Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərə-mərə
Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri. Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur.
Dərk
Dərk (kənd) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dərk çayı — Quba rayonu ərazisində çay. Dərketmə — insanın öz əqli və fiziki qabiliyyətlərinin öyrənilməsi və anlamasıdır.
Fərk
Fərk (fars. فرک‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 64 ailədə 137 nəfəri kişilər və 121 nəfəri qadınlar olmaqla cəmi 258 nəfərdir. Kəndin əhalisini tatlar təşkil edir, vəfscə danışırlar və şiə müsəlmandırlar.
Meri
Meri — ad. Meri Şelli — məşhur ingilis yazıçı. Meri Tamm — eston əsilli Böyük Britaniya aktrisası Meri Robinson — İrlandiyanın ilk qadın prezidenti (1990-1997). Meri Todd Linkoln — ABŞ siyasətçisi Meri Somervill – şotland yazıçısı və alimi. Meri Kuant — Böyük Britaniya dizayneri. Meri Pikford — Kanada və ABŞ aktrisası. Meri Kassat — amerikalı rəssam və qrafik Meri Boys — britaniya iranşünası, Zərdüştilik və Manixeizmin tədqiqatçısı. Meri Şervaşidze — gözəlliyi ilə məşhur gürcü aristokrat qadını. Meri Eqnes Çeyz — Meri Selest — Digər Meri Berd Torpağı — Antarktidanın qərbindəki torpağlarıdır. Meri Selest — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi.
Merke
Merke — Qazaxıstanın Cambul vilayətinin Merke rayonunda kənd.
Merş
Merş -(lüksemb. Miersch, alm. Mersch‎, fr. Mersch)-Lüksemburq krallığının kantonu. Eyni adlı əyalət daxilində yerləşir. Belə ki, bu kantona 11 kommun daxildir.
Mərv
Mərv (türkm. Merw; rus. Мерв; fars. مرو‎, Marv, Çince: 木鹿, Mulu) — bir zamanlar Böyük Səlcuqlu dövlətinin (ərəb. السلاجقة‎ əl-Salācike, fars. سلجوقيان‎ Salcūkiyān), paytaxtı Mərv şəhəri Türkmənistan sərhədləri içində tarixi İpək yolu güzərgahı üzərində qurulmuş bir çöl şəhəridir. Bu şəhər bəzi qaynaqlarda Mərvi-Şahcəhan da adlanırdı. Bu qədim sivilizasiyanın paytaxtı isə Türkmənistanın Marı şəhərindən 30 kilometr şərqdə yerləşən Mərv şəhəri olub. Eramızdan əvvəl V–III əsrlərdə çiçəklənməyə başlayan Irani-Margian sivilizasiyası Orta Asiya, Cənub-Şərqi Asiya, indiki Əfqanıstan, İran, Ərəbistan yarımadası, Yaxın və Orta Şərqin mədəni inkişafında mühüm rol oynayaraq min illər boyu onlar üçün mədəni, mənəvi, elmi mərkəz rolunu oynayıb. Sonrakı dövrlərdə Parfiya və Oğuz-Səlcuq mədəniyyəti tarixində dərin izlər buraxan bu qədim sivilizasiya mərkəzi bölgədə islamın yayılması ilə bağı yeni bir inkişaf dövrü yaşayıb.
Mərz
Mərz (erm. մարզ, fars. مرز‎) — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü vahidi; tarla, bağ, bostan və s. sahəsini bir-birindən ayıran xətt. Farsca söz olan mərz "sərhəd", "əyalət" mənalarına gəlir. Mərzlər mərzban (erm. մարզպետ; marzpet) adı daşıyan əyalət başçısı tərəfindən idarə olunur.
Tərk
Tərk (farsca: تَرك) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanında şəhər. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 1390 hicri (2011) ilində İranda gərçəkləşən umumi sayıma görə (سرشماری عمومی نفوس و مسکن سال 90) şəhərdə yaşıyanların sayısı 2406 başdır. Tanınmış şair Həbib Sahir bu şəhərdə anadan olub və sonra ata və anası ilə Təbrizə köçüb.
Dərk (kənd)
Dərk — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Yerfi bələdiyyəsinin tərkibindədir. == Tarixi == Dərk kəndi qədim tarixə malikdir. Kənddəki yaşlı nəsilin söylədiyinə görə buralar əvvəllər yaylaq yeri olub. Yollar çəkildikdən sonra, əhali çoxalıb və kənd salınıb. == Toponimikası == Dərk oyk., sadə. Quba r-nunun Yerfi i.ə.v.-də kənd. Baba çayının sahilində, Yan silsiləsindədir. Çox vaxt Dərgavar variantında qeydə alınır. Oykonim dərk (bənd, körpü) və var/vər (qarşı tərəf) komponentlərindən düzəlib, "körpünün, bəndin qarşı tərəfi" mənasındadır.
Dərk çayı
Dərk- Quba rayonu ərazisində çay. Dərk kəndinin şimalı ilə axaraq Babaçaya tökülülür. Onun sol qolunu təşkil edir. == Ümumi məlumat == Dərk Vəlvələ çayının sol qoludur.1. Quba r-nunda çay. Azərbaycan dilinin dialektlərində dər "dar keçid", dərgə "çay üzərində ağacdan düzəldilmiş keçid, körpü", İran dillərində dərğ "bənd, barı" mənalarında işlənir. Hidronim "bənd, körpü" mənasındadır; 2. Quba r-nunun Dərk kəndinin c.-q. hissəsində min. bulaq.
Eddi Merks
Edouard Louis Joseph, Baron Merckx (Hollandca tələffüz : [ɛmɛrks]; Fransız dili: [m ]ks]; 17 iyun 1945[…]) — Eddi Merks kimi daha yaxşı tanınan, Belçikalı keçmiş peşəkar yol və velosiped yarışçısı.11 Böyük Tur (Fransa, Beş Turiya, İtaliya və İspaniya turu), üç Dünya çempionatı və saat rekordu qazanıb. == Həyatı == Meensel-Kiezegem, Brabant, Belçikada anadan olub, valideynlərinin ərzaq mağazası işlədiyi Sint-Pieters-Woluwe-də böyüdü. O, bir neçə idman növü ilə məşğul olsa da, əsl həvəsini velosiped sürməkdə tapıb. Merckx ilk velosipedini üç və ya dörd yaşında aldı və ilk yarışında 1961-ci ildə yarışdı. Onun ilk qələbəsi 1961-ci ilin oktyabrında Petit-Enghien-də oldu. Həvəskar yarışçı kimi səksən yarış qazandıqdan sonra 29 aprel 1965-ci ildə Solo-Superia ilə müqavilə bağlayaraq peşəkar oldu. Onun ilk böyük qələbəsi bir il sonra, Peugeot-BP-Michelin-ə keçdikdən sonra Milan-San Remoda gəldi. 1967 mövsümündən sonra Merckx Faema'ya köçdü. İlk Grand Tour qələbəsi olan Giro d'İtalia-nı qazandı. 1970–1974-cü illər arasında Merckx dörd dəfə Grand Tour dublunu tamamladı.
Haydar Berk
Haydar Berk (30 noyabr 1954, Çan[d], Çanaqqala ili) — Türkiyə diplomatı. == Həyatı == Haydar Berk 30 noyabr 1954-cü ildə Çanaqqalanın Çan kəndində şəhərində anadan olmuşdur. 1976-cı ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsindən məzun olmuşdur. == Diplomatik fəaliyyəti == 1977-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində fəaliyyətə başlamış və müxtəlif vəzifələrdə işləmişdir. O, 2001–2005-ci illərdə Türkiyənin Bolqarıstandakı səfiri vəzifəsində işləmişdir. == Ailəsi == Evlidir. 2 övladı var.
London meri
London meri - London Assambleyasının 25 üzvü tərəfindən seçilən və Böyük Londonda icra hakimiyyətinə rəhbərlik edən şəxsdir. London merini Londonun lord-meriylə qarışdırmaq lazım deyil, lord-merin vəzifəsi daha çox simvolik xarakter daşıyır və Londonun Siti hissəsiylə məhdudlaşır. Mer birbaşa səsverməylə dörd il müddətinə seçilir. London merinin illik maaşı 151,734 funtsterlinqdir. Hal-hazırda bu vəzifəni Leyboristlər Partiyasından olan Sadiq Xan (ing. Sadiq Aman Khan) icra edir. == Hakimiyyət == London şəhərində Bələdiyyə Başçısı səlahiyyətləri 2000-ci ildə yaradılmışdır Bələdiyyə Başçısı icra hakimiyyətinə rəhbərlik edir , şəhərin hərtərəfli inkişafı üçün plan təqdim edir , büdcənin qəbul edilməsində iştirak edir. Dörd il muddətinə seçilir.
Mark! Lopes
Mark! Lopes — Amerikalı ətraf mühit fəalı. O, ekoloji ədaləti müdafiə edən East Yard icmasının icraçı direktorudur. 2017-ci ildə Qoldman Ətraf Mühit Mükafatını qazanışdır. == Bioqrafiyası == Santa Kruzdakı Kaliforniya Universitetini və Nortricdəki Kaliforniya Dövlət Universitetini bitirmişdir. Onun nənəsi Mothers of East Los Angeles təşkilatının həmtəsisçisi Xuana Beatris Quterredir. Kaliforniyanın Vernon şəhərində qurğuşun batareyasının çirklənməsinin aradan qaldırılması üçün lobbiçilik etmişdir. Los Anceles Vətəndaş Mərkəzində etiraz aksiyası təşkil etmişdir.
Mark (ad)
Mark — kişi adı. Mark MakKorkl — ABŞ ssenari müəllifi və prodüseri Mark Acheson — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı. Mark Blok — XX əsr yəhudi əsilli Fransa tarixçisi Mark Dalin — “Azərbaycanın Əməkdar elm xadimi” Mark Levi — Fransız yazıçı. Mark Ueldon — Britaniya yerli siyasətçisi Mark İnglis — Everest zirvəsini ayaqsız fəth edən ilk alpinist Mark Koqanov — dövlət xadimi, 26 Bakı komissarından biri. Mark Krass — Roma siyasi və hərbi xadimi. Mark Tulli Siseron — Qədim Romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi. Mark Avreli — Roma imperatoru (161-180) Mark Helfriç — ABŞ montajçısı və rejissoru Mark Şihan — musiqiçi Mark İrvin — Kanada-ABŞ bəstəkarı və operatoru Mark Uolberq — Amerika aktyoru və prodüseri.
Mark 81
Mark 81 və ya qısaca MK81 — ABŞ istehsalı aviabomba. ABŞ-də 1950-ci illərdə inkişaf etdirilmiş, Vyetnam müharibəsi zamanı istifadə edilmişdir. Mark seriyasından olan hava bombalarının ən kiçiyidir. Nominal çəkisi 119 kq, ancaq faktiki çəkisi versiyasına görə dəyişə bilər. Korpusu metaldan hazırlanmışdır. 44 kq Tritonal növ partlayıcı ilə doldurulur. == İnkişafı == 1950-ci illərdə Birləşmiş Ştatların hərbi qüvvələri üçün hazırlanmış, ilk dəfə Vyetnam müharibəsi zamanı istifadə edilmişdir. Bomba, 44 kq tərkibi H6, Minol və ya Tritonal partlayıcı olan bir çuğun poladdan ibarətdir. MK 81-nin gücü ABŞ-nin hərbi taktiki istifadəsi üçün uyğun deyildi və lisenziyalı surətlər və ya bu silahın dublikatları digər millətlərdə xidmətdə qalmasına baxmayaraq tez bir zamanda istifadəsi dayandırıldı. == Mark 80 seriyası == MK-81 MK-82 MK-83 MK-84 == İstinadlar == ==== Qeydlər ==== ==== Ədəbiyyat ==== Tom, Gervasi.
Mark Antokolski
Mark Antokolski (rus. Антокольский, Марк Матвеевич; 2 (14) noyabr 1840, Vilnüs – 26 iyun (9 iyul) 1902, Bad-Xomburq[d], Hessen[…]) — rus heykəltaraş. 1871-ci ildən akademik. == Həyatı == 1862-1866-cı illərdə Sankt-peterburq Rəssamlıq Akademiyasında təhsil almışdır. Realist sənətkar kimi yetişməsində İ.Y.Repin, V.V.Stasov və İ.N.Kramskoyun təsiri olmuşdur. 1871-ci ildən İtaliyada, 1877-ci ildən Parisdə yaşamışdır. Yaradıcılığının ilk illərində yəhudi məhəlləsindən seçdiyi tipajların obrazlarını incə yumorla Dərzi (1864) və Xəsis (1865) əsərlərində yaratmışdır. Milli-tarixi mövzularda yaratdığı əsərlər Antokolskinın yaradıcılığında əhəmiyyətli yer tutur. Obrazın psixoloji aləminə dərin nüfuz, tarixi detalların düzgün əksi onun İvan Qroznı (1871), I Pyotr (1872) əsərlərində daha qabarıqdır. Yaradıcılığının sonrakı dövrlərində əsərlərini psixoloji səpkidə işləmişdir.
Mark Antoni
Mark Antoni (e.ə. 83, Roma, Qədim Roma – e.ə. 30, İsgəndəriyyə, Ellin Misiri[d][…]) — Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı. E.ə. 43-cü ildə Mutin şəhəri yaxınlığında senat qoşunlarına məğlub olduqdan sonra Oktavian Avqust və Mark Emili Lepid ilə ittifaqa girmiş (2-ci triumvirat), e.ə. 42-ci ildə Oktavianla birgə Sezarın qatilləri Brut və Kassini məğlub etmişdi. Bundan sonra imperiyanın şimal əyalətlərini idarə edən Antoni, Misir hökmdarı Kleopatra ilə yaxınlaşmış və Misirə arxalanaraq hakimiyyət uğrunda Oktavianla mübarizəyə başlamışdı. E.ə. 36-cı ildə Antoni 100 minlik qoşunla Atropatenaya hücum etmiş, lakin tələfat verərək (təqr. 24 min nəfər) geri çəkilmişdi.
Mark Avreli
Mark Avreli (lat. Marcus Aurelius Antoninus, 26 aprel 121, Roma, İtaliya[d], Roma imperiyası – 17 mart 180) — Roma imperatoru (161–180), stoaçı filosof. İlk vaxtlar imperiyanı Lutsi Verlə birgə idarə etmişdir. Parfiyalılar (162–166), german və sarmatlarla (166–180, Markoman müharibəsində) hərblər aparmışdır. Stoisizmin ardıcıllarından olan Mark Avreli fəlsəfədə ("Özü ilə təklikdə" əsəri) əxlaqi kamilliyi təbliğ etmiş, siyasi quruluşu təkmilləşdirməyin qeyri-mümkünlüyü ideyasını irəli sürmüşdür. == Həyatı == 139-cu ildə atası vəfat etdikdən sonra imperator Antonin Piy tərəfindən oğulluğa götürüldükdən sonra Mark Avreli Ver Sezar adlandırılmağa başlanmışdır. Gözəl təhsilə yiyələnmiş Avreli fəlsəfəyə və təsviri sənətə böyük maraq göstərmişdir. Dioqnetin, şagirdi olan Avreli fəlsəvi görüşlərinə görə məhz quru taxt üzərində yatar və üstünü heyvan dərisi ilə örtərmiş. Bacarığına görə gənc olmasına baxmayaraq Hadrianın vəfatından yarım il sonra 5 dekabr 138-ci ildə kvestor vəzifəsinə irəli çəkilərək karyerasına inzibati idarəçiliklə başlamışdır. Elə həmin il Antonin Piyin qızı ilə nişanlandıqdan sonra tax-taca varislik əldə edir.
Mark Avreliy
Mark Avreli (lat. Marcus Aurelius Antoninus, 26 aprel 121, Roma, İtaliya[d], Roma imperiyası – 17 mart 180) — Roma imperatoru (161–180), stoaçı filosof. İlk vaxtlar imperiyanı Lutsi Verlə birgə idarə etmişdir. Parfiyalılar (162–166), german və sarmatlarla (166–180, Markoman müharibəsində) hərblər aparmışdır. Stoisizmin ardıcıllarından olan Mark Avreli fəlsəfədə ("Özü ilə təklikdə" əsəri) əxlaqi kamilliyi təbliğ etmiş, siyasi quruluşu təkmilləşdirməyin qeyri-mümkünlüyü ideyasını irəli sürmüşdür. == Həyatı == 139-cu ildə atası vəfat etdikdən sonra imperator Antonin Piy tərəfindən oğulluğa götürüldükdən sonra Mark Avreli Ver Sezar adlandırılmağa başlanmışdır. Gözəl təhsilə yiyələnmiş Avreli fəlsəfəyə və təsviri sənətə böyük maraq göstərmişdir. Dioqnetin, şagirdi olan Avreli fəlsəvi görüşlərinə görə məhz quru taxt üzərində yatar və üstünü heyvan dərisi ilə örtərmiş. Bacarığına görə gənc olmasına baxmayaraq Hadrianın vəfatından yarım il sonra 5 dekabr 138-ci ildə kvestor vəzifəsinə irəli çəkilərək karyerasına inzibati idarəçiliklə başlamışdır. Elə həmin il Antonin Piyin qızı ilə nişanlandıqdan sonra tax-taca varislik əldə edir.
Mark Ayzerman
Mark Aronoviç Ayzerman (rus. Марк Аронович Айзерман; 24 may 1913, Dauqavpils, Vitebsk quberniyası[d] – 8 may 1992, Rusiya) — idarəetmə nəzəriyyəsi sahəsində SSRİ və Rusiya alimi, Rusiyada kibernetikanın birinci nəslinin nümayəndəsi, texnika elmləri doktoru. Rusiyanın əməkdar elm və texnika xadimi (1965). == Həyatı == Mark Aronoviç Ayzerman 24 may 1913-cü ildə Rusiya imperiyasının tərkibindəki Dauqavpils şəhərində anadan olmuşdur. O, 1939-cu ildən SSRİ Elmlər Akademiyasının Avtomatika və Telemexanika İnstitutunda (sonralar İdarəetmə Problemləri İnstitutu) işləmişdir. Ayzerman 1946-cı ildə qeyri-xətti idarəetmə sistemləri nəzəriyyəsi üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. O, informatika elminin və avtomatik idarəetmə nəzəriyyəsinin inkişafına böyük töhfə vermişdir. Ayzerman nümunələrin tanınması, avtomatlar nəzəriyyəsi və seçim nəzəriyyəsi üzərində iş təşkil edən ilklərdən biri olmuşdur. Mark Ayzerman 1964-cü ildə sənaye pnevmatik avtomatlaşdırılması üçün universal elementlər sisteminin yaradılmasına görə "Lenin" mükafatına layiq görülmüşdür. O, avtomatik idarəetmə nəzəriyyəsi və diferensial tənliklər nəzəriyyəsi üzrə işlərin müəllifidir.
Mark Ayşem
Mark Ayşam (ing. Mark Isham; 7 sentyabr 1951 və ya 7 sentyabr 1941, Nyu-York, Nyu-York ştatı) — ABŞ musiqiçisi və bəstəkarı. Elektron musiqi və caz sahəsindəki işi ilə tanınır, həmçinin kinofilm musiqilərinin bəstəkarıdır. O, "Qremmi" mükafatı və "Emmi" mükafatının qalibidir. Sayentoloqdur. == Həyatı == Mark Ayşamın valideynləri musiqi ilə birbaşa əlaqəli idi. Anası Patrisiya Ayşamın (Hammond) skripkaçı idi və atası Hovard Fuller Ayşam musiqidən dərs deyirdi. Mark uşaqlıqdan fortepiano, truba və skripka çalmağı öyrənmişdir.
Mark Azadovski
Mark Konstantinoviç Azadovski (rus. Марк Константи́нович Азадо́вский; 6 (18) dekabr 1888[…], İrkutsk, Rusiya imperiyası – 24 noyabr 1954[…], Leninqrad, RSFSR, SSRİ) — Rusiya və SSRİ folklorşünası, ədəbiyyatşünası və etnoqrafı. O, SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. Azadovski Sibir ədəbiyyatı, folkloru və həyat tərzinin tədqiqatçısı olmuş, dekabrist yazıçılar və rus folklorşünaslığı haqqında materiallar toplamışdır. == Mükafatlar == "Qırmızı əmək bayrağı" ordeni (10 iyun 1945) == İstinadlar == == Əlavə ədəbiyyat == Афанасьева-Медведева Г. В. Деятельность М. К. Азадовского в 20-х годах XX века // Краеведческие записки / Иркут. обл. краев. музей. — Иркутск: Оттиск, 2001. — Вып.
Mark Baeke
Mark Baeke (d. 24 iyul 1956, Sint-Niklaasda – ö. 21 yanvar 2017) — Müdafiənin sol cinahında çıxış etmiş peşəkar Belçikalı futbolçu. Baeke bütün karyerası boyunca Belçikanın Beveren klubunda çıxış etmişdir. O, Belçika milli futbol komandası ilə 15 oyunda iştirak etmişdir. Baeke həmçinin 1982 FİFA Dünya Kuboku və UEFA Avropa Kuboku 1984 turnirlərində iştirakçı olmuşdur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
Meri Berd Torpağı
Meri Berd Torpağı, (ing. "Marie Byrd Land") Antarktidanın qərbindəki torpağlarıdır. Coğrafi olaraq, qərbində Ross Buz sahəsi və Ross dənizi, şərqində Elsuort Torpağı və Ronni Buz sahəsi, şimalında isə Amundsen dənizi və Sakit Okean yerləşir. Rokfellerlər yaylası və Eyts sahili arasındakı ərazinidə əhatə edən bölgə, 1928-1941-ci illər arasında Admiral Riçard Berd liderliyində təşkil edilən səfərlərdə kəşf edilmişdir. Admiral Berdin 1929-cu ildə bölgənin şimal-qərbində qalan hissəyə yoldaşının adını verərək bu bölgəni "Meri Berd Torpağı" adlandırmışdır. Uzaqlığda yerləşməsi səbəbiylə hər hansı bir ölkə tərəfindən sahiblənməmiş, şərqindəki Eyts sahili daxil olmağla 1.610.000 km² sahəsi olan bu ərazi dünyanın ən böyük sahibsiz bölgəsi sayılır. Ana maddələr: Antarktika haqqında konvensiya 1939-cu ildə, Amerika Birləşmiş Ştatları prezidenti Franklin Delano Ruzvelt Antarktidanın bəzi hissələrini Amerika Birləşmiş Ştatları torpaqları olaraq kəşf edilmək üzrə addımlar atması üçün ABŞ Antarktida Xidmət Səfəri (1939-1941) üzvlərinə göstəriş vermiş, ancaq 1959-cu ildən əvvəl edilən bu səfərlər Antarktika haqqında konvensiya sistemində rəsmiyyət qazanmamışdır. Amerika Birləşmiş Ştatlarındakı bəzi nəşrlər bölgəni ABŞ torpaqları olaraq göstərmişdir. ABŞ Müdafiə Nazirliyi də Amerika Birləşmiş Ştatlarının 1959-cu ildən əvvəlki fəaliyyətlərini qaynaq göstərərək Antarktidada haqq iddiası üçün möhkəm bir təmələ sahib olduqlarını ifadə etmişdir. Sözü gedən sahə bölgənin qərbində yerləşən Yeni Zelandiyanın haqq iddia etdiyi Ross Bölgəsinin bir hissəsidir.