Dərk — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Yerfi bələdiyyəsinin tərkibindədir[1].
Dərk | |
---|---|
41°04′59″ şm. e. 48°24′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 186 (2009) nəfər |
Dərk kəndi qədim tarixə malikdir. Kənddəki yaşlı nəsilin söylədiyinə görə buralar əvvəllər yaylaq yeri olub. Yollar çəkildikdən sonra, əhali çoxalıb və kənd salınıb.
Dərk oyk., sadə. Quba r-nunun Yerfi i.ə.v.-də kənd. Baba çayının sahilində, Yan silsiləsindədir. Çox vaxt Dərgavar variantında qeydə alınır. Oykonim dərk (bənd, körpü) və var/vər (qarşı tərəf) komponentlərindən düzəlib, "körpünün, bəndin qarşı tərəfi" mənasındadır.[2]
Kənd 32 ev və 150 nəfərdən ibarətdir. 2009–cu ilin siyahıyaalınmasına əsasən kəndə 186 nəfər əhali yaşayır.[3]
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018–ci il tarixli Sərəncamı[4] ilə Quba rayonu Dərk kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır[5].
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |