Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lendə
Lendə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Lendə bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,540 nəfər və 1,991 ailədən ibarət idi.
Lenin
Vladimir İliç Ulyanov və ya qısaca Lenin (rus. Влади́мир Ильи́ч Ле́нин, 22 aprel 1870[…], Simbirsk, Simbirsk quberniyası[d], Rusiya imperiyası – 21 yanvar 1924[…]) — rus inqilabçısı, marksist, publisist, leninizm nəzəriyyəsinin yaradıcısı, SSRİ-in qurucusu. Vladimir Lenin tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Ailəsi == Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun — İlya Nikolayeviç Ulyanovun (1831–1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir — çuvaş, kalmık, rus, alman, yəhudi, isveç. Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasili Ulyanov qalmışdır.
Mende
Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir. O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir. Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir. Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.
Artemisia elenae
Artemisia elenae (lat. Artemisia elenae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Bulbophyllum leniae
Bulbophyllum leniae (lat. Bulbophyllum leniae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Ulənde (Əbyəlil)
Ulənde kəndi (başq. Үләнде) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ulənde kəndinin milli tərkibi: başqırdlar 75 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 56 km., kənd sovetliyindən (Taşbulat): 7 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 7 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
"Lenin" mükafatı
== Həmçinin bax ==
"Lenin" ordeni
Lenin ordeni — SSRİ-nin ən yüksək mükafatı. 6 aprel 1930-cu ildə SSRİ MİK-in fərmanı ilə yaradılıb. Nikolay Patoliçev, Dmitri Ustinov 11 dəfə, Şərəf Rəşidov, Yefim Slavski, Aleksandr Yakovlev 10 dəfə bu ordenə layiq görülmüşdür.
Aleni Smit
Aleni Smit (5 dekabr 1982) — Samoalı cüdoçu. Aleni Smit Samoanı 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleni Smit birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/16 final mərhələsində Çexiyanın nümayəndəsi Yaromir Yezek ilə üz-üzə gəldi. Həmin görüşdə Aleni Smit rəqibinə 0:100 hesabı ilə uduzdu.
Açıq mənbə
Açıq mənbə, mümkün dəyişiklik və yenidən bölüşdürmə üçün sərbəst şəkildə təqdim olunan mənbə kodudur. == Tətbiqlər == === Komputer proqramı === Pulsuz və açıq mənbə proqram təminatı === Elektronika === == Elm və tibb == Açıq elm, elmi tədqiqatları, onların nəticələrini profesional və ya sadəcə maraqlı olan bütün səviyyədə ictimaiyyətə çatdırmaq deməkdir. Açıq mənbəli hardware layihələrinin siyahısı == Media == Açıq mənbə (film) == Prosedurlar == Açıq təhlükəsizlik kompüter təhlükəsizliyi və digər informasiya təhlükəsizliyi problemlərinə yaxınlaşmaq üçün açıq mənbə fəlsəfələrinin və metodologiyalarının istifadəsidir.
Bəndər Lengə
Bəndər Lingə - İranın Hörmüzgan ostanının şəhərlərindən və Bəndər Lingə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,303 nəfər və 5,589 ailədən ibarət idi.
Eden Alene
Eden Alene (ivr. ‏עדן אלנה‏‎; 7 may 2000, Qüds, İsrail) — Efiopiya əsilli ailədə doğulan yəhudi müğənni. İsraili 2021 Avroviziya Mahnı Müsabiqəsində Set Me Free mahnısı ilə təmsil etmişdir.
Eleni Fureyra
Eleni Fureyra (yun. Ελένη Φουρέιρα; d. 7 mart 1987, Fieri, Albaniya) və ya doğum adı ilə Entela Fureray — Yunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri. O, öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. 2009-cu ildə Fureyra qrupdan ayrılaraq solo karyerasına başlamışdır. Eleni Fureyra 2010-cu ildə Yunanıstanın Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ildə ifaçının öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 və 2014-cü illərdə Fureyranın Ti poniro mou zitas və Anemos agapis studiya albomları satışa buraxılmışdır. Hər iki albom Yunanıstanda və Kiprdə uğur qazanmışdır. 2015-ci ildə Fureyranın Minos EMI şirkəti ilə müqaviləsinin vaxtı sona çatdıqdan sonra ifaçı Panik Records şirkəti ilə anlaşma imzalamışdır.
Lenin Mükafatı
== Həmçinin bax ==
Lenin Ordeni
== 1950-ci illər ==
Lenin bayrağı
Lenin bayrağı (qəzet, Vartaşen) — Sovet dövründə İndiki Oğuz rayonunda nəşr edilən qəzet. 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamışdı. Lenin bayrağı (qəzet, Nuxa) — 8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında Nuxa (Şəki) şəhərində nəşr olunmuş qəzet.
Lenin meydanı
Lenin meydanı — Vladimir İliç Leninin adı verilmiş meydanlar. Lenin meydanı (İşimbay) — İşimbay şəhərində meydan. == Adı dəyişdirilənlər == Lenin meydanı — Bakı şəhərindəki Azadlıq meydanı. Lenin meydanı — Tbilisi şəhərindəki Azadlıq meydanı.
Lenin oğlanları
Lenin oğlanları (mac. Lenin-fiúk) — 1919-cu ildə qısamüddətli Macarıstan Sovet Respublikasını dəstəkləmək üçün yaradılmış olan Macarıstandakı qırmızı terrorda baş rol oynamış olan kommunist təşkilat. Qrup dəri jaket geyinmiş təxminən 200 adamdan ibarət idi. Tibor Szamuely, hərbi komissar olanda, birliyin komandiri József Cserny olmuşdur. Lenin uşaqlarından kommunizm əleyhinə çıxış edənlərin səsini boğmaq üçün istifadə etmişdirlər. Kommunist lider Bela Kun, uğursuz olmuş 1919-cu ilin iyun ayında baş tutmuş əks-inqilabi çevriliş cəhdindən sonra, Lenin oğlanlarının, müxalifətin aradan qaldırılması istiqamətində atılmış addımlarında qəddar ola bilmələrinə icazə vermişdir. Terrorun qurbanlarının sayında fərqliliklər mövcuddur. Albert Verinin (Albert Vary) 1922-ci ildə çap olunmuş “Macarıstanda Qızıl Terror Qurbanları” adlı kitabında, Tibor Szamuely və József Cserny rəhbərliyi altındakı dəstələr tərəfindən 590 adamın edam edildiyi bildirilmişdir. Kommunistlər məğlub olurdular. Fransızların dəstəklədiyi Rumıniya ordusu 6 avqust 1919-cu ildə Macarıstana daxil olaraq Budapeşti kommunistlərdən təmizlədi.
Lenin rayonu
Lenin rayonu (Bakı) — Bakıda rayon, indi ki Sabunçu rayonu. Lenin rayonu (Ufa) — Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri.
Lenin yolu
Lenin yolu (alm. Lenins Weg‎) — 1932-1936-cı illər ərzində Helenendorf və bir müddət sonra Bakı şəhərində nəşr olunmuş alman dilində qəzet. Kommunist yönümlü olan qəzet Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin dəstəyi ilə nəşr edilmişdir. Lenin yolu qəzeti Qafqaz almanları arasında kommunist ideyalarının yayılmasına hesablanmışdı.
Lenin zirvəsi
Lenin zirvəsi (2006-cı ildən Tacikistan ərazisinə daxildir. Tacikistanda Əbu Əli ibn Sina zirvəsi, 1928-ci ilə qədər Kaufmana zirvəsi) — Çon-Alayski dağ silsiləsində yerləşən dağlıq zirvədir. Dağ zirvəsi Qırğızıstanın (Oş vilayətinin Çon-Alayski rayonu) və Tacikistanın (Qorno-Badaxşan vilayəti, Murqabski rayonu) sərhədində yerləşmişdir. "Semitısyaçnikov"lardan biridir və keçmiş SSRİ-in ən yüksək zirvələrindən biri hesab olunur. Pamir dağları (7134 m) dağ sistemində olan, Mərkəzi Asiyanın ən yüksək zirvələrindən biridir. == Tarixi == Zirvə elmi ədəbiyyata ilk dəfə 1871-ci ildə rus coğrafiyaçısı və səyahətçi Aleksey Pavel Fedçenko tərəfindən daxil edilmişdir. Fedçenko bu zirvəni Türküstanın general-qubernatoru Konstantin Pyotr Kaufmanın şərəfinə adlandırmışdır. Qaratoxmaqların yeni hakimiyyətinin qurulmasıyla 1928-ci ildə zirvənin adı dəyişdirilərək Vladimir Leninin şərəfinə adlandırılmışdır. 1933-cü ilə qədər bu zirvə Pamirin və SSRİ-in ən yüksək zirvəsi hesab edilirdi. Həmin dövrdə Asiyada hələ qalxmalar baş verməmişdir.
Mənbə kodu
Mənbə kodu - hər-hansısa proqramlaşdırma dilində yazılan və insan tərəfindən oxuna bilən kompüter proqramının mətnidir. Mənbə kodu tam olaraq icraçı koda kompilyator və ya interpretator vasitəsilə translyasiya edilir. == Təyinatı == Mənbə kodu ya obyekt kodunu əldə etmək üçün ya da interpretator tərəfindən icra olunur. Dəyişiklik heç vaxt obyekt kodundan icra edilmir. Obyektin növbəti dəyişiklməsi ilə yalnız mənbə kodu üzərindən icra edilir. Mənbə kodunun digər önəmli təyinatı proqramın təsviridir. Proqramən mətni vasitəsilə onun özünüaparma məntiqini bərpa etmək olar. Mənbə kodunun anlaşılan olması üçün şərhdən istifadə edilir. Həmçinin elə alətlər var ki, mənbə kodu haqqında avtomatik kömək fayllarının qəbuluna imkan verir. Bundan əlavə mənbə kodunun bir çox digər tətbiqləri var.
Mənim Addımım
Mənim Addımım İttifaqı (erm: Իմ քայլը դաշինք - /im kaylı daşink/) — Ermənistan Respublikasında Vətəndaş İttifaqı (Nikol Paşinyan), Misiya Partiyası (Manuk Sukiasyan) və vətəndaş cəmiyyətinin müstəqil siyasətçilərindən ibarət siyasi ittifaq.İttifaq 2018 İrəvan Şəhər Şurası Seçkilərindən öncə avqust ayında qurulmşdur. İttifaqın lideri baş nazi Nikol Paşinyandır. == Tarixi == 2018-ci ilin başlanğıcında, 31 Mart tarixində Nikol Paşinyan liderliyində Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə üsyan başladı.Üsyan Mənim Addımım adlandı.Üsyanın səbəbi dəyişdirilən idarəetmə sistemində Serj Sarkisyanı seçildiyi baş nazir postundan devirmək idi. 23 sentyabr 2018-ci ildə İttifaq İrəvan Şəhər Şurası seçkilərinin Hayk Marutyanın mayor seçilməsi və 65 yerdən 57-ni qazanmaqla qalibi oldu.İttifaq ümumi səslərin 81.06%-ni,yəni 294,109 səsi qazana bildi. İttifaq 2018 Ermənistan Parlamenti seçkilərinə də qatıldı və 132 yerdən 88-ni qazanaraq Ermənistan Respublikasının Milli Məclisinin iqtidar partiyası oldu.İttifaq ümumi səslərin 70%-ni,yəni 884,456 səsi qazana bildi. == İdeologiya == İttifaqın prinsipi "Böyük Çadır"dır, yəni hərhansı bir siyasi mövqeni dəstəkləmir. İttifaq anti-korrupsiya üzrə fokuslanıb.Nikol Paşinyan isə mərkəzçi demokrat siyasətçi olaraq özünü ifadə edir. Paşinyanın anti-Rusiya siyasətini dəstəkləməyinə baxmayaraq seçki qələbəsindən sonra İttifaq Rusiya ilə siyasi və diplomatik əlaqələri gücləndirməyə kökləndi.Həmçinin Paşinyanın Avropa birliyi vəABŞ ilə də əlaqələri var.
Mənim həyatım
Mənim həyatım — Anton Çexovun 1896-cı ildə nəşr olunan kitabı == Məzmun == Hekayənin baş qəhrəmanı olan Misail Poloznev atası, bacısı və həyat yoldaşı ilə münasibətini xatırlayır. Atası əyalətın memarı, kübar və zadəganlığı ilə öyünən adamdır. Ətrafındakı insanların onun haqqında nə düşündüyü onun üçün dünyada ən vacib şeydir. "Soylu cəmiyyətin" razılığı ilə ailəsi arasında seçim etmək məcburiyyətində qalır və birincini seçir əvvəlcə oğlu, sonra qızı ilə ünsiyyətini kəsir. == İstinadlar == == Xarici keçidlər == А. П. Чехов.
Mənim mübarizəm
"Mein Kampf" (azərb. Mənim mübarizəm‎) — Adolf Hitlerin həyatını, siyasi baxışını və milliyətçi-sosialist fikirlərini açıqladığı bir kitabdır. Hitler uğursuz qiyam qaldırıb həbs ediləndə Landsberq həbsxanasında dostu Rudolf Hess tərəfindən qələmə alınmışdır. Kitab iki cilddədir. İlk cilddə, həyatını, siyasi baxışlarının dəyişilməsi yönümündə olan təsirləri, yəhudilər haqqındakı ilk fikirləri və bu fikirlərin hansı yöndə, necə inkişaf etdiyini, niyə bu fikirlərin əmələ gəldiyini, müharibə xatirələri də daxil olmaqla şəxsi xatirələrini və dövrünün sosial-siyasi bünövrəsini incələmişdir. İkinci cild isə NSDAP-ın partiya proqramı və ideal dövlət quruluşu üzərinə yazılmış bir doktrina olmaqla birlikdə, həmçinin, Almaniyanın irəlidəki dövrlərinə dönük fikirlər bəyan edərkən, kiçik nəsihətlər verdiyi bir kitabıdır. Eyni zamanda "Mənim mübarizəm", Hitler tərəfindən Pivə qiyamında (9 noyabr 1923) həyatını itirmiş digər partiya üzvlərinə həsr edilmişdir. Bunlar; Alfarth Felix, Bauried Andreas, Casella Theodor, Faust Martin, Ehrlich Wilhelm, Hechenberger Ant, Korner Oskar, Khun Karl, Lefore Karl və Neubauer Kurtdur.