Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Milvus milvus
Qırmızı çalağan (lat. Milvus milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Qızılquşlar fəsiləsinin kiçik nümayəndələrindən biridir. Təxminən 60 - 66 sm ölçüdə quşdur. Rəngi qırmızımtıl-qəhvəyidir. Quyruğu uzundur və haçalanmışdır. Qərbi Palearktikanın endem növüdür. Avropanın əksər hissələrində yayılmışdır. Afrikada yuvalaması və qışlaması öyrənilməmişdir.
Diddu
Diddu (mald. ދިއްދޫ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Xaa Alif atolu ərazisinə daxildir. Maldiv adalarının şimalında yerləşir. == Coğrafi yerləşmə == Diddu adası Xaa Alif atoluna daxil olan 43 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 304 km şimal-qərbdə yerləşir. == Əhali == 2006-cı il məlumatına əsasən Burunidə 2512 nəfər yaşayır: 45 % kişi və 55 % qadın. Şəhər əhalisinin artım dinamikası:{| class="wikitable" border="1" |+ ! 1995 !! 2000 !! 2006 |- | 2486 || 2766 || 2512 |} Əhalinin yaş strukturu: 48,6 % — 18 yaşından aşağı; 12,5 % — 19 - 25 yaş arası; 33,2 % — 26 - 64 yaş arası və 5,7 % — 65 yaş və yuxarı.
Hindu
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Lilou
Əli Ramdani (18 aprel 1984, Lion), daha yaxşı səhnədəki adı Lilou ilə tanınan, Əlcəzair mənşəli fransız bi-boydur.
MILAN
MILAN (fr. Missile d´infanterie léger antichar azərb. Anti-Tank Yüngül Piyada Raketi‎), dizaynı 1962-ci ildə başlayan ikinci nəsil tank əleyhinə idarə olunan raket layihəsidir. Effektiv məsafəsi 75–2000 metr arasındadır. Nişançı mənzili daxilindəki hədəfə silahın optik mənzərəsindəki çox həssas kıl ilə nişan alaraq tətiyə basaraq silahın üzərinə qoyulmuş idarə olunan raketi atır. Raket silahı tərk etdikdən sonra, hədəf yer dəyişdirsə də, şüanı hədəfin üstündə saxladığınız müddət ərzində raket silah sistemi tərəfindən idarə olunur və hədəfi 100% müvəffəqiyyətlə məhv edir. Bu gün TSK inventarında da mövcuddur.
Milad
Milad bayramı (ivr. ‏חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir.
Milax
Milax — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Əlincə çayının sahilindədir. 1905- ci ildə Qazançı kəndindən çıxmış ailələr Milax adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim düz yer, düzəngah, çöllük mənasındadır. Əhalisi 1000 nəfərdir.
Milet
Milet (yun. Μίλητος) - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hal-hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır. İlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir . Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır . E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır . Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür . "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdur.
Milli
Milli (tayfa) — kürddilli tayfa. Birinci Milli — Kəlbəcər rayonunda kənd. İkinci Milli — Kəlbəcər rayonunda kənd. Üçüncü Milli — Kəlbəcər rayonunda kənd.
Milvus
Əsl çalağan (lat. Milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Minqu
Minqu (民具) – Yaponiyada gündəlik həyatda, eləcə də, mərasimlərdə istifadə olunan ənənəvi alətlər və ləvazimatlara verilən ümumi ad. "Minqu" sözü ilk dəfə folklorşünas Şibusava Keyzo tərəfindən ortaya atılmışdır. Bu söz "xalq" (民) və "alət" (具) heroqliflərinin birləşməsi ilə yaranmışdır. Yanaqi Muneyoşi tərəfindən başladılan xalq sənətkarlığı hərəkatına qədər Yaponiyadakı mədəni mülklərin kataloqlaşdırılması zamanı minqular nəzərə alınmırdı. XX əsrin ilk illərində minquların gündəlik həyatda əhəmiyyəti müzakirə olunmağa başlanmışdır. Nəticədə, ənənəvi əşyaların tədqiqatı və kolleksiyası prosesinin əsası qoyulmuşdur. 1950-ci ildə qəbul edilən ilk Mədəni Mülklər Qanunu ilə Yaponiyadakı bütün əhəmiyyətli minquların qorunub saxlanılması qərarı verilmişdir. 1975-ci ildə qəbul edilən Mədəni Mülklər Qanununa əsasən minqular maddi xalq mədəniyyəti mülkləri hesab olunur. Qanuna əsasən minquların 10 kateqoriyası mövcuddur: gündəlik həyatda, mətbəxdə, hamamda istifadə olunan əşyalar; işdə istifadə olunan əşyalar; nəqliyyat və kommunikasiyada istifadə olunan əşyalar; ticarətdə istifadə olunan əşyalar; ictimai təşkilatlarda istifadə olunan əşyalar; xalq inancları ilə bağlı olan əşyalar; təqvim, falabaxma kimi xalq biliklərinə əsaslanan əşyalar; xalq sənətində istifadə olunan əşyalar; ad günü, toy kimi ailə mərasimlərində istifadə olunan əşyalar; yeni il kimi illik tədbirlərdə istifadə olunan əşyalar. Kodansha Encyclopedia of Japan (ingiliscə).
Mollu
Aşağı Mollu
Mulda
Mulda — eni və uzunluğu bərabər olan tektonik mənşəli çökəklik. Mulda sinklinal formalı izometrik və ya oval, az meyilli tektonik çökəklərin və ya onların hissələrinin ümumi adıdır. Mənşəyindən asılı olaraq mulda termininə uyğun izahedici sözlər əlavə olunur. Məsələn: sinklinal mulda; sinklinalın dibi dedikdə, izometrik və ya oval, daha cavan çöküntülərdən təşkil olunmuş sinklinalın mərkəzi hissəsi başa düşü­lür; çökmə mulda - müxtəlif səbəblərə görə Yer qabığının yuxarı hissələrində süxurların sıxlaşması nəticəsində (kəskin pozulmalar olmadan) səthdə əmələ gələn çökək; törəmə mulda - yer qabığında qeyri-düzgün, lakin adətən oval formalı dayaz çökək və b. Mulda dolduran çöküntülər adətən zəif dislokasiyaya uğrayır və əksər hallarda bucaq uyğunsuzluğu ilə daha qədim qatlar üzərində transqressiv yatırlar. Mulda nisbətən sakit tektonik rejim şəraitində əmələ gəlir. Məsələn: geosinklinal inkişafın sonuncu və geosinklinaldan sonrakı mərhələlərdə. Çad və Eyr göllərinin çuxurları muldadır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Mundu
Mundu (fr. Moundou) — Loqon çayının sahilində yerləşir, Çadın ikinci böyük şəhəridir. Bu şəhərdə gəzə biləcəyiniz "Premiyer Musee du Loqon Coğrafiya Muzeyi"dir. Muzeydə Çad əl sənətlərini və heyvan dərilərini sərgiləyirlər.
Tilda
Tilda (isp. tilde,lat. titulus — imza, yazı) — dalğalı şəklində bir neçə mətbəə nişanının adıdır. Əksər dillərdə sətirüstü tilda n və m hərflərində istifadə edilir. Orta əsrlərdə yazılarda tilda işarəsi sətirin üstündə tez-tez yazılırdı. Fərqli dillərdə istifadə edilən tilda işarəsi: ñ — ispan dilində yumşaq "n" səsinin yazılışı üçün istifadə edilir; õ — Eston dilində [ı] və [o] səsləri arasında fərqli bir səs ifadə edir.
Boldu
Beilschmiedia (lat. Beilschmiedia) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Mitau
Yelqava (latış. Jelgava‎) — Latviyanın Zemqale diyarında yerləşən şəhər. 1578—1795-ci illər arasında Kurzeme və Zemqale Hersoqluğun paytaxtı idi.
Emin Milli
Emin Milli (Emin Abdullayev) — Azərbaycan insan hüquqları müdafiəçisi, bloqqer. Almaniyaya köçmüşdür və hal-hazırda orada yaşayır. == Həyatı == Emin Milli 1979-cu ildə Bakıda doğulub. Əslən neftçalalıdır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, 2001–2002-ci illərdə Almaniyada oxuyub və Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1999–2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002–2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib. 2002–2004-cü illərdə Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub. 2005-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib. "Alumni Network" Gənclər Şəbəkəsinin nümayəndəsi, "ANTV" (Alumni Network TV) şəbəkəsinin təsisçilərindən biridir. === Həbsləri === 2009-cu il iyul ayının 8-də "Ol" Gənclər Hərəkatının həmtəsisçisi olan Adnan Hacızadə ilə birlikdə Bakının Səbail rayonu ərazisində yerləşən "Lebanes" restoranında baş vermiş davada günahkar bilinib, onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.
Fakundo Milan
Fakundo Milan (3 fevral 2001-ci ildə Limpioda anadan olub) — Uruqvay Primyera Diviziyası təmsilçilərindən olan Defensor Sportinq klubunda hücumçu kimi çıxış edən peşəkar Uruqvaylı futbolçudur. == Klub karyerası == === Defensor === Milan Defensor akademiyası vasitəsilə inkişaf etmişdir. Milan öz peşəkar karyerasında debütünü 8 oktyabr 2017-ci ildə Plaza Koloniya klubuna qarşı oyunda etmişdir. O, 56-cı dəqiqədə Hektor Akunanı ilə əvəz olunmuşdur. Milan görüşdə iki qolla yadda qalmışdır. Həmin görüşdə Defensor liqa görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 1 Yanvar 2018 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Uruqvay Superkuboku görüşləri daxildir.
Filds medalı
Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildə bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır. Bu mükafat onu təsis edən Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılmışdır. Filds medalı riyaziyyat sahəsində ən yüksək mükafatlardan biri hesab olunur və həm bu mükafata, həm də riyaziyyatçılara verilən digər bir mükafat olan Abel mükafatına bəzən "riyaziyyatçıların Nobel mükafatı" deyirlər. İlk dəfə 1936-cı ildə Finlandiya riyaziyyatçısı Lars Ahlfors və ABŞ riyaziyyatçısı Cessi Duqlasa təqdim edilmişdir. Bundan sonra, İkinci dünya müharibəsinə görə növbəti mükafat yalnız 1950-ci ildə verilmiş və bu zamandan başlayaraq mütəmadi olaraq hər dörd ildən bir təqdim olunur. == Laureatlar == 1936 Lars Ahlfors Cessi Duqlas 1950 Loran Şvarts Atle Selberq 1954 Kunihiko Kodayra Jan-Pyer Serr 1958 Klaus Rot Rene Tom 1962 Lars Hörmander Con Milnor 1966 Maykl Atiya Pol Kohen Aleksandr Qrotendik Stiven Smeyl 1970 Alan Beyker Heysuke Hironaka Sergey Novikov Con Tompson 1974 Enriko Bombieri Devid Mamford 1978 Pyer Delin Çarlz Fefferman Qriqori Marqulis Daniel Kvillen 1982 Alen Konn Uilyam Törston Şin-Tan Yau 1986 Saymon Donaldson Qerd Faltinqs Maykl Fridman 1990 Vladimir Drinfeld Von Cons Siqefumi Mori Edvard Vitten 1994 Yefim Zelmanov Pyer-Lui Lions Jan Burqen Jan-Kristof Yokkoz 1998 Riçard Borçerds Timoti Qauers Maksim Kontseviç Körtis MakMullen 2002 Loran Lafforq Vladimir Voyevodski 2006 Andrey Okunkov Qriqori Perelman - Terens Tao Vendelin Verner 2010 Elon Lindenştrauss - Nqo Bao Tyau Stanislav Smirnov Sedrik Villani 2014 - Artus Avila - Mancul Bharqava Martin Hayrer - Məryəm Mirzəxani == Bəzi faktlar == 1954-cü ildə 27 yaşında ikən Filds medalını qazanan ən gənc alim olan Jan-Pyer Serr hələ də bu titulu qoruyub saxlayır. 1966-cı ildə Aleksandr Qrotendik, 2006-cı ildə isə Qriqori Perelman bu medala layiq görülsələr də, onu almaqdan imtina etmişlər. 1970-ci ildə Sergey Novikov, 1978-ci ildə isə Qriqori Marqulis Sovet hökumətinin qoyduğu qadağalara görə mükafatlandırma mərasimlərində iştirak edə bilməmişlər. 1990-cı ildə Edvard Vitten bu mükafatı alan ilk və hələ ki yeganə fizik olmuşdur. 2014-cü ildə Artus Avila bu mükafatı alan ilk Braziliyalı və Latın Amerikalı olmuşdur.
Filds mükafatı
Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildə bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır. Bu mükafat onu təsis edən Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılmışdır. Filds medalı riyaziyyat sahəsində ən yüksək mükafatlardan biri hesab olunur və həm bu mükafata, həm də riyaziyyatçılara verilən digər bir mükafat olan Abel mükafatına bəzən "riyaziyyatçıların Nobel mükafatı" deyirlər. İlk dəfə 1936-cı ildə Finlandiya riyaziyyatçısı Lars Ahlfors və ABŞ riyaziyyatçısı Cessi Duqlasa təqdim edilmişdir. Bundan sonra, İkinci dünya müharibəsinə görə növbəti mükafat yalnız 1950-ci ildə verilmiş və bu zamandan başlayaraq mütəmadi olaraq hər dörd ildən bir təqdim olunur. == Laureatlar == 1936 Lars Ahlfors Cessi Duqlas 1950 Loran Şvarts Atle Selberq 1954 Kunihiko Kodayra Jan-Pyer Serr 1958 Klaus Rot Rene Tom 1962 Lars Hörmander Con Milnor 1966 Maykl Atiya Pol Kohen Aleksandr Qrotendik Stiven Smeyl 1970 Alan Beyker Heysuke Hironaka Sergey Novikov Con Tompson 1974 Enriko Bombieri Devid Mamford 1978 Pyer Delin Çarlz Fefferman Qriqori Marqulis Daniel Kvillen 1982 Alen Konn Uilyam Törston Şin-Tan Yau 1986 Saymon Donaldson Qerd Faltinqs Maykl Fridman 1990 Vladimir Drinfeld Von Cons Siqefumi Mori Edvard Vitten 1994 Yefim Zelmanov Pyer-Lui Lions Jan Burqen Jan-Kristof Yokkoz 1998 Riçard Borçerds Timoti Qauers Maksim Kontseviç Körtis MakMullen 2002 Loran Lafforq Vladimir Voyevodski 2006 Andrey Okunkov Qriqori Perelman - Terens Tao Vendelin Verner 2010 Elon Lindenştrauss - Nqo Bao Tyau Stanislav Smirnov Sedrik Villani 2014 - Artus Avila - Mancul Bharqava Martin Hayrer - Məryəm Mirzəxani == Bəzi faktlar == 1954-cü ildə 27 yaşında ikən Filds medalını qazanan ən gənc alim olan Jan-Pyer Serr hələ də bu titulu qoruyub saxlayır. 1966-cı ildə Aleksandr Qrotendik, 2006-cı ildə isə Qriqori Perelman bu medala layiq görülsələr də, onu almaqdan imtina etmişlər. 1970-ci ildə Sergey Novikov, 1978-ci ildə isə Qriqori Marqulis Sovet hökumətinin qoyduğu qadağalara görə mükafatlandırma mərasimlərində iştirak edə bilməmişlər. 1990-cı ildə Edvard Vitten bu mükafatı alan ilk və hələ ki yeganə fizik olmuşdur. 2014-cü ildə Artus Avila bu mükafatı alan ilk Braziliyalı və Latın Amerikalı olmuşdur.
Hilda Zimmerma
Hilda Zimmerma (alm. Hilde Zimmermann‎; 12 sentyabr 1920, Vyana – 25 mart 2002, Vyana) — Avstriyalı siyasi fəal, Nasizmə qarşı mübarizə aparan. Avstriya müqavimət hərəkatının üzvü, Ravensbrük həbs düşərgəsi və Ölüm yürüşündən xilas olmuş şəxs. == Bioqrafiyası == 12 sentyabr 1920-ci ildə Vyanada anadan olmuşdur. Valideynləri aktiv Sosial Demokratlar idi: anası Anna Vudsam Avstriya Sosialist Partiyasının təhsil şövbəsində işləyirdi, atası dəmiryolu işçisi olaraq eyni zamanda sadiq Sosial Demokrat idi. Dörd yaşında ikən Hilda valideynləri və kiçik qardaşı Otmar ilə Kaqran kəndinə köçür. Əvvəlcə ailəsi ilə yaşayır, sonra bir müddət nənə və babasının yanında böyüyür. Valideynlər 1934-cü ildə işsiz qalır və Avstriya Vətəndaş müharibəsində iştirak edirlər. Tezliklə vbalideynləri həbs olunur: anası iki ay, atası isə altı ay həbsdə yatır. 14 yaşlı Hilda və 12 yaşlı qardaşı tək qalır.
Kaldu Verde
Caldo Verde (portuqalca kaɫduˈverd(ə) — yaşıl su)- portuqaliya mətbəxinin ən məşhur şorbadir. == Hazırlanma qaydası == Yeməyin əsas tərkibini kartof, zeytun yağı, duz və iyaşıl portuqal kələmi təşkil edir. Zövqə uyğun olaraq sarımsaq və soğanda əlavə etmək olar. Bəzi reseptlərində isə ona ət qatıllar. Xüsusilə İtaliya-Amerika mətbəxində bud əti əlavə edilir. Bu yemək Latın Amerika respublikalarında əsas toy yeməyidir. Yeməyi hazılamaq üçün əvvəlcə kartof, duz, ispanaq və zeytun yağı əlavə edilir bütün bunlar odda qaynayan zaman sosiska və ya ət tökülür. Portuqaliyada xüsusilə Braga bölgəsində toy və ziyafətlərdə xüsusilə bu yeməyi verirlər. Bu yemək xüsusilə Portuqaliyanın Minho əyalətində bişirilir. Portuqal (orijinal) versiyada həmişə chouriço var.
Lazer diodu
Lazer diodu — Lazer İngilis dilində ing. Light amplification by stimulated Emission of Radiation (stimullaşdırılmış şua emissiyası ilə işıq gücləndirilməsi) cümləsindəki sözlərin baş hərflərinin alınmasından törədilmiş bir kəlmədir. Normal işıq, dalğa boyları müxtəlif, rəngarəng, yəni fərqli faza və tezliyə sahib dalğalardan meydana gəlir. == İşləmə mexanizmi == Lazer işığı isə yüksək amplitudlu, eyni fazda, bir-birinə paralel, tək rəngli (monochromatic), uzun müddətli eyni tezlikli dalğalardan ibarətdir. Optik tezlik bölgəsi təxminən olaraq 1x109 Hs ilə 3x1012 Hs arasında yer alır. Bu bölgə, qırmızı sonrakı şuaları, görülə bilən şuaları və elektromaqnit spektrin ultra bənövşəyi şualarını əhatə edir. Lazer diodu çox yüksək tezliklərdə işləyir. Lazer diodunun istehsalı üçün fərqli üsullar və materiallar istifadə edilməkdədir. Yarımkeçirici materiallardan əldə edilən kristallardan əldə edilən lazerlərə, "lazer diod" adı verilmektedir. Galium arseni kristalı yarımkeçirici lazerə nümunədir.
Melissa Mills
Melissa Mills (d. 26 dekabr 1973) — Avstraliyanı təmsil edən su poloçusu. Melissa Mills, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. Melissa Mills, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.