Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ləvəngi
Ləvəngi — Azərbaycanın Talış mətbəxinə aid milli yemək. İçi doldurulan balıq və ya toyuqdan hazırlanır. Digər bir ləvəngi növü isə badımcan ləvəngisidir. Ləvəngi sözünün ilkin mənası talış dilində "içi doldurulmuş" deməkdir. Talışca "ləvə" — "qarın" deməkdir, qarnı doldurulmuş isə "ləvəngi"dir. Bu sözün başqa mənası isə qoz, soğan və lavaşanadan (alça turşusundan) ibarət qiymədir. Sulu ləvəngi Quru ləvəngi Əsasən kütüm (ziyad) balığından hazırlanır. Azərbaycanın Masallı Rayonunda daha çox bişirilir. Ləvəngi adətən təndirdə bişirilir. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox elektrik sobalarda da bişirilir.
Mərəndi
Mərəndi — qədim əkinçilik aləti Taxıl biçinindı istifadə edilirdi. Oval şəkilli dişsiz tiyədən (uzunluğu 1 m-ə qədər) və ağac sapdan ibarət olan Mərəndi, əsasən "seyitmə biçin" üsulunda tətbiq olunur. Mərəndinin adı Koroğlu dastanında və s.folklor nümunələrində də çəkilir. Azərbaycanda (xüsusilə, Naxçıvan bölgəsində) XX əsrin əvvəllərinədək təsərrüfatda Mərəndi istifadə olunmuşdur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319. ISBN 5-8066-1468-9.
Lepidium meyenii
Lepidium meyenii (lat. Lepidium meyenii) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü.
Medveji adası
Medveji adası — Şantar adaları qrupuna daxil olan ada. Adanın uzunluğu 14 km, eni isə 150 m - 4,5 km arasında dəyişir. Materikdən Şevçenko boğazı ilə ayrılır.
Medveji yarımadası
Medveji yarımadası — İturup yarımadasının şimal-şərqində, Rusiyanın Saxalin vilayəti ərazisində yerləşən yarımada. Yarımadanın uzunluğu 55 km, enisə 26 km təşkil edir. Yarımada İturup adasıns Vertov bərzəxi ilə birləşir. Şərqdə iki hissəyə bölünür. Burada ikiyə bölünmüş hissədə Medvejaya buxtası yerləşir. Cənub-qərb hissəsində Krubera silsiləsi keçir. Cənub-şərqdən şimal-qərbə doğru Slavnaya çayı axlr. Orta axarlarda Slavnoe gölünü əmələ gətirir. Yarımadanın şimal-şərqində Rusiyanın ən hündür şəlaləsi olan İlya Murames yerləşir. Ərazisində yaşayışı olmayan Aktivnı, Slavnoe, Sentyabrski, Vetrovoe.
Medvejı adaları
Medvejı adaları (saxa Эһэлээх арыылар) — qrupa 6 ada daxildir. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Adalar Şərqi Sibir dənizində Kolıma çayı mənsəbində yerləşir. Adaların ümumi sahəsi 60 km² təşkil edir. Qrupun tərkibi: Krestovski adası, Leontev adası, Çetıryoxstolbovoy, Puşkaryov adası, Lısov adası və Andreyev adası. Əsasən qranitdən ibarətdirlər. Krestovski adası arxipelaqının ən iri adasıdır. Şimal və və cənub hissələri qayalıqdır. Adalarda qısa otlar, Mamırlar, Şibyələr bitir. Burada Marall, Sıçan, Tülkü, Ayı və Canavara rast gəlinir.
Puzi-Mezanji
Puzi-Mezanji (fr. Pouzy-Mésangy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lyursi-Levi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03210. 2008-ci ildə əhalinin sayı 422 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 273 nəfər (15-64 yaş) arasında 186 nəfər iqtisadi fəal, 87 hərəkətsiz (fəaliyyət göstərici 68,1%, 1999-cu ildə 67.7%) idi. Fəal 186 nəfərdən 162 nəfəri (86 kişi və 76 qadın), 24 nəfər işsiz (13 kişi və 11 qadın) idi. Aktiv olmayan 18 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qarağat rəvəndi
Qarağat rəvəndi və ya bəzi bölgələrdə uşqun (lat. Rheum ribes) - Qırxbuğumkimilər— (Polygonaceae Juss.) fəsiləsi, rəvənd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. 50-100 sm hündürlüyündə çoxillik ot bitkisidir. Yarpaqları ürəkvari-dairəvi və ya dairəvi, kənarları xırda dişli, 5 qalın damarlıdır. Aşağı tərəfdə damarlar xırda tikanlıdır, alt və üst hissədə ziyillidir. Çiçək qrupu yarımşarvaridir, çiçəkləri 5-12 ədəddir. Meyvələri 17 mm uzunluqda, 14 mm enində, yumurtavari, yuxarya doğru daralan, əsasında dərin-ürəkvari, qırmızımtıl qanadlı və uzunsov-qəhvəyi fındıqcadır. Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü iyun ayına təsadüf edir. Orta dağ qurşağında quru daşlı yerlərdə və kolluqlarda rast gəlinir.
Qaya rəvəndi
Türkmənistan rəvəndi (lat. Rheum turcestanicum) - rəvənd cinsinə aid bitki növü.
Tanqut rəvəndi
Rheum tanguticum (lat. Rheum tanguticum) — rəvənd cinsinə aid bitki növü. Rheum palmatum L.- Ovucabənzər Tanqut rəvəndi var. tanguticum Maxim (Tanqut rəvəndi, rəvənd) Çoxillik ot bitkisi olub, hündürlüyü 1,5–2,5m-ə bərabərdir. Gövdəsi düzqalxan zəif budaqlanan, dolğun (4–5 sm diametrli), çılpaq, şirəli, silindrik, daxili içiboş oyuqlu olub, yuxarı hissəsi kiçik şırımlıdır. Kökətrafı yarpaqları iri, yumurtaşəkilli, 5–7 pərli, uzun saplaqlı olub, uzunluğu 1m-ə bərabərdir. Saplağı lətli olub, uzunluğu 30 sm-dir. Gövdə yarpaqları kiçik, növbəli, saplaqlı, yumurtavaridir. Çiçəkləri düzgün, kiçik, yaraşıqsız, düzqalxan, piramidal, çoxçiçəkli olmaqla, süpürgə çiçəkqrupunda toplanmışdır. Çiçək yatağı sadə, tacabənzər, 6 bölümlü, ağımtıl-çəhrayı və ya qırmızı rənglidir.
Türkmənistan rəvəndi
Türkmənistan rəvəndi (lat. Rheum turcestanicum) - rəvənd cinsinə aid bitki növü.
Şücanizam Mərəndi
Şükrulla xan Mərəndi və ya Şüca Nizam (Mərənd – 1908, Mərənd) — Mərənd hakimi, Məşrutə əleyhidarı. Şükrulla xan Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Mülkədar idi. Xeyli kəndləri, qışlaqları, yataqları, yaylaqları vardı. Məhəmmədəli şah Qovanlı-Qacar Təbrizdə vali olarkən onunla dostlaşmışdı. Şükrulla xan Mərəndi Məşrutə inqilabının əleyhidarlarından idi. Səttar xana qarşı çıxmışdı. 1907-ci ilin 20 iyunda Şüca Nizam, Əmir Ərşad, Əmir Əşair, Hacı Fərəməz xan Təbrizə hücuma keçmişdi. O, Heydər xan Əmioğlu tərəfindən öldürüldü.
Andrey gəvəni
Andrey gəvəni (lat. Astragalus andreji) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Andrey gəvəni Azərbaycanın endemik bitkisidir. İlk dəfə Bozdağ sahəsində 1953-cü ildə təsvir edilmişdir. 80-150 sm hündürlükdə, budaqları şaxəli, uzun və möhkəm tikanlıdır. Yarpağı 2-3,5 sm uzunluqda, 4-6 cüt ellipsvari və neştərvari formalı, yarpağını tökən koldur. Yumurtavari yarpaq altlıqlarının ucu neştərvari, 5–6 mm uzunluğunda, ağ tüklüdür. Tədricən tamamilə çılpaqlaşır və sarımtıl rəngdə olur. Çiçək altlıqları kasacığa bərabərdir. Yarpaqların qoltuğundan çıxan 2-3 ədəd çiçəkləri 2-9 sm uzunluqda sünbülvari çiçək qrupu əmələ gətirir.
Lusiya gəvəni
Astragalus cornutus (lat. Astragalus cornutus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Böyük Qafqaz sıra dağlarının aşağı və orta dağ qurşaqlarında, Kiçik Qafqazda, Naxçıvanda kolluqlarda yayılmışdır. Hündürlüyü 25–70 sm-ə çatan kolcuqdur. Zoğları ağ, sıx tüklüdür. Yarpaqları 5–6 (8) ədəd, cüt, ensiz-xətvari, ellipsvari, yaxud uzun, neştərvari olub, 2 sm uzunluğunda, 4 mm enində, ağ tüklüdür. Çiçək oxu yarpaqdan azca uzun, xırda, sıx, qara tüklüdür. Paxlası qısa, düz yönəlmiş, neştərvari, uzunsov, 2 sm uzunluqda və 4 mm enində, ağ tüklü, iki yuvalıdır. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyulda yetişir. Təbiətdə toxum vasitəsilə çoxalır.
Monqol gəvəni
Monqol gəvəni (lat. Astragalus mongholicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Astragalus membranaceus var. mongholicus (Bunge) P.K.Hsiao Astragalus penduliflorus var. mongholicus (Bunge) X.Y.Zhu Phaca macrostachys Turcz. Tragacantha mongholica (Bunge) Kuntze Astragalus borealimongolicus Y.Z.Zhao Astragalus membranaceus Fisch. ex Bunge Astragalus membranaceus var. mandshuricus Nakai Astragalus membranaceus f. propinquus (Schischk.) Kitag. Astragalus mongholicus var.
Mədəni irqçilik
Mədəni irqçilik, yeni irqçilik və ya neoirqçilik — qəbul edilən bir irqin və ya qrupun mədəniyyətinin digər irq və ya qruplardan üstün olduğu irqçilik formasıdır. Bu həm institusional, həm də fərdi şəkildə baş verir. Mədəni irqçilikdə dominant qrup öz mədəniyyətinə, etnosentrizminə üstünlük vermək üçün tərif gücündən istifadə edir. Qeyri-dominant qruplar mədəniyyəti və dini bu qrupların mahiyyəti kimi təqdim etmələri ilə fərqlənir, nəticədə bu mahiyyət hakim mədəniyyətə təhlükə yaradır. İkinci Dünya Müharibəsinin dəhşətləri uzun müddətdir ki, soyqırım, yevgenika və açıq-aşkar irqçi rejimlərin seqreqasiyası ifratlarını ictimai rəydə qəbuledilməz edib. Bununla belə, qəribə qarşı qərəz və qorxu aradan qalxmadı, açıq-aşkar irqçilik də yox olmadı. Müharibədən sonrakı onilliklər ərzində davam edən iqtisadi rifah və demək olar ki, tam məşğulluq da Avropaya qonaq işçi immiqrasiya dalğasına səbəb oldu. Bununla belə, 1973-cü il neft böhranı ilə iqtisadi artım dayandı və işsizlik artdı, indiyə qədər tanınan tolerantlıq azaldı. Beləliklə, yerli əhali immiqrantlarla məşğulluq, mənzil və təhsil uğrunda real və ya xəyali rəqabətlə üzləşdikcə, sosial xidmətlərdən sui-istifadə halları geniş şəkildə bildirildikcə, fəhlə sinfi daxilində parçalanmalar üçün şərait böyüdü. Beləliklə, ksenofobiya və gündəlik irqçilik milli kimliyə və milli xarakterə müraciətlə yenidən siyasi gündəmdə yer ala bildi.
Mədəni landşaft
Mədəni landşaft- insan fəaliyyəti sayəsində müəyyən bir ehtiyacı ödəmək üçün yaradılmış landşaft. İnsanın təsərrüfat fəaliyyətinin təsirini görməmiş təbii landşaftdan fərqli olaraq Mədəni landşaft daima insanın təsiri və nəzarəti altında olur. Səhra içərisində vahə, çöl zonasında zəmi, bağ, üzümlük, tropik meşələr arasında çay kolu, banan plantasiyaları, qırılmış meşə yerində örüş və tarla, quraqlıq yerdə süni salınmış meşə və s. mədəni landşafta aiddir. Landşaft planlaşdırması adətən digər planlaşdırma vasitələrindən əvvəl və yaxud onlarla kompleks istifadə olunur və aşağıdakı şəkildə təbii ehtiyatların mühafizəsi və onlardan davamlı istifadəyə kömək edir: -Müxtəlif məqsədlər üçün torpaqdan istifadənin daha effektiv olmasına və bu sahədə məlumatlandırmaya təminat verir, məsələn, tikililər, yerquruluşu, meşə massivləri və biomüxtəliflik üçün; -Torpaqdan istifadədə müxtəlif təşkilat və siyasətçilərin müxtəlif səviyyələrdə qərarlarını birləşdirir; -Əhali ilə aktiv münasibət yaratmaqla məlumat sisteməlşdirilir və interaktiv (əhalinin iştirakı) plan üçün sənədlər hazırlanır; -Təbii resurs və komplekləslərin istifadəsində konkurent varintlar olduqda, xüsusən bazar iqtisadiyyəti şəraitində, optimal qərarın tapilmasına xidmət edir; -İnvestorlara layihələrə qoyulan tələbləri nəzərə almağa və onların reallaşdırılmasının məqsədəuyğunluğu haqqında vaxtında və doğru qərar qəbul etməyə imkan verir; -Planlaşdırmaya bütün marağı olan tərəfləri, o cümlədən yerli əhalini, cəlb edən komunikativ prosesdir və cəmiiyətin demokratlaşmasına, onun sosial-iqtisadi stabilliyinə və davamlı inkişafına yardımçı olur.
Mədəni muxtariyyət
Mədəni (milli-mədəni) muxtariyyət — təhsilin təşkili və mədəni həyatının digər formaları ilə əlaqəli təcrid olunmuş etnik qrupun muxtariyyəti. Müəyyən bir əraziyə deyil, müəyyən bir etnik qrupun bütün nümayəndələrinə aiddir. Hər hansı dövlətin azlıqda olan etnik birliyinə dil, təhsil və mədəniyyət sahəsinə aid məsələlərin həllində verilən müstəqillik, muxtariyyətin bir növü. Milli və mədəni muxtariyyət bir ictimai birlik növüdür. Milli-mədəni muxtariyyətin təşkilati və hüquqi forması ictimai bir təşkilatdır. Müasir qloballaşma, hüquqi dövlət quruculuğu dövründə milli-mədəni muxtariyyət problemi milli münasibətlərin tənzimlənməsində mühüm rol oynayan, nəzəri və praktiki əhəmiyyət kəsb edən aktual bir problemdir. Milli-mədəni muxtariyyət hüquqi dövlətdə millətlərin öz müqəddəratının təyin edilməsi hüququ ilə sıx bağlı olan ideyadır. Beynəlxalq sənədlərdə göstərilir ki, etnik, dil və din azadlıqlarının mövcud olduğu ölkələrdə onların öz mədəniyyətlərindən faydalanmaq, öz dininə etiqad etmək və onun ayinlərini icra etmək, eləcə də, öz doğma dilini işlətmək hüququ rədd edilə bilməz. Millətlərin öz müqəddəratını təyin etmək hüququ Böyük Fransa inqilabının əsas liberal-demokratik ideyası kimi Avropaya sonralar isə bütün dünyaya yayıldı. Müasir dövrdə “Millətlərin öz müqəddəratını təyin etmək hüququ” beynəlxalq hüquqda öz əksini tapmışdır ki, hər bir millət azad şəkildə öz müqəddəratını təyin etmək hüququna malik olsun.
Mədəni müxtəliflik
Mədəni müxtəliflik monokultura, qlobal monokultura və ya mədəni təkamülə bənzər mədəniyyətlərin homogenləşməsindən fərqli olaraq müxtəlif və ya fərqli mədəniyyətlərin atributudur. "Mədəni müxtəliflik" termini həm də müxtəlif mədəniyyətlərin bir-birinin fərqlərinə hörmət etdiyini ifadə edə bilər. Çox vaxt müəyyən bir bölgədə və ya bütövlükdə dünyada insan cəmiyyətlərinin və ya mədəniyyətlərinin müxtəlifliyinə istinad etmək üçün istifadə olunur. Bu, bir təşkilata və ya cəmiyyətə müxtəlif mədəni perspektivlərin daxil edilməsinə aiddir. Ölkələr etnik və mədəni müxtəliflik səviyyəsinə görə sıralanır (James Fearon, 2003). Beynəlxalq səviyyədə mədəni müxtəliflik anlayışı Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən təsis edildiyi 1945-ci ildən bəri müxtəlif ölkələr tərəfindən müdafiə olunur[1]. Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü UNESCO-nun Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsindən sonra 2001-ci ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilmişdir. Onun məqsədi mədəni müxtəlifliyi, dialoqu və inkişafı təşviq etməkdir. Hər il mayın 21-də qeyd olunur. 2001-ci il Ümumdünya Bəyannaməsindən əvvəl YUNESKO "mədəniyyət" anlayışını bədii şah əsərlər kimi şərh edirdi.
Mədəni soyqırım
Mədəni soyqırım və ya etnosid — vəkil Rafael Lamkinin 1944-cü ildə müəyyən etdiyi soyqırımın komponenti olan konsept. Termin hər hansı bir xalqa məxsus olan maddi mədəniyyət abidələrinin kütləvi şəkildə başqa xalq tərəfindən dağıdılmasına deyilir.
Mədəni turizm
Tarixi-mədəni turizm və ya Dərketmə turizmi (türk. Kültür turizmi, ing. Cultural tourism) — Təbii, tarixi-mədəni abidələr, muzey, teatr, ictimai tikililər, xalqların həyatı və adət-ənənəsi ilə tanış olmaq məqsədilə həyata keçirilən turizm fəaliyyətidir. Avropa Birliyi ölkələrini əhatə edən bir tədqiqatın nəticəsində məlum olmuşdur ki, tarixi-mədəni məqsədlərlə səyahət edən turistlərin çoxu yüksək təhsilli və yüksək gəlirli peşə sahibləridir. Məlum olmuşdur ki, yüksək təhsilli turistlərin digər turistlərdən daha çox səfər edirlər. XXI əsrdə mədəni Turallar yaradıcı (kreativ) turların axtarışındadır. ÜTT_nin 2010-cu ildə Santa Fe Adilov şəhərindəki toplantısında belə ifadə edilmişdi:Tarixi-mədəni turizm, səfər edilən yerdəki əhali ilə və onların mədəniyyətləri ilə tanış olmaq, onların adət-ənənələri ilə tanış olmaq və onları öyrənmək üçün həyata keçirilən turizm fəaliyyətidir Mədəni turizm anlayışı ilk dəfə 1980-cı illərdə Avropa Birliyinin mədəni kimliyi və mədəni mirasını ortaya çıxarmaq üçün aparılan araşdırmalarda meydana gəldi. Vaxt getdikcə, Mədəni turizm, beynəlxalq turizm bazarında yeni turist məhsulu kimi satışa çıxarıldı.
Mədəni üzüm
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Qarabağ gəvəni
Quba gəvəni
Quba gəvəni (lat. Astragalus kubensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir, prioritet endemikidir. Regional IUCN statusu - VU D2. 5-7 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar 8-12 cüt xırda, uzunsov-yumurtavari, küt, zəif xovlu (tüklü) yarpaqcıqlıdır. Çiçəklər oturan, sıx 5-15 çiçəkli salxım qrupundadır. Kasacıq borucuqlu, qaratüklü, dişilidir; dişləri borucuqdan nisbətən 3-4 dəfə qısadır. Tac parlaq, bənövşəyi-göy, uzunsov bayraqlıdır.
Qüdrət gəvəni
Azərbaycan Nazçıvan MR-də rast gəlinir. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitkisidir. CR B1ab(ı, ıı, ııı,)+2ab(ı, ıı, ııı). Naxçıvanda yuxarı dağ qurşağında yayılmışdır. Azərbaycanda təbii ehtiyatı azdır. Təbiətdə hündürlüyü 25–30 sm-ə qədər olan tikanlı koldur. Tikanları dağınıq, 2–3 sm uzunluqda, bənövşə rəngli, düz möhkəm tüklə örtülüdür. Yarpağı 7 cüt, düz, lansetvarı, ucları şiş, 1 sm uzunluqda olub, yaşıl, boz tüklüdür. Yarpaqaltlıqları enli yumurtavarı, qısa tüklü, 8 mm uzunluqdadır. Yarpaq qoltuğunda əmələ gələn 2 çiçək 1–2 sm uzunluqda sünbülvarı çiçək qrupu əmələ gətirir.