cu Ordu Müfəttişi Mustafa Kamalın Samsunda olacağını bildirdiyi zaman, xidmətsiz bir otel təşkil edildi və Qazi xidmətinə verildi. Mustafa Kamal bu oteldə 25 may 1919-a qədər qaldı. Milli Mübarizədən ayrıldıqdan sonra Havzaya hərəkət etmək üçün oteldən ayrıldı. Atatürk, bu oteldə Respublikanın elanından sonra 16–18 sentyabr 1928 və 22–26 noyabr 1930 tarixləri arasında qaldı. Atatürk, son səfərində qeyd dəftərində qeyd etdi: == Muzeyləşdirilməsi == Atatürkün hər Samsuna gəlişində yerləşdiyi otel 1924-cü ildə özünə, 1938'deki ölümüylə birlikdə vəsiyyəti gərəyi Makbule Xanım 'a verilmişdir.
Manta birostris
Nəhəng dəniz iblisi və ya Manta (lat. Manta birostris) — Mantalar cinsinə, Qartalvari skatlar fəsiləsinə daxil olan növ. "Mobulinae" altsinfinə daxil olan yeganə onurğalıdır ki, üç cüt funksional ətrafa sahibdir. Skatların ən iri nümayəndəsidir. Onların uzunluqları 9,1 m (əsasən 4—4,5 m), ən irisinin çəkisi isə 3 tona qədərdir. Mantalar geniş areala sahib olsalar da, əsasən mülayim, tropik və subtropik sularda, 35° ş. e. və 35 °C. e. arasında yayılmışlar. Bu nəhəng okean canlısına istər sahil zonaları, mərcan riflərinin və ada qruplarının ətrafı, istərsə dərinliyi 120 m olan su altı zirvələrin ətraflarında rastlamaq mümkündür.
Mattia De Şiliyo
Mattia De Şiliyo — İtaliyalı peşəkar futbolçu. Cinah müdafiəçisi kimi çıxış edir. İtaliya milli komandasının üzvudur. == Karyerası == "Milan" klubunun yetirməsi olan Mattia, klubun gənclər sistemində bir neçə mövsüm keçirdikdən sonra 2011-ci ildə "Milan"ın əsas heyətində peşəkar debüt etdi və sonradan sağ və ya sol cinah müdafiəçisi kimi oynaya bilərək, iki dəfə "Supercoppa Italiana" titulunu qazanır. O,20 iyul 2017-ci ildə 12 milyon avroya "Yuventus" klubuna transfer edilir. O, klubla ilk mövsümündə "qızıl dubl" edir, ardınca daha iki ardıcıl A Seriyası çempionluğu titulunu və İtaliya Superkubokunu qazanıb. Milli komanda səviyyəsində Mattia De Şiliyo 2013-cü ilin martında böyük komandada debüt etdi və o, 2013 FIFA Konfederasiyalar Kuboku (burada bürünc medal qazandı), 2014 FIFA Dünya Kuboku və UEFA Avro 2016 üçün İtaliya milli komandasına dəvət edilir.
Chantia
Chantia (lat. Chantia) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinə aid heyvan cinsi.
Lancia
Lancia , Vincenzo Lancia tərəfindən 1906-cı ildə qurulan İtalyan avtomobil istehsalçısı, 1969-dan bəri Fiat qrupunun bir parçasıdır.
Lansia
Lancia , Vincenzo Lancia tərəfindən 1906-cı ildə qurulan İtalyan avtomobil istehsalçısı, 1969-dan bəri Fiat qrupunun bir parçasıdır.
Madita
Madita (tam adı: Edita Malovçiç, bosn. Edita Malovčić, səhnə adı ilə alm. Madita‎; 21 yanvar 1978, Vyana) — Avstriya müğənnisi və Bosna əsilli aktrisa. Atası bosnalı folklor mahnılarının ifaçısı Kamal Malovçiçdir. Madita sinti pop, R&B və caz da daxil olmaqla müxtəlif janrlarda ifa edir. == Həyatı == Edita Malovçiç Vyanada bosnalı folklor mahnılarının ifaçısı Kamal Malovçiçin Serbiyalı xanımla olan ilk nikahından dünyaya gəlmişdir. Maditanın bildirdiyinə görə, o, atası ilə uzun müddət əlaqə saxlamamışdır və atası ilə bağlı heç də "xoş xatirələri yoxdur".2003-cü il təvəllüdlü bir oğlu var. == Karyerası == === Aktrisalıq karyerası === Madita musiqişünaslıq təhsili ilə yanaşı özəl aktyorluq dərsləri almışdır. 1999-cu ildə bir çox mükafata layiq görülmüş Avstriya istehsalı Şimal ətəkləri filmində oynamışdır. Filmin mövzusu Bosniya müharibəsi idi.
Mairia
Mairia (lat. Mairia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Manama
Manama(Ərəbcə المنامة Al-Manāmah) — Bəhreynin paytaxtıdır. == Tarixi == Şəhərin adına 1345-ci il ərəb xronikalarında rast gəlinir. İkinci dünya müharibəsində Manama şəhəri İngiltərənin Fars körfəzindəki rəsmi rezidensiyası olub. == Coğrafiyası == Paytaxt Fars körfəzində Bəhreyn adasının şimal-şərq hissəsində yerləşir. Həm də ölkənin baş dəniz limanı hesab edilir. == Əhalisi == Şəhərdə təqribən 200 min əhali yaşayır (2005). == İqtisadiyyatı == Şəhərin cənubunda neft-emalı və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar sənətkarlığın mühüm mərkəzidir. Şəhərdə böyük gəmi tərsanələri var. Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və sədəf əldə edilir.
Manettia
Manettia (lat. Manettia) — boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Manettia:The Plant List saytında takson barədə məlumat.
Manfra
Manfra — manqa stilində olan Fransa-Belçika komiksləri. == Etimologiya == "Manfra" sözü "manqa" və "fransız" sözlərinin birləşməsi nəticəsində yaranmışdır. Bəzən bu sözün əvəzinə franqa, fransızca manqa və qlobal manqa (sonuncusu manqa stilində olan Qərb komikslərini bildirmək üçün də istifadə olunur) sözləri işlədilir.
Manhua
Manhua (çin: 漫畫, sadə heroqlif. 漫画, pinyin: Mànhuà) — Çin komiksləri. Bu ad altında Çində (Tayvan və Honkonq daxil olmaqla) nəşr olunmuş bütün komikslər nəzərdə tutulur, bura çin dilinə tərcümə olunmuş yapon manqaları da daxildir. Çinin quru hissəsində manhuanın istehsalının əhəmiyyətli inkişafına baxmayaraq, hələ də komikslərin böyük hissəsi Tayvan və Honkonqda nəşr olunur. Hesab edilir ki, manhuanın ilk müəllifi Tomas Çudur (Tomasu Chew). == Adı == Qərb dillərində manqa, manxva və manhuanı bir-birindən fərqləndirmək qəbul olunub. Amma öz ölkələrinin dilində bu sözlər eyni heroqliflərlə yazılır və ümumiyyətlə komiks deməkdir. Misal üçün, əgər çinli bildirmək istəyirsə ki, o manhuadan yox, məhz manqadan danışır, onda o deyəcək "yapon tərzində komikslər (manhua)" (日式漫画). Bu söz ilk dəfə Yaponiyada XIX əsrin əvvəllərində peyda olub və hərfi mənada "qrotesk", "qəribə (və ya şən) şəkillər" deməkdir. == Tarixi == Vendi Syui Vonq özünün yazdığı Honkonq komiksləri: manhuanın tarixi kitabında qeyd edir ki, çin komiksləri "özlərinə daxildir: fərqli stil və formalarda karikaturalar, komikslər və lyanxuantu (ənənəvi şəkilləri olan çin hekayələr kitabı)".
Manhva
Manhva (kor. 만화; 漫畵; manhwa) — Koreya komiksləri. == Etimologiya == Koreya dilindəki manhva sözü, yapon dilindəki manqa sözü və Çin dilindəki manhua sözü o dillərdə komiks deməkdir və üçü də Çin heroqlifləri ilə 漫畵 kimi yazılır. Bu söz erkən müasir Koreyaya məhz Yaponiyadan gəlib.Koreya dilində manhva sözü 1923-cü ildən bəri işlənilir. Onnan əvvəl isə taım otçi (kor. 다음엇지) ifadəsi işlənilirdi. Şimali Koreyanın lüğətlərində də mahva sözü komiks kimi verilir. Halbuki, orda daha çox kurimçek (kor. 그림책 - şəkil kitabı) sözü işlənilir. Han San Con 2011-ci ildə apardığı araşdırma görstərib ki, Şimali Koreyada, Cənubi Koreyadan fərqli olaraq bütün növ komiksləri əhatə edən bir ifadə mövcud deyil.
Manila
Manila (filip. Maynila, [majˈnilaʔ]) ― Filippinin paytaxtı və əhalisinə görə ikinci ən böyük şəhəri. 2019-cu ilədək dünyanın ən sıx məskunlaşmış şəhəri olmuşdur. Şəhər 18 iyun 1949-cu ildə "Manila Şəhərinin Yenidən Baxılmış Nizamnaməsi" adlı 409 saylı Respublika Qanununun qəbul edilməsi ilə muxtarlıq almışdır. Manila Metro Manila bölgəsindəki bələdiyyələrdən biri olan şəhər, ölkənin ən böyük adası olan Luzonda Manila Körfəzinin şərq sahilində yerləşir. Manila 10 milyondan çox insanın yaşadığı bir metropoliten sahəsi olan inkişaf etməkdə olan bir mərkəzdir. Metro Manila Milli Paytaxtı Ərazisi (NCR) olaraq da bilinən 17 şəhər və bələdiyyədən ibarət olan Manila şəhərinin bir hissəsidir. Manila, 1,5 milyondan çox sakini olan Filippinlərin ikinci ən məşhur şəhəridir. Yalnız ölkənin keçmiş paytaxtı olan Quezon City bundan daha populyardır. == Etimologiya == Şəhərin Filippin dilindəki adı olan Maynilà, "indiqo (bitki cinsi) olan yer" mənasını verən may-nilà ifadəsindən gəlir.
Manisa
Manisa — Türkiyənin Egey regionunda şəhər və Manisa ilinin inzibati mərkəzi. "Şahzadələr şəhəri" olaraq da tanınır. Antik dövrdə "Magnesia", Roma İmperiyası dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq xatırlanmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır. Ənənəvi Beynəlxalq Mesir pastası Festivalı təşkil edilir. Festivalı fəaliyyətlərinə qürur qonağı ölkələr üçün gecə təşkil edilir.
Mantaş
Mantaş (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Çeşmə Mantaş (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Mantissa
Mantissa (ing.mantissa, ru.мантисса)- loqarifmli hesablamalarda: 10 əsaslı loqarifmin müsbət onluq hissəsi. Məsələn, 16-nın onluq loqarifmi 1.2041-dir; xarakteristikada (tam hissə) – 1, mantissa (kəsr hissə) isə 0.2041-dir. Sürüşkən nöqtəli yazılışda mantissa ədədin qiymətli rəqəmlərini ifadə edən hissəsidir. Məsələn, 640000 ədədinin sürüşkən nöqtəli şəkli 6.4E+05, burada mantissa – 6.4, tərtib (E+05) isə 640000 ədədini almaq üçün 6.4-ün yüksəldiləcəyi 10-nun qüvvətini göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Manzya
Manzya (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Amanita
Amanita (lat. Amanita) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin agaricales dəstəsinin amanitaceae fəsiləsinə aid göbələk cinsi.
Adana mantısı
== Tərkibi == 1 kq un, 1 yumurta, 1 stəkan su, 1 çimdik duz , 500 qram süzmə qatıq, 2 su stəkanı ət suyu, 1 stəkan qaynadılmış noxud, 1 çay qaşığı qırmızı bibər, 1 çay qaşığı quru nanə, 500 qram qiymə, 1 çay qaşığı qara bibər, 1 kiçik doğranmış soğan. == Hazırlanması == Un, duz, yumurta, su ilə bərk bir xəmir yoğurun. 1–2 mm qalınlığında açın. 2 sm halında kəsin. Qiymə, duz, qara bibər, kırmızıbiber, doğranmış soğan ilə qarışdırın. Noxud böyüklüyündə qiyməni götürüb xəmirin ortasına qoyun. Əvvəl küncləri sonra hər küncü bir-birinə yapışdıraraq xəmiri gül şəklində bağlanın. Zeytunyağında qızardın. Soba nimçəsinə sərin. Ət suyu və noxudları qoyun.
Adi mantispa
Adi mantispa (lat. Mantispa styriaca Poda.) — Baş hissəsi hipoqnatik tipdədir. == Quruluşu == Baş hissəsi hipoqnatik tipdədir. Pəncələri 5 buğumludur. Qanadlar çılpaq, torşəkillidir və iki cütdür. Əksər halda ön qanadlar dal qanadlara nisbətən enli olur. Mantispilər fəsiləsinin nümayəndələri özünəməxsus quruluşlu olub, ön döş uzundur və dəvədəlləyilərdə olduğu kimi tutucu ayağa malikdir. Xarakterik nümayəndəsi adi mantispadır (Mantispa styriaca Poda). == İnkişafı == Bu növün inkişafı hipermetamarfozla başa çatır. Yumurtadan çıxan hərəkətli kompodaşəkilli sürfə hörümçəklərin yumurtası olan baramaya keçir.