Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Malışka
Malışka — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Mamusta
Mamusta — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.
Mazurka
Mazurka-cütlərin dairə yaratmaqla etdiyi adətən canlı tempi ilə üçlük metr Polşa xalq rəqsi.Özünə xas ayaq və topuq vuruşlarıyla, ənənəvi olaraq tuluq zurnası musiqisinin müşayiətində oynanır.
Ratuşa
Ratuşa və ya Bələdiyyə zalı (alm. Rathaus‎ — sözün hərfi mənasında "Şura evi", pol. ratusz) — şəhər və ya qəsəbə rəhbərliyinin özunu idarə etmə orqanı və orqanın binası. Bələdiyyə binası, şəhər şurası, idarə binası anlaşılır. Ratuşalar ilk dəfə Almaniyada ticarət şəhərlərində meydana gəlib, daha sonra digər ölkələrə yayılır. Artıq orta əsrlərdə Ratuşa şəhərin özünü idarəetmə və müstəqillik əlamətinə çevrilmişdi. Ölkəmizdə bu daha çox Bələdiyyə idarəsi kimi anlaşılır. Almaniya: Rathaus — sözün hərfi mənasında "Şura evi" İngiltərə: Taun Holl (ing. Town Hall) və ya Şəhər binası (ing. City Hall) — Hərfi tərcümədə "şəhər iclas salonu" Fransa: Otel de ville (fr.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Mamusta bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Matuşkin soğanı
Matuşkin soğanı (lat. Allium materculae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir (En B 1ab (i, ii)). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya şarvari, 1-2 sm qalınlığında, boz qınla örtülüdür. Gövdə (6)10-20(26) sm hündürlükdə, yoğun, əsası adətən ikiyarpaqlı, uzun qınla örtülüdür. Yarpaqlar göyümtül, xətvari 6-20 (30) mm enində, spiralvari bükülmüşdür. Çətir çoxçiçəkli, yarımşarvari, 3–4 mm diametrindədir. Çiçəkyanlığı 5–8 mm uzunluğunda, ulduzşəkilli, yasəmən rənglidir.
Maxuika krateri
Maxuika krateri (ing. Mahuika crater) — zərbə krateri meteorid məşhəllidir. Yeni Zelandiyanın materik şelfində yerləşir. Krater Stüart adasından 120 km cənub-qərbdə Sners adaları yaxınlığında qərarlaşır. Kraterin ölçüsü 20±2 km, dərinliyi isə 153 metrdir. Krater Maorilərin Mahuikasının (od tanrısı) şərəfinə adlandırılmışdır. Krater Dallas Ebbot və onun həmkarları tərəfindən Lamont-Doqerti Torpağı abservatoriyasında aşkarlanmışdır. 1400-cü illərdə Yeni Zelandiyanın yerli əhalisi bölgəni kütələvi şəkildə tərk etmişlər. Sunami üzrə ekspert olan Ceyms Qoff bu köçün 1500-cü ildə baş vermiş zəlzələ nəticəsində əmələ gəlmiş sunaminin təsirindən baş verməsini ehtimal etmişdir. Ancaq zəlzələdən əmələ gələn sunamilərin maksimal hündürlüyü 40-60 metr arasında dəyişir.
Miçiko Matsuda
Miçiko Matsuda (d. 26 oktyabr 1966) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 45 oyun keçirib, 10 qol vurub.
Naoki Matsuda
Naoki Matsuda (14 mart 1977 - 4 avqust 2011) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 40 oyun keçirib, 1 qol vurub.
Tatuidris tatusia
Tatuidris tatusia — Agroecomyrmecinae yarımfəsiləsinin yeganə müasir təmsilçisi, relikt növ. Cənubi və Mərkəzi Amerikada yayılmışdır. Uzunluq təxminən 3 mm-dir. Torpaq qarışqaları sarımtıl-qəhvəyi rəngdə olur. İşçi və dişilərin bığcıqları 7 buğumludur (erkəklərdə bu rəqəm 12-dir. İynələri inkişaf etmişdir. Tropik meşələrin torpaqlarında və çırpılıqlarda yaşayırlar. Az görülən qarışqalardır. Tatuidris cinsi eosenin fosil Agroecomyrmex və Eulithomyrmex ilə birlikdə Agroecomyrmecinae yarımfəsiləsini təşkil edir. Bolton B. (1992).
Vyara Vataşka
Vyara Vataşka (20 fevral 1980) — Bolqarıstanı təmsil edən bədii gimnast. Vyara Vataşka Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Yasutaro Matsuki
Yasutaro Matsuki (d. 28 noyabr 1957) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 11 oyun keçirib.
Yoşihiro Natsuka
Yoşihiro Natsuka (d. 7 oktyabr 1969) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 11 oyun keçirib, 1 qol vurub.
Mamusta FK
Marusya Çuray
Marusya Çuray (ukr. Маруся Чурай; 1625[…], Poltava – 1653[…], Poltava) — əfsanəyə görə Poltavada yaşayan əfsanəvi Ukrayna xalq müğənnisi və Xmelnitski dövrünün şairəsi. Marusya Çuray: "Ah,Qritsyu getmə", "Arabalar dağlardan yuvarlanır", "Kazaklar işığa qalxdı" və s. kimi bir sıra mahnıların müəllifi hesab olunur. O, həmçinin Marusya Çuraivna kimi də tanınır. == Həyatı == Rəvayətə görə, Marusya Çuray 1625-ci ildə kazak yüzbaşı Qordeyin ailəsində anadan olub. Pavlyukla birlikdə edam edilən atasının ölümündən sonra o, Poltavada anası ilə birlikdə yaşamağa davam edib. Gənclik illərində onun gənc kazak İvan İskranın da içində olduğu bir çox pərəstişkarı olsa da, lakin o, ürəyini Poltava alayı kornetinin oğlu, Grits Bobrenkoya verdi. 1649-cu ildə Xmelnitski üsyanı başlayanda Grits geri dönəcəyini vəd edərək müharibəyə getdi. Marusya Çuray 4 il onu gözlədi.
Hozumi Yatsuka
Hozumi Yatsuka (穂積 八束, 20 mart 1860, Uvacima[d], Ehime prefekturası – 5 oktyabr 1912, Kamakura[d]) – Yaponiya hüquqşünası, konstitusional hüquq araşdırmaçısı. Hüquqşünas Hozumi Nobuşiqenin kiçik qardaşıdır. == Həyatı == Hozumi Yatsuka 1860-cı ildə indiki Ehime prefekturasının ərazisində doğulmuşdur. Atası Uvacima klanına mənsub olmuşdur. 1883-cü ildə Tokio Universitetini bitirmiş, Ernest Fenollosanın tələbəsi olmuşdur. 1884–1888-ci illərdə Heydelberq, Berlin və Strasburq universitetlərində təhsil almış, Paul Labandın tələbəsi olmuşdur. Hozumi 1889–1912-ci illərdə Tokio Universitetinin professoru kimi konstitusional hüquq üzrə mühazirələr vermiş, 1897–1911-ci illərdə hüquq fakültəsinin sədri olmuşdur. Yaponiya Perlər Palatasının və İmperator Akademiyasının üzvü olmuşdur. == Nəzəriyyələri == Hozumunin konstitusiya haqqındakı nəzəriyyələri imperatorun suverenliyini dəstəkləmiş və gücləndirmişdir. Parlamentar hökumətə qarşı olmuş, siyasi partiyalara həm qanunvericilikdə, həm idarəçilikdə güc verməyi dəstəkləməmişdir.
Anuşka Şarma
Anuşka Şarma(hind. अनुष्का शर्मा; 1 may 1988, Ayodxya, Uttar Pradeş) — hind aktrisası və modeli. == Həyatı == 1 may 1988-ci ildə Banqalorda yüksək rütbəli ordu zabiti ailəsində anadan olmuşdur. İlk filmi 2008-ci ildə "Bu cütlüyü Tanrı yaradıb" olmuşdu. Meşhur hindistanlı kriket oyunçusu Virat Kohlinin sevgilisidir. Qardaşı Karneş Şarma ilə birlikdə Clean slate films şirkətini qurmuşdur.
Capsella matura
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Mamuka Baxtadze
Mamuka Baxtadze (gürc. მამუკა ბახტაძე; 9 iyun 1982, Tbilisi, Gürcüstan SSR) 13 noyabr 2017-ci ildən 13 iyun 2018-ci ilədək Maliyyə Naziri vəzifəsini icra edən Gürcüstan siyasətçisidir.
Mamuka Kikaleyşvili
Mamuka Andreyeviç Kikaleyşvili (gürc. მამუკა ანდრეის ძე კიკალეიშვილი; 10 avqust 1960, Tbilisi — 3 may 2000, Moskva) — gürcü aktyoru və kinorejissoru. == Həyatı == == Filmoqrafiya == Yaramaz (film, 1988) Girişmə, öldürər!
Mamuka Qorqodze
Mamuka Qorqodze (gürc. მამუკა გორგოძე; 14 iyul 1984, Tbilisi) — gürcü reqbi oyunçusu, Fransanın peşəkarToulon klubunun oyunçusu; Gürcüstan millisinin keçmiş kapitanı, Flanker və ya səkkizinci mövqedə oynamışdır. == Həyatı == Mamuka Qorqodze 14 iyul 1984-cü ildə Tbilisidə anadan olub. == Oyunçu karyerası == === Klub === Mamuka əvvəllər basketbol oynayırdı, amma 17 yaşında reqbi oyununu seçdi. Karyerasına Gürcüstanın Top Liqasında "Lelo" klubunun üzvü kimi başlamışdır. 2005-ci ildə Mamuka Montpellier ilə müqavilə imzalamışdır, lakin Qorqodze dərhal kifayət qədər vaxt qazanmadan əsas komandada dayaq qazana bilmədi. 2007 Dünya Kubokundan sonra baza oyunçusu oldu. 2009/2010 mövsümündə "Brive Correz" Mamuka ilə keçid barədə əvvəlcədən razılığa gəlmişdi, lakin son anda bu barədə düşündü və keçiddən imtina etdi. Kompensasiya olaraq Montpellier Brive Correz komandasına 200 min avro ödədi . 2010/2011 mövsümündən bəri, Qorqodze cinah oyunçusu kimi oynamağa başladı və klubun Top 14 finala yüksəlməsinə kömək etdi.
Mihay Matura
Mihay Matura (mac. Mihály Matura; 8 aprel 1900, Budapeşt – 7 iyun 1975, Budapeşt) — macar Yunan-Roma güləşçisi, Avropa çempionatlarının mükafatçısı. 1900-cü ildə Budapeştdə anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir və orada 5-ci yeri tutmuşdur. 1925 və 1926-cı illərdə Avropa çempionatlarının bürünc mükafatçısı olmuşdur. Mihay Matura Arxivləşdirilib 2020-04-18 at the Wayback Machine — Sports-Reference.com saytında Olimpiya statistikası (ing.) Mihay Matura — International Wrestling Database saytında profili (ing.
Radek Matula
Radek Matula — Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ilə qədər)
Marusa Stangar
Marusa Stangar (31 yanvar 1998, Lyüblyana) — Sloveniyanı təmsil edən cüdoçu. == Karyerası == 2019-cu ildə Belarusda Avropa Oyunlarının bürünc medalına sahib olub. 2021-ci ildə Yaponiyada baş tutan olimpiadanı doqquzuncu pillədə başa vurub. 2024-cü ildə Sloveniyanı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Serbiya nümayəndəsi Milica Nikoliça məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub.