MƏSİH
MƏSİHANƏFS
OBASTAN VİKİ
İsa Məsiha
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
Şeyx Məsiha Urməvi
Şeyx Məsiha Mirzə Həsən oğlu Urməvi (?-1913) —İslam alimi, müctəhid. Şeyx Məsiha Mirzə Həsən oğlu Urmiya şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından, orta təhsilini doğma şəhərində mədrəsədə almışdı. Sonra Nəcəf şəhərinə yollanmış, molla və müctəhid yanında təhsilini davam etdirmişdi. M. Rəsulzadə yazırdı: “İndiki əncümənin sədri Urmiyədə məşhur müctəhid Ağa Şeyx Məsiha ağadırlar. Müxbiriniz ağanın ziyarətinə nail olduqda haman əncümənin halından xəbər aldım. Dedilər ki, hal-hazırda əncümən səy ediyor ki, tazədən darüşşurayi-millinin məhəlli əncümənlər barəsində qərar verdiyi qəvaninə müvafiq əncüməni tazədən seçsin”. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

Значение слова в других словарях