Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Masazır
Masazır — Azərbaycan Respublikasının Abşeron rayonunun Masazır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Abşeron rayonunun Masazır kəndi Xırdalan qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Masazır kənd Soveti yaradılmışdır. == Toponimikası == Masazır oykonimi fars dilindəki masse – qum sözündən və məkan bildirən zar şəkilçisindən ibarət olub, "qumlaq, qum olan yer" mənasını bildirir. Yazılı mənbələrdə oykonimin Musazır, Musadır, Mostazxir variantlarına da rast gəlinir. Yerli əhali kəndin adını Məstanzor şəxs adı ilə də bağlayır. == Tarixi == Masazır kəndi 1913-cü ildə Bakı qəzasının Masazır kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə isə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə görə Bakı qəzasının Binəqədi dairəsinə tabe idi. 1929-cu ildə inzibati bölgü islahatlarında qəzalar ləğv edildikdən sonra Masazır Azərbaycan SSR Bakı Şəhər Sovetinin tabeliyinə verilmişdir. 1961-ci il inzibati bölgüsünə görə Masazır kəndi Azərbaycan SSR Bakı şəhəri, Kirov rayonu Xırdalan qəsəbə sovetinin tərkibində olmuşdur. 1963-cü il yanvarın 4-də kənd yeni yaradılmış Abşeron rayonunun tərkibinə verilmişdir.
Nişabur
Nişapur (fars. نیشابور‎, Neyshābūr), İranın şimal-şərqində olan Rəzavi Xorasan ostanında şəhər. Məşhəd yaxınlarında Binalud dağının ətəklərində verimli və düz bir əraziyə yayılan şehər taxıl və ticarət yoluyla İran iqtisadiyyatına böyük qatqısı var. Bişapurla bərabər Nişapurun da adı Sasani hökmdarı I Şapurdan gəlməkdədir. Ömər Xəyyam və Fəridəddini-i Əttâr-i Neyşapuri iki önəmli şair və arif bu şəhərdə yaşamışlardır. Nişapur Səlcuqluların paytaxtı idi. Səlcuqluların qələbəsini həzm edə bilməyən Sultan Məsud Qəznəvi Hindistandan hərbi qüvvələrini geri çağıraraq, 50 min qoşun və 300 döyüş fili ilə onların üzərinə hücum etdi.1039-cu ildə baş verən döyüşdə səlcuqlular məğlub oldular. Sultan Məsud isə Nişapuru ələ keçirdi. Qüvvələrini yenidən toplayan səlcuqlular 1040-cı ilin may ayının 20-də Dandanakan ətrafında Sultan Məsudla döyüşə girdilər. Bu döyüşdə qəznəli ordusu ağır məğlubiyyətə uğradı.
Marabu
Marabu — leyləkkimilər fəsiləsinə aid olan quş növü. Marabuların 2 cinsi Asiyanın cənubunda və bir cinsi isə Saxaranın cənubunda, Afrikanın böyük bir hissəsində rast gəlinir. Boyu 110–150 sm və qanadlarının uzunluğu isə 210–250 sm-dir. Hər üç cinsin nümayəndələrinin üst lələkləri və qanadları qara, qarınları və quyruqları ağ-dır. Marabuların əsas yeməyi gəmiricilər və kərtənkələlərdir. Marabu əsasən leşlə də qidalanır.
Balabür qalası
Bəlləbur qalası və ya Balabür qalası — Lənkəran şəhərindən 9 km. cənub-qərbdə, Bəlləbur kəndi yaxınlığında yerləşən qala. Abidə VIII-IX əsrlərə aiddir. Qala təxminən 1 hektar ərazinin əhatə edir. Hündürlüyü 4–5 metr, eni 2 metrdir. 1869-cu ildə Səidəli Kazımbəyoğlu tərəfindən qələmə alınmış "Cavahirnameyi-Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir. Qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqları durur. == İstinadlar == == Ədəbiyyat == Aqşin Mistanlı. Cənub Bölgəsi Abidələri Ensiklopediyası., B.2018. nəşr)) Агшин Алиев.Бахрамнаме(I Часть) Səidəli Kazibekov.
Hosono Masabumi
Hosono Masabumi (yaponcaː 細野 正文; 15 oktyabr 1870, Niiqata prefekturası – 14 mart 1939, Yaponiya) — "Titanik" gəmisi batarkən xilas olan və gəmidə batanlarla qalmadığı üçün öz ölkəsində ostrakizmə (yunan sözü olub geniş mənada "ictimai qınaq", "təmizlənmək" mənasındadır) və ya murahaçibuya (村八分) məruz qalan yaponiyalı. == Haqqında == Hosono Masabumi 15 oktyabr 1870-ci il tarixində Yaponiyada anadan olub. Yaponiyanın nəqliyyat nazirliyində işləyən 41 yaşlı dövlət qulluqçusu Hosono 1910-cu ildə Rusiya İmperiyasına, buradakı yerli dövlət dəmiryolu nəqliyyatı sistemi ilə tanış olmaq üçün ezamiyyətə göndərilir. Hosono Yaponiyaya Avropa və Amerikadan qayıtmalı olur. Bir müddət o, Londonda qalır. 1912-ci il aprelin 10-da Hosono Southamptonda [saʊθˈ(h)æmptən] (Həmpşir, İngiltərə) 2-ci sinif bileti ilə "Titanik" gəmisinə minir. Aprelin 14-dən 15-nə keçən gecə, gəminin bort nəzarətçisi onu oyadaraq təxliyə xəbərini çatdırır. Olduğu yerdən, yəni ikinci sinif otağından artıq suya buraxılan xilasedici qayıqlara minmək üçün Hosono çata bilməyəcəkdi. Ona görə də nəzarətçi ona üçüncü sinif sərnişinləri üçün nəzərdə tutulan göyərtəyə getməyi təklif edir. Hələ xilasedici qayıqlara ancaq qadınlar və uşaqların minə bildiyi dramatik vəziyyətdə Hosono 10-cu (bəzi mənbələrə görə 13-cü) qayığa minə bilir.
Masazır (dəqiqləşdirmə)
Masazır — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. Masazır gölü — Bakıdan 21 km uzaqlıqda, Abşeron rayonunun Masazır qəsəbəsinin yaxınlığında yerləşən göl. Masazır bələdiyyəsi — Azərbaycan Respublikasının Abşeron rayonunda bələdiyyə.
Masazır bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Masazır gölü
Masazır gölü — Bakıdan 21 km uzaqlıqda, Abşeron rayonunun Masazır qəsəbəsinin yaxınlığında yerləşən göl. Sahəsi — 10 km²-dir. Duzlu, xloridli və yüksək konsentrasiyalı sulfat suya qırmızı rəng verir. Duzluluğun yüksək səviyyəsi ilə əlaqədar, bitki və fauna aləmi praktik olaraq yoxdur. Göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Gölün qida duz ehtiyatları təxminən 1735 milyon ton təşkil edir. Gölün sahilində duz istehsal edən zavod yerləşir. Göldən duz, suyun səthində olan duz layı şəklində və suyun tərkibində olan məhlul şəklində çıxarılır. Ətraf mühitin və göldə ekoloji durumun yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşan Azərbaycan Duz İstehsalat Birliyinin təşkilatçılığı ilə göldə ekoloji durumun yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə mütəmadi olaraq monitorinqlər aparılır, tullantıların təmizlənməsi üçün iməcilik təşkil olunur.
Nişabur şəhristanı
Nişapur şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nişapur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 391,361 nəfər və 105,633 ailədən ibarət idi.
Manabu Sayto
Manabu Sayto (d. 4 aprel 1990) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 1 qol vurub.
Masaru Uçiyama
Masaru Uçiyama (d. 14 aprel 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Masaru İbuka
Masaru İbuka (井深 大, İbuka Masaru, 11 aprel 1908, Nikko, Yaponiya imperiyası[…] – 19 dekabr 1997[…], Tokio, Yaponiya) – Yaponiya biznesmeni və mühəndisi. == Həyatı == Masaru İbuka 11 aprel 1908-ci ildə Yaponiyada Tokio şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Masaru İbuka "Sony" şirkətinin qurucularından biridir. Masaru İbuka azyaşlı uşaqların tərbiyəsi və tədrisi üzrə yenilikçi konsepsiya yaratmış, uşaqların erkən inkişafına aid "Uşaq bağçası çox gecdir" adlı kitabın yazmışdır. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Sano Manabu
Sano Manabu (佐野学, 22 fevral 1892, Oita – 9 mart 1953) – Yaponiya iqtisadçısı və sosial aktivisti. Yaponiya Kommunist Partiyasının qurucularından biridir. Fukumotoizmin qatı əleyhdarı olmuşdur. 1892-ci ildə Yaponiyanın Oita prefekturasında doğulmuşdur. Ailənin yeddi uşağından altıncısı və üç oğlundan sonuncusu idi. Onun babası Hakuyo Naqasaki şəhərində ranqaku müəllimiliyi etmiş Aleksandr Ziboldun tələbəsi olmuşdur. Sano 1905-ci ildə Kitsuki orta məktəbinə daxil olmuşdur. 1908-ci ildə "Yorozu choho" jurnalı üçün yazdığı məqaləyə görə mükafat qazanmışdır. 1917-ci ildə Tokio Universitetindən məzun olmuşdur. Universitetdə tələbə olduğu dövrdə sosialist hərəkatla tanış olmuş və Şincinkay adlı qruplaşmanın qurulmasında kömək etmişdir.
Qaqamaru Masaru
Qaqamaru Masaru (臥牙丸 勝, 23 fevral 1987, Tbilisi) və ya əsl adı ilə Teymuraz Cugeli (gürc. თეიმურაზ ჯუღელი) – əslən Gürcüstandan olan keçmiş peşəkar sumoçu. Kokkay və Toçinoşindən sonra makuuçi diviziyasına yüksəlmiş üçüncü Gürcüstan sumoçusudur. Peşəkar sumoçu kimi ilk qarşılaşmasına 2005-ci ilin noyabrında çıxmışdır. 2009-cu ilin noyabrında curyo diviziyasına, 2010-cu ilin iyulunda makuuçi diviziyasına yüksəlmişdir. Ən yüksək dərəcəsi komusubi olmuşdur. İki dəfə "Döyüşkən ruh" mükafatını qazanmışdır. 2020-ci ildə zədələndikdən sonra uzun müddət turnirlərdən kənar qalmış və karyerasını bitirdiyini açıqlamışdır. Cugeli Gürcüstanın paytaxtı Tbilisidə doğulmuşdur. Cüdo və sambo ilə məşğul olmuş, 16 yaşında hər iki idman növü üzrə milli çempionatların qalibi olmuşdur.
Əs-Sabur
Əs-Sabur (ər. الصبور) — Allahın adlarından biri.
Riçard Masur
Riçard Masur (ing. Richard Masur;20 noyabr 1948, Nyu-York, Nyu-York ştatı) — Amerikalı kino və televiziya aktyoru. ABŞ Kinoaktyorlar Gildiyasının prezidenti (1995-1999). Riçard Masur Nyu-Yorkda anadan olub yəhudi kökənlidir. O, Yonkersdəki Ruzvelt Liseyində oxuyub və sonra Yel Universitetində dram təhsili alıb. Masur aktyorluq karyerasına 1974-cü ildə televiziyada başlayıb, bir çox televiziya seriallarında rol alıb, həmçinin 1978-ci ildə “Yağışı kim dayandıracaq” psixoloji dramda rol alıb. Aktyorun sıçrayış rolu 1979-cu ildə “Hannover küçəsi” filmində olub baxmayaraq ki, o, ən pis aktyor kimi The Stinkers Bad Movie mükafatına namizəd kimi göstərilmişdir. 1982-ci ildə Con Karpenterin "The Thing" qorxu filmində Klark rolunu oynadı. Film böyük uğur qazandı və Masur hələ də filmin pərəstişkarlarının görüşlərinə gəlir. “Atəş altında” kriminal dramındakı mənfi rol aktyora 1984-cü ildə Emmi mükafatını qazandırdı.
Maşadu di Asis
Maşadu di Asis (port. Machado de Assis, 21 iyun 1839, Rio-de-Janeyro — 29 sentyabr 1908, Rio-de-Janeyro) — braziliyalı yazıçı, publisist, filosof.