Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meksiko
Mexiko (isp. Ciudad de México, astek Āltepētl Mēxihco) — Meksikanın paytaxtı. 2009-cu ilin əhali siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8.84 milyon nəfər olmuşdur.
Mestizo
Hindularla ağdərililərin nikahı nəticəsində yaranmış qarışıq irqin ümumi adıdır. Amerika qitəsinin bir çox ölkəsində əhalinin əksəriyyətinin təşkil edir.
Mexiko
Mexiko (isp. Ciudad de México, astek Āltepētl Mēxihco) — Meksikanın paytaxtı. 2009-cu ilin əhali siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8.84 milyon nəfər olmuşdur.
Meşinq
Meşinq — kompüter qrafikasında hissələrin səthlərinin təsviri üsuludur. CAD/CAM sistemlərində çox vaxt müərrəkəb, ayrı-ayrı səthlərdən ibarət hissənin topologiyasının müəyyən məqsədlər üçün bir toplum şəklində təsvir olunması zərurəti yaranır. Riyazi şəkildə verimiş səthlər kiçik müstəvilərlə (üçbucaqlılar və ya dördbucaqlılarla) aproksimasiya olunaraq meş şəklində verilir. Alınan meş NC-proqramlarının tərtibində və sonlu elementlər üsulu ilə hesablamalarda tətbiq oluna bilir. Üçbucaqlılardan ibarət meşinq trianqulyasiya, dördbucaqlılardan ibarət meşinq isə pavinq adlanır. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Məsihi
Məsihi (1580, Kaşan, İsfahan ostanı – 1655) – Mənşəcə Azərbaycan türklərindən olan məşhur şair və həkim. == Həyatı == Məsihi XVII əsrin ən gorkəmli şair və həkimlərindən biridir. Əslən həkimlər sulaləsindən olan Məsihinin atası Nizaməddin Əli İran və Hindistanın müxtəlif hökmdarlarının saraylarında həkimbaşı olmuşdur. Onun qardaşları Qütbə və Nasir, eləcə də oğlu Məhəmməd Hüseyn də həkim olmuşlar. Onların hamısı o dövrün butun savadlı adamları kimi şer yazmışlar. Nizaməddin Əli oğlunun təbabət sahəsində savadlanması ilə şəxsən məşğul olur və Məsihi artıq gənc yaşlarından nəinki müalicə fəaliyyətinə başlayır, hətta müalicə həkimləri üçün sonralar böyük şöhrət qazanmış "Zabitət ül-əlac" ( "Müalicə qaydaları") adlı kitab da yazır. Lakin poetik irsinin əksər qisminin itirilməsinə baxmayaraq, Məsihi hazırda daha çox şair kimi məşhurdur. Bir sıra kiçik həcmli lirik və epik əsərləri ilə yanaşı onun 1629-cu ildə Azərbaycan türkcəsində qələmə aldığı "Vərqa və Gülşa" poeması da bizə çatmış və şairə böyük şöhrət qazandırmışdır. Bu əsərin nadir əlyazma nüsxələri Britaniya muzeyində və Tehran universitetinin kitabxanasında saxlanır. Həmin nüsxələrdən ikincisi əvvəlcə alim və şairlərə himayədarlığı ilə şöhrət tapmış, özü də ortabab şair olan Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu Qacara (bu vəzifəyə 1664-cü ildə təyin olunub) məxsus olmuşdur.
Məsiri
Məsiri- İranın Fars ostanının şəhərlərindən və Rüstəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,365 nəfər və 1,178 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti məməsəni elinin rüstəm oymağından ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.
Məsih
Məsih — Bəzi dini qruplar tərəfindən gözlənilən xilaskar. == Xristianlığa görə == Bəlkə də, dünyada ən çox kimliyi mübahisə doğuran tək Şəxs İsa Məsihdir, amma xristianlar üçün Onun tam Şəxsiyyəti müqəddəs İncildə ətraflı şəkildə açıqlanır. Onun kimliyi haqqında şübhəyə düşənlər Həqiqi İlahi Qaynağa — İncilə iman etməyənlərdir. === İsa, Məsihdir === İsa, gələcəyi əsrlər öncədən peyğəmbərlər tərəfindən bildirilən, Allahın vədinə əsasən dünyaya gələn, məzlumları yüksəldən, hökmdarları taxtlarından endirən, sevgi və mərhəmət Abidəsi, Məsih, Xilaskar və Allahın Oğludur. Hələ ilk insanlar olan Adəmlə Həvvaya cənnət bağçasında Onun gələcəyini öncədən bildirən Allah, bəşər tarixi boyunca bir-birinin ardınca göndərilən peyğəmbərlər vasitəsilə Onu müjdələmişdir. Müqəddəs İncildə İsanın yer üzünə gəlməsi və bunun səbəbləri təfsilatı ilə qeyd edilir. Aşağıdakı bu ayə Onun Kimliyini açıq şəkildə ifadə edən ayələrdən biridir: "Əzəldən Kəlam mövcuddur. Kəlam Allahda idi və Kəlam Özü Allah idi. O, əzəldən Allahda idi. Yaradılan hər şey Onunla yarandı, heç bir şey Onsuz yaranmadı.
Anatoli Məsimov
Anatoli Qurban oğlu Məsimov — Həvəskarlar arasında bodibildinq üzrə Dünya, Avropa, Azərbaycan və Rusiya çempionu. == Həyatı == Anatoli Qurban oğlu Məsimov 17 yanvar 1974–cü ildə Borçalıda Bolnisi rayon Abdallı kəndində anadan olub. 1991-ci ildən etibarən Rusiya FR-nın Krasnoyarsk şəhərində yaşayır.2001-ci ildə Myanma Birliyi Respublikasının Yanqun şəhərində həvəskarlar arasında keçirilən bodibildinq üzrə dünya birinciliyində 65 kq çəkiyədək kateqoriyasında 4-cü yerə layiq görülmüşdür.17-20 may 2002-ci il tarixində Belorusiyanın paytaxtı Minsk şəhərində həvəskarlar arasında keçirilən bodibildinq üzrə Avropa birinciliyində 65 kq çəkiyədək kateqoriyasında 3-cü yerə layiq görülmüşdür.7-9 may 2005-ci il tarixində Rumıniyada həvəskarlar arasında keçirilən bodibildinq üzrə Avropa birinciliyinin gümüş mükafatçı olmuşdur.. 3 qat Azərbaycan çempionu və bir çox beynəlxlaq turnirlərin qalibidir. Hal-hazırda "Krasnoyarsk Bodibildinq və Fitnes Federasiyası"nın prezidenti olaraq fəaliyyət göstərir və Krasnoyarsk şəhərində yaşayır.
Baba Məsimov
Baba Vəziroğlu (tam adı: Məsimov Baba Vəzir oğlu; 10 yanvar 1954, Mollaisaqlı, İsmayıllı rayonu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005). == Həyatı == Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971–1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979–1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991).Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, № 8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Boytumelo Masilo
Boytumelo Masilo (5 avqust 1995) — Botsvananı 800 m məsafəyə qaçış yarışlarında təmsil edən və orta məsafələrə qaçan yüngül atlet. Boytumelo Masilo Botsvananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etmişdir. O, 800 metr məsafəyə qaçışda iştirak etmiş və ilk mərhələdəcə məğlub olmuşdur. Onun karyerası boyunca ən yaxşı nəticəsi 2016-cı ildə Kortriykdə əldə etdiyi 1:45.87 saniyəlik nəticəsidir.
Eldar Məsimov
Eldar Məsimov (1941, Şamxor) — BDU-nun Maddə quruluşu kafedrasının müdiri, Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvü, Rusiya təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası bölməsinin müdiri. == Həyatı == 1941-ci ildə Şamxor rayonunda ziyalı ailəsində anadan olmuş. 1957-ci ildə Şamxor rayonunun, Çinarlı kəndinin orta məktəbini qızıl medalla bitirib. == Elmi fəaliyyəti == 1969-cu ildə biofizika, Xarkov Dövlət İnstitutu; 1966–1970-ci illər elmi işçi, Aşağı Temperaturlar Fizika Texniki İnstitutu, Xarkov ş. 1963–1966-cı illər aspirant, aşağı temperaturlar fizikası ixtisası üzrə, Aşağı Temperaturlar Fizika Texniki İnstitutu, Xarkov ş. 1960–1963-cü illər Xarkov Dövlət Universiteti, fizika fakültəsi 1970-ci ildən indiyə qədər atom və nüvə fizikası, maddə quruluşu, biofizika, molekulyar fizika, rəqslər və dalğalar fizikası və s. fənlərdən mühazirə oxumuş; 1984-cü ildə bioloji sistemlərdə yönümlü müxtəlif bioloji və sintetik polimerlərin suyun termodinamika halına təsiri. Moskva Dövlət Universiteti "biofizika" ixtisası. Rəhbərliyi altında: Elmlər namizədi — 20, Elmlər doktoru – 2 == Əmək fəaliyyəti == 1992-ci ildən Maddə quruluşu kafedrasının müdiri, BDU 1989-cu ildən bioloji fizikası bölməsinin müdiri, Fizika Problemləri İnstitutu, BDU 1989–1992-ci illərdə Elmi işlər üzrə prorektor, BDU 1987–1989-cu illərdə baş elm idarəsinin rəisi, Azərbaycan Təhsil Nazirliyi 1985–1987-ci illərdə professor, Maddə quruluşu kafedrası, BDU 1974–1985-ci illər dosent, Maddə quruluşu kafedrası, BDU 1972–1974-cü illər baş müəllim, Maddə quruluşu kafedrası, ADU, (BDU) 1970–1972-ci illər assistent, Maddə quruluşu kafedrası, ADU, (BDU) == Tədqiqat sahəsi == Bioloji və sintetik mənşəli polimerlərin Sulu məhlullarında qarşılıqlı təsirlərin və strukturun (termodinamik halı) tədqiqi. Bioloji molekulların və onların sulu məhlullarının nisbi hidrofobluqlarının, dərman maddələrinin canlı orqanizimdə istiqamətlənmiş nəqli problemlərinin öyrənilməsi.
Haim Revivo
Haim Maykl Revivo (ivr. ‏חיים מיכאל רביבו‎‏‎, 22 fevral 1972, Aşdod) — İsrailli keçmiş futbolçu. == Karyerası == İspaniyanın "Selta Viqo" komandasına keçməmişdən qabaq İsrailin "Bney Yehuda", "Hapoel Tel-Əviv" və "Makkabi Hayfa" klublarında top qovmuşdur. Həmçinin Türkiyənin "Fənərbaxça" və "Qalatasaray" klublarının da şərəfini qorumuşdur. İspaniyada inamlı çıxışından sonra "Fənərbaxça"ya transfer olunmuşdur. "Fənərbaxça"da ilk iki ildə əla oyun sərgiləmiş, 2001-ci ilidə çempionluğun qazanılmasında pay sahibi olmuşdur. Oyunu ilə azarkeşlərin ürəyində taxt qurmuşdur. Amma 2002-ci ildə yeni oyunçuların transferindən sonra komandadan buraxılmışdır. "Qalatasaray"da sərbəst agent kimi keçmişdir. Fənərbaxçalılar buna görə onun adını "Xain Revivo" qoydular.
Kərim Məsimov
Kərim Məsimov (qaz. Кәрім Қажымқанұлы Мәсімов, 15 iyun 1965, Selinoqrad) — Qazaxıstan dövlət xadimi, vəkil. 8 sentyabr 2016-cı ildən etibarən Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin (KNB RK) sədri. İki dəfə Qazaxıstan Baş naziri (2007–2012, 2014–2016), Qazaxıstan Prezident Administrasiyasının rəhbəri (2012–2014), Milli Təhlükəsizlik general-leytenantı. == Bioqrafiyası == 15 iyun 1965-ci ildə Qazaxıstan SSR-in Tselinograd şəhərində anadan olub. Milliyyətcə uyğur. Atası Kazımkan Kasımoviç Massimov müxtəlif rəhbər vəzifələrdə işləyirdi (xüsusən Burundai divar materialları istehsalat birliyinin direktoru, Qazaxıstan SSR Nazirlər Soveti yanında Glavtopsnab rəhbərinin müavini, direktor bundan əlavə, "Qazaxıstanın Milli Aqrosənaye Palatası" və Qazaxıstan Yoga Birliyi ictimai təşkilatlarında prezident idi. Anası — Eleonora Kərimovna Əjibekova. Beynəlxalq hüquq üzrə mütəxəssis, iqtisadçı. İqtisad elmləri doktoru.
Mesila Doda
Mesila Doda (alb. Mesila Doda; 6 fevral 1971, Kukes) — alban siyasətçi, 2001-ci ildən Albaniya Xalq məclisinin deputatı, Albaniya Demokrat partiyasının yaradıcılarından biri. == Bioqrafiya == 6 fevral 1971-ci ildə Kukes şəhərində anadan olub. Mesila Doda Tirana universitetində iqtisadiyyatı, Roma universitetində isə fəlsəfəsini öyrənirdi. Siyasət karyerasına 1991-ci ildə tələbə etirazları zamanı başladı, bu etirazlar alban əmək partiyasının hakimiyyətdən getməsi ilə nəticələndi. Doda müxtəlif siyasi mövqelərdən çıxış edərək jurnalist və teleaparıcı kimi işləmişdi. O, Albaniya Demokrat partiyasını təsis etdi, 2001-ci ildə Albaniya Parlamentinə daxil oldu. 2016-ci ildə o, partiyanı tərk etdi və açıq məktub yazaraq bildirdi ki, 25 il bundan əvvəl yaratdığı partiyadan getməyinə təəssüflənir. 2016-ci ildən o, İnteqrasiya, ədalət və birlik uğrunda partiyasının üzvüdü və Çameriya albanlarının hüquqlarını qoruyur. Doda dindar katolikdi və ənənəvi dəyərlərin müdafiəçisidi.
Mexiko şəhəri
Mexiko (isp. Ciudad de México, astek Āltepētl Mēxihco) — Meksikanın paytaxtı. 2009-cu ilin əhali siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8.84 milyon nəfər olmuşdur.
Nyu-Meksiko
Nyu-Meksiko (ing. New Mexico) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Santa-Fe şəhəridir.
Nyu Meksiko
Nyu-Meksiko (ing. New Mexico) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Santa-Fe şəhəridir.
Qurban Məsimov
Məsimov Qurban Abdulla oğlu (26 yanvar 1971, Şəki) — Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2013-cü ildən).27 dekabr 2016-cı il Fəxri Mədəniyyət İşçisi."Humay" mükafatı laureatı-2019 Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). == Həyatı == Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988-1993-cü illərdə Ə.Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsində, 1995-2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir. 1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000-2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirmişdir. Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı olub.
Rauf Məsimov
Rauf Qafar oğlu Məsimov (22 iyul 1992; Çatax, Tovuz rayonu — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rauf Məsimov 1992-ci il iyulun 22-də Tovuz rayonunun Çatax kəndində anadan olub. 1998–2009-cu illərdə X. Cəfərov adına Çatax kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rauf Məsimov 2010–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rauf Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Rauf Məsimov noyabrın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Çatax kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Məsimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Məsimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Məsimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Samir Məsimov
Samir İbrahim oğlu Məsimov (25 avqust 1995-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan AZAL klubunda hücuma meylli yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == Samir Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Məsimov Lokomotiv Moskva akademiyası vasitəsilə inkişaf etmişdir. O, ölkənin ən istedadlı futbolçularından biridir.Samir Məsimov 23 yanvar 2014-cü ildə Neftçi Bakı klubu ilə beş illik müqavilə imzalamışdır. O, 2014-cü ildə Neftçi Bakı klubunun heyətində 2013-14 UEFA Avropa Liqasının təsnifat mərhələsində iştirak etmək üçün əsas komandaya dəvət almışdır. 17 may 2014-cü ildə Samir Qəbələ klubu ilə Azərbaycan Kubokunun final oyununa əsas heyətdə start vermişdir. Neftçi 1-0 geridə olarkən Məsimov bərabərlik qolunun müəllifi olmuşdur. Oyun 1-1 hesabı ilə başa çatsa da, Neftçi penaltilər seriyasında qalib gələrək kubokun sahibi olmuşdur. Məsimov Oyunun adamı mükafatına layiq görülmüşdür.9 fevral 2016-cı ildə Məsimov Domjale klubu ilə üç illik müqavilə imzalamışdır.
Senzo Meyiva
Senzo Meyiva — CAR futbolçusu; Cənubi Afrika Respublikasının futbol üzrə milli komandasının qapıçısı == Ölümü == 26 oktyabr 2014-cü ildə Meyivanın evinə 3 nəfər naməlum şəxs hücum çəkərək ona odlu silahdan atəş açıblar. 27 yaşlı futbolçu hadisədən sonra xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmamışdır.
Təbəs Məsina
Təbəs Məsina — İranın Cənubi Xorasan ostanının Dərmiyan şəhristanının Gəzik bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,776 nəfər və 779 ailədən ibarət idi.
İsa Məsiha
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — xristianlıqda Tanrının bədənli mücəssəməsi. Həmçinin Məsih, Nazaretli, İnsan Oğlu, Xilaskar, Rəbb və s. adlanır. Xristianlığa görə İsa Beytləhmdə doğulub. Qüdsdə çarmıxa çəkilib. Manixeistlər, qnostiklər, müsəlmanlar, bəhailər və başqaları dinlərində İsa üçün önəmli yerlər tapdılar. Quran İsanın müsəlman olduğunu iddia edir. Bəhai təlimləri İsanı "Tanrının təzahürü" hesab edir.
Əkbər Məsimov
Əkbər Yunis oğlu Məsimov (5 oktyabr 1994; Qaradeyin, Ağdaş rayonu, Azərbaycan – 27 sentyabr 2020; Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əkbər Məsimov 1994-cü il oktyabrın 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Əkbər Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əkbər Məsimov sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 7 iyun 2021-ci ildə Əkbər Məsimovun nəşi tapılıb və həmin gün Ağdaş rayonunun Qaradeyin kəndində dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əkbər Məsimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əli Məsimov
Əli Məsimli (3 yanvar 1953, Nuxa) — Azərbaycan Respublikasının dövlət və ictimai-siyasi xadimi. 1992-ci ildə Baş nazir əvəzi. Milli Məclisin deputatı. İqtisadiyyat elmləri namizədi. == Həyatı == Əli Əhməd oğlu Məsimov 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Çoxsaylı broşürlərin və məqalələrin müəllifidir. Rus dilini bilir. 1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir.